Piral kəndinin siması dəyişir, iqtisadiyyatı güclənir

 

Qusar şəhərinin mərkəzindən rayonun hər tərəfinə rahat, abad yollar uzanır. Əvvəllər saatlarla vaxt sərf edilən yolları indi qısa müddətdə qət etmək olur. BizPiral kəndinə cəmi 15-20 dəqiqəyə çatdıq. Burada yaşayan sakinlər yol rahatlığını hər gün, hər dəqiqə hiss edir, buna görə məmnunluq hissi keçirirlər. İndi Piralda dəyişən, abadlaşan təkcə yollar deyil, bütövlükdə sosial həyat yaxşılaşıb. Hər yerdə inkişaf, yeniliklər hiss edirsən. Piral kəndində olarkən bu inkişafın bir daha şahidi oluruq. Kənd icra nümayəndəsi Nöhbala Həbibov bizimlə söhbətində qeyd etdi ki, Piral inzibati ərazi dairəsi CibirPiral kəndlərini əhatə edir. Ərazidə 3640 nəfər əhali yaşayır. Son illər bu kəndlərdə sosial yönümdə xeyli görülüb. Ölkəmizdə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bizim kəndlərə də öz işığını salıb. Piral kəndinə rahat asfalt yol gəlir. Evlər qazlaşdırılıb. İçməli su problemi həll olunub. “Azərsu” tərəfindən kəndimizə 14 kilometr aralıda yerləşən Suval meşəsindən içməli su kəməri çəkilib. 10 ildən çoxdur ki, burada elektron ATS camaatın xidmətindədir. Adamlar internet xidmətindən rahat istifadə edir. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı da yaxşılaşıb. Bu məqsədlə kənddə 2 yeni transformator quraşdırılıb. 80-ə yaxın köhnə elektrik dirəyi yenisi ilə əvəz edilib. Piral kənd tam orta məktəbi üçün 360 yerlik 2 mərtəbəli məktəb binası inşa olunub. Kənd həkim məntəqəsində əsaslı təmir işləri aparılıb. Burada müasir isitmə sistemi yaradılıb. Əhaliyə göstərilən mədəni xidmət də yaxşılaşıb. Kənd kitabxanası yeni binada yerləşib.

 

Cibir kəndində də yeniliklər çoxdur. Ötən il bu yaşayış məntəqəsinə asfalt yol çəkilib. Kənd tamamilə qazlaşdırılıb. Rayon İcra Hakimiyyəti tərəfindən Cibirə Muçuq kəndindən 16 kilometr uzunluğunda su kəməri çəkilib. Köhnə elektrik transformatoru və 24 ağac dirək dəmir elektrik dirəyi ilə əvəz olunub.

 

Kənd bələdiyyəsi də öz növbəsində imkanları daxilində xeyli görüb. Son bələdiyyə seçkilərindən sonra kəndin təmizliyi, səliqə-sahmanına diqqət artıb. Məişət tullantılarının vaxtlı-vaxtında yığışdırılıb atılması üçün münasib yer ayrılıb. Abadlıq-təmizlik işləri ilə bağlı kənd sakinlərinin iştirakı ilə bir neçə dəfə iməcilik keçirilib. Bələdiyyə tərəfindən mal-qaranın su içməsi üçün kiçik göl yaradılıb. Cibir kəndinin məhəlləarası yolları cari təmir olunub. Piral kəndində subartezian quyusu da bələdiyyə tərəfindən təmir edilib. Bələdiyyə həmçinin koronavirus infeksiyası ilə bağlı ölkəmizdə tətbiq olunan karantin rejimi dövründə hər iki kəndin aztəminatlı, qayğıya ehtiyacı olan ailələrini diqqətdə saxlamış, Rusiya Federasiyasının Tula şəhərində yaşayan həmyerliləri Sakit Səmədovla birlikdə 53 ailəyə maddi yardım göstərmişdir.

 

PiralCibir kəndlərinin iqtisadiyyatı da ildən-ilə güclənir. Dövlətin kənd təsərrüfatına göstərdiyi dəstəkdən yararlanan ailə və fermer təsərrüfatları torpaqdan daha səmərəli istifadə etməklə məhsuldarlığı ildən-ilə artırırlar. İcra nümayəndəsi bildirir ki, ərazidə 4460 hektar yararlı torpaq sahəsi mövcuddur. Bunun 2200 hektarı taxıl sahələridir. Bu kəndlərin əhalisi həm də tərəvəzçilik, kartofçuluq və meyvəçiliklə də məşğuldurlar. Şəxsi təsərrüfatlarda 4020 baş, o cümlədən 1357 baş iribuynuzlu, 2663 baş xırda buynuzlu mal-qara bəslənilir. Taxılçılığın daha çox inkişaf etdiyi bu kəndlərdə fermer təsərrüfatları əsasən taxıl toxumçuluğu üzrə ixtisaslaşıblar. Onu da qeyd edək ki, rayonda bu sahədə fəaliyyət göstərən 13 iri fermer təsərrüfatından 6-sı bu kəndlərdə yerləşir. Təcrübəli təsərrüfatçılar İlham Vələdov, Nadir Əlisultanov, Yanvar Paşayev, Suləddin Əlyarov və başqaları hər il 100 hektardan çox sahədə yüksək keyfiyyətli taxıl yetişdirirlər. Fermerlər hər hektardan azı 35-40, bəzən isə 50 sentnerə qədər məhsul götürürlər. Kiçik sahibkar Nəsrulla Nəsrullayev taxıl əkməklə bərabər, un dəyirmanı da tikib istifadəyə verib. Kənddə bu emal müəssisəsinin istehsal gücü 6 ton 500 kiloqramdır. İcra nümayəndəsi qeyd edir ki, sahibkarın bu kiçik müəssisəsi kənd əhalisinə öz məhsulunu emal etmək üçün böyük kömək deməkdir.

 

Fermerlər dövlət dəstəyindən hər vaxt istifadə edə bilirlər. Ötən il buğda, arpa və digər əkinlər aparılmış, 497 nəfər məhsul istehsalçısına sərf etdikləri yanacaqmotor yağlarına görə 201496 manat dövlət yardımı ödənilmişdir. Bundan başqa onların sərəncamında kifayət qədər güzəştli şərtlərlə alınmış texnika nümunələri vardır. Fermerlərə subsidiyalar vaxtında çatdırılır. Cari ildən ödənişlər fermer kartları ilə ödənilir.

 

PiralCibir kəndlərinə gedən yolların hər iki tərəfi taxıl sahələridir. Kənddə yaradılan sosial şəraitdən adamlar ruhlanaraq həvəslə çalışırlar. Məhsul istehsalını artırmaqla onlar həm də ailə büdcələrini möhkəmləndirirlər.

 

 

 

Ziyafəddin BAYRAMOV

 

Respublika.- 2020.- 6 iyun.- S.5.