RUZİ-BƏRƏKƏT YARADANLARIN BAYRAMI

 

Ümummilli lider Heydər Əliyevin xalqın tələbli təkidi ilə ikinci dəfə respublika rəhbərliyinə qayıdışı meliorasiya və su təsərrüfatını məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona diqqət və dövlət qayğısı bərpa olundu, meliorasiya potensialından daha dolğun istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi, respublikamıza yatırılan xarici investisiyaların xeyli hissəsi bu sahənin inkişafına yönəldildi. Aqrar sahə ilə yanaşı, meliorasiyasu təsərrüfatı kompleksində də islahatların həyata keçirilməsinə başlanıldı, onların normativ-hüquqi bazası yaradıldı. 1996-cı ildə ümummilli lider Heydər Əliyev tərəfindən  Meliorasiyairriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun imzalandığı 5 iyun tarixi  sonralar möhtərəm ölkə Prezidenti cənab İlham Əliyevin 24 may 2007-ci il tarixli sərəncamıyla “Melioratorkimi qeyd edilmişdir. Həmin peşə bayramının miqyasını daha da genişləndirən, meliorasiya işçilərinin şərəfli əməyinə yüksək qiymət verən ölkə Prezidenti  cənab İlham Əliyev 5 iyunun Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü peşə bayramı kimi daha geniş miqyasda qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni sərəncam imzaladı. Möhtərəm Prezidentimizin daimi diqqət və qayğısının bariz nümunəsi kimi, bu sənədin imzalanması su təsərrüfatı və meliorasiya işçiləri  tərəfindən böyük sevinc və minnətdarlıq hissi ilə qarşılandı, onları öz çətin və şərəfli işlərinə daha da həvəsləndirdi.

 

Bu qabaqcıl və şərəfli peşə sahiblərindən olan təcrübəli, uzun müddət bu idarələrə rəhbərlik edənlərdən Göygöl, Samux və Kəlbəcər Suvarma Sistemləri idarələrinin rəisləri ilə görüşdük. Onlar bu bayram günündə meliorasiya işçilərinin yüksək əhval-ruhiyyədə olduğunu bildirdilər:                                                                                             

 

 

 

 

 

Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi, “Tərəqqi” medallı İlqar Məhərrəmov öz peşəsinin bütün incəliklərini mənimsəmiş, uzun müddət  bu idarəyə rəhbərlik edir. İşgüzarlığı  və təvazökarlığı  ilə rayon sakinlərinin dərin hörmətini qazanmışdır. İdarə rəisi qeyd etdi ki, ölkə iqtisadiyyatının bütün sahələri kimi, kənd təsərrüfatı da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Əkin dövriyyəsi genişlənib, məhsuldarlıq yüksəlib, sahəyə xidmət edən qurumlarla işgüzar, səmərəli əlaqələr formalaşıb. Bu baxımdan meliorasiyasu təsərrüfatı işçilərinin əkinçilərə göstərdikləri köməyin əhəmiyyəti və miqyası ildən-ilə artmağa başlayıb. Elə bunun nəticəsidir ki,  Azərbaycan Prezidenti cənab İlham Əliyev hər il iyun ayının 5-nin su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı - “Meliorator Günükimi təsis edilməsi haqqında sərəncam imzalayıb. Melioratorlar bunu ölkə rəhbəri tərəfindən respublikada məhsul bolluğu yaratmaq kimi müqəddəs və şərəfli işlərində onların əməyinə verilən yüksək qiymət kimi dəyərləndirirlər. Onu xüsusilə qeyd etmək lazımdır ki, su təsərrüfatı və meliorasiya işçilərinin əməyi də çox qiymətli və şərəflidir. Meliorasiyasu təsərrüfatı işçiləri  o insanlardır ki, məhz onların əməyi ilə susuz ərazilər su ilə təmin olunur, şorlaşmış sahələr duzlardan təmizlənir, bataqlıqlar qurudulur, bəndlər və dambalar tikilməklə çayların axınları tənzimlənir və ölkə əhalisinin ekoloji cəhətdən təmiz ərzaq məhsulları ilə etibarlı təminatı üçün əlverişli şərait yaradılır.

 

Məlumdur ki, dövlət başçısı  ərzaq təhlükəsizliyinin əsas sahəsi - taxılçılığın inkişaf etdirilməsi üçün istifadə olunmayan torpaqların əkin dövriyyəsinə cəlb edilməsi barədə müvafiq orqanlara tapşırıqlar vermişdir. Məhz onun üçün ərzaq təhlükəsizliyinin təminatını və Dövlət proqramları olan aqrar bölmənin dinamik və davamlı inkişafını təmin etmək üçün suvarmameliorasiya işçiləri var  qüvvələri ilə çalışırlar. Bu baxımdan müasir dövrdə digər sahələr kimi, bu qədər işlərin görülməsi üçün texnikanın köməyi əvəzedilməzdir. Belə ki, texnika insanların əməyini yüngülləşdirir və səmərəli edir. Geniş tarlaları suvarmaq, becərmək, yetişdirilən məhsulu yığmaq texnikanın gücü ilə başa gəlir ki, bu da insan əməyinə stimul verir. Yuxarıda göstərilən bu işlərin görülməsi üçün  suvarma kanalları, stasionar stansiyaları, nasos aqreqatları və qurğular  dinamik fəaliyyətdədir. Bununla kifayətlənməyərək yeni metodlardan istifadə edərək uzun müddət istifadə olunmayan su arxlarının yararlı vəziyyətə gətirilməsi üçün müvafiq tədbirlər görülür. Balansda olan ekskavator-buldozer, avtonəqliyyat və digər texnikalar, təcrübəli mexanizatorların istifadəsindədir ki, bu da görüləcək işlərin yüksək səviyyətdə aparılmasına imkan yaradır. Mövcud texnikaların köməyi ilə ötürücü stansiyalar daim saz vəziyyətdə saxlanılır, sağsol sahil divarları bərkidilir, beton üzlüklər təmir olunur, lildən və alaq otlarından təmizlənir.

 

Samux rayon Suvarma Sistemləri İdarəsinin rəisi, “Tərəqqi” medallı Gülağa Bağırov,  5 İyun günü münasibəti ilə şərəfli peşə sahibləri olan bütün su təsərrüfatı və meliorasiya işçilərini təbrik edərək qeyd etdi ki, məhz ulu öndər  Heydər Əliyevin 1996-cı ilin 24 sentyabrında imzaladığı “Meliorasiyairriqasiya  haqqında”, eləcə də 1997-ci ilin 26 dekabr tarixli “Azərbaycan Respublikasının Su Məcəlləsi” qanunlarının qəbul edilməsi barədə verdiyi fərmanlar əsasında yeni inkişaf mərhələsi başlandı. Bu qanunlar əsasında qəbul edilmiş bir sıra hüquqi-normativ sənədlər respublika iqtisadiyyatının ən vacib sahələrindən olan meliorasiyasu təsərrüfatının davamlı inkişafına stimul verdi.                                                                                                        

 

Bu gün  ölkəmizdə bu sahəyə diqqət və qayğı praqmatik dövlət başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bir çox irimiqyaslı layihələr həyata keçirilir, infrastruktur yeniləşir. Qabaqcıl aqrar rayonlardan olan Samux rayonunda da əhalinin ərzaq təminatını yüksəltmək üçün, torpaqlara həyat verən su təminatının  təşkili vacib məsələlərdəndir. Bu çətin və şərəfli işi müvəffəqiyyətlə icra edən Samux Suvarma Sistemləri İdarəsinin kollektivi gecə-gündüz sahələrdə olur, bol məhsul götürülməsi üçün əzmlə çalışırlar. Ölkə Prezidentinin “Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üzrə Dövlət Proqramı” kimi qərarı kollektivin əsas hədəfi olmaqla   bütün mövcud imkanlardan istifadə olunmuş, bol məhsul əldə olunmaqdadır. Ərzaq təhlükəsizliyinin əsas sahəsi - taxılçılığın inkişaf etdirilməsi, torpağın sözün əsl mənasında cana gətirilməsi kollektivin  prioritet məsələlərindəndir. Məhz bu baxımdan ərzaq təhlükəsizliyinin təminatını və Dövlət proqramları olan aqrar bölmənin dinamik və davamlı inkişafını təmin etmək üçün idarənin işçiləri, hətta, gecəni də sahələrdə keçirirlər. Onu xüsusilə demək yerinə düşərdi ki, rayon icra hakimiyyəti və Azərbaycan MeliorasiyaSu Təsərrüfatı ASC rəhbərliyi bu işdə həmişə yaxından dəstək olur.  Melioratorlar  bu diqqət və qayğının müqabilində daha da əzmlə çalışır, mövcud su mənbələrindən daha səmərəli istifadə etməklə hər bir sahədə bol məhsulun yetişdirilməsini ən ümdə vəzifə hesab edirlər.

 

Sonda, idarə rəhbəri bütün melioratorları bu bayram münasibəti ilə təbrik edərək, bir daha əminliklə bildirdi ki, çiçəklənən dövlətimizin və onun başçısı cənab İlham Əliyevin diqqət və qayğısına cavab olaraq, qədirbilən Samux Suvarma Sistemləri İdarəsinin işçilərinin geniş kollektivi qarşıya qoyulmuş mühüm vəzifələrin uğurla yerinə yetirilməsində daha güclü və qüdrətli Azərbaycan naminə qüvvələrini bundan sonra da səfərbərliyə alacaqböyük nailiyyətlərə imza atacaqlar.                                                                                                                       

 

Kəlbəcər Suvarma Sistemləri İdarəsinin rəisi,  “Tərəqqi” medallı Sahib Verdiyev qeyd etdi ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə yenidən respublika rəhbərliyinə qayıdışı ilə meliorasiyasu təsərrüfatı sahəsi öz inkişafının yeni  mərhələsinə qədəm qoydu. Bu  vacib sahəyə diqqət və qayğı son  dərəcə də artırıldı. Dağıdılmış mövcud meliorasiya potensialı bərpa olundu, yeni layihələr hazırlanaraq daha səmərəli metodlardan istfadə yolları müəyyənləşdirildi. Aqrar sahələrdə aparılan islahatlarla paralel meliorasiyasu təsərrüfatında da həmahəng məqsədyönlü islahatlar aparıldı. Bu gün  ölkəmizdə bu sahəyə diqqət və qayğı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bir çox irimiqyaslı layihələr həyata keçirilir. Məlumdur ki, əkinin məhsuldarlığını artırmaq üçün meliorasiyasuvarma prioritet məsələlərdəndir. Ölkə Prezidenti İlham Əliyev bu sahəyə xüsusi qiymət verərək  demişdir. Biz ərzaq təhlükəsizliyimizi təmin etməliyik və bununla bağlı elə etməliyik ki, hazırda ölkəmizdə lazımi səviyyədə istehsal olunmayan ərzaq məhsullarının inkişafı üçünyeni müəssisələrin yaradılması üçün əlavə tədbirlər görülsün”. Dövlət başçısı bu məqsədlə ərzaq təhlükəsizliyinin əsas sahəsi - taxılçılığın inkişaf etdirilməsi üçün istifadə olunmayan torpaqların əkin dövriyyəsinə cəlb edilməsi barədə müvafiq orqanlara tapşırıqlar vermişdir.

 

Rayon icra hakimiyyəti və Azərbaycan MeliorasiyaSu Təsərrüfatı ASC rəhbərliyi bu işdə daimi bizə yardımçıdır. Melioratorlar  daha da əzmlə çalışacaq, mövcud su mənbələrindən daha səmərəli istifadə etməklə hər bir sahədə bol məhsulun yetişdirilməsinə nail olacaqlar.                                                                                                                   

 

Biz də 5 iyun su təsərrüfatı və meliorasiya işçiləri günündə şərəfli missiyanı ləyaqətlə yerinə yetirən, su təsərrüfatı və meliorasiya sahəsində fəaliyyət göstərən bütün əməkçiləri peşə bayramları münasibəti ilə ürəkdən təbrik edir, əmin olduğumuzu bildiririk ki, melioratorlar bundan sonra da qarşılarında dayanan vəzifələrin tam məsuliyyətlə yerinə yetirilməsi üçün bütün imkan və bacarıqlarından istifadə edərək, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və iqtisadiyyatımızın daha da inkişafı naminə əllərindən gələni əsirgəməyəcəklər.                         

 

 

 

Zabit XƏLİLOV,

 

Respublika

 

Respublika.- 2020.- 6 iyun.- S.5.