Real iqtisadiyyatın potensialı aşkara çıxarılır və inkişafın davamlılığına güclü zəmin yaradılır

 

Dövlət başçısı deyib: “...biz bu islahatların ardıcıllıqla həyata keçirilməsi ilə məşğuluq və bu gün deyə bilərəm ki, ölkəmizdə daha yaxşı vəziyyət yaranmışdır - həm siyasi müstəvidə, iqtisadi sahədə, həm də sosial problemlərin həllində. Əlbəttə, əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük həcmli olardı”

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları uğurla icra edilməkdədir. Nəticədə Azərbaycanın bütün bölgələri hərtərəfli inkişaf edir. Neft sektorunun inkişafından gələn gəlirlərin zamanında qeyri-neft sektoruna yönəldilməsi çox böyük nailiyyətlərlə nəticələnmişdir. Azərbaycanda real iqtisadiyyat davamlı inkişaf yolundadır. Əsas məqsəd neft sektorundan asılılığı minimuma endirməkdir. Qeyri-neft sektorun inkişafının prioritet elan edilməsi nəticəsində bu istiqamətdə inkişaf tempi çox yüksəkdir. Bu siyasət ötən dövrdə özünü doğrultmuşdur.

Bu gün COVİD-19 pandemiyasının dünyanın 212 ölkə və bölgəsini iqtisadisosial durğunluğa və tənəzzülə sürüklədiyi şəraitdə Azərbaycanda vəziyyət nəzarətdədir, idarəediləndir və ərzaq təchizatında heç bir sıxıntı demək olar ki, yoxdur. Bu uğur qeyri-neft sektorunun müasir şəraitə uyğun və gələcəyə istiqamətlənmiş dinamik inkişafının təmini sayəsində əldə edilmişdir. Regionların inkişafı yeni infrastruktur layihələrinin həyata keçirilməsi, daim müasirləşdirilməsi və dayanıqlığı ilə sıx surətdə bağlıdır. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-mart aylarında 10,6 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 23,0 faiz artmışdır. Sənaye məhsulunun 65,5 faizi mədənçıxarma sektorunda, 28,4 faizi emal sektorunda, 5,4 faizi elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 3,9 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 15,3 faiz artmışdır.

İxracla idxalı müqayisə etdikdə son dərəcə önəmli nəticəyə gəlirik. Aydındır ki, xarici iqtisadi əlaqələr olmadan bu tərəqqi əldə edilməzdi. 2020-ci ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqifiziki şəxsləri dünyanın 133 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 71 ölkəyə məhsul ixrac olunmuş, 124 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2372,3 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 1651,4 milyon dollarını və ya 69,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 720,9 milyon dollarını (30,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 930,5 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2019-cu ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 5,5 faiz, real ifadədə 18,1 faiz, o cümlədən idxal 45,0 faiz azalmışdır. İxracda isə 0,5 faiz artım müşahidə olunmuşdur.

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqifiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 117 ölkəyə məhsul ixrac olunmuş, 181 ölkədən idxal olunmuşdu. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 30040,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 17655,8 milyon dollar, idxalın dəyəri 12384,7 milyon dollar təşkil etmiş, nəticədə 5271,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdı. 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,2 faiz artmışdır. Bu dövr ərzində ölkədən 1781,1 milyon dollar dəyərində qeyri-neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 16,3 faiz, real ifadədə isə 10,3 faiz çoxdur.

Deməli, Azərbaycan iqtisadiyyatının sahələri, bütün ölkə miqyasında tərəqqi etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədəki nitqində dünyanın müxtəlif yerlərində yaşanan siyasi, iqtisadi, sosial böhran şəraitində qazanılan uğurlaronun əsası haqda demişdir: “Deyə bilərəm ki, 2020-ci il uğurla başlamışdır. İlin əvvəlinin göstəriciləri deməyə əsas verir ki, Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır. Xüsusilə yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial göstəricilərimiz çox müsbət idi. Mart ayında isə müəyyən qədər tənəzzülə uğradıq. Bu da təbiidir. Çünki koronavirus bütün dünya üçün böyük bəladır və dünya iqtisadiyyatı üçün böyük problemdir. Əgər ilin 3 ayını bütövlükdə götürsək, görərik ki, yenə də inkişaf, tərəqqi var. Ancaq hər kəs bilməlidir ki, indi dünya yeni bir mərhələyə qədəm qoyub və hətta ən inkişaf etmiş ölkələr böyük problemlərlə üzləşiblər. Koronavirus böyük bəladır, 100 mindən çox insanın həyatına son qoyub. Demək olar ki, dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır. Azərbaycan da dünyanın bir parçasıdır. Ancaq deyə bilərəm ki, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq”. Yəni, bu gün artıq ölkə təsərrüfatının bir çox sahələri daxili tələbatı ödəməklə gözlənilməz ümumdünya pandemiya şəraitində vəziyyətə müvəffəqiyyətlə nəzarət edir. Bu uğur nəzərdə tutulan nəhəng iqtisadi layihələrin vaxtında, dinamikmüasir tələbata uyğun icra edilməsinin nəticəsində əldə edilmişdir. Həqiqi mənasında desək bu rəqəmlər davamlı inkişaf edən iqtisadiyyatı və beynəlxalq bazarlara rəqabətədavamlı mallarla girməyin nəticəsini əks etdirir. Qlobal böhranın törətdiyi fəsadların hələ qaldığı bir şəraitdə qazanılan bu müvəffəqiyyət düşünülmüş, əvvəlcədən müdrikliklə proqnozlaşdırılmış, regional sosial iqtisadi inkişaf Dövlət proqramlarının və həm beynəlxalq, həm daxili amilləri nəzərə almaqla milli mənafelərə uyğun islahatların həyata keçirilməsi ilə bağlıdır.

Ölkə Prezidenti öz siyasətini müvafiq proqramlar əsasında qurur. Düşünülmüş, elmi-praktiki baxımdan əsaslandırılmış sosial-iqtisadi layihələrin reallaşdırılmasının nəticələri göz qabağındadır. Bu, iqtisadi inkişaf yolunda, ən doğrusu isə bütün ölkə bölgələrinin paralel şəkildə tərəqqisini təmin etmək məqsədidir. Neft sektorundan gələn gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi nəzərdə tutulan vəzifələrin, layihələrin vaxtında, dinamik, beynəlxalq səviyyəyə uyğun həyata keçirilməsi artıq ölkəni böyük həcmdə ixracatçı dövlətə çevirməkdədir. Diqqətin regionlarda bütün təsərrüfat potensialının müasir səviyyəyə uyğun və həm də yeni sahələr yaradılaraq dövriyyəyə cəlb edilməsi qazanılan uğurların davamlılığına səbəb olmuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının və zəruri layihələrin həyata keçirilməsinə bilavasitə ölkə Prezidentinin şəxsən nəzarəti və rəhbərliyi, hər bir müvafiq vəzifə sahibində, əlaqədar şəxslərdə çox böyük məsuliyyət hissi yaradır. Bu davamlı, sabit inkişafın sirri siyasiiqtisadi sahələrdə islahatların paralel və əlaqəli aparılması, bir-birini tamamlamasından başqa xalqın mənəvi gücündədir. Yəni xalqın dövlətin yürütdüyü siyasəti dəstəkləməsi və qarşıya qoyulan məqsədlərin reallaşması üçün bütün bacarığını səfərbər etməsidir. Çünki xalq əmindir və inanır ki, dövlət başçısının bütün sahələrdə fəaliyyəti milli mənafelərə əsaslanır. Düzgün, beynəlxalq siyasi-iqtisadi təhlil, əlaqə və əməkdaşlığın genişlənməsi, ölkənin geosiyasi mövqeyindən istifadə etmək və onu möhkəmləndirmək, sosial layihələri elmi-təcrübi yönümdən əsaslandırmaq diqqət mərkəzində olan amillərdir. Azərbaycanda gedən inkişafa diqqətlə nəzər yetirdikdə dediklərimizi təsdiq edən ölkə rəhbərliyinin iqtisadiyyatın çoxsahəli və çoxşaxəli inkişafına çalışması dərhal nəzərə çarpır. Həyata keçirilən neft strategiyası ölkənin geosiyasi mövqeyini möhkəmləndirmiş və qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin yaradılmasına səbəb olmuşdur. Bu əsasda qeyri-neft sektoruna aid beynəlxalq səviyyəli layihələrin icrası dövlətin qüdrətini, siyasi nüfuzunu yüksəltməkdədir. Belə ki, ölkələr arasında yaranmış geniş, qarşılıqlı səmərəli əməkdaşlıq iqtisadi dövriyyəyə yüksəliş verməklə qazanılan uğurları da artırmaqdadır. Bu da öz növbəsində bütün ölkə ərazisində əsas kapitala davamlı vəsait yönəldilməsinə, iqtisadisosial sahələrin inkişafını təmin edən vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verir. 2020-ci ilin yanvar-mart aylarında əsas kapitala 2929,4 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 29,3 faiz artmış, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,1 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 2021,0 milyon manatı və ya 69,0 faizi məhsul istehsalı sahələrinə, 619,7 milyon manatı (21,1 faizi) xidmət sahələrinə, 288,7 milyon manatı (9,9 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1703,5 milyon manatını və ya 58,2 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1684,3 milyon manatı və ya 57,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 66,9 faiz, büdcə vəsaitləri 17,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,4 faiz, bank kreditləri 4,5 faiz, sair vəsaitlər 2,7 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,8 faiz təşkil etmişdir.

2019-cu ildə Bakı şəhərində Bakı Nəqliyyat AgentliyininKoroğlu” Nəqliyyat Mübadilə Mərkəzi, şpris istehsalı zavodu, DOST Agentliyinin və DOST mərkəzlərinin inzibati binaları, Əmlak Xidmətləri Məkanı, Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binası, Pirallahı Rayon Gənclər Mərkəzi, Mərdəkan-Qala avtomobil yolu, Pirşağı qəsəbəsində avtomobil tuneli, Sumqayıt şəhərində “SOCAR karbamidzavodu, Polietilen zavodu, Muğam Mərkəzi, Nizami kinoteatrının yeni binası, Ağdaş rayonunda Biyan Sənaye Parkı, Ağdaş Rayon Telekommunikasiya Qovşağında “Şəbəkə” Xidmət Mərkəzi, Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı, Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad və Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral avtomobil yolları, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, Qəbələ və Qobustan rayonlarında “Azərxalça” ASC-nin filialları, Qobustan-Poladlı avtomobil yolu, Şamaxı rayonundaAsan Həyat” kompleksi, bunlardan əlavə, Bakı şəhərində 1920 şagird yerlik ümumi təhsil müəssisəsi, 280 yerlik məktəbəqədər təhsil müəssisəsi, 200 çarpayılıq xəstəxana, Naxçıvan Muxtar Respublikasında 2220 şagird yerlik 7 ümumi təhsil müəssisəsi, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi və 4 ambulatoriya-poliklinika müəssisəsi, Lənkəran şəhərində 432, Şəki şəhərində 624, Ağcabədi rayonunda 696, Lerik rayonunda 360, Cəlilabad rayonunda 180, İmişli rayonunda 756, İsmayıllı rayonunda 400, Quba rayonunda 180 şagird yerlik ümumi təhsil müəssisəsi, Goranboy, Qazax, Qobustan və Şəmkir rayonlarında 585 çarpayılıq xəstəxana, Abşeron rayonunda 140 yerlik məktəbəqədər təhsil müəssisəsi, Beyləqan rayonunda 150 şagird yerlik ümumi təhsil müəssisəsi və 50 yerlik məktəbəqədər təhsil müəssisəsi, Oğuz rayonunda 100 yerlik məktəbəqədər təhsil müəssisəsi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir.

2020-ci ilin yanvar-mart aylarında Bakı şəhərində “Yeni klinikatibb müəssisəsi, Naxçıvan Muxtar Respublikasında ambulatoriya-poliklinika müəssisəsi, Şəki şəhərində 200 çarpayılıq xəstəxana binası, Ağstafa, Goranboy, Kürdəmir, QazaxTovuz rayonlarında “Azərxalça” ASC-nin filialı, Kürdəmir və Tovuz rayonlarında “Asan Həyatkompleksi, GoranboyQazax rayonlarında Mərkəzi Xəstəxana, Ağstafa rayonunda Aqrar Sənaye Kompleksi, Qazax rayonunda əhəng zavodu, Şəmkir rayonunda “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi, Tovuz rayonunda Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyis. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir.

İqtisadi tərəqqidə şərtlərdən ən mühümlərindən biriinvestisiya qoyuluşu prosesidir. İqtisadiyyata yönəldilən sərmayələr, əvvəlki illərdə verilən vəsaitin böyük hissəsi artıq geri qayıdır və yenidən kreditləşməyə yönəldilir. Bunun da nəticəsində ölkədə quruculuq və abadlıq işləri öz tempini azaltmır. Dövlət başçısı düşünülmüş siyasət nəticəsində iqtisadi sahədə qazanılan müsbət nəticələr barədə deyib:” Əlbəttə ki, həyat yerində durmur, həyat davam edir və mən əminəm ki, 2020-ci ilçox dərin və geniş islahatlar ili olacaq, necə ki, 2019-cu ildə islahatların böyük hissəsi icra edilmişdir. Əslində, islahatların yeni mərhələsinə start 2018-ci ilin prezident seçkilərindən sonra verilmişdir. Mənim andiçmə mərasimindəki çıxışımda inkişafımızın və islahatların bütün istiqamətləri açıq-aydın göstərilmişdir. Ondan sonra biz bu islahatların ardıcıllıqla həyata keçirilməsi ilə məşğuluq və bu gün deyə bilərəm ki, ölkəmizdə daha yaxşı vəziyyət yaranmışdır - həm siyasi müstəvidə, iqtisadi sahədə, həm də sosial problemlərin həllində. Əlbəttə, əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük həcmli olardı”.

 

Ataş CƏBRAYILOV

 

Respublika.- 2020.- 18 iyun.- S.6.