TASS agentliyi AZƏRTAC-ın 100 illiyindən yazır

 

Agentlik Azərbaycanın bölgələrində onun hüdudlarından kənarda ən böyük müxbir şəbəkəsinə malikdir

 

AZƏRTAC-ın fəaliyyətə başlamasından 100 il ötür. Rusiyanın TASS agentliyi bu münasibətlə AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanovun müsahibəsini yayıb. Müsahibədə Azərbaycanda rəsmi informasiyanın yeganə mənbəyi olan agentliyin yaranma tarixindən keçdiyi inkişaf yolundan, fəaliyyət prinsiplərindən beynəlxalq əlaqələrindən, gələcək planlarından bəhs olunur. Müsahibəni təqdim edirik:

 

Şərqdə MDB məkanında ən qocaman xəbər agentliklərindən biri - Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) bazar günü 100 illiyini qeyd edir. Düz bir əsr əvvəl - 1920-ci il martın 1-  Azərbaycan Xalq Cümhuriyyəti milli teleqraf agentliyinin yaradılması haqqında qərar qəbul edib. Artıq bir gün sonra qəzetlərdə AZƏRTAC-ın informasiyası dərc olunub.

 

Agentlik özünün ilk adı ilə Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də süqut edənə qədər cəmi 58 gün fəaliyyət göstərib. Sonrakı bir əsrlik tarixi ərzində agentlikdə əhəmiyyətli dəyişikliklər baş verib. Təkcə adı yeddi dəfə dəyişib. O, sovet illərində TASS-ın filiallarından biri kimi fəaliyyət göstərib, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edəndən sonra isə ölkənin ictimai-siyasi, iqtisadi mədəni həyatı haqqında informasiyanın yayılması kimi mühüm missiya yerinə yetirən müstəqil quruma çevrilib. Artıq bir il sonra agentliyə tarixi AZƏRTAC adı qaytarılıb.

 

Rəsmi informasiyanın yeganə mənbəyi

 

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov TASS agentliyinə müsahibəsində deyib: “Hazırda AZƏRTAC səkkiz dildə (Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb, Çin ispan) xəbərlər buraxır onları öz saytında yerləşdirir. Bundan əlavə, agentlik öz abunəçilərinə beş dildə fotoinformasiya videomateriallar təklif edir”. Ölkənin bu ən iri xəbər resursu yerli xarici KİV-lər üçün rəsmi informasiyanın yeganə mənbəyidir.      

 

AZƏRTAC öz kanalları ilə hər gün orta hesabla təqribən 700 məlumat, videoxəbər fotoşəkil yayır. Agentlik Azərbaycanın bölgələrində  onun hüdudlarından kənarda ən böyük müxbir şəbəkəsinə malikdir. 21 ölkədə onun müxbir məntəqələri fəaliyyət göstərir.

 

Dəyişməz prioritetlər

 

Mühüm transformasiyalara baxmayaraq, elə meyarlar var ki, onlar 100 il əvvəl olduğu kimi, indi bizim üçün dəyişməz olaraq qalır: informasiyanın dürüstlüyü, etibarlılığı qərəzsizliyi. Hətta informasiya bazarında kəskin rəqabət şəraitində belə AZƏRTAC həmişə bu prinsiplərə sadiq qalmağa çalışır. Biz yoxlanılmamış, dəqiqləşdirilməmiş informasiyanı heç vaxt yaymırıq, sensasiya süni reytinq dalınca qaçmırıq. Bu, feyk xəbərlər dövründə xüsusilə əhəmiyyətlidir. Əgər AZƏRTAC yazıbsa, deməli, bu həqiqətdirsözlərini eşitməyimiz bizim üçün ən böyük mükafatdır”, - deyə Aslan Aslanov vurğulayıb.

 

Beynəlxalq əlaqələr

 

AZƏRTAC təqribən 50 xarici informasiya agentliyi, o cümlədən Rusiyanın TASS agentliyi ilə əməkdaşlıq haqqında müqavilələr imzalayıb, müxtəlif ölkələrin 150 xəbər agentliyi ilə informasiya mübadiləsi aparır. O, bir sıra regional təşkilatların, məsələn, Avropa Xəbər Agentlikləri Alyansının (EANA), Asiya Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA), MDB-nin iştirakçısı olan dövlətlərin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA) üzvüdür. AZƏRTAC 2016-cı ildə Bakıda iki mühüm tədbirə - Dünya Xəbər Agentliklərinin V Konqresinə OANA-nın XVI Baş Assambleyasına ev sahibliyi edib. Sonra üç il ərzində bu iki təşkilatda sədrlik edib. Bu yaxınlarda agentlik ÇininBir kəmər, bir yoltəşəbbüsünün üzvü olan ölkələrin iqtisadi həyatı haqqında informasiya mübadiləsinə şərait yaradan eyniadlı informasiya platformasının təsisçilərindən biri olub.  

 

Son illərdə agentlik bir sıra layihələrə start verib, məsələn, uşaqlar üçün informasiya portalı yaradılıb, videoxəbərlər xidməti işə başlayıb.

 

Gələcək planlar

 

Agentliyin öz məhsulu ilə dünya informasiya bazarına çıxmaq kimi yetərincə iddialı planları var”, - deyə A.Aslanov fikirlərini bölüşür. O deyib ki, iki il əvvəl agentliyin statusu dəyişdirilərək publik hüquqi şəxs olub. “Bu, bizə imkan verir ki, dövlət maliyyələşdirməsi ilə yanaşı, özümüz vəsait qazanaq, onu agentliyin inkişafına, maraqlı layihələrin reallaşmasına, işçilərin maddi durumunun yaxşılaşdırılmasına xərcləyək”, - deyə A.Aslanov qeyd edib.

 

O vurğulayıb ki, xəbərlərin sayını artırmaq, yeni struktur bölmələri yaratmaq, xarici ölkələrdə müxbir şəbəkəsini genişləndirmək planlara daxildir. A.Aslanov, həmçinin qeyd edib ki, informasiya agentliyi qarşısında duran vəzifələrin mürəkkəbləşdiyi indiki məqamda AZƏRTAC ixtisaslı kadr qıtlığı hiss edir. Bizə siyasi, iqtisadi mövzuda yazan peşəkar jurnalistlər, analitiklər, proqramçılar, tərcüməçilər lazımdır.

 

“Buna görə biz bilik vərdişlərini təkmilləşdirmək üçün gənc əməkdaşlarımızı dünyanın ən yaxşı ali məktəblərinə göndərmək, habelə uzun illər ərzində çox sıx tərəfdaşlıq əlaqələrimiz olan aparıcı informasiya agentlikləri, o cümlədən TASS ilə mübadilə proqramları imkanlarından istifadə etmək niyyətindəyik”, - deyə Aslan Aslanov bildirib.

 

Yubiley ilində yeni binaya köçürük

 

AZƏRTAC yubiley ilində yeni binaya köçməyə hazırlaşır.

 

Bakının ən qələbəlik rayonlarından birində məxsusi olaraq agentlik üçün orijinal arxitektura üslubunda doqquzmərtəbəli bina inşa edilib. “İndi binada tamamlama işləri başa çatdırılır. Dövlət dəstəyi sayəsində bina ən müasir texnoloji avadanlıqla təchiz edilir. Əminəm ki, aparıcı agentliklərin çoxu yeni binadakı “newsrooma qibtə edəcəklər”, - deyə A.Aslanov bildirib. O, əlavə edib ki, təkcə üçün hər cür şərait yaradılmayıb. Burada istirahət otaqları, yeməkxana, trenajor zalı fəaliyyət göstərəcək.

 

AZƏRTAC-ın İdarə Heyətinin sədri fikirlərini bu sözlərlə tamamlayıb: “Ümidvarıq ki, bu ilin payızında  agentliyin 100 illik yubileyi münasibətilə tədbirə gələcək qonaqlarımızı yeni binada qəbul edəcəyik”.

 

 

AZƏRTAC

 

Respublika.- 2020.- 3 mart.- S.4.