NƏRİMAN NƏRİMANOV - 150

 

 

(əvvəli 16, 18, 19, 20, 22, 23, 25, 28, 29 fevral, 1 3 mart tarixli saylarımızda)

 

 

2. İnqilabi mübarizəyə çağırış. İran milli azadlıq hərəkatına qardaşlıq köməyi. N.Nərimanov İran sosial-demokrat partiyasının - “İctimaiyun-amiyunun yaradıcısı kimiNicatmaarif cəmiyyətində. “Üxüvvət” tələbə gənclər təşkilatı ilə əlaqəsi. Qafqaz Müsəlman Müəllimlərinin I Qurultayının təsis komissiyasına sədrlik etməsi və ictimai tələbləri. “İrşad” və “Həyat” qəzeti redaksiyalarında. Məlum olduğu kimi, Zaqafqaziyadan tutmuş Peterburqadək Rusiya imperiyasına İranın şimal əyalətlərindən hər il yüz minlərlə mövsümçü fəhlə axtarmağa gəlirdi; səfalət və yoxsulluq onları doğma vətənindən, isti ocağından didərgin salırdı. Bakı neft mədənlərində 20 min iranlı fəhlə ağır şəraitdə yaşayır, günəmuzd işləyirdi. Onların acı taleyi Abdulla Şaiqin “Məktub yetişmədi” (1908) hekayəsində, Qurban surətində bədii əksini tapmışdır.

C.Məmmədquluzadə 1905-ci ildə “Kavkazski raboçi listok” qəzetində çap etdirdiyi “Binəsiblər” və “Xeyir-duapublisist məqalələrində iranlı fəhlələrin ictimai faciəsini daha kəskin açıb göstərmişdi. O “Binəsiblər”də yazırdı: “Cırım-cındırda, ac, yorğun”, dilənçilərə oxşayanson dərəcə yazıq” görkəmli bu “qonaq”ların fikrini çəkən, qayğısına qalan yoxdur. Onları heç kəs sevmir. “İran xəzinəsi boşdur”. Heç yerdə tapa bilməyən İran fəhlələri “öz vətənini, arvadını və uşaqlarını qoyub qaçır. O qaçır; çünki onun arvadı və uşaqları acdırlar. O bizə gəlir ki, çörək qazansın və bu çörəklə arvad və uşaqlarını saxlasın. O, ayaqyalın, piyada min verst yol gəlirkən, “...elə bilir ki, bizdə onu sevəcəklər, bizdə ona zülm edib incitməyəcəklər, onun zəhməti qiymətləndiriləcəkdir. ...O elə bilir ki, bir tikə çörək qazanandan sonra sağ-salamat öz vətəninə qayıdacaq və tikə çörəyi öz ac ailəsinə aparacaqdır. İran fəhləsi bu xoş ümidlə bizə gəlir!!!”.

Xeyir-dua” məqaləsində C.Məmmədquluzadə İran fəhlələrinin öz vətənlərinə ümidsiz halda əliboş, üst-başı cırım-cındırlı, çirkli görkəmdə geri qayıtmalarını ürəkağrısı ilə təsvir edir: “Ey İranın yazıq övladları!.. Taleyiniz olduqca acıdır... Siz nəinki burada öz ailələriniz üçün çörək qazanmadınız, hətta öz qohumlarınızı da burada itirdiniz”.

Demokrat yazıçı “yazıq İran fəhlələrinin” halını ürək yanğısı ilə yada salır, sonra tövsiyə edir ki, “bir şeyi də unutmayın: öz vətəninizə qayıdandan sonra özünüz kimi cırım-cındırlı, ac və məzlum əməkçi xalqı öz başınıza toplayın... Əgər onlar İran zalımları, xanları, ağaları, mollaları, dövlətliləri, şahzadələri və sairələri tərəfindən onların boynuna salınmış boyunduruqdan azad olmaq istəsələr, əgər onlar öz insan hüququnu müdafiə etmək və azadə nəfəs almaq istəsələr, o zaman onların Rusiyadakı yoldaşları, yadigar olaraq onlara öz bayrağını və bu bayraqda yazılmış müqəddəs şüarını verərlər. Qoy məzlum, bədbəxt İran zəhmətkeş xalqı bu şüarı oxusun

Bütün ölkələrin proletarları, birləşin!”

Qoy oxusunlar və birləşsinlər!”.

Əlbəttə, bu həqiqətdir ki, Zaqafqaziyada, xüsusən Bakıda azərbaycanlı, rus, gürcü və erməni fəhlələri ilə bir yerdə, çiyin-çiyinə işləyən iranlı fəhlələr inqilabi hadisələrə biganə qalmamışlar. Onlar burada - inqilabi hadisələr qaynağında Bakı fəhləsinin mübarizələrlə dolu həyatının şahidi olur, necə deyərlər, görüb-götürür, əsl inqilabi mübarizə məktəbi keçirdilər. Beləliklə, Rusiyada onların milli şüuru yüksəlirdi. Onlar vətənə qayıtdıqda özləri ilə inqilabi ideyalar da aparırdılar... Bu ideyalar tarixi, iqtisadiictimai cəhətdən Rusiyaya bağlı olan Şimali İran rayonlarında, xüsusən Cənubi Azərbaycanda daha əlverişli zəmin üzərinə düşərək sürətlə artmağa başlayırdı.

İranın şimal əyalətlərində tez-tez kükrəyən çıxışlarını mütəşəkkil, kütləvi inqilabi hərəkat səviyyəsinə çatdırmaq, “alışqan maddə” ilə bütün İranı alovlandırmaq üçün gizli Mücahidlər təşkilatı yaradıldı.

Rusiya inqilabi hadisələrinin güclü təsiri altında olan Mücahidlər təşkilatı və onun yerli şöbələri “Hümmət” sosial-demokrat qrupu vasitəsilə Zaqafqaziya bolşevikləri ilə sıx əlaqə saxlayırdı.

Mücahidlər təşkilatı inqilabi-demokratik təşkilat idi. Onun Mərkəzi komitəsi Zaqafqaziya ərazisində yerləşirdi. Çünki İran İctimaiyun-amiyun (Sosial-demokrat - T.Ə.) partiyasının əsası burada qoyulmuşdu; onu RSDFP Bakı komitəsinin və “Hümmət” sosial-demokrat qrupunun xüsusi tapşırığı ilə N.Nərimanov yaratmışdı. N.Nərimanov öz şəxsi vərəqəsində inqilabi hərəkatda iştirakı haqqında yazmışdı: “1905-ci ildə İran sosial-demokrat partiyasını yaratdım”. O, İran İctimaiyun-amiyun partiyasını ehtimal ki, 1905-ci ilin yay aylarında yaratmışdı (Bəzi tədqiqatçılar N.Nərimanovun Odessada Novorossiysk universitetinin tibb fakültəsində oxuduğuna görə 1904-cü ildə və 1905-ci ilin birinci yarısında Bakıda olması fikrini təkzib edir, buna görə də güman edirlər ki, o, İran İctimaiyun-amiyun xalq partiyasının yaradılmasında 1905-ci ilin sentyabrından tez iştirak edə bilməzdi. Əlbəttə, bu yanlış mülahizədir).

N.Nərimanov Bakıda 1905-ci ilin avqust ayınadək gizli inqilabi işlə məşğul olmuşdur. Halbuki o, aprel ayında Odessaya geri qayıtmalı idi. Lakin çar xəfiyyələri onu izləyirdilər. N.Nərimanov ayrı bir yerə - Rusiyanın ucqar ali təhsil ocaqlarından birinə dəyişilmək istəyirdi. Bu, ona İran mücahidləri ilə müntəzəm əlaqə saxlamaqonlara ciddi kömək etmək üçünmünasib olmalı idi. Belə bir yer isə ancaq Kazan universiteti ola bilərdi. O, yaxın dostlarının məsləhəti ilə Kazan universitetinə dəyişilməyi qərara almışdı. 1905-ci ilin iyun ayında N.Nərimanov Novorossiysk universiteti rektorunun adına göndərdiyi teleqramda yazırdı: “Xahiş edirəm, lütfən mənə məlumat verin görək tələbələrin yuxarı kursa şərti keçirilməsi haqqında nazirliyin yeni sərəncamı mənim universitetdən universitetə keçməyimə mane olmur ki? Narahat etdiyimə görə üzr istəyirəm.

Hörmətlə:

Tibb fakültəsinin VI semestr tələbəsi

Nərimanov.

Ünvanım: Bakı, Qəbiristan küçəsi, ev 27,

N.Nərimanova”.

N.Nərimanov 1905-ci il avqustun 3-də müsbət cavab alan kimi, Novorossiysk universitetinin rektoruna teleqram göndərib Kazan universitetinə dəyişilməsinə sərəncam verməyi ondan xahiş edir. Bundan on gün sonra isə N.Nərimanovun şəxsi işi Kazan universitetinə göndərilir. Avqustun 23-də rektorluq N.Nərimanovun tibb fakültəsinin beşinci semestrində dərslərə başlamasını qərara alır. Həmin qərarda deyilir ki, N.Nərimanov payız semestrininmühazirə haqqını professorların qonorarınıverəndən sonra universitetə qəbul olunacaqdır.

Lakin avqust ayının ilk günlərində Odessaya gələn N.Nərimanov şəxsi işinin Kazan universitetinə göndərilməsindən xəbər tutsa da, prof. Y.N.Şepkinin tələbə dostlarının məsləhəti ilə ora getmək fikrindən daşınır. Novorossiysk universitetində isə yay sessiyası imtahanları qurtarmaq üzrə idi. N.Nərimanov imtahanlara buraxılmadığı üçün onun III kursda qalmaq təhlükəsi vardı. Odur ki, Kazana təcili teleqram vurub öz şəxsi işinin geri göndərilməsini tələb edir.

1905-ci il avqustun 19-da Kazan universitetinin rektorluğu N.Nərimanovun sənədlərini geri göndərdi. Bu vaxta qədər N.Nərimanov yay sessiya imtahanlarına ciddi hazırlaşmışdı.

İnqilabi hərəkatın qüdrətli təlatümü, coşqunluğu N.Nərimanovu daha çox düşündürürdü. O, hadisələrdən kənarda qalmaq istəmirdi. Kazan universitetinə dəyişilmək arzusu da onun xəfiyyələrdən yayınmaq, geniş inqilabi aparmaq niyyəti ilə bağlı idi. Lakin sənədlərin birinin kənarında prorektorunN.Nərimanov 17 noyabr 1903-cü il, 10 avqust 1905-ci il nümayişlərində iştirak etmişdirsözlərini yazması Kazan universitetinə dəyişilsə onu tam şübhə altına alırdı.

N.Nərimanov Odessada şəhərin mərkəzi küçələrindən birində (Sofiyevski 8, mənzil ¹12) ev kirayə etmişdi. Bu mənzil onun öz üzərində çalışması istirahəti üçün münasib idi. N.Nərimanov mənzilin eyvanında bəzən saatlarla dayanıb Qara dənizin sahil boyunu, tüstülənən fabrik zavodları seyr edərdi. Ona dünən məzlum köməyə ehtiyacı olan kütlə halında görünən fəhlələr bu gün coşqun dənizin dalğalarından daha qüvvətli, əzəmətli görünürdü. Tarixi hadisələr ona çox şey pıçıldayırdı. Hər gün geniş küçələrdən ağır-ağır ötən insan axını al bayrağa sığınaraq mətin addımlarla irəliləyir; onun heç bir şeydən qorxusu yoxdur: güllədən, həbsxanadan, ömürlük sürgündən... Çünki onların al bayraqlarındaYa ölüm, ya azadlıq!” sözləri yazılmışdı. Yüz minlərlə zəhmətkeş fəhlə azadlıq idealı uğrunda qartımış mütləqiyyətə qarşı meydan oxuyurdu. Limanda yanğın, “Potyomkingəmisində qiyam, barrikadalar, matrosların gülləyə basılması, yeni partlayışlar, tətillər, qurbanlar qanlı hadisələr... Odessada inqilab nəbzinin çox güclü, dayandırıla bilməyən sürətlə döyündüyünü göstərirdi.

N.Nərimanov hər gün səhərdən-axşamadək universitetin kitabxanasında, ya da öz mənzilində yay imtahanlarına hazırlaşardı. Axşamlar isə yaxın dostlarının məclisində gündəlik hadisələrdən xəbərdar olardı. Onlar bir yerə toplaşıb siyasi ədəbiyyat oxuyar, müzakirə edərdilər. Söhbət bəzən gecə yarıyadək uzanardı.

Tələbələr çox vaxt Sadova küçəsindəki 5/b nömrəli evə - B.V.Şteynberqinİdealkakafe-yeməkxanasına toplaşardılar. Burada siyasi söhbətlər, mübahisələr, gizli yığıncaqlar keçirilirdi. Çar polisinin ciddi nəzarətinə, axtarışlarına baxmayaraq, “İdealkainqilabçı tələbələrin gizli görüş yeri kimi çox etibarlı idi.

Odessada hərbi vəziyyət elan olunmuşdu. Qərib payız axşamları şəhərin küçələrində süvari polis kazak keşikçi dəstələrindən başqa kimsə görünməzdi. Onlar axşamdan səhərədək vurnuxur, gizli yığıncaqların yerini tapmağa çalışırdılar. Lakin hər yerdə sakitlik hakim idi. Bu, fırtına ərəfəsi çökən üzüntülü, ağır sakitliyi xatırladırdı. Havadan barıt qoxusu gəlirdi...

Oktyabrın 11-də Odessa fəhlələrinin inqilabi hərəkatı dəniz kimi təlatümə gəldi. Fırtına başlandı. Odessa dəmir yolu fəhlələrinin nümayişə çıxması fabriklərdə, zavodlarda gəmi tərsanələrində yüz minlərlə fəhlənin tətili üçün siqnal oldu. RSDFP Odessa təşkilatı hər yerdə gizli vərəqə bəyannamələr yayır, zəhmətkeş kütlələri birliyə, mütəşəkkil mübarizəyə çağırırdı. Odessada bütün xalq çar monarxiyasını devirmək əzmi ilə ayağa qalxmışdı. Oktyabrın 14-də inqilabi əhvali-ruhiyyəli məktəbli gənclər, gimnazistlər tələbələr həmrəylik tətili elan etdilər.

Ümumxalq nümayişləri süvari polis kazak cəza dəstələri ilə üz-üzə gəlir, amansız döyüşlər başlanırdı. Fəhlələr küçələrdə meydançalarda barrikadalar düzəldir, tikanlı məftillə hasar çəkir, qırmızı bayraq ucaldırdılar. Bu döyüşlərdə yüzlərlə fəhlələr qəhrəmancasına həlak olur, ancaq geri çəkilmirdilər. Oktyabrın 17-də çar manifest - “konstitusiyaverməyə məcbur oldu. II Nikolay bu yolla Rusiya imperiyasını titrədən fəhlə hərəkatını yatırtmaq, sonra riyakarlıqla boğmaq istəyirdi. Oktyabrın 18-də çar xəfiyyələri - quldurlar, oğrular talançılar Odessada kütləvi qırğınlar təşkil etdilər. Yəhudi qırğını üç gün çəkdi. Bu bədnam üç gün ərzində yüzlərlə adam qanına qəltan oldu. Çar hökuməti azğın qaragüruhçulara geniş meydan vermişdi. Hər yerdə bədbəxt hadisə baş verirdi. Novorossiysk imperator universitetinin tələbələri şəhərin küçələrində klinikalarda yaralılara təcili yardım göstərirdilər.

Fəhlə özünümüdafiə dəstələri drujinaları qaragüruhçuların əl-qol açmasına imkan vermirdi. Onlar küçələrdə, meydançalarda həyətlərdə keşik çəkir, əmin-amanlıq yaradırdılar. Bu ağır günlərdə inqilabçı tələbə fəhlələr onlarla ən yaxşı döyüşçünü, mərd mübarizi itirdilər. Lakin oktyabr hadisələri fəhlələrin mütəşəkkil olmasını, həmrəyliyini döyüş qüdrətini nümayiş etdirdi.

Böyük tarixi-inqilabi hadisələrin qaynağında siyasi xadim kimi yetkinləşən N.Nərimanov ilk gizli inqilabi fəaliyyəti dövründə Marks, Engels, Lenin Plexanov kimi fəhlə hərəkatının görkəmli korifeylərinin əsərləri ilə yaxından tanış olur, beləliklə, inqilabi hadisələrin mahiyyətini düzgün qiymətləndirməyə başlayırdı. Onun müsəlman tələbə gənclərinin xahişi ilə Odessada oxuduğu mühazirənin referatı bu baxımdan qiymətlidir.

 

 

 

(davamı növbəti saylarımızda)

 

Respublika.- 2020.- 5 mart.- S.6.