Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir

 

15 İyun - Milli Qurtuluş Günü heç vaxt xalqımızın yaddaşından silinmiyəcək tarixi bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda ikinci dəfə Azərbaycanda hakimiyyət rəhbərliyinə qayıdışı XX əsrin sonunda ölkəmizin müstəqilliyini bərpa edən bir dövlət kimi inkişafının başlanğıcı oldu. Xalqımız hər il ölkə tarixində ən əlamətdar hadisələrdən biri olan bu missiyanı böyük təntənə ilə qeyd edir. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bu gün Azərbaycan dövləti yaşadıqca, millətin yaddaşında əbədi qalacaqdır.

 

Dövlət müstəqilliyimizin bərpasından ötən illərə nəzər saldıqda bir daha əminliklə söyləmək olar ki, həqiqətən də, talenin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin liderliyi ilə reallaşdırmaq mümkündür. Belə şəxsiyyətlər nadir hallarda yetişirbu dühalar özləri tarix yaradırlar.

 

Azərbaycan xalqının böyükdahi oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev məhz tarix yaradan əvəzolunmaz şəxsiyyət idi. Müasir Azərbaycan tarixinin 34 illik bütöv bir epoxası, bu illərdə xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində inkişaf və dirçəliş Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasına və xalqımızın uzun illərdən bəri arzuladığı müstəqilliyinə çatmasına nail olmuşdur. Azərbaycanın bu gün müstəqil dövlət kimi mövcudluğu üçün Heydər Əliyevə borcluyuq. Onun polad iradəsi və qətiyyəti, fədakar əməyi sayəsində müasir Azərbaycan dövlətinin möhkəm təməl üzərində bünövrəsi ucaldılıb. Dahi şəxsiyyət, ürəklərdə işıq heykəlinə çevrilən Heydər Əliyev deyirdi: “Doğma, canım, varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümüonun işıqlı sabahları uğrunda qurban verməyə hazıram”.

 

1991-ci ilin oktyabrında öz dövlət müstəqilliyini ikinci dəfə qazanmış respublikamız 1993-cü ilin iyununa qədərki müddətdə böhran, xaosanarxiya, çaxnaşmalarla qarşılaşmışdı, vəziyyət son dərəcə kəskinləşmişdi. Belə bir ağır və çıxılmaz şəraitdə Azərbaycanın əsl xilaskarına ehtiyacı vardı. Artıq hamıya aydın idi ki, nə ovaxtkı iqtidar, nə də həmin dövrdə hakimiyyətə iddialı olan müxtəlif qüvvələr ölkəni düşdüyü bu iflic vəziyyətdən çıxara bilməyəcək. Çıxılması mümkün görünməyən belə bir vəziyyətdə xalq öz fədakar oğluna müraciət etdi. Hər kəs yaxşı bilirdi ki, belə bir anda yalnız və yalnız Heydər Əliyev dühası milləti bu düşdüyü bəlalardan qurtara bilər. Xalq ayağa qalxdı və əldən getməkdə olan müstəqilliyinin nicatı üçün Heydər Əliyevi təkidlə Naxçıvandan Bakıya dəvət etdi. Xalqın çağırışına, taleyinə heç vaxt biganə olmayan ulu öndərimiz 1993-cü il iyunun 9-da Bakıya gəldi və iyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin sessiyasında Ali Sovetin sədri seçildi. Heydər Əliyevin ölkə rəhbərliyinə bu böyük qayıdışı siyasi-iqtisadi böhran içində boğulan Azərbaycanı böyük fəlakətdən xilas etdi. Ölkədə tüğyan edən hərc-mərclik, vətəndaş nüharibəsi, qeyri-qanuni fəaliyyət göstərən silahlı dəstələrin və digər xoşagəlməz mənfi amillərin qarşısının alınması üçün öz həyatını belə böyük təhlükə altına ataraq bu hallara qarşı kəskin mübarizəyə başladı və qısa bir zaman kəsiyində neqativ ünsürlərin özbaşınalığının qarşısını birdəfəlik aldı, qanunsuz silahlı dəstələr tərk-silah edildi. Azərbaycan parçalanıb məhv olmaq təhlükəsindən xilas olundu. Bu böyük ürəkli, cəsarətli Vətən oğlunun öz milləti, öz Vətəni qarşısındakı misilsiz fədakarlığı idi. Həmin tarixi dövr xalqımızın taleyində dönüş anı, itirilmiş inamının qaytarılması, anarxiyadan sabitliyə və inkişafa doğru yeni bir mərhələ idi.

 

Müstəqil dövlətimizin taleyi baxımından müstəsna əhəmiyyət daşıyan 1993-cü il 15 iyun hadisələrinin - Qurtuluş Gününün mahiyyətinə vararkən söyləmək olar ki, həqiqətən də, tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin iştirakı ilə reallaşdırmaq mümkündür. Bu məqamda Mustafa Kamal Atatürkün Türkiyə, Şarl De Qollun Fransa üçün etdiklərini Heydər Əliyev ən çətin məqamda Vətəni və xalqı naminə edib.

 

1993-cü il oktyabrın 3-də milyonların etimadı nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. 10 oktyabr 1993-cü ildə Azərbaycan xalqının həyatının ən mürəkkəb dövründə, XX əsrin sonunda dünyada baş verən köklü dəyişikliklərin baş verdiyi, siyasi proseslərdən yaranan qlobal problemlərin artdığı bir zamanda üzərinə götürdüyü məsuliyyətin ağırlığından çəkinməyərək bütün həyatını xalqın etimadını doğrultmaq üçün sərf edəcəyini bildirən Heydər Əliyev Azərbaycan bayrağını öpüb and içərkən ilk növbədə xalqın zəkasına, qüdrətinə inandığını bildirdi.

 

Andiçmə mərasimində verdiyi vədləri həmişə olduğu kimi xalqına sədaqəti ilə doğruldan “Mən ömrümün qalan hissəsini də xalqıma həsr edəcəyəm” söyləyən Heydər Əliyev andına daim sadiq qalmışdır.

 

Ümummilli liderimiz Heydər Əliyev öz şərəfli və möhtəşəm fəaliyyəti ilə müasir, müstəqil Azərbaycan dövlətini yaratdı. Azərbaycanı həmişə müstəqil, inkişaf etmiş dünya dövlətləri sırasında görmək istəyən ulu öndər bu istiqamətdə məqsədyönlü işlər həyata keçirdi.

 

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi milli sərvətlərimizdən ölkənin və xalqın mənafelərinə uyğun olaraq istifadə edilməsində ulu öndər Heydər Əliyevin neft strategiyası mühüm əhəmiyyət daşımışdır. 1994-cü il sentyabrın 20-də böyük dövlətlərin iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” və 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə toplantısında Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin inşa olunmasına dair bağlanmış saziş müstəqil Azərbaycanın iqtisadi inkişafında müstəsna rol oynadı. Beləliklə, bu gün Azərbaycan dinamik, inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir. Respublikamız BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər mötəbər təşkilatların üzvüdür. Heydər Əliyev yaratdığı iqtisadi-siyasi bazaya əsaslanaraq deyirdi: “İnanıram ki, Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır”.

 

1993-1995-ci illər müasir Azərbaycan tarixinə dövlət müstəqilliyinin qorunub saxlanması, dünya iqtisadiyyatına inteqrasiya uğrunda mübarizə dövrü kimi yazılmışdır. Müstəqilliyimiz qorunub möhkəmləndikcə, dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı. 1995-ci ildə Azərbaycanın ilk Milli Konstitusiyası qəbul edildi, mənəvi sərvətimizə, dilimizə, dinimizə, tarixi irsimizə qayğı dövlət səviyyəsinə qaldırıldı, əlifba islahatı həyata keçirildi. Başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi və dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni milli ideologiyanın əsası qoyuldu. Heydər Əliyev erası dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş milyonlarla azərbaycanlını milli məfkurə əsasında birləşdirib onların tarixi vətənlərinə və dövlətə bağlanmasını, Azərbaycan diasporunun yaradılmasını və möhkəmləndirilməsini təmin etdi.

 

Ulu öndərimizin yenidən hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, sənaye müəssisələrinin bərpasına, yeni istehsalat sahələrinin formalaşmasına, özəl sektorun inkişafına güclü təkan vermişdir. Ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması və həyata keçirilən islahatlar xarici investorların respublikamızda fəaliyyət göstərmələrinə də əlverişli şərait yaratmışdır.

 

1993-cü ildən başlayaraq Azərbaycan özünün sağlam bazar iqtisadiyyatı prinsiplərinə uyğun milli iqtisadiyyatını qurmağa başladı. Bu illər ərzində Azərbaycan özünün təbii ehtiyatlarına, insan potensialına və digər şərtlərə əsaslanan milli iqtisadiyyatını formalaşdırdı.

 

Hər bir ölkənin daxilixarici siyasətindəki uğur məhz həmin ölkənin dövlət başçısının fəaliyyəti ilə bağlıdır. Bu gün Azərbaycan ümummilli lider Heydər Əliyevin möhkəm təməllər üzərində yaratdığı milli inkişaf strategiyası nəticəsində ölkəmiz möhtəşəm nailiyyətlər qazanır. Bu nailiyyətlərin əldə olunmasının digər bir mühüm səbəbi isə ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kursun Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Möhkəm təməl və güclü lider faktoru gələcəyimizin təminatı, yeni uğurlarımızın qarantıdır.

 

 

 

Ceyhun MƏMMƏDOV,

 

Azpetrol LTD” MMC-nin baş direktoru,

 

Yeni Azərbaycan Partiyasının üzvü.

 

Respublika.- 2020.- 13 iyun.- S.5.