85 yaşlı mədəniyyət məbədi

 

 

Qədim Qubanın gözəl təbiəti kimi, maddi-mədəni sərvətləri həmişə diqqət çəkir, buraya üz tutan hər kəsdə böyük maraq doğurur. Qədim yaşayış məskənləri, tarixi yerlər, mədəniyyət abidələri xarici qonaqların da tez-tez üz tutduğu məkanlardandır. Quba şəhərində bir ünvan da var ki, buraya gələn hər kəs mütləq bu ünvana baş çəkir. Şəhərin ən görkəmli yerində - Nizami parkında qərar tutmuş zəngin eksponatları maraqlı ekspozisiyaya malik tarix-diyarşünaslıq muzeyi. Qeyd edək ki, ölkəmizin regionlarında ilk tarix muzeylərindən olan bu mədəniyyət məbədinin düz 85 yaşı tamam olur. Bu günlərdə biz yolumuzu yenidən bu ocağa saldıq. Muzeyin 85 illik tarixini direktor Məryəm Hacıyeva ilə birlikdə vərəqlədik. Onu da deyək ki, Məryəm Hacıyeva uzun illər bu sahədə çalışan ixtisaslı təcrübəli mədəniyyət işçisidir. O, 20 ilə yaxındır ki, muzeyə rəhbərlik edir. M.Hacıyeva 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı iləƏməkdar mədəniyyət işçisifəxri adına layiq görülmüşdür. O, həm Beynəlxalq Muzeylər Şurası (İSOM) Azərbaycan Milli Komitəsinin üzvüdür.

Məryəm xanım muzeyin tarixi fəaliyyəti barədə geniş məlumat verərək bildirir ki, XX əsrin 20-ci illərində Azərbaycanın bölgələrində yaradılan muzeylərdən biri Qubada yerləşirdi. Bu muzeyin təşkili fəaliyyəti Azərbaycanda diyarşünaslıq muzeyi işinin ilk təşkilatçılarından biri Əhməd Əfəndi Çələbizadənin fəaliyyəti ilə sıx bağlıdır. Xüsusi qeyd etmək lazımdır ki, Qubanın adət-ənənələri haqqında yazılmış dəyərli əsərlər Çələbizadənin əlyazmalarından bəhrələnmişdir.

Əhməd Əfəndi Çələbizadə 1892-ci ildə Quba qəzasının tanınmış din xadimi Əbdürrəhim İmam əfəndinin ailəsində anadan olmuşdur. O, məktəb yaşına çatanda atasının tövsiyəsi ilə Tiflisdə yerləşən Sunitski adına Zaqafqaziya ruhani məktəbində oxumağa getmişdir. 1913-cü ildə təhsilini başa vuran Ə.Çələbizadə Qubaya qayıdır. Həmin il o, Quba əhalisinin təşəbbüsü ilə Cümə məscidinə atasının köməkçisi təyin edilmişdi. Əbdürrəhim İmam əfəndi 1921-ci ildə vəfat etdikdən sonra Əhməd Əfəndi cümə məscidinin xətibi təyin edilmişdir. O, dövrünün tarix incəsənətinin yaxşı bilicisi, elmi cəhətdən məlumatlı, şərq qərb ədəbiyyatını, şərq dillərini bilən, nadir hafizəyə malik olan bir şəxsiyyət kimi tanınmışdır.

Azərbaycan Sovet hakimiyyətinin ilk illərində Ə.Çələbizadə Quba ərazisindəki qədim tarixi abidələrin, yer adlarının öyrənilməsi, etnoqrafik materialların folklor nümunələrinin toplanılması təbliği ilə məşğul olmuşdur. Onun təşəbbüsü ilə 1924-ci ildə Qubada Tarix-diyarşünaslıq muzeyi yaradılmışdır. 1924-1935-ci illərdə o, muzeyə ayrı-ayrı idarə müəssisələrdən, şəxsi evlərdən qədim əlyazmalar, silahlar, qədim xalçalar, şəkillər, gümüş mis sikkələr, dulusçuluq, misgərlik məmulatları, milli geyim nümunələri, müxtəlif tikmələr, ərəb, fars, türk rus dillərində ədəbiyyat, əntiq əşyaları digər maddi-mədəniyyət nümunələri toplamışdır. Muzeyin əsasını Səkinəxanım məscidində toplanıb qorunan eksponatlar təşkil edirdi. Əldə edilmiş eksponatlar sonradan muzeyin ilk eksponatları kimi nümayiş etdirilmişdir.

Muzey 1937-ci ilədək ictimai əsaslarla Ə.Çələbizadənin rəhbərliyi altında fəaliyyət göstərmişdir. Yalnız 1932-ci ildə muzeyin rəsmi yaradılması haqqında Quba Rayon İcraiyyə Komitəsi qərar qəbul etmişdir. Muzeyin təşkilinə dair plan layihəsi müvafiq tezislər bəyənilmiş, bu işə kömək göstərilməsi Xalq Maarif Komissarlığından Azərbaycan Dövlət Muzeyindən xahiş edilmişdir. Azərbaycan Xalq Maarif Komissarlığı 1935-ci il mayın 14-də Quba Maarif Şöbəsinə yazmışdır; “Xalq Maarif Komissarlığının Elmi-Tədqiqat müəssisələriidarəsi yoldaş Ə. Çələbizadənin Quba muzeyinin müdiri təyin olunması üçün Sizin sərəncamınıza göndərir. Yoldaş Çələbizadə lazımi təlimatla təmin edilmiş ona təşkil edəcəyi muzey haqqında konkret tapşırıqlar verilmişdir”. Beləliklə, Ə.Çələbizadənin təşkil etdiyi muzey dövlət müəssisəsinə çevrilir o, muzeyin direktoru təyin edilir. O, muzeyə direktor təyin edildikdən sonrakı illərdə muzeyin ekspozisiyası qurulub başa çatdırılmış, eksponatların muzeyə gələnlərin sayı çoxalmışdır. Muzey görkəmli mütəfəkkir A.A.Bakıxanovun bir vaxtlar yaşadığı mülkündə təşkil olunmuşdur.

Quba muzeyi repressiya qurbanına çevrildi. 1937-ci ildə bir çox ərəb dilində olan kitablar, qədim əlyazmalar məhv edilmiş, yandırılmışdır. Qiymətli Quba xalçaları, zəngin gümüş, mis qablar çoxsaylı tablolar talan edilib, Qubadan çıxarılmışdır. 3 şəhər məscidi- Cümə məscidi dəyirmana, Ərdəbil məscidi anbara, Səkinəxanım məscidi isə tikiş emalatxanasına çevrilmişdir. Divardakı qədim naxışların, ərəb yazılarının üzərindən boya çəkilmiş, rəngbərəng pəncərə şüşələri sındırılmışdı.

30-cu illərin repressiya dalğaları Ə.Çələbizadədən yan keçməyib. O, 1937-ci il avqust ayının 10-da həbs edilir. Ona qarşıBurjua millətçiittihamı irəli sürülür. Arxiv materiallarından məlum olub ki, Ə. Çələbizadə Azərbaycan SSR XDİK-nın xüsusi üçlüyünün 26 avqust 1937-ci il qərarı ilə güllələnmişdir. Xalqının maariflənməsinə, mədəniyyətinin etnoqrafiyasının inkişafı yolunda xidmətləri olan Ə.Çələbizadə nəhayət, 1956-cı ilin noyabr ayında bəraət qazanmışdır.

Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi tərəfindən 2014-cü ildə muzey üçün Quba şəhərindəNizamiadına mədəniyyət istirahət parkının ərazisində milli memarlıq üslubunda müasir standartlara uyğun bina tikilib istifədəyə verilmişdir. Hazırda muzeyin əsas köməkçi fondunda on mindən çox eksponat qorunub saxlanılır. Muzey respublikamızın ən zəngin unikal mədəniyyət ocaqlarından biridir. 9 ekspozisiya zalından ibarət olan muzeydə Qubanın təbiəti, tarixi, müxtəlif ov səhnələri, ibtidai insanların məişətini əks etdirən əşyalar, Musa peyğəmbər Həzrət baba rəvayətinin təsviri, Ağbil türbəsinin maketi, arxeoloji qazıntılar zamanı tapılan saxsı əşyalar, qədim silah növləri, Xan divanın təsviri, Fətəli xanın portreti, qədim silah növləri, orta əsrlərə aid döyüşçü geyimi nümayiş olunur. 5-ci zalda nümayiş olunan etnoqrafiya bölməsi böyük maraq doğurur. Burada XIII-XIX əsrlərdə adamların yaşayış tərzi, XIX əsr qadın geyimi, Quba xalq sənətkarlığı nümunələri (dulusçuluq, misgərlik, xalçaçılıq) nümayiş olunur.

Mədəni dəyərlərimizin cəfakeşi, toplayıcısı qoruyucusu olmuş Əhməd Əfəndi Çələbizadənin əmanət qoyub getdiyi Quba Tarix muzeyi bu gün yeni binada qapılarını tamaşaçıların üzünə taybatay açmışdır. Tariximizin qədim parçası olan bu maddi-mədəni sərvət qayğı ilə qorunur, ildən-ilə yeni-yeni maraqlı eksponatlarla zənginləşdirilir. Tariximizi, milli-mədəni irsimizi böyük həvəslə, şövqlə təbliğ edən muzey əməkdaşları bununla həm böyük vətənpərvər ziyalı, maarifçi, mədəni dəyərlərimizin fədakar təbliğatçısı Ə.Ə.Çələbizadənin ruhunu şad etmiş olurlar.

 

Ziyafəddin BAYRAMOV,

 

Respublika. - 2020.- 20 iyun.- S.7.