İnsanlara xidmət qayğı dövlət qulluqçusunun əsas vəzifəsidir

 

 

Dünya təcrübəsində qəbul edilmiş dövlət idarəetmə sistemlərinə və yeni çağırışlara uyğun ölkəmizdə milli dövlət quruculuğu istiqamətində islahatlar uğurla davam etdirilir.

Aparılan islahatların əsas məqsədi çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, elektron hökumətin qurulması, insan vətəndaş hüquq azadlıqlarının yüksək dövlət təminatına nail olunması bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. Bu islahatların ən bariz nümunəsi dövlət qulluğunda səmərəliliyin artırılması, eyni zamanda dövlət qulluqçularının hüquqi statusunun müəyyən olunması məqsədilə 2000-ci il 21 iyul tarixindəDövlət qulluğu haqqındaAzərbaycan Respublikasının Qanununun qəbul edilməsidir. Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində qəbul olunmuş ilk qanunun çox böyük əhəmiyyəti olmuşdur. Qanunun qəbulu ilə ölkədə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşmasının əsası qoyulmuş, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri müəyyənləşdirilmişdir. Qanunda dövlət qulluğu dövlət qulluqçusu anlayışlarına aydınlıq gətirilmiş, dövlət qulluğunun prinsipləri, habelə dövlət qulluqçularının hüquq vəzifələri öz əksini tapmışdır.

Ölkə iqtisadiyyatının dinamik inkişafı növbəti dövrlərdəDövlət qulluğu haqqındaAzərbaycan Respublikasının Qanununun daha da təkmilləşdirilməsi zərurətini yaratmışdır. Belə ki, 2001-ci ildən başlayaraq müntəzəm olaraq qanuna bir sıra əlavələr dəyişikliklər edilmiş, dövlət qulluğu sahəsində dünya təcrübəsi nəzərə alınaraq bir çox normativ-hüquqi aktlar qəbul olunmuş geniş hüquqi baza yaradılmışdır. Bu sənədlər Azərbaycanda dövlət qulluğunun əsas istiqamətlərini əhatə edərək dövlət qulluqçularının fəaliyyəti üçün lazımi hüquqi zəmin, müvafiq icra nəzarət mexanizmi formalaşdırmışdır. Xüsusi qeyd etmək lazımdır ki, bu sənədlərin hər birində dövlət qulluqçularının vətəndaşlara münasibəti, dövlət cəmiyyət qarşısında məsuliyyətinin artırılması əsas yer tutur. Beləliklə, “Dövlət qulluğu haqqındaAzərbaycan Respublikası Qanununun qəbulundan ötən 20 il ərzində dövlət qulluğu sahəsində geniş qanunvericilik bazası yaradılmış, həyata keçirilmiş islahatlar nəticəsində ölkədə dövlət qulluqçularının peşəkarlığının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri addımlar atılmışdır.

Bütün bunlar cəmiyyətdə sosial ədaləti vətəndaşların layiqli həyat tərzini təmin etmək, demokratik təsisatları inkişaf etdirmək, elmin, mədəniyyətin təhsilin səviyyəsini yüksəltmək üçün dövlət qulluqçuları qarşısında geniş imkanlar açmışdır. Həmçinin dövlət qulluğuna qəbul üçün müsabiqənin keçirilməsi, dövlət qulluqçularının icbari sığortası, qulluq stajına, ixtisas dərəcələrinə görə vəzifə maaşına əlavə haqqın verilməsi kimi məsələlər nizama salınmış, İnzibati yardımçı vəzifələrin Təsnifat Toplusu təsdiq edilmişdir.

Dövlət qulluğu haqqında qəbul edilmiş bu qanun dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət qulluğu irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak qulluq vəziyyətindən, yaşayış yerindən, əqidəsindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan ölkə vətəndaşları hesabına formalaşır. Dövlət qulluğunun başlıca funksiyası, onun mahiyyəti - dövlətə qulluq etmək, dövlət cəmiyyət, dövlət onun vətəndaşları arasında dayanıqlı əlaqəni yaratmaq, öz fəaliyyətində əməli surətdə demokratik prinsipləri realizə etmək, vətəndaş cəmiyyətinin genişləndirilməsinə şərait yaratmaqdır.

Ölkədə demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və BMT-nin Baş Assambleyası tərəfindən iyunun 23-ü BMT-nin Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alaraq, ölkə Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə Dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur.

Ölkənin idarə olunmasında inkişafının gücləndirilməsində ciddi rol oynayan dövlət qulluqçularının sayı da həmişə diqqəti cəlb edən məsələlərdən olmuşdur. Yeni idarəetmə strukturlarının yaradılması bəzi qurumların yenidən təşkil olunması ilə əlaqədar dövlət qulluqçularının sayının artması müşahidə olunmuşdur. Belə ki, ötən 15 il ərzində ölkədə dövlət qulluqçularının sayı 14,1 faiz artaraq 2020-ci il yanvarın 1-nə 29,4 min nəfər olmuşdur ki, onların da 29,0 faizini qadınlar təşkil etmişdir. Dövlət qulluqçularının 4,7 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 75,6 faizi 4-7-ci təsnifatları, 19,7 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləmişdir.

Bu dövr ərzində daha təcrübəli işçilərlə yanaşı, gənc kadrların da dövlət qulluğuna cəlb olunması prioritet məsələ olmuşdur. Son statistik məlumatlar göstərir ki, 2005-ci illə müqayisədə 30 yaşadək 30-34 yaşda olan dövlət qulluqçularının sayı müvafiq olaraq 32,5 faiz 67,9 faiz artmışdır. Dövlət qulluqçuları arasında gənclərin sayının artması onu göstərir ki, bu sahədə həyata keçirilən dövlət siyasəti öz bəhrəsini verməkdədir.

Ümumilikdə, 2020-ci il yanvarın 1-nə dövlət qulluqçuları ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin 1,8 faizini təşkil edir. Dövlət qulluqçularının 17,3 faizini 30 yaşadək, 16,3 faizini 30-34 yaşda, 23,8 faizini 35-44 yaşda, 19,9 faizini 45-54 yaşda, 21,3 faizini 55-64 yaşda, 1,4 faizini 65 yuxarı yaşda olan şəxslər təşkil edir. Dövlət qulluqçularının 7,2 faizi 1 ilə qədər, 23,5 faizi 1 ildən 5 ilə qədər, 23,8 faizi 5 ildən 10 ilə qədər, 16,6 faizi 10 ildən 15 ilə qədər, 28,9 faizi isə 15 il daha çox qulluq stajına malikdir.

Əmək siyasəti əməyin ödənilməsi sahəsində ölkədə həyata keçirilən uğurlu islahatlar nəticəsində orta aylıq əməkhaqqının ilbəil artması əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin etmişdir. Belə ki, 2005-2019-cu illər ərzində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 6 dəfə artaraq 634,8 manata, minimum aylıq əməkhaqqı isə 10 dəfə artaraq 250 manata çatmışdır. Eyni zamanda, cari ilin dörd ayı ərzində ölkə üzrə orta aylıq nominal əməkhaqqının artımı müşahidə olunmuş 736,2 manat təşkil etmişdir.

Ötən 15 il ərzində ölkədə orta aylıq nominal əməkhaqqının müntəzəm artımı dövlət qulluqçularının əməkhaqqına birbaşa öz təsirini göstərmişdir. Belə ki, 2019-cu ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 1022,2 manat təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 28,3 faiz, 2005-ci illə müqayisədə isə 5,6 dəfə çoxdur. Göründüyü kimi, dövlət qulluqçularının əməkhaqqı ölkə üzrə orta aylıq əməkhaqqını 61 faiz bəndi üstələmişdir. Dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı digər iqtisadi rayonlarla müqayisədə Bakı şəhərində (1484,0 manat) Naxçıvan MR- (750,9 manat) üstünlük təşkil etmişdir.

Dövlət qulluqçularının hazırlıq səviyyəsinin keyfiyyətlərinin yüksək olması çox vacibdir. Yalnız yüksək peşəkarlıqla, dərin biliklə, kreativ düşüncə tərzi ilə, ən başlıcası vətənə, xalqa, dövlətə sədaqət hissi ilə bu çətin məsuliyyətli işin öhdəsindən gəlmək mümkündür. Dövlət qulluqçularının müsbət imici xalqın dövlətə münasibətinin formalaşmasında mühüm rol oynayır. Onun müsbət imici isə gördüyü işin nəticəsindən, peşəkarlığından, öz vəzifə borcuna münasibətindən asılıdır.

Dövlət qulluqçularının fəaliyyətinin səmərəsi onların ölkənin iqtisadi inkişafına vətəndaşların hüquq azadlıqlarının qorunmasına, dövlət vətəndaş münasibətlərinin yaxşılaşmasına göstərdikləri töhfə ilə ölçülür.

Azərbaycanda dövlət qulluqçularının dərəcədə səmərəli fəaliyyət göstərməsi özünü məhz məmur-vətəndaş münasibətlərində büruzə verir. Bu məsələ ilə bağlı fikrini bildirən ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir”.

 

 

Nemət XUDUZADƏ,

 

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Əmək Statistikası Şöbəsinin müdiri.

 

Respublika. - 2020.- 23 iyun.- S.5.