Ölkə idmanının inkişafına töhfəmizi əsirgəmirik

 

Son illər Azərbaycanda idmanın inkişafı çox uğurla gedir. Bu bir həqiqətdir ki, gənc nəslin formalaşmasında və cəmiyyətin inkişafında idmanın rolu böyükdür. İdmançılarımız isə həm Vətənimizdə, həm də onun hüdudlarından kənarda ölkəmizi layiqincə təmsil edirlər. Təbii ki, bunun kökündə ümummilli liderimizin idman sahəsində başladığı strategiyanın Prezident İlham Əliyevin uğurla davam etdirməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir standartlar səviyyəsində yaradılan infrastruktur, idmançılara göstərilən diqqət və qayğı dayanır. DünyaAvropa çempionatlarında, Olimpiya Oyunlarında gözəl oyun nümayiş etdirib yüksək nəticələr qazanılır, qaliblərin şərəfinə dövlət himnimiz səsləndirilir, üçrəngli bayrağımız dalğalandırılır.

Məlum olduğu kimi, ötən il dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilmişdir. Tədbirdə məlumat verilmişdir ki, ötən il Azərbaycan idmançıları 271-i qızıl, 238-i gümüş və 266-sı bürünc olmaqla, ümumilikdə 775 medal qazanıblar. Mərasimdəki nitqində Azərbaycan Prezidenti cənab İlham Əliyev birmənalı olaraq bildirmişdir ki, ölkə idmançılarının ümumi nailiyyətlərində Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, federasiyaların və idman cəmiyyətlərinin, klubların hər birinin öz payı var. Təbii ki, bu uğurlarda bizimyerimiz var.

Həmkarlar İttifaqları İdman Təşkilatları (AHİT) İctimai Birliyi (İB) 2019-cu ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi altında Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi ilə qarşılıqlı əməkdaşlıq əsasında öz fəaliyyətlərini davam etdirərək nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə və müəyyən nailiyyətlər qazanılmasına nail ola bilmişlər.

Hesabat ili ərzində Hİ idman təşkilatları 384 bədən tərbiyəsi kollektivini əhatə etməklə, 67541 nəfər bədən tərbiyəsi və idmanla məşğul olmuşdur. Onlardan 5670 nəfəri qadınlar və qızlardır. 14 orta ixtisas təhsili müəssisəsində 5434 nəfər tələbə müntəzəm olaraq bədən tərbiyəsi və idmanla məşğul olmuşdur.

idman təşkilatları respublikanın şəhər və rayonlarında olan 239 idman bazası və qurğularında, o cümlədən 2 atıcılıq tiri, 9 stadiondan, 8 kompleks idman qurğusundan, 64 idman zalından, 5 üzgüçülük hovuzundan, 126 sadə idman meydançası və 19 bədən tərbiyəsi-sağlamlıq mərkəzindən, 4 digər qurğudan əhalinin sağlamlığının möhkəmləndirilməsi və idmançıların hazırlığı üçün istifadə etmişlər.

Gənc idmançıların hazırlığı ilə 2019-cu ildə Hİ idman təşkilatlarının 9 uşaq-gənclər idman məktəbi məşğul olmuşdur (o cümlədən 1 ixtisaslaşdırılmış olimpiya ehtiyatlı və 8 kompleks uşaq-gənclər idman məktəbi).

Bu UGİM-də 30 bölmədə 3817 gənc idmançı (o cümlədən 245 qız) il ərzində idmanın 16 növü ilə 111 məşqçi-müəllimin rəhbərliyi altında müntəzəm məşğul olmuşlar.

Hesabat ili ərzində UGİM-də 567 nəfər dərəcəli idmançı hazırlanmışdır (o cümlədən 1 əməkdar idman ustası, 4 idman ustası, 15 idman ustalığına namizəd, 67 I dərəcəli və 300 kütləvi dərəcəli).

Ümumiyyətlə, “AHİT” İB-nin idmançıları 2019-cu il ərzində 264 medal qazanmışlar. Bunlardan 119-u respublika, 126-sı beynəlxalq turnirlərdə, 18-i dünyaAvropa yarışlarında və 1-i isə Avropa oyunlarında qazanılmışdır.

İdman təşkilatlarının bəzilərinin əldə etdikləri nəticələri diqqətə çatdırırıq. Zenit İC-nin idmançıları 2019-cu il ərzində rəsmi beynəlxalq və respublika yarışlarında 80 medal qazanmışlar. Onlardan 53 yer beynəlxalq yarışlarda, 27 yer isə respublika yarışlarında əldə olunmuşdur. Zenit İC-nin dünyaAvropa yarışlarında aşağıdakı idmançılar-Həsənov Cəbrayıl (Avropa çempionatı - I yer), Qənbərova Elmira (Avropa çempionatı - III yer), Bayramov Turan (Avropa çempionatı - I yer), Qənbərova Elmira (I Avropa oyunları - II yer), Həsənov Cəbrayıl (Dünya çempionatı-II yer), Xasalov Əfqan (Dünya birinciliyi - III yer), Bayramov Turan (Dünya birinciliyi - I yer) müvafiq yerləri tutmuşlar. Zenit İC-nin respublika yarışlarında 4 nəfər I yeri, 12 nəfər II yeri, 11 nəfər III yeri tutmuşdur.

Atilla İK-nın idmançıları 2019-cu ilin on ayı ərzində rəsmi beynəlxalq və respublika yarışlarında 38 medal qazanmışlar. Onlardan beynəlxalq yarışlarda 16 yer, respublika yarışlarında 22 yer qazanılmışdır. Atilla İK-nı dünyaAvropa yarışlarında Rəşad Məmmədəliyev (Avropa çempionatı - I yer), Rüstəm Orucov (Dünya çempionatı - II yer), Elmar Qasımov (Avropa çempionatı- III yer), Rüstəm Orucov (Avropa çempionatı- II yer), Oruc Vəlizadə (Avropa kuboku-I yer) fərqlənmişlər. Atilla İK-dan respublika yarışlarında 7 nəfər I yer, 7 nəfər II yer, 8 nəfər III yerə layiq görülmüşlər.

Məhsul İC-nin idmançıları 2019-cu il ərzində beynəlxalq və respublika yarışlarında 28 medal qazanmışlar. Onlardan 6 yer beynəlxalq, 22 yer respublika yarışlarında qazanılmışdır. Məhsul İC-nin dünyaAvropa yarışlarında Cocu Səmədov (Avropa birinciliyi-II yer), Zaur Nuriyev (Dünya kuboku-III yer), respublika yarışlarında 8 nəfər I yer, 6 nəfər II yer, 8 nəfər III yer-qazandıqları nəticələr bunlardır.

SpartakİC-nin idmançıları ötən il ərzində beynəlxalq və respublika yarışlarında 65 medala sahib çıxmışdır. Onlardan 47 yer beynəlxalq yarışlarda, 18 yer respublika yarışlarında olmuşdur. Spartak İC-nin respublika yarışlarında I yerə 13 nəfər, II yerə 2 nəfər, III yerə 3 nəfər layiq görülmüşlər.

“Pəhləvan” İK-nın yola saldığımız ildə beynəlxalq və respublika yarışlarında 24 idmançı fəxri kürsüyə qalxmışdır. Onlardan 8 yer beynəlxalq, 16 yer respublika yarışlarında əldə olunmuşdur. “Pəhləvan” idman klubundan dünyaAvropa yarışlarında Əliyev Elmir (Dünya birinciliyi-II yer), Həmzətov Asxob (Avropa birinciliyi-II yer), respublika yarışlarında I yer-3 nəfər, II yer-4 nəfər, III yer-9 nəfər fərqlənmişlər.

ŞahmatDama İK-nın keçən il beynəlxalq və respublika yarışlarında 29 idmançı fəxri yerlərə layiq görülmüşdür. Onlardan 15-i beynəlxalq, 14-ü respublika yarışlarında yer tutmuşlar. ŞahmatDama İK-nın dünyaAvropa yarışlarında Hüseynova Dinara (Avropa Birinciliyi - I yer), Azadəliyev Cahandar (Avropa birinciliyi-III yer), Beydullayeva Govher (Dünya çempionatı-III yer). Respublika yarışlarında qazandıqları nəticələr bunlardır. I yer - 5 nəfər, II yer-5 nəfər, III yer-4 nəfər. Həmkarlar İttifaqları İdman Təşkilatları İB-nin kollektivləri cari ildə də Azərbaycan idmançılarının böyük qələbələr qazanmasında öz töhfələrini əsirgəməyəcəklər.

 

Binyamin MƏNSİMZADƏ,

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İB-nin

təşkilati işlər, kadrlaridman şöbəsinin müdiri.

 

Respublika.- 2020.- 14 mart.- S.7.