Musiqişünas alim
Professor, Əməkdar İncəsənət
Xadimi Akif Quliyevin adı respublikamızın musiqi ictimaiyyətinə çox
yaxşı tanışdır.
Onun əsərləri
musiqiçilərin stolüstü
kitabıdır. Musiqinin
müxtəlif janrlarına
həsr olunmuş bu kitablar, dərsliklər
xaricdə də musiqiçilərin diqqətini
özünə çəkmişdir.
Akif müəllim hələ Sumqayıt 1 nömrəli
musiqi məktəbində,
sonra isə Bülbül adına orta ixtisas musiqi
məktəbinin tar sinfində oxuyarkən məşhur tarzən, respublikanın tanınmış
tarzəni Əhsən
Dadaşovdan dərs almışdır. O, 1973-cü ildə Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət Konservatoriyasının
Musiqi tarixi və nəzəriyyəsi
fakültəsinə daxil
olmuşdur. Tələbəlik
illərində tələbə
elmi cəmiyyətinin
sədri olmuşdur. Respublika ali məktəblərinin elmi
konfranslarındakı çıxışlarına
görə fəxri fərmanlara layiq görülmüşdür. A.Quliyev
1978-ci ildə 3 ixtisas
üzrə müəllim,
musiqişünas və
musiqi tənqidçisi
kimi konservatoriyanı müvəffəqiyyətlə bitirmişdir.
O,
bir müddət Naxçıvan Respublikasının
orta ixtisas musiqi məktəbində işlədikdən sonra hərbi xidmətdə olmuş, sonra isə 1981-2006-cı illərdə
Azərbaycan Milli Elmlər Akademiyasının
Memarlıq və İncəsənət İnstitutunda — “Azərbaycan Xalq Musiqisinin tarixi və nəzəriyyəsi” şöbəsində
elmi işçi
vəzifəsində işləmişdir.
O, burada işlədiyi
müddətdə “Azərbaycan
xalq musiqisinin antologiyası” adlı çoxcildlik materialın
hazırlanmasında fəal
iştirak etmişdir.
“Azərbaycan muğamlarının
musiqi dramaturgiyasında
kontrastlıq prinsipləri”
mövzusunda dissertasiya
müdafiə edib sənətşünaslıq namizədi
elmi dərəcəsi
almışdır. Bir dərslik,
bir monoqrafiya, iki dərs vəsaiti,
100-dən artıq elmi
məqalə və tədris proqramlarının
müəllifidir, (“Saz
məktəbi”, “Aşıq
musiqisinin bəzi tarixi və nəzəri problemləri
haqqında”, “Koroğlu”
operasında aşıq
musiqisindən istifadə
xüsusiyyətləri”, “Muğamın
musiqi dramaturgiyasına dair”, “Qara Qarayev və Azərbaycan musiqi folkloru”, “Səid Rüstəmovun həyat və yaradıcılığı”,
“Muğam və din” və s.). Respublika dövri mətbuatında, elmi məcmuələrdə və
radio-televiziyada musiqi sənətinin müxtəlif
sahələrini əhatə
edən məqalə və çıxışlarla
iştirak etmişdir.
Elmi işlərlə
yanaşı, pedaqoji fəaliyyətlə də
uzun müddətdir ki, məşğul olur. Belə ki, 1985-1993-cü illərdə Sumqayıt şəhər musiqi texnikumunda dərs demiş, 1995-ci ildən
2003-cü ilə kimi Bakı Musiqi Akademiyasının Azərbaycan
xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında
müəllim, baş
müəllim, dosent,
2003-cü ildən bu günə kimi Azərbaycan Milli Konservatoriyasının Musiqinin
tarixi və nəzəriyyəsi kafedrasında müdir
vəzifəsində çalışır.
2003-2010-cu illərdə Azərbaycan
Milli Konservatoriyasının
Elmi Şuranın katibi vəzifəsində
işləmiş, 2009-cu ildən
2014-cü ilə kimi tədris işləri üzrə prorektor vəzifəsini icra etmişdir. 2010-cu ildən
kafedranın professoru kimi fəaliyyətimi
davam etdirir.
12.10.2012-ci ildən AAK tərəfindən
təsdiqini almış,
2003-cü ildən bu günə kimi Bakı Musiqi Akademiyasında təşkil
olunmuş Müdafiə
Şurasının üzvüdür.
Akif müəllim 1997-ci ildən
Azərbaycan Bəstəkarlar
İttifaqının üzvüdür.
Bir sıra beynəlxalq simpozium və konfranslarda, respublika dövri mətbuatında,
elmi məcmuələrdə,
radio-televiziyada musiqi sənətinin müxtəlif
sahələrini əhatə
edən məqalə və çıxışlarına,
elmi-pedaqoji fəaliyyətinə
görə 2008-ci ildə
Respublikanın Əməkdar
İncəsənət Xadimi
fəxri adına
layiq görülmüşdür.
Zabit CAVADOV,
Respublika. - 2020.- 20 iyun.- S.7.