Anadolu Agentliyi AZƏRTAC-ın 100 illiyinin tamam olması münasibətilə məqalə yayıb

 

Türkiyənin Anadolu Agentliyi AZƏRTAC-ın 100 illiyinin tamam olması münasibətilə məqalə yayıb.

 

Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan AZƏRTAC-ın keçdiyi şərəfli yol, o cümlədən onun fəaliyyətindəki mərhələlər, hazırda beynəlxalq informasiya məkanında tutduğu önəmli yers. barədə türkdilli oxuculara müfəssəl məlumat verilir.

 

Diqqətə çatdırılır ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra AZƏRTAC çoxistiqamətli inkişaf mərhələsi keçib. Bildirilir ki, qardaş ölkələrimizin agentlikləri hər zaman bir-birilərinə dəstək olublar.

 

 

 

AZƏRTAC

 

Respublika.- 2020.- 3 mart.- S.4.