NƏRİMAN NƏRİMANOV - 150

 

(əvvəli 16, 18, 19, 20, 22, 23, 25, 28, 29 fevral,

 

1, 3, 5, 7, 8, 11, 12, 13, 14, 15 və 17 mart tarixli saylarımızda)

 

 

 

Tiflis quberniyası jandarm idarəsinin rəisi polkovnik Yeryominin Peterburqa, polis departamenti müdirinə göndərdiyi gizli məlumatdan aydın olur ki, çar hakimləri həbsə alınan İran təbəələrini İrana - şah hökumətinin sərəncamına göndərməkdən çəkinmiş, özləri mühakimə etməyi üstün tutmuşlar. Məlumatda deyilir: Sürgün olunanadək azad etmək əsla məsləhət deyildir, çünki onlar hökmən qaçıb gizlənəcəklər, nəzarət etmək müşküldür, buradakı konsulun zəmanətinə isə bel bağlamaq olmaz. Çünki o, heç bir etimada layiq deyildirözü inqilabçıların tərəfini saxlayır. Canişin mənim belə bir fikrimə şərik olmuşdur ki, şah hakimiyyəti möhkəmlənənədək məhbusları İrana göndərmək və şahın sərəncamına vermək məsləhət deyildir, çünki onların İrana göndərilməsi, orada yeni ciddi qarışıqlıq törədərinqilabi müvəffəqiyyətə çatdırar”.

Göründüyü kimi, İran inqilabına gizli yardım əməliyyatına N.Nərimanovun başçılığı ilə Tiflis komitəsi rəhbərlik etmişdir. Onun Tiflisdə olduğu müddət ərzində komitənin əməli fəaliyyətində ciddi dönüş yaranmışdı ki, bu da İran inqilabını boğmaq əzmində olan çar hökumətinin nəzərindən yayına bilməzdi. Həm də ədəbi-publisist məqalələri və alovlu çıxışları ilə Şərq xalqlarının milli azadlıq hərəkatını təqdir edən, onları mübarizəyə ruhlandıran N.Nərimanov çar xəfiyyələrinin də təqibinə məruz qalırdı.

Buna baxmayaraq mətin inqilabçı bütün varlığı ilə Şərq xalqlarının apardıqları azadlıq və istiqlaliyyət uğrunda ölüm-dirim mübarizəsinə fədakarlıqla kömək edirdi. Sonralar S.Orconikidze haqlı olaraq yazırdı ki, N.Nərimanov bütün Şərqdə bolşeviklər partiyasının “ən görkəmli nümayəndəsi” idi. N.Nərimanov Şərqi əsarətdən xilas etməyi özünün birinci müqəddəs vəzifəsi bilirdi. O, “Şərqin təcəssümü” idi.

HƏŞTƏRXANDA SÜRGÜN İLLƏRİ (1909-1913-cü İLLƏR)

1. Metex qalasında. “Darül-ədəb” məktəbində və “Şurayi-İslam” cəmiyyətində həkim. Müsəlman teatr dərnəyinin və “ çiçək” mərasiminin təşkilatçısı. Qabaqcıl ideyalı tatar ictimai xadimləri ilə dostluq əlaqəsi. İ.İ.Meçnikovla görüş. “Bürhani-tərəqqi” və “Prikaspiyski kray” qəzetlərində çıxış. Nəriman Nərimanov Tiflisdə Metex qalasında yeddi ay saxlanır. Bu zaman Zaqafqaziyanın demokratik ictimaiyyəti mətin inqilabçının həbsdən təcili azad olunmasını tələb edirdi (Bakı, Tiflis, Yelizavetpol və Qafqazın digər şəhərlərinin müsəlman nümayəndələri Dövlət dumasına məktub göndərib N.Nərimanovun həbsdən buraxılması haqqında məsələ qaldırmağı xahiş edirlər).

Zaqafqaziya”, “Tərəqqi”, “Baku” və s. dövri mətbuat səhifələrində tərəqqipərvər ziyalıların etiraz məktubları çap olunurdu. “Baku” qəzetinin 30 avqust 1909-cu il tarixli “əlavə”sində Dövlət dumasının müsəlman fraksiyasına Bakı müsəlman ziyalılarının göndərdikləri müştərək ərizə nəşr edilmişdi. Onlar öz ərizələrində doktor Nəriman bəyin Metex qalasına salınması hadisəsini dərin etirazla qarşılayır, onun dərhal buraxılması və ya istintaq aparılması tələbini irəli sürürdülər.

Dumanın müsəlman fraksiyası N.Nərimanovun həbsdən azad edilməsi üçün hökumətə xahişnamə göndərmək istərkən, Bakı neft maqnatlarına qızıl zəncirlə bağlı olan burjua ziyalıları onun hərəkətini çar hökumətinə xəyanət və “müsəlman millətini xəcil etmək” kimi qiymətləndirmiş və qəti bildirmişdilər ki, “biz belə ağılsız bir adam üçün xahişnaməyə qol çəkmərik”.

Demokratik ictimaiyyətin xahişləri bir nəticə vermədi. Çünki çar hakim dairələri hökumətdən inqilabçı həkimin cəzalandırılmasını təkidlə tələb edirdilər. Tiflis jandarm idarəsi Xarici İşlər Nazirliyinə göndərdiyi təliqələrinin birində yazırdı: “Təkcə İran təbəələrinə deyil, hətta rus təbəələrinə də olduqca zərərli təsir göstərən həkim N.Nərimanov beş il müddətinə Sibirin uzaq yerlərindən birinə sürgün edilsin”. Lakin Xarici İşlər Nazirliyi yazıçı və ictimai xadim kimi tanınmış doktor N.Nərimanovu (1909-cu il avqust ayının 21-dən) “zərərli fəaliyyətinə görə” iki il müddətində Qafqaz mahalı ərazisindən çıxarmağı qərara aldı.

N.Nərimanov Rostov, Simferopolya Aşqabad şəhərlərindən birində yaşamağa icazə istədi, ancaq bir nəticə vermədi. N.Nərimanovun İran inqilabçıları ilə əlaqə yaratmasından ehtiyat edən çar hakimləri onu Zaqafqaziya ərazisinə yaxın yerlərdən uzaqlaşdırmaq niyyətində idilər. Nəhayət, N.Nərimanov 1909-cu il sentyabr ayının 30-da himayəsində yaşayan qardaşı və bacısı uşaqları ilə birlikdə Həştərxana göndərildi. (“İrani-nov” qəzetinin xüsusi müxbiri Həştərxandan göndərdiyi məqaləsində N.Nərimanovun həyatı, ictimai fəaliyyəti haqqında yığcam məlumat verir, onu “möhtərəm insan, maarifin dostu, vətəni sevən”, “insaniyyət dünyasına xidmət etməkdə əsrimizin birinci mücahidikimi səciyyələndirir, “Qafqazda yaşayan iranlıların sevimlisi” N.Nərimanovun İran inqilabında iştirak etməkdə ittiham olunduğunu bildirirdi. O yazırdı: “Tiflis divanxanası N.Nərimanovun azad edilməsi haqqında hökm vermək istərkən, “sakitlik çölüolan Həştərxandan başqa bir yer tapmadı ki, onun yaşaması üçün münasib olsun. Nəhayət, o da qəbul etməyə məcbur olub buraya gəlmişdir”.

N.Nərimanov sürgün yerinə ciddi nəzarət altında Tiflis-Rostov-Don-Saritsin-Həştərxan dəmir yolu ilə göndərildi (N.Nərimanovun Həştərxana Bakı yolu ilə getməsi güman edilir. Guya o, Bakıda iki saat dayana bilmişdir. Ona burada bir neçə gün qalıb dost-tanışları ilə görüşməyə icazə verilməmişdir. Bəziləri isə onun Bakıya gedib müsəlmanlarla görüşməsinə qətiyyən icazə verilmədiyini söyləyirlər).

N.Nərimanov Həştərxana oktyabrın 6-da gündüz saat 2-də çatır. Birinci sahədə olan Bakulinin evinə düşür. Lakin bir neçə gündən sonra Staro-Kuzneçni küçəsində fotoqraf Klimaşevskinin evini kirayə edir.

Siyasi sürgünün şərtlərinə görə N.Nərimanov hər gün qubernator idarəsində görünməli, siyasətə, şəhərin ictimai həyatına qarışmamalı idi. O, qubernatorun xüsusi icazəsi olmadan şəhərdən kənara çıxa bilməzdi. Bütün bunları ona oktyabrın 7-də qeydiyyatdan keçəndə Həştərxan qubernatoru Sokolovski şəxsən demişdi.

N.Nərimanov vətəndə ikən dostu S.M.Qənizadədən şamaxılı Mustafa Lütfinin HəştərxandaDarül-ədəbadlı məktəb açdığını çox eşitmişdi (əslən şamaxılı olan Mustafa Lütfi Şirvanski İsmayılov Türkiyədə yaşayırdı. Çarın 1905-ci il 17 oktyabr manifestindən dərhal sonra Həştərxana köçmüşdü. BuradaŞurayi-İslamcəmiyyətini Bürhani-tərəqqiqəzetini təsis etmişdi). İndi isə tale onun özünü çəkib buraya gətirmişdi.

N.NərimanovDarül-ədəb”ə gedib müəllimlərlə tanış olur. Səliqəli, intizamlı elm ocağı ona xoş təsir edir, məktəbin pulsuz həkimliyini öz üzərinə götürür.

Məktəbin müdiri Mustafa Lütfi Şirvanski N.Nərimanovu tanıyırdı. Onun Bakı dövri publisist fəaliyyətindən, bədii əsərlərindən xəbərdar idi. Odur ki, N.Nərimanovu özünün redaktəsi ilə çap olunanBürhani-tərəqqiqəzetinə cəlb etmək arzusunu ona bildirir.

Bürhani-tərəqqi”, “İdel s. yerli mətbuat N.Nərimanovun Həştərxana gəlişi münasibətilə məqalələr dərc edir, onu ictimai xadim, xalq tərəfdarı kimi səciyyələndirir, ona rəğbət ehtiram bildirirdi. “İdelqəzeti 13 oktyabr 1909-cu il tarixli nömrəsindəSürgün edilmiş müsəlmanadlı məqaləsi ilə tatar oxucularına görkəmli ictimai xadim yazıçının Həştərxana gəlməsi xəbərini verirdi. Lakin N.Nərimanov haqqında ilk məqaləni onun gəlişinin altıncı günü Azərbaycan dilində çıxanBürhani- tərəqqiqəzeti dərc etmişdi. Qəzet 11 oktyabr 1909-cu il tarixli nömrəsindəDoktor Nəriman bəyadlı redaksiya məqaləsində N.Nərimanovun tərcümeyi-halını ictimai fəaliyyətini şərh etdikdən sonra ona təsəlli verərək yazırdı: “Nəriman bəy cənabları! Heç bir vaxt xatirinizə gətirməyiniz ki, əvət, mən məhbusam, mən qəribəm. Xeyr, böylə xəyalatları xatirinizə belə gətirməyəcəksiniz. Çünki ərbabi-maarif üçün kürreyi-ərzin hər bir yeri vətəndir, vətən. Siz millətin cövhərisiniz; cövhər nerəyə düşərsə haman cövhərdir ki, cövhər. Cövhərin yerində qədr-qiyməti olmaz. Cövhər qürbət aləminə düşdümü, qədr qiyməti artar. Hər kəs belə cövhərlə kəsbi-iftixar edər. İndi Həştərxan müsəlmanları xalqın Sizin tək ən qiymətli cövhəri ilə qədər iftixar etsələr azdır. Yaşasın sizin kimi millət xadimlərimiz. Yerə batsın millət xadimlərini danos edən dinsizlər!..

Həştərxan qubernatoruBürhani-tərəqqiqəzetinin redaktoruna N.Nərimanovuncinayətkar fəaliyyətinitəriflədiyi üçün 200 manat cərimə kəsir. Bu cərimə iki ay müddətinə ödənilməli idi, əks halda redaktor iki ay həbs cəzasına məhkum ediləcəkdi. Ancaq belə bir qərar qubernatoru sakitləşdirmədi. O, Mustafa Lütfini həbsə almaq niyyəti ilə redaksiyaya polis göndərmiş, cərimənin dərhal ödənilməsini tələb etmişdir. Lakin redaktorun dostları pul toplayıb onu çıxılmaz vəziyyətdən qurtarmışlar.

Mustafa LütfiBürhani-tərəqqi”nin 16 oktyabr 1909-cu il tarixli növbəti nömrəsində “200 manat cəriməməqaləsini dərc etməklə, hadisənin təfsilatını oxuculara xəbər verir eyni zamanda, qəti bildirir ki, biz doktor Nəriman bəyi tərifləməmişik, onun ancaq tərcümeyi-halını qələmə almışıq; doktor Nəriman bəyi dövlətin məhkum etdiyinə görə deyil, insanpərvərlik xatirinə qiymətli daş-qaş adlandırmışıq ki, ona təsəlli verək. Mustafa Lütfi həkimliyinmüsəlman aləmindəqiymətli cövhər olduğunu söyləyir. O yazır: “...Həkim haraya gedirsə-getsin, istər Sibirə, istər Afrikaya ya Amerikaya getsin, hər yerdə qiymətli daş-qaşdır, o, heç yerdə bekar qalmaz. Bəşəriyyətə bir həkim kimi xidmət etməklə özünü dolandırar; məhz buna görə Nəriman bəy üçün Yer kürəsinin hər nöqtəsi vətəndir, özü təkcə Nəriman bəy üçün yox, elmli adamların hamısı üçün, Nəriman bəyin gəlməsi xüsusilə Həştərxan müsəlmanlarına böyük xeyirxahlıqdır, çünki o, müsəlman həkimidir müsəlman xəstələrinə onların milli dilini bilən həkimin faydası daha çox olar. Buna görə biz demişik ki, “Yaşasın Sizin kimi millət xadimi!”, çünki Nəriman bəy kimi həkimlər bütün bəşəriyyətə xidmət edirlər, Nəriman bəy həkim olduğuna görə biz onun keçmişini , gələcəyini məhz bir həkimin keçmiş gələcəyi kimi tərifləmiş təqdir etmişik. Əgər indi Nəriman bəyin yanına rus xəstələri gəlməyə başlasalar, onlar da Nəriman bəyi hökmən tərifləyəcəklər”.

Əlbəttə, bu izahat da yerli hakimiyyət orqanlarını qane etmədi. 1909-cu il noyabrın 7-də Mustafa Lütfi siyasi cəhətdən etibarsız müəllim kimi müsəlman məktəbi “Darül-ədəb”in pedaqoji heyətindən çıxarıldı. Mustafa Lütfi 1909-cu il noyabr ayının 23-də Həştərxan qubernatoruna göndərdiyi xahişnaməsində müsəlman din xadimlərinin fitnəkarlığı sayəsində senzura tərəfindən ona qarşı uydurulan haqsız ittihama öz etirazını bildirmişqeyd etmişdir ki, Rusiya bizim də vətənimizdir, ruslar kimi bizim də qəlbimizə yaxın, doğmadır. Ona görə bütün bilik və bacarığımızla müsəlmanların maariflənməsinə” “Rusiya üçün daha faydalı” olmasına çalışıram.

Mustafa Lütfi N.Nərimanov haqqında olan məqalənin mahiyyətini şərh edərkən yazırdı: Bu məqalədə həkim Nərimanovun qısa tərcümeyi-halı verilmişdir, məqalənin sonunda isə bir həkim kimi o, qiymətli daş-qaşa bənzədilmişdir, çünki 32 milyon müsəlman əhalisi olan Rusiyada müsəlmanlardan cəmi- cümlətanı on nəfərə qədər həkim var. Müsəlman camaatının ümumiyyətlə rus təhsilinə, xüsusilə təbabətə laqeydliyini nəzərə alaraq müsəlmanlar heç olmasa ümumdövlət mənafeyi naminə sevinməlidirlər ki, onların arasında həkimlərin sayı artır. Əgər epidemiya zamanı müsəlman əhalisi arasında vəba, yatalaq, difterit, skarlatin və digər yoluxucu xəstəliklər uzun sürürsə, bunun səbəbi yalnız odur ki, avam müsəlman camaatı sanitariya tədbirləri ilə xəstəliklərin qarşısını almaq barədə inzibati idarələrin tələblərini başa düşmür. Burada dilə, adətlərə və həyat şəraitinə bələdlik lazımdır. Yalnız bunlara bələd olan həkim əhaliyə həqiqi fayda verə bilər, əhali hər cür sanitariya tədbirlərinə daha şüurlu yanaşmağa başlayar, bu sahədə inzibati idarələrin əməyi xeyli yüngülləşər. Məhz bu mülahizələrə görə redaksiya Nəriman bəyin bir həkim kimi gəlməsinə sevinmişdir: “Bürhani-tərəqqi” qəzetinin növbəti nömrəsində biz bu barədə izahat verib təsdiq etmişik ki, mənim məqaləmdə heç bir cinayət yoxdur. Məqalənin rus dilinə tərcüməsini təqdim etməyə cürət edirəm”.

 

 

 

(davamı növbəti saylarımızda)

 

Respublika.-2020.- 18 mart.- S.4.