Meliorativ tədbirlər bol
məhsula zəmin yaradır
Son illərdə cəbhə
bölgəsində yerləşən
Tərtər rayonunda bütün sahələrdə
dinamik inkişafı görmək olar. Rayon zəhmətkeşləri
pambıq və taxıl istehsalında qabaqcıl yerlərdə qərar tutmuşlar.
Dövlətimizin başçısı cənab İlham Əliyev Tərtərə
son səfəri zamanı
ictimaiyyət nümayəndələri
ilə görüşdə
rayonda gedən inkişafı yüksək
qiymətləndirmişdir.
Tərtər rayonu təmas
xəttində yerləşməsinə
və düşmənin
atəşkəs rejimini
pozmasına baxmayaraq insanlar heç də əlini işdən soyutmur. Rayon iqtisadiyyatının
əsasını təşkil
edən aqrar sahədə, o cümlədən
əkinçilikdə yüksək
nailiyyətlərin əldə
olunması davamlı hal almışdır.
Bitkiçilikdə yüksək məhsuldarlığın
əldə olunması
birbaşa suvarma suyuna olan tələbatın
vaxtlı-vaxtında ödənilməsindən
asılıdır. “Tərtərçay” Hidroqovşağı
İstismar İdarəsinin
rəisi Emil Hacıyevlə
söhbət zamanı
bildirdi ki, qeyd olunan müəssisə
1976-cı ildə “Sərsəng”
və “Madağız”
su anbarlarının istifadəyə verilməsindən
sonra yaradılmışdır.
“Tərtərçay” Hidroqovşağı Aran Qarabağ massivində 113
min ha əkin sahəsinin
suvarılmasına xidmət
etməli idi. Qarabağ müharibəsinədək müəssisə
Tərtər, Bərdə,
Yevlax, Goranboy, Ağdam və Ağcabədi rayonlarının
63 min ha əkin sahəsini
suvarma suyu ilə təmin edirdi. Təəssüf hissi ilə
qeyd etmək lazımdır ki, “Sərsəng” və “Madağız” su anbarlarının erməni
işğalı altına
düşməsi nəticəsində
təsərrüfatların suvarma suyu ilə
təminatında çətinliklər
yarandı. Belə ki,
sağ və sol magistral kanalları və Hidroqovşaq işğal olunmuş ərazilərdə qaldı.
Bundan sonra su nəqli beton
üzlüklü magistral
kanallar vasitəsi ilə deyil, Yuxarı Çaylı kəndi ərazisində Tərtərçaydan qidalanan
3 torpaq məcralı kanal - Xan arxı,
Təley, Xoruzlu kanalları vasitəsi ilə həyata keçirildi. Bundan sonra idarə
Tərtər, Bərdə,
Yevlax və Goranboy rayonlarının
36300 ha sahəsinə xidmət
edə bildi. Mənfur ermənilər adətən
suyu qış aylarında açıb Tərtərçaya buraxaraq
Sərsəng su anbarını boşaldırlar.
Təsərrüfatların suya ehtiyacı
olduğu zaman isə suyun qarşısını kəsirlər.
Nəticədə əkin sahələrinin
suvarma suyu ilə təminatında çətinlik yaranır.
Su torpaq məcralı
kanallar vasitəsi ilə nəql edildiyinə görə su itkisinin miqdarı
həddindən artıq
çox olur. Su itkisinin qarşısını
almaq məqsədilə
idarə vaxtaşırı
torpaq kanalların lildən, kol-kosdan və digər çöküntülərdən təmizləmə işlərini
həyata keçirir.
Qısa müddət ərzində
suvarmaya hazırlıqla
əlaqədar 135 km kanalda
təmizləmə işləri
aparılmış və
davam etdirilir. Xan arxında, Təley, Qaraqoyunlu, Qaramallı, Şatırlı
və Sol sahil magistral kanallarında 103
min kubmetr lildən təmizləmə işləri
aparılmış, 31 km torpaq
məcralı kanalların
beton üzlüyə
alınması istiqamətində
işlər aparılır.
Cari ilin 5 ayı ərzində 8 ədəd hidrotexniki qurğu, 10 ədəd hidrometrik post, 1 km istismar yolunda cari təmir
işləri aparılmışdır.
Bundan başqa 6,5 km uzunluğunda torpaq və beton məcralı kanallarda cari təmir işləri aparılmış, işlər
istismar tədbirləri
planına uyğun qaydada davam etdirilir.
R-8-1 paylayıcı kanalının 400 m-lik hissəsində təmir-bərpa
işləri aparılmışdır.
Emil Hacıyev bildirdi ki, idarə
lazımi qədər
texnika ilə təmin olunmuşdur.
İlin əvvəlindən inzibati
bina yerləşən
ərazidə abadlıq
işləri aparılmışdır.
Ərazidə minə yaxın
cürbəcür meyvə
və dekorativ ağaclar əkilərək
yüksək aqrotexniki
qulluq göstərilir.
Bundan əlavə Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin
650 illiyi ilə bağlı keçirilən
ağacəkmə aksiyasında
Tərtər-Bərdə və
Tərtər-Dördyol istiqamətində
1500 ədəd meyvə
ağacı, şam ağacları, çinar və başqa ağaclar əkilmişdir.
Bundan başqa ölkədə baramaçılığın
inkişaf etdirilməsi
istiqamətində yem
bazasının yaradılması
üçün idarəyə
aid olan ərazidə Çin Xalq Respublikasından gətirilmiş
1000 ədəd tut tingi
əkilmişdir.
Sonda idarə rəisi bildirdi ki, su itkisinin
minimuma endirilməsi üçün hazırda
kanalların beton üzlüyə alınması
prosesi davam etdirilir.
Vəli VƏLİYEV,
Respublika. - 2020.- 23 iyun.- S.4.