Mən belə mahaldan
necə əl çəkim?
Azərbaycan ta qədimdən istedadlı şəxsiyyətləri, yaradıcı insanları ilə tanınıb. Bu gün də ədəbi ictimaiyyətdə öz çəkisi, sanbalı ilə sevilib-seçilən sənətkarlarımız az deyil. Haqqında söhbət açdığım şəxsiyyət — şair, yazıçı, publisist Eldar İsmayıl da Tanrının lütf etdiyi fitri istedadı, mükəmməl bədii təfəkkürü və biliyi sayəsində nəinki Azərbaycan ədəbi ictimaiyyətində, həmçinin Türkiyə və Cənubi Azərbaycan ədəbi mühitində də kifayət qədər tanınan qələm sahibi, sevilən sənətkardır. Xeyirxah duyğulara, çətin yollardan keçən zəhmətə köklənməyən istedadın ömrünün qısa olduğunu yaxşı dərk edən sənətkar daxili təmkini, mədəniyyəti, təvazökarlığı, işgüzarlığı sayəsində mənalı ömrünü ədəbiyyatımızın inkişafına və zənginləşməsinə sərf edib. Analitik düşüncə və ensiklopedik yaddaşa malik olması Eldar İsmayıla ədəbi yaradıcılığın məşğul olduğu sahələrində müvəffəqiyyət qazandırıb.
Məndə bir oxucu, həm də filoloq kimi E.İsmayıl yaradıcılığına maraq məhz şairin mayası xalq ruhundan tutulmuş, xəmiri xalq müdrikliyi ilə yoğrulmuş “Ulu Göyçə, de, yatanlar ayılsın...” poemasından başlayıb. 1985-ci ildə “Azərbaycan” jurnalında oxuduğum “Ulu Göyçə...” poemasından bir hissə həm forma, həm də üslub baxımından mənə böyük şairimiz M.H.Şəhriyarın “Heydərbabaya salam” poemasını xatırlatdı. Hər ikisi də vahid süjet xətti olmayan, konkret bir coğrafi məkana xitabən səlis və ürəyəyatan Azərbaycan türkcəsində. İllər sonra poemanın kitab şəkilində çap olunmuş tam variantını əldə etdim və oxuduqca heyrətə gəldim: bir insan ədəbi dildə, hətta məişətimizdə belə artıq unudulmaqda olan bu qədər sözü yaddaşında necə saxlaya bilib? Bir qayda olaraq oxuduğum əsərlərin məzmunu ilə yanaşı, leksik-semantik quruluşuna, qramatik qaydalarına, dil vahidlərindən istifadə xüsusiyyətlərinə də diqqət yetirirəm. Etiraf edim ki, indiyə qədər oxuduğum Azərbaycan, istərsə də xarici yazarların əsərləri içərisində “Ulu Göyçə”nin dili kimi mükəmməl, ürəyəyatımlı, səlis dilə, rəvan üsluba rast gəlməmişəm. Əsəri oxuduqca içimdə bir qibtə hissi yaranır və öz-özümə sual edirdim: İlahi, insan öz dilini bu qədər sevə, ona bu qədər bələd ola, yaşaması üçün bu qədər keşiyində dura bilərmi? Bir insan hafizəsi bu qədər toponimi yaddaşına necə həkk edər?
Bilən varmı örkən nədi, sicim nə?
Şəddə nədi, keçə nədi, cecim nə?
Bizdən ötrü bir cələdi düşmüşük,
Ya cələdi, ya tələdi, düşmüşük.
Aşıq Alının, Dədə Ələsgərin yurdu Göyçə mahalında doğulub boya-başa çatmış E.İsmayıl erməni məkrini və havadarlarının ona züy tutmasını başımıza gələn fəlakətlərdən hələ çox-çox əvvəl hiss etmiş, duymuş, öz əsərləri ilə həyəcan təbili çalmışdı. Məhz bu nigarançılıq və təşviş şairi Göyçənin müdafiəsinə səsləmişdir:
Dədəm Qorqud say saylayıb Ayğırda,
Qopuz tutub, boy boylayıb Ayğırda,
Salur Qazan oy oylayıb
Ayğırda,
Qara Çoban burda sapand tutubdu,
“Qılınc-qaya” o sapanddan
qopubdu,
— deyərək yatanları ayılmağa
çağırmışdı. Qədim Oğuz ellərinin vətəni, yurd yerləri - tarixi torpaqlarımız olan Göyçəni oba-oba, kənd-kənd, oymaq-oymaq gəzərək
gördüklərini, eşitdiklərini,
misralara düzmüş
şair böyük zəhmət nəticəsində
möhtəşəm bir
sənət nümunəsi
yaratmağa nail olmuşdur.
Qədim yurd yerlərindən zorla didərgin salınaraq pərən-pərən
düşmüş böyük
bir elin, düşmən tapdağı
altında inləyən
torpağın dərdi
el-obasına ürəyində
Göyçə boyda
bir sevgisi olan Eldar İsmayıl
yaradıcılığının başlıca mövzusunu Göyçə və onun tarixi şəxsiyyətləri
təşkil edir. Heç təsadüfi
deyil ki, “Ulu Göyçə...” poeması haqqında görkəmli şəxsiyyətlər,
ədəbiyyat biliciləri
fikir söyləmiş,
öz təəssüratlarını
oxucularla bölüşmüşlər.
Böyük şairimiz B.Vahabzadə
“Ulu Göyçə”yə
xüsusilə yüksək
dəyər vermişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü,
professor Yaşar Qarayev yazıb: “Heydərbabaya salam”ın əks-sədası indi Göyçə gölü
sahilindən gəlib,
durna gözlü bu gözəlin şair oğlu Eldar İsmayıl Şəhriyarın mahnısını
Aşıq Alının
və Dədə Ələsgərin sazında
çalıb”.
Göyçəni qarış-qarış gəzib, gördüklərini
şeirində vəsv
edən şair onun hər daşında,
ana təbiətin tarixində, vətənin
və elin taleyində füsunkar mənzərələrini sözün
fırçası ilə
sətirlərdə naxışlayıb:
Göyçə gölü özü
boyda bulağım,
Ləpələrin qırçınları qolbağım
Sən güzgü
ol, “Kirkitli” də darağım.
Günəş burda öz saçını darasın,
Ay aynanda ilk eşqini arasın!...
Qədim tarixə malik böyük bir xalqın zəngin mənəvi dəyərlərlə
zəngin ulu keçmişi, adət-ənənəsi
əsərdə sözün
qüdrətilə təsvir
olunub, oxuyub başa çatmayınca kitabdan ayrıla bilmirsən. Hələ bayram ərəfəsində
el-obada mərasim şənliklərinin təsviri
özlüyündə bir
tamaşadır. Oxuduqca
insan özünü
o şənliyin içərisində
sanır, həyəcandan
sinəsi atlanır...
“Ulu Göyçə...”
poemasını diqqətlə
oxuyan hər bir oxucu şairin
əzmkarlığına, yazıb-yaratmaq
şövqünə heyran
olmaya bilmir. Əsər boyu
onun yeni-yeni bədii təsvir və ifadə vasitələrindən məharətlə
istifadə bacarığı,
bitib-tükənməyən zəngin və səlis leksikası, artıq unudulmaqda olan xeyli sayda
arxaik sözlərimizə
yeni ədəbi həyat verməsi poemanı daha maraqlı və oxunaqlı edib. Poemanın, demək olar ki, əksər bəndlərində rast gəldiyimiz toponimlərə
bu qədər həssaslıqla yanaşması,
onların yaddaşlardan
silinməməsi və
gələcək nəsillərə
çatdırıla bilməsini
bir şair, ziyalı kimi özünün mənəvi
borcu hesab edir. Kitabın sonunda bu toponimlərin çox dəqiqliklə izahı oxucunun yaddaşına həkk olunur.
“Qatar qaya”, “Dəli dərə” yanaşı,
“Qanlı dərə” çiçək səpər
yazbaşı...
Sönən deyil bir ürəyin təlaşı,
Mənim
könlüm bu çöllərin vurğunu!
Bu yerlərin, bu ellərin vurğunu!
Eldar İsmayılın yaşadığı
keşməkeşli həyat
və yaradıcılığını
iki mərhələyə
ayırmaq olar: Birinci mərhələ: Göyçə həyatı
və orada yazıb yaratdığı
əsəsrlər.
İkinci
mərhələ: Dədə-baba
torpaqlarından perik düşmüş, el-oba
həsrəti, yurd itkisi ilə ağrıyan qəlbin, ruhun doğurduğu əsərlər.
Yaradıcılığa kiçik yaşlarından şeirlə
başlayan şair sonralar qələmini nəsrdə də sınamış, “Göyçənin
qisası qalır”, “Səttar oğlu” adlı sanballı tarixi romanlarını, “Məndən ötrü Ermənistan yoxdu, yox!”, “Ağrı dağı qədər ağrılarım var” kimi publisistik əsərlərini oxucuların
ixtiyarına vermişdir.
E.İsmayılın sinəsində Vətən,
millət sevgisi çağlayır. Onun qürbət qoxan
yurd, mahal mövzulu şeirlərini
hissiz, duyğusuz oxumaq qeyri-mümkündür.
Dağ-dərəsinin, yurd-yuvasının, didərgin salınmış
el-obasının, sahibsizlikdən
küsnət basmış
dam-daşının, tənha
qalmış məzarların
nisgili qələmə
aldığı əsərlərinin
hər sətrində,
hər misrasında ürək ağrısı,
qəlb acısı ilə təsvir olunur.
E.İsmayıl yaradıcılığının əsas qayəsini Bütöv Azərbaycan, türkçülük, turançılıq
təşkil edir. Hələ
1979-cu ildə yazdığı:
Aşıq haray çəkdi,
belə vurğunam,
Bülbül dönüb dedi,
gülə vurğunam.
Könlüm dilə gəlib
söylədi: mənsə,
Azərbaycan adlı elə vurğunam!
—misraları şairin Vətəninə olan sonsuz sevgisinin tərənnümüdür.
Cahan
QULİYEVA,
“Qərb” Universitetinin
müəllimi.
Respublika.- 2020.- 19 iyun.- S.5.