Oğuz: İstedadların uğurları

 

 

Qlobal xarakter almış pandemiya ilə bağlı ölkəmizdə təhsil müəssisələrində tədris təlim-tərbiyə prosesinin dayandırıldığı ilk gündən Oğuz Rayon Təhsil Şöbəsi tərəfindən respublika Təhsil Nazirliyinin təşəbbüsünə qoşularaq rayonda distant təhsilin təşkili sahəsində müəyyən tədbirlər həyata keçirilmişdir. Bölgə müxbirimiz rayon təhsil şöbəsinin müdiri Anar Məcidovdan bu barədə məlumat verməsini xahiş etmişdir. O, demişdir:

- İlk vaxtlar şagirdlərin müəllimlərin diqqətinin Mədəniyyət kanalı vasitəsilə yayımlanan teledərslər Təhsil Portalındakı elektron tədris resusrlarından fəal istifadəyə səfərbər edilməsi fəaliyyətimizin əsas istiqaməti olsa da, eyni zamanda qabaqcıl müəllimlərə bütün siniflər üzrə, xüsusilə ibtidai buraxılış sinifləri üzrə yeni elektron dərslər vasitəsilə tədrisin təşkilinə öz töhfələrini vermək təklif olunmuşdur. Tezliklə onlarla müəllim bu təşəbbüsə qoşulmuşdur. Bu günədək rayon Təhsil Şöbəsinin rəsmi facebook səhifəsində onların əməyinin məhsulu olan 1000-dən artıq elektron dərs yerləşdirilmişdir, şagirdlər digər müəllimlər həmin resurslardan istifadə etmək imkanlarına malikdirlər. Oğuz şəhəri üzrə şagirdlərin mövcud internet imkanları çərçivəsində 60-65 faizi, kəndlər üzrə 30-40 faizi ZooM, Microsoft Teams, Skupe platformaları üzərindən birbaşa elektron tədrislə əhatə olunmuşlar. Digər şagirdlərimizin WhatsApp, Təhsil Şöbəsinin facebook səhifəsində yerləşdirilən elektron tədris vəsaitləri Mədəniyyət kanalında yayımlanan teledərslər vasitəsilə təhsilə cəlb edilməsi diqqət yetirdiyimiz əsas fəaliyyət sahəsi olmuşdur.

Oğuz məktəbliləriEvdə qal Evdə yaratdevizi üzrə hərəkatda fəal iştirak edirlər. Mart ayının 29-da rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə Hekayə müsabiqəsinə start verilmiş, rayon Təhsil Şöbəsinin facebook səhifəsində 41 hekayə paylaşılmışdır. Bu hekayələrin qısa müddət ərzində 19 mindən çox bəyənilmə faktının qeydə alınması rayon ictimaiyyətinin həmin müsabiqəyə böyük marağının ifadəsidir. Rayonun şəhər 1, 2 3 nömrəli, Kərimli, Dəymədərə, Padar, Yaqublu, Sincan, Bucaq digər məktəblərin şagirdləri bu müsabiqədə fəal iştirak etmişlər. Müsabiqənin qalibi, Oğuz şəhər 1 nömrəli tam orta məktəbin VII sinif şagirdi Röya Qəhrəmanlının hekayəsiOğuz yurduqəzetində dərc olunmuşdur. Karantin müddəti başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyəsinə əsasən ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuşƏn yaxşı təqdimatmüsabiqəsinin rayon mərhələsi şagirdlərimizin fəallığı şəraitində keçmiş, təqdim olunan videoçarxlar komissiya üzvləri tərəfindən qiymətləndirilmiş Oğuz şəhər 1 nömrəli, Yaqublu, Oğuz şəhər 3 nömrəli, Baş Daşağıl, Qarabulaq kənd tam orta məktəblərinin şagirdləri qaliblər arasında olmuşdur. Müsabiqənin rayon mərhələsinin qalibi, Oğuz şəhər 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Mahmudov Rəşid Elçin oğlu respublika mərhələsində uğurla çıxış edərək III yeri tutmuşdur.

Karantin dövründə istedadlı uşaqlarla sahəsində diqqət yetirdiyimiz əsas məsələlərdən biri fənn olimpiadalarına hazırlıq məsələlərinin diqqət mərkəzində saxlanılması olmuşdur. 2019-2020-ci dərs ilində fənn olimpiadalarının rayon mərhələsində 368 nəfər məktəbli iştirak etmiş, onlardan 44 nəfəri fənn olimpiadalarının yarımfinalında iştirak etmiş, 7 nəfər respublika final mərhələsində rayonumuzu layiqincə təmsil edərək yüz faizli nəticə göstərmişlər. Bu çətin şərəfli bilik yarışında məktəblilər 2 qızıl, 2 gümüş 3 bürünc medal qazanmışlar. Bu, müstəqillik tarixində Oğuz məktəblilərinin fənn olimpiadalarında əldə etdikləri ən yüksək nəticədir.

Evdə qal Evdə yaratdevizi üzrə hərəkatı eyni zamanda musiqi, təsviri incəsənət, rəssamlıq s. sahələrdə onlarla istedadlı şagirdin öz potensialını göstərməsinə imkan yaratmışdır.

25 may 2020-ci il tarixdə 28 MayRespublika Günü münasibətiləCümhuriyyət fədailəribaşlığı altında rəsm müsabiqəsi keçirilmişdir. I III yerlərin qalibləri müvafiq olaraq A.Əfəndiyev adına Kərimli kənd tam orta məktəbin IXa sinif şagirdi Nuray İbrahimli VIII sinif şagirdi Natəvan Babayeva, II yerin qalibi Oğuz şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Gülşən Cumayeva olmuşdur, qaliblər Təhsil Şöbəsinə dəvət olunaraq, qiymətli hədiyyələr fəxri fərmanlarla mükafatlandırılmışlar.

10 iyun 2020-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən, ABŞ, Polşa, Ukrayna, Rusiya, Gürcüstan, Türkiyə, Belarus məktəblilərinin iştirak etdiyiBiz planetin uşaqlarıyıqadlı Beynəlxalq onlayn rəsm müsabiqəsində Oğuz Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirməsi Cumayəddinli Turan I yeri, Seyidli Fatimə isə II yeri tutmuşlar.

Evdə qal Evdə yaratdevizi üzrə keçirilən respublika yaradıcılıq müsabiqəsində Oğuz Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri 4 nominasiya üzrə qaliblər sırasında olmuşlar. Əl işləri üzrə nominasiyada mərkəzin yetirmələrindən Gülnarə Mahmudova I, Tofiq İsazadə Mədinə Zakirzadə III yerləri, Bədii qiraət üzrə Sona Babayeva II, Şəlalə Mənəfli III Rəsmiyyə Gülmalıyeva həvəsləndirici yeri, musiqi alətlərində ifa nominasiyası üzrə Nuran Oruczadə II, Nicat Yunusov III Sadiq Nəcməddinli həvəsləndirici yerləri, Rəqs nominasiyası üzrə Nuran Məmmədzadə Nailə Cəfərli I yeri, Amin Feyzullayev III yeri tutmuşlar.

Evdə qalaq, nəğmə deyəkonlayn mahnı müsabiqəsində mərkəzin dərnək üzvü Sahib Camıyev I yeri, Ayxan Həsənov II yeri tutmuşlar. “Biz birlikdə güclüyükmövzusunda keçirilən onlayn II Respublika müsabiqəsində İnkişaf mərkəzinin dərnək üzvü Nuray İbrahimli III yeri tutaraq mükafatçılar arasında olmuşdur.

4 iyun 2020-ci il tarixdə Zoom proqramı vasitəsilə canlı yayımlananGələcəyin mühəndisi” II Respublika onlayn müsabiqəsində Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Amil Rüstəmzadə III yerə layiq görülmüşdür.

Rayon Təhsil Şöbəsi eyni zamanda karantin dövründə tarixi yerlərə, muzeylərə, tarixi abidələrə şagirdlərin onlayn səyahətlərinin təşkilinə yönəldilmiş videoçarxların da vaxtaşırı nümayiş etdirilməsini diqqət mərkəzində saxlayır.

Şöbə müdiri məlumatında bildirdi ki, olimpiadaların rayon mərhələsində 368 nəfər məktəbli iştirak etmiş, onlardan 44 nəfəri fənn olimpiadalarının yarımfinalına çıxmış, 7 nəfər isə respublika final mərhələsində rayonumuzu layiqincə təmsil edərək yüz faizli nəticə göstərmişlər. Tarix fənni üzrə Oğuz şəhər 3 nömrəli məktəb-liseyin şagirdi Cahan Ənsərlinin qızıl medal, Qumlaq kənd tam orta məktəbinin şagirdi Tofiq Lətifovun gümüş medal, Oğuz şəhər 3 nömrəli məktəb-liseyin şagirdi Aysel Mövsümzadənin Dəymədərə kənd tam orta məktəbinin şagirdi Rəşid Vəliyevin bürünc medal, coğrafiya fənni üzrə Xaçmaz kənd 1 nömrəli tam orta məktəbin şagirdləri: Ziya Rəsulzadənin qızıl medal, Rufanə Mikayıllının gümüş medal, Alsu Siyahlının bürünc medal qazanması Oğuz təhsilinin ən ciddi uğurlarından biri kimi qiymətləndirilməlidir. Anar müəllim əldə edilən bu uğurların Azərbaycan dövlətinin təhsilin inkişafına yüksək diqqət qayğısının nəticəsi olduğunu bildirmiş, ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, respublika Təhsil Nazirliyinə, oğuzlu gənclərin uğurlarını hər il diqqətlə izləyən millət vəkili Aqiyə xanım Naxçıvanlıya Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanova rayonun pedaqoji ictimaiyyəti adından öz minnətdarlığını bildirmişdir.

2019-2020-ci ilin fənn 17 iyun 2020-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Aqiyə xanım Naxçıvanlı ilə 2020-ci ildə fənn olimpiadalarının final mərhələsinin qalibləri olan şagirdlər onların müəllimləri ilə videogörüş keçirilmişdir. Videogörüşdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Aqiyə xanım Naxçıvanlı çətin şərəfli bilik yarışında yüksək nəticə əldə edən qalibləri, onların müəllimlərini valideynlərini, Oğuz rayonunun təhsil işçilərini təbrik etmiş, şagirdlərə qarşıdakı buraxılış və ali məktəblərə qəbul imtahanlarında daha yüksək nailiyyətlərə imza atmağı arzulamışdır.

Rayon təhsil şöbəsinin müdiri söhbətinin sonunda qeyd etdi ki, Oğuzun təhsil işçiləri bundan sonra da dövrün tələblərinə uyğun qarşıya qoyulan bütün vəzifələrin yerinə yetirilməsində bilik bacarıqlarını əsirgəməyəcəklər.

 

Söhbəti qələmə aldı:

Rasim AMANOV,

 

Respublika. - 2020.- 20 iyun.- S.7.