Bakıda “Kibertəhlükəsizlik konfransı” keçirilib

 

Martın 2-də Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə ikinci Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi”nin ilk tədbiri - “Kibertəhlükəsizlik konfransı” keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da kibertəhlükəsizliyin təmin olunmasına dövlət səviyyəsində xüsusi diqqət ayrıldığını bildirib. Nazir müavini bu gün ölkəmizdə rəqəmli transformasiyanın sürətlə getdiyini, bu sahənin ölkə başçısının diqqət mərkəzində olduğunu diqqətə çatdırıb.

 

“Qəbul olunmuş Milli Strategiya, Strateji Yol Xəritəsi, müvafiq fərman və sərəncamların icrası bu istiqamətdə əhəmiyyətli nəticələrin əldə olunmasını təmin edir. Fiber-optik, LTE şəbəkəsi genişlənir, “5G”yə keçid üzrə hazırlıq işləri aparılır, sınaq keçirilir. Ölkədə bir çox kritik informasiya infrastrukturları fəaliyyət göstərir. Dövlət idarəetməsi, təhsil, səhiyyə, enerji, təhlükəsizlik, müdafiə, ədliyyə, kənd təsərrüfatı, bank-maliyyə və başqa sahələrdə ölkə əhəmiyyətli informasiya sistemləri istifadə olunur. Data mərkəzlər fəaliyyət göstərir, “Hökumət Buludu” yaradılır”, - deyə E.Vəlizadə qeyd edib.

 

O vurğulayıb ki, ölkə əhalisinin 80 faizi internet istifadəçisidir. Bütün bunlar ölkəmizin kiberməkanının təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını şərtləndirir. Bu istiqamətdə müvafiq addımlar atılır.

 

Nazir müavini Azərbaycanın 2008-ci ildə Avropa ŞurasınınKibercinayətkarlıq haqqındaKonvensiyasını imzaladığını diqqətə çatdırıb: “Kibertəhlükəsizliyə cavabdeh qurumlar, o cümlədən nazirliyin yanında Elektron Təhlükəsizlik Xidməti fəaliyyət göstərir. Beynəlxalq standartlar əsasında İnformasiya təhlükəsizliyi üzrə 18 milli standart hazırlanıb qeydiyyata alınıb. Dövlət qurumlarında istifadə olunan proqram təminatlarının lisenziyalaşdırılması həyata keçirilir. Kibertəhlükəsizliklə bağlı müxtəlif konfranslar, seminarlar, təlimlər keçirilir. Kibertəhlükəsizlik həftəsibunun bariz nümunəsidir”.

 

E.Vəlizadə kiberhücumların əsas hədəflərindən birinin fərdi digər konfidensial məlumatlar olduğunu vurğulayıb: “Son illərdə Avropa İttifaqında, inkişaf etmiş digər ölkələrdə bu sahədə  qanunvericilik bazasının inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atılıb. Ölkəmizdə bu işlərə başlanılıb. Nazirlik, aidiyyəti qurumlarla birlikdə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində aparır. Fərdi məlumatların işlənməsi mühafizəsi fəaliyyətinin sertifikatlaşdırılması, qanunun tələblərinin pozulduğu hallarda müvafiq qurumların fərdi məlumat subyektlərinin məlumatlandırılması nəzərdə tutulur. Hesab edirik ki, bu addımlar ümumilikdə kibertəhlükəsizliyin təmin olunmasına öz töhfəsini verəcək”.

 

Diqqətə çatdırılıb ki, bu məsələlər aidiyyəti qurumlarla birlikdə hazırlananAzərbaycan Respublikasının 2020-2025-ci illər üçün informasiya təhlükəsizliyi kibertəhlükəsizlik üzrə Milli Strategiyası”nın layihəsində öz əksini tapıb.

 

BMT-nin İnkişaf Proqramının ölkəmizdəki daimi nümayəndəsi Alessandro Frakasetti məruzəsində bu gün kibertəhlükəsizliklə bağlı həyata keçirilən tədbirlərin zəruriliyindən bəhs edib. Onun sözlərinə görə, hazırda bir çox dövlətlər tərəfindən kiberhücumlara qarşı mühüm addımlar atılır.

 

Problemin aktuallığından söz açan A.Frakasetti əlavə edib ki, kibertəhlükəsizliklə bağlı yeni ixtisasların peşələrin yaradılmasına ehtiyac var. Bu günün tələbi olduğundan, hətta uşaqlar qadınlar da kibertəhlükəsizlik sahəsində biliklərə yiyələnməli, məlumatlı olmalıdırlar.

 

Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev kibertəhlükəsizlik sahəsinin aktuallığından danışaraq bildirib ki, bu mövzuda assosiasiya tərəfindən Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə 5 il ərzində 7 tədbir təşkil olunub.

 

Z.Nuriyev qeyd edib ki, ölkəmiz həm yüksək texnologiyaların tətbiqi   kibertəhlükəsizlik üzrə mühüm irəliləyişlərə nail olub: “Lakin bu gün maliyyə sektorunun qarşısında duran əsas məsələlərdən biri təkcə yüksək texnologiyaların tətbiqi deyil. Hazırda maliyyə sektorunun, o cümlədən iqtisadiyyatın qarşısında duran ən mühüm istiqamətlərdən biri tətbiq etdiyimiz yeni texnologiyaların maya dəyərinin bu yolla müştərilərə təqdim edilən xidmətlərin dəyərinin aşağı salınmasıdır”.     

 

Tədbirdə qeyd edilib ki, kibertəhlükəsizlik sahəsində yerli beynəlxalq ekspertlər ilə təcrübə mübadiləsinin aparılması, müvafiq sahədə siyasəti müəyyən edən qurumlar fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığın gücləndirilməsi, kibertəhlükəsizlik sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin artırılmasıKibertəhlükəsizlik konfransı”nın əsas məqsədidir. Kibertəhlükəsizlik konfransısual-cavab sessiyaları, ikitərəfli çoxtərəfli görüşlər müzakirələr, özəl-dövlət, dövlət-dövlət, özəl-özəl sair üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün əvəzolunmaz platforma rolunda çıxış edib. Tədbirdə günün müasir trendləri çağırışları nəzərə alınaraq, sahə üzrə yerli beynəlxalq şirkətlərin təmsilçilərinin yeni kibertəhlükəsizlik həlləri ilə bağlı təqdimatları məruzələri dinlənilib.Kritik infrastrukturun kibertəhlükəsizliyi”, “Sənaye bank sistemlərinin pentesti”, “Ağıllı şəhər”lərin kibertəhlükəsizliyi”, “Kiberstartaplara investisiya qoyuluşu”, “Müasir yerlərinin kibertəhlükəsizliyi”, “Kibersığorta”, “Elektron ticarətdə kibertəhlükəsizlik digər önəmli mövzular bu sırada yer alıb.

 

Kibertəlükəsizlik konfransı”nda dövlət qurumlarının, özəl təşkilatların, akademik ali təhsil müəssisələrinin, beynəlxalq təşkilatların, mobil operatorların, bankların, İKT şirkətlərinin, internet xidmət provayderlərinin operatorlarının, diplomatik korpusların, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti internet ictimaiyyətinin, ABŞ, Macarıstan, İsrail, Belarus, Rusiya, Hindistan digər ölkələrin nümayəndələrindən ibarət ümumilikdə 250-dən çox səlahiyyətli şəxs sahə üzrə mütəxəssis iştirak edib. Konfransla paralel olaraq 15 yerli beynəlxalq şirkətin kibertəhlükəsizlik üzrə həllərinin nümayiş etdirildiyi “Cyber Village” sərgisi keçirilib.

 

Tədbir kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması inkişafı üzrə Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən əlaqəli fəaliyyətin davamı olaraq, dövlət-özəl əməkdaşlığı çərçivəsində sahə üzrə ümumilikdə 30-dan çox qurum, müəssisə təşkilatın tərəfdaşlığı ilə baş tutub.

 

 

 

 

 

 

 

 

 

 

 

AZƏRTAC

 

Published in Digər xəbərlər Read more...

Çərşənbə axşamı, 03 Mart 2020 04:54

Nazirlər Kabineti yanında operativ qərargah koronavirus təhlükəsi ilə bağlı bütün məlumatları ciddi araşdırır

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah koronavirus təhlükəsi ilə bağlı mətbuatda yayılan vətəndaşların müraciəti ilə daxil olan bütün məlumatları ciddi araşdırır operativ reaksiya verir.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda deyilir ki, martın 1-də sosial şəbəkələrdə yayılmış xüsusi geyimdə olan həkimlərin İçərişəhər metrostansiyası yaxınlığında görünməsini əks etdirən videomaterial, vətəndaşlar tərəfindən verilmiş məlumat əsasında, xəstəlik şübhəsi olan şəxsin nəzarət altına alınması zamanı çəkilib.

 

Koronavirus şübhəsi ilə müşahidə altına alınan ya xəstəlik şübhəsi ilə Təcili Tibbi Yardıma müraciət edən istənilən şəxs olduğu yerdən məhz bu xüsusi geyimlərdə olan həkimlər tərəfindən xəstəxanaya aparılır. Bu görüntülər şəhərdə yeni koronavirus xəstəsinin aşkar olunduğu demək deyil, profilaktik tədbirlərin tərkib hissəsidir.

 

Ölkədə yeni koronavirus xəstəliyinə yoluxma faktı qeydə alınarsa, ictimaiyyət bu barədə məlumatlandırılacaq. Bir daha vətəndaşlardan süni ajiotaj yaratmamağı rəsmi mənbələrdən paylaşılan məlumatları izləməyi xahiş edirik.

 

AZƏRTAC

 

Published in Məlumat Read more...

Çərşənbə axşamı, 03 Mart 2020 04:53

Operativ qərargah: Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılır

Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

 

AZƏRTAC Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargaha istinadla xəbər verir ki, ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayrılıb karantin zonaları yaradılıb. İran İslam Respublikası ilə sərhəddə profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə səyyar çadırlar qurulub. Əhalinin sağlamlığının təhlükəsizliyinin təmin edilməsi məqsədilə  fevralın 29-da saat 16:00-dan etibarən İranla sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması barədə qərar qəbul olunub. Koronavirusun aşkar olunduğu ölkələrdən gələn şəxslərin müayinəsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. İxtisaslaşmış xəstəxanalar laboratoriyalar xəstəliyin müayinəsi müalicəsi üçün müvafiq avadanlıqlarla dərman preparatları ilə təmin edilir. Peşəkar həkimlər bölgələrdə bu məqsədlə ayrılmış xəstəxanalara ezam olunublar.

 

İnfeksiyaya yoluxmuş şəxslərin müalicəsi, onların mümkün kontaktlarının müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

 

Koronavirusun yayılmasının qarşısının alınması müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Dünya Səhiyyə Təşkilatı (DST) ilə birgə intensiv aparılır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilir.

 

Bundan başqa, Çin, Almaniya digər ölkələrlə aparılan danışıqlar nəticəsində lazımi avadanlıqların, preparatlarının, mütəxəssislərin Azərbaycana gətirilməsi üçün müvafiq razılaşma əldə olunub.

 

Koronavirusun Azərbaycanda yayılmaması üçün bütün lazımi tədbirlər həyata keçirilir, sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılır.

 

AZƏRTAC

 

Respublika.- 2020.- 3 mart.- S.3.