Azərbaycan Milli Kulinariya komandamızın növbəti uğuru

 

Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamız Almaniyanın Ştutqart şəhərində İKA - Dünya Kulinariya Olimpiadasında iştirak edib. Dünyanın ən mötəbər kulinariya müsabiqələrindən olan bu tədbirə ölkəmiz 8 nəfərlik nümayəndə heyəti ilə qatılıb. Gərgin mübarizə şəraitində keçirilmiş yarışda kulinarlarımız 4-cü yerə layiq görülüblər. Daha sonra Rusiya Federasiyasının Çeçenistan Respublikasının Qroznı şəhərində təşkil edilmiş kulinariya festivalına qatılan aşpazlarımız ən yaxşı nəticə göstərərək ilk yeri tutublar. Bundan əlavə yerli kulinarlar üçün Tahir Əmiraslanov tərəfindən mühazirə verilib.

 

Yarışlarda iştirak etmiş kulinarlar yeməklərin “Super Sun” yağı ilə bişirilməsi, “Sultan Basmati” düyülərindən Bizim Süfrəsouslarından istifadə edilməsinin komandamızın yüksək nəticə göstərməsində mühüm rol oynadığını bildiriblər. Milli kulinariya komandamızın beynəlxalq festivallarda yarışlarda əldə etdiyi uğurlu nəticələrdə çox böyük rol oynayan bu markalar hər zaman istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanır. Qeyd edək ki, Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamızın üzvləri iştirak etdikləri tədbir müsabiqələrdə mütəmadi olaraq “Super Sun” yağı, “Sultan Basmati” düyüləri, “Bizim Süfrəsouslarından istifadə edirlər.

 

Mehparə ƏLİYEVA

 

Respublika.- 2020.- 8 mart.- S.8.