Masazır Duz Zavoduna media tur təşkil olundu

 

Mütəmadi olaraq nəzdində fəaliyyət göstərən istehsal müəssisələrinə media turlar təşkil edən Azərsun Holdinq bu dəfə ənənəsinə sadiq qalaraq media qurumları Azərbaycan Kulinariya Mütəxəssislərinin Assosiasiyasının üzvləri ilə birlikdəAzərduz”, “Salute”, “Bizim Duz”, “Alfa” markalarının istehsal edildiyi Masazır Duz Zavodunda oldular.

 

Səfər zamanı jurnalistlərə zavodun fəaliyyəti, rejimi, istehsal sahələri yodlaşdırılmış duzun keçdiyi prosedurlar haqqında geniş məlumat verən  zavodun müdiri Nəbi Zeynalzadə Masazır Duz Gölündən XIX əsrdən duz emal edildiyini bildirdi. O, 2001-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında qanunun imzalandığını, 2008-ci ildə isə UNİCEF Azərbaycanın Səhiyyə Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində əhali arasında yod çatışmazlığı səbəbindən yaranan xəstəliklərin geniş yayıldığının aşkar edildiyini yodlaşdırılmış duzun istehsalını həyata keçirəcək müəssisəyə ehtiyacın olduğu barədə hesabat hazırlandığını nəzərə çatdırıb. “Bu məsuliyyətli isə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayan Azərsun Holdinqə etibar edilib. 2010-cu ildə ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə Masazır Duz Zavodunun açılış mərasimi olub.”

 

Bildirilib ki, illik istehsal həcmi 90.000 ton olan Masazır Duz Zavodunun fəaliyyətə başlamasıRegionların inkişafına dairdövlət proqramına uyğun olaraq ətraf qəsəbələrdə yaşayan insanların məşğulluğunun təmin edilməsi sosial-rifah halının yüksəldilməsinə mühüm töhfə verir. Bundan əlavə, istehsal müəssisəsi tərəfindən mütəmadi olaraq müxtəlif sosial layihələr reallaşdırılır, aztəminatlı ailələrə bayram sovqatları təqdim edilir. Media tur zamanı jurnalistlərə Masazır Gölünün milli sərvət hesab edildiyi onun ekoloji balansının qorunmasına xüsusi önəm verildiyi bildirildi.

 

Daha sonra media mənsublarının aşpazların suallarını cavablandıran marketinq müdiri Lamiyə Bayramova qida duzlarının 3-cü, 2-ci, 1-ci, əla ekstra olmaqla beş növünün olduğunu, zavodda əla növ xörək ekstra növ süfrə duzlarının istehsal edildiyini qeyd edərək dedi: “Bunlar isə, ən üstün keyfiyyət hesab olunur. Hazırda müəssisədə istehlakçlar tərəfindən sevilən pendir turşu duzları ilə bərabər hər kəs tərəfindən çox yüksək qiymətləndiriləcək manqal duzu da istehsal edilir. Duzun keyfiyyət göstəricilərinin yüksək olması sayəsində Ukrayna, Rusiya Qazaxıstan kimi bütün dünyaya duz ixrac edən ölkələrə məhsul satışı imkanları artıb. Həmçinin yaxın zamanlarda ABŞ Kanadaya duz ixracının həyata keçirilməsi üçün müqavilələrin imzalanması nəzərdə tutulub. Ötən ilin sonundan etibarən müəssisədə “Kosher” sertifikatlı duz da istehsal olunur ki, həm ölkə daxilindən, həm xaricdən sifarişlər alınır.”

 

Müəssisənin Logistika satış bölmə müdiri Süleyman Rəhimov burada qida ilə yanaşı, qida sənayesi, qeyri-qida sənayesi texniki duzların istehsal edildiyini, Masazır Duz Zavodunun ölkəmizdə ekstra keyfiyyətli duzdan tablet duzunun istehsalını həyata keçirən yeganə müəssisə olduğunu tablet duzlarının su təmizləmə sistemlərində, hovuzlarda, filtrlərin təmizlənməsində, qazanxanalarda istifadə olunduğunu qeyd etdi.

 

Müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalarda olan qonaqlara keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edildiyi şirkətlər qrupunun Müşahidə Şurasının sədri Abdolbari Goozalın bu məsələyə xüsusi həssaslıqla yanaşdığ, “Azərsun Holdinq”in rəhbərinin keyfiyyət fəlsəfəsinə uyğun olaraq bütün müəssisələrdə olduğu kimi burada da keyfiyyətə xüsusi önəm verildiyi diqqətə çatdırıldı.

 

İstehsal prosesi barədə məlumat verən istehsal sahə rəisi Ruslan Allahverdiyev ən müasir texnika avadanlıqlardan istifadə edildiyini bildirdi. Jurnalistlərə bütün prosesi əyani şəkildə nümayiş etdirən mütəxəssis istehsal olunan ekstra növ duzların minimum 99.7 faiz natrium xloriddən ibarət olduğunu bu göstəricinin bütün dünya üzrə çox yüksək olduğunu. Duz Zavodunda qida duzları ilə bərabər sənaye duzlarının da istehsal edildiyini dedi.

 

KİV nümayəndələri Azərbaycan Kulinariya Mütəxəssislərinin Assosiasiyasının üzvləri kulinarlar zavodun avtomatlaşdırılmış idarəetmə otağındakı prosesləri izləyərək burada son texnologiya ilə təchiz edilmiş zavodun, istehsal prosesindəki cihazların mərhələlərlə işlənməsi ilə tanış oldular.

 

Qeyd edək ki, Masazır Duz Zavodunda istehsal olunan məhsullarAzərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dairdövlət proqramına uyğun olaraq istehsal edilir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəmadi olaraq apardığı monitorinqlərin nəticələrinə görə yüksək qiymətləndirilir.

 

Mehparə Əliyeva

 

Respublika.- 2020.- 14 mart.- S.3.