HƏQİQƏT İŞIĞINDA FİLOSOF ÖMRÜ

 

Etiraf edək ki, müasir dövrdə filosof olmaq qədər ikinci bir məsuliyyətli “vəzifəni” təsəvvür etmək bəlkə də mümkün deyildir. Aşağıda iki cümlə ilə bu çətin “peşənin” - filosofluğun yalnız bir qismininyükünüizah etməyə çalışaq: Fəlsəfə dövrün problemləri, ictimai, siyasi, etik-əxlaqi, mədəni, milli dəyərləri, dövlətçilik və müasirlik, ənənə və yenilikləri, bir sözlə, dünya, insan, elm, bilikonun sivilizasiyanın inkişafında rolu, müasirliyin dialektik xüsusiyyətləri, cəmiyyətin orientasiyası, konsolidasiyası və “gələcəyi”, “indisi” və “keçmişi” barədə cəsarətlə fikir plüralizmini, dialoqpoliloqunu həyata keçirən, millətin, milli ideologiyasının müəyyənləşdirilməsində rol oynayan həm tarixi, həm də müasir paradiqmadır. Müasir siyasi, ideoloji, ictimai-humanitar insanı, cəmiyyəti bu proqramdan kənar təsəvvür etmək sadəcə mümkün deyil. Başqa sözlə, fəlsəfə insanın taleyi, insan fəlsəfənin obrazlı desək, evristik məzmunudur. Təsadüfi deyildir ki, Kant hesab edirdi ki, fəlsəfə insan olmağın paradiqmasıdır. Bütün bunlar nəzərə alınanda görürük ki, müasirlik və dövlətçilik baxımından fəlsəfə milli ideologiyanın, millətin bilavasitə dövlətçilik ideologiyasının təcəssümü və milli fəlsəfənin yaradıcısı olmalıdır.

 

Bu yuxarıdakı fikirləri biz milli fəlsəfə tariximizdən, böyük maarifçilərimizdən, müasir zamanımızda filosoflarımızın əsərlərindən, Azərbaycan elminin və fəlsəfəsinin hamisi, H.Ə.Əliyevin strategiyasının silahdaşı, akademik R.Ə.Mehdiyevin elmin və fəlsəfənin qarşısında qoyduğu vəzifə və tezislərdən, perspektivlərdən alır, bəhrələnir və onları bir institutun fəaliyyət və mayakı kimi əxz edirik. Belə bir məqamda vacib bir məqamı qeyd edək: Fəlsəfə institutunun əməkdaşı olaraq indi anlayırıq ki, belə bir qlobal epoxada və beynəlxalq ziddiyyətlərin, münasibətlərin mürəkkəbliyi şəraitində fəlsəfə ilə məşğul olmaq nə qədər vacib və məsuliyyətdir. Biz əminik ki, indi bu vəzifə və məsuliyyətin daşıyıcısı olan hər bir əməkdaş, İnstitutun direktoru, həyatını bütövlükdə fəlsəfəyə həsr etmiş bir şəxs olan, professor İ.Məmmədzadənin rəhbərliyi ilə və onun fəlsəfi tezislərindən bəhrələnən hər bir gənc alim, mütəxəssislər milli fəlsəfə, dövlətçilik, o cümlədən cəmiyyətin inkişafında öz vəzifəsini yüksək əzmlə həyata keçirməlidir. Bunun üçün, əlbəttə qarşımızda istinad edəcəyimiz, güvənəcəyimiz böyük məktəb və örnək də vardır: Bu bizim milli ideya və strategiyanın fəlsəfəsindən, bütün bunları özündə təcəssüm etdirən ümummilli lider H.Ə.Əliyevin dövlətçilik və Azərbaycançılıq ideyalarından - fəlsəfəsindən gəlir.

 

Müasir Azərbaycan filosofu akademik R.Ə.Mehdiyev yazır: “Fəlsəfə elmində çoxdan təsdiqlənmişdir ki, milli ideya cəmiyyətin həyatında, siyasi praktikada mühüm rol oynayır. Ona görə də hər bir millətin öz milli ideyası olmalıdır, əks halda həmin millətin yaşamağa haqqı yoxdur. Filosoflar milli ideyanı xalqın taleyini, onun vəzifəsini ifadə edən və taleyüklü məsələlərin həlli üçün milli enerjini səfərbər edən inteqrativ milli mənlik şüuru konsepsiya adlandırırlar”. Göründüyü kimi, akademik R.Ə.Mehdiyevin bu fəlsəfi tezisi sübut edir ki, bu gün filosofun üzərinə nə qədər böyük ictimai-humanitar, ideoloji məsuliyyət düşür - paradiqmanı fəlsəfə verməlidir.

 

Bütün bu zəruri qeydlərdən sonra İnstitutumuzun direktoru, humanist insan, dərin intellektual alim, nəhayət ən əsası müasir Azərbaycan fəlsəfəsində öz dəsti-xətti və istiqamətiylə, öz fəlsəfi interperatasiyası ilə seçilən böyük bir kollektivin qayğıkeş rəhbəri İlham Ramiz oğlu Məmmədzadə haqda öz fikir və düşüncələrimizi, onun fəlsəfə və dövlətçilik istiqamətində apardığı işləri qismən də olsa işıqlandırmağa cəhd edəcəyik. Bu yol və fəaliyyət bir filosof ömrü, yuxusuz gecələrin məhsulu, obrazlı desək filosofluğun xoş iztirabıdır. Zəmanənin məsuliyyətini daşımaq və ya ona şərik olmaq!!! Dünyada cəmiyyətdə, kollektivdə baş verən bütün hadisə və proseslərə filosof və fəlsəfə kontekstindən yanaşmaq.

 

Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin məzunu, İlham Ramiz oğlu Məmmədzadə SSRİ EA-nın Fəlsəfə İnstitutunda namizədlik və doktorluq dissertasiyalarını müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır, hazırda bir çox Qərb universitetlərinin fəxri professoru; fəlsəfə aləmində xüsusi hörmətlə anılan "Voprosı filosofii", "Filosofskiy jurnal"  kimi mötəbər beynəlxalq elmi-fəlsəfi jurnalların redaksiya heyətinin üzvü, o cümlədən respublikamızın, xarici ölkələrin elmi nəşrlərində çap olunmuş çoxsaylı kitab və məqalələrin müəllifi və redaktoru, yüzlərlə elmi-fəlsəfi məqalələrin, dərin fəlsəfi əhəmiyyətli monoqrafiyaların müəllifi və ən nəhayət böyük bir fəlsəfə kollektivinin rəhbəri - bütün bunlar İlham müəllimin elmi-fəlsəfi fəaliyyətinin yalnız bir qismidir. Bir faktı xatırlayaq: İ.Məmmədzadə Moskvada nəşr olunan “Filosofı rossii XIX-XX stoletii" (M., izd - vo "Akademiçeskoy proekt", 2002 pod red. P.V.Alekceeva) ensiklopediyasının hazırlanmasında redaksiya heyətinin üzvü kimi böyük rol oynamış və hazırda da bir sıra beynəlxalq elmi-fəlsəfi nəşrlərin redaksiya heyətində fəaliyyətini davam etdirir.

 

Əlbəttə, bizim məqalədə məqsədimiz İlham Məmmədzadənin elmi bioqrafiyasını tam şəkildə əhatə etmək olmasa da, onun yaradıcılığında əsas fəlsəfi istiqamətini qismən də olsa göstərməkdir. Lakin bir şeyi etiraf edək ki, əslində, filosofun yaradıcılığı ilə tanış olanda görürük ki, o çoxaspektli və rəngarəng olduğundan onu tam əhatə etmək mümkündeyildir. Etiraf edək ki, müəllifin öz yaradıcılığında hər şeydən əvvəl, yeni ideyalar, fikirlər, dəyərlər generasiya edən bir filosofdurdaim yeni tədqiqat metodlarının axtarışı onun xüsusi üslubunu təşkil etdiyindən bu yaradıcılığı əhatəli işıqlandırmaq həm çətindir, həm də ciddi məsuliyyət tələb edir.

 

İlham müəllimin elmi fəaliyyəti 1970-ci illərdən - M.Lomonosov adına MDU-nun fəlsəfə fakültəsində təhsil aldığı dövrdən başlayıb. İ.Məmmədzadənin fəlsəfi yaradıcılığı ilə tanış olarkən qəribə bir qanunauyğunluq, daha doğrusu əsl həyati bir meyarla rastlaşırıq. İlk baxışda həyatında, fəlsəfəsində, siması və davranışlarında yüksək əxlaqı və mədəniyyəti birləşdirən filosofun məhz məşğul olduğu sahənin ilk əvvəl mehvərini etika təşkil etmişdir. İllərin arxasına boylananda görürük ki, sovet dönəminin fəlsəfə elmində etika üzrə ən gənc və perspektivli mütəxəssislərindən biri kimi İ.Məmmədzadə fəlsəfi mühitdə özünü hələ o zamandan təsdiq edə bilmişetika sahəsində zəngin bir təməl qoya bilmişdir. Filosofun yaradıcılığına qısa şəkildə nəzər saldıqda görürük ki, bu zənginliyin bir qismi aşağıdakı kitablarda özünü göstərməkdədir. Burjua əxlaqının böhranı”(1983), “Qərbin burjua əxlaq və siyasətinin nisbəti konsepsiyalarının tənqidi” (1986), “Siyasət və əxlaq” (1988) - bütün bu əsərlər gənc filosofun, əlbəttə ki, ilkuğurlu axtarışlarının nəticəsi idi. Əlbəttə, biz bu əsərlərdə iki qütbün, - sovetlər və burjua cəmiyyətinin - iki ideoloji cəbhənin “döyüşlərinin”, ideya çəkişmələrinin və fəlsəfi polemika və bəzən də gizli dialoqlarının da olduğunu müşahidə edə bilərik. Və bütün bunlar zaman baxımından tam təbii bir idi. Lakin maraqlısı budur ki, bir azərbaycanlı gənc fəlsəfi tədqiqatçının həmin illərdə cəsarəti istər-istəməz adamda həm də xoş bir heyrət doğurur: SSRİ kimi böyük bir sistemin ideologiyasında söz demək, fikir yürütmək və qəbul olunmaq - bu əlbəttə böyük hadisə idi - həm də fəlsəfə sahəsində. Əlbəttə, filosofun burada əsərlərinin hamısının siyahısını vermək mümkün olmasa da, daha iki əsərini qeyd etməyi vacib hesab edirik. İ.Məmmədzadənin müstəqillik illərində fəaliyyəti daha məhsuldar olmuş, fəlsəfi və ideoloji cəhətdən daha dərin mətləblərdən xəbər verməkdədir. Məhz bu nöqteyi-nəzərdən gənc tədqiqatçılar onun yaradıcılığından milli dövlətçilikdə, milli fəlsəfədə və etik görüşlərindən daha çox faydalana bilərlər. “Etikaya giriş” (2004) və “Əxlaqın təfsiri təcrübəsi” (2006) adlı monoqrafiyaları etikanın gizli sirlərinə, onun cəmiyyətdə, sosialsiyasi sferada, idarəetmədə oynadığı əhəmiyyətli məsələlərə həsr olunmuşdur. Fikrimizcə, onunEtikaya giriş” kitabı etika sahəsində, həm də yalnız Azərbaycanın etika elmində deyil, dünya etika elmi üçün sanballı bir əsərdir.

 

Məlumdur ki, etika sosial elmdir, lakin eyni zamanda o həm də psixologiya, adətlər, şəxsiyyətin daxili aləmi ilə deməli, şəxsiyyətin xüsusi keyfiyyətləri, Qərb nəzəri fikrindən bizə bəlli olduğu kimi həm də Personalizmlə bağlı olan humanitar fəndir. Bu əsərlər ilə tanışlıq zamanı görürük ki, müəllif öz rəngarəng yaradıcılığında əsas ideyasını siyasət və əxlaq arasında mövcud olan çoxsaylı problem və ziddiyyətlər üzərində fundamental axtarışlar aparmaqla yanaşı, siyasətlə əxlaqın nisbətində bu problemləri həll etmək və bu yolda daima yenidən interpretasiyaların aparılmasının israrlı tərəfdarı kimi çıxış edir. Və maraqlıdır ki, filosof həm də bunu edərkən öz əsərlərində milli-mənəvi dəyərləri unutmadan, siyasətin fəlsəfəsinə, praktik real dünyanın ziddiyyətlərinə bir növ cavab reaksiyası kimi ənənə və müasirliyin nisbətində - daha çox praqmatizmə səsləyir. Sanki filosof öz əsərlərində gənc tədqiqatçılara deyir: “İdeyalar vacibdir lakin pasional siyasət və praktik həyatsız ideyalar ciddi sual doğura bilir”. Bu prinsip əslində ulu öndər Heydər Əliyev irsindən və fəlsəfi anlamda akademik Ramiz Mehdiyev məktəbiniə meyillənməkdən və bəhrələnməkdən də qidalana, ortaya çıxa bilir. Fəlsəfi-siyasi ədəbiyyatdan bizə məlumdur ki, elitalar - seçmə, xüsusi təfəkkürə malik insanlardır amma əgər söhbət siyasi elitalardan gedirsə, onda bu, həmişə insanın, siyasətçinin xüsusi davranış kodeksini nəzərdə tutur ki, İlham müəllimin daima yaradıcılığında bu nisbət qabarıq xətt kimi özünü göstərir. Məhz bu ənənə də onu N.T.Makiavelli məktəbindən gələn ənənələrlə və akademik Ramiz Mehdiyevin filosofluğu ilə həmahəng olduğu fikrini irəli sürməyə əsas verir. Ola bilər ki, bu həm də İ.Məmmədzadənin Makiavelli haqqında yazdığı əsərləri ilə bağlıdır. Burada bir haşiyəyə çıxmağı vacib hesab edirik: Maraqlıdır ki, İ.Məmmədzadə öz interpretasiyalarında intibah filosofu Makiavellini yüksək etik mövqeyə malikbu yolda stabil bir siyasi filosof kimi təhlil edir. Professor İ.Məmmədzadə öz etik-fəlsəfi görüşlərində izah edir ki, hər bir cəmiyyət normalar, qaydalar sosium və şəxsiyyət arasında əlaqələrin öz xüsusi və təkrarolunmaz sistemini yaradır. Bu elə bir sistemdir ki, bu prosesin əsas konsolidasiya qüvvəsi kimi bir növ etika çıxış edir. Burada mədəniyyət, din, dil, xalqın milli adətləri, əxlaq və siyasət iştirak edir. Bu həm də bir növ tarixisifariş”, xalqın özünüidentifikasiya prosesidir.

 

Son illər İlham müəllimin fəlsəfi yaradıcılığı o qədər zənginləşib və şaxələnib ki, onların sadəcə burada hamısını qeyd etmək mümkündeyildir. Müəllifin yalnız beş əsəri -”Qloballaşma və müasirləşmə şəraitində fəlsəfənin aktuallığı haqqında”. (2009), “Bir daha fəlsəfə haqqında. Müasir yanaşmalar. Təmayüllər. Perspektivlər” (2012).”Həsən bəy Zərdabinin müasir maarifçilik ideyaları və maarifçilik fəlsəfəsi” (2015 ) və “Philosophy of Mutual İnfluence of Culturges and Settlement of Germans in the Southern Caucasus” (2017) “Mədəniyyətlərin qarşılıqlı təsiri fəlsəfəsi və almanların Cənubi Qafqazda məskunlaşması” (2017) və adını çəkmədiyimiz onlarca məqalə və fəlsəfi tezisləri sübut edir ki, milli fəlsəfəmizin istiqamətində dərin zənginliyə doğru ciddi uğurların olduğunu qeyd edə bilək.

 

Bütün bu əsərlərdə müasir fəlsəfənin, cəmiyyətin, insanın əxlaq və siyasətin problemləri, yeni-yeni anlayış və proseslərin dinamikası, cəmiyyəti və müasirliyi dərindən maraqlandıran elm, mədəniyyət, multikulturalizm, məntiq və idrak problemləri, metodoloji axtarışlar, milli fəlsəfə, mədəniyyətlərin dialoqu məsələləri, müasir təfəkkürdə təmayüllər və refleksiyalar, “indi” və “gələcək” həm Qərbin zəngin fəlsəfi təfəkküründən, həm də Şərqin qədim ənənələrindən - maarifçilikdini ənənələrdən bəhs olunmaqla, bəhrələnməklə tədqiq edilir. Ən maraqlısı və düşündürücüsü isə filosofun daima, hər zaman öz fəlsəfəsini müasirliklə bağlamasındadır. Belə bir məqamda düşünürük ki, müəllifin özündən bir tezisi xatırlatmaq yerinə düşər. Fransız filosofu M. Fukoya istinadən professor yazır: “Fuko bəyan edir ki, fəlsəfənin deyə biləcəkləri yalnız indinin aktuallığına yönəlmişdir. Qeyd etmək lazımdır ki, bizim fəlsəfə üçün sanki keçmişə müraciət daha xasdır. Əslində isə Fukonun da konsepsiyasından çıxdığı kimi bizim keçmişə olan marağımız indiyə, müasirliyə olan marağımızı pərdələyir (yəni bizim əsərlərimizi anlamaq üçün onlardan indiyə gərək olan mənaları çıxarmaq lazımdır ki, bu da təbii olaraq, onların qavranılmasını çətinləşdirir - İ.Məmmədzadə “Bir daha fəlsəfə haqqında” s. 33).

 

Biz İ.Məmmədzadənin yaradıcılığını öz təfəkkür süzgəcimizdən keçirərkən bir daha fransız, ingilisalman fəlsəfi məktəblərin, o cümlədən neoklassiklər və postmodernistlərin zəngin ənənələrinin ciddi interpretasiyası ilə rastlaşırıq. Burada M.Fukonun, R.Rortinin, Y.Habermansb. müasir qərb filosoflarının fəlsəfi görüşləri həm orijinal, həm də yeni interpretasiyalarda, milli fəlsəfənin aktuallığı və zərurəti öz ştrixlərini saxlamaqla, müasir Azərbaycan fəlsəfə mühitinə təqdim edilir. Ən maraqlısı budur ki, filosof öz mülahizə və interpretasiyalarında daima məhz Qərbin yeni fəlsəfi ənənələrini, bir növ, həm də milli fəlsəfə, identiklik, millət, etnosmilli xarakter konteksindən mənalandırmağa çalışır. Tarix fəlsəfəsindən və müasir dövlətçilik kursundan söhbət gedərkən öz ideyalarını Heydər Əliyev məktəbi və onun davamçısı cənab İlham Əliyevin siyasi strategiyasından, humanitar əxlaq və xeyirxahlıq fəlsəfəsindən bəhs edərkən isə Birinci vitse-prezident Mehriban Əliyevanın genişmiqyaslı humanizmindən, milli fəlsəfə və milli ideyadan bəhs edərkən akademik Ramiz Mehdiyevin milli fəlsəfənin və humanitar elmlərin qarşısında qoyduğu vəzifələrdən və perspektivlərdən çıxış etdiyini bir əsas xətt kimi görürük. Bu zaman o, məhz millilik və dövlətçilik fəlsəfəmizin, müasir dövlətçiliyimizin humanitar ideyalarını multikulturalizmi, dialoq prosesini Azərbaycan paradiqmalarını və dini dəyərlərimizi öz zəngin təfəkküründən, süzgəcdən keçirərək müasirliklə iç-içə edir.

 

Müasir fəlsəfi tədqiqatlardan söhbət gedərkən görürük ki, məhz professor İlham Məmmədzadəni bir filosof kimi - ən çoxciddi məsələ kimi fəlsəfi metodologiya problemi narahat edir. Demək olar ki, bütün fəlsəfi mühazirə və çıxışlarında, gənc tədqiqatçılarla görüşlərində o, əsas diqqəti tədqiqatların özəyinə - metodologiyanın düzgün təyin edilməsi məsələsinə istiqamətləndirir. Filosofun əsərləri ilə tanış olan oxucu görür ki, müəllifin monoqrafiya və məqalələrinin əsas özəyində daima iki əsas məsələ - milli fəlsəfə və dövlətçilik fəlsəfəsi əsas sütun kimi çıxış edir. Bu da şübhəsiz qlobal dünyanın çağırışlarından, refleksiyalarından doğan bir filosof narahatlığıdır. Bu kontekstdə filosofun narahatlıqları tam yerindədir: Çünki indi müasirliyin tendensiyaları sübut edir ki, məhz tədqiqatlar əsasən analitik, müqayisəli və multidissiplinar, sosial və mədəniyyət istiqamətli olmalıdır. Bu zamanın, dünyanın yeni çağırışlarıdır. Bu tövsiyənin əsasları da məhz ulu öndər Heydər Əliyev irsindən, dövlətçiliyimizin müasir strategiyasından, hörmətli Azərbaycan filosofu akademik Ramiz Mehdiyevin ictimai-humanitar elmlərin, xüsusi olaraq fəlsəfənin qarşısında qoyduğu konkret vəzifələrdən, məsuliyyətin dərkindən gəlir.

 

Məqalənin sonunda bu zəngin irsin - filosofun sahibinə, Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadəyə bu müqəddəs amalları davam etdirməyi və yeni-yeni uğurlar arzulayırıq.

 

 

 

Şölət ZEYNALOV,

 

fəlsəfə üzrə fəlsəfə doktoru.

 

Respublika.- 2020.- 1 mart.- S.6.