Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7,25 faiz və faiz dəhlizinin aşağı həddinin 6,75 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 1-də keçirdiyi mətbuat konfransında İdarə Heyətinin qərarını şərh edib.

O bildirib ki, faiz dəhlizinin yuxarı həddi isə 9 faizdən 8 faizə endirilib.

 

Qlobal mühitxarici sektor göstəriciləri

 

E.Rüstəmov qeyd edib ki, pul siyasətinə həsr olunmuş son iclasdan ötən müddətdə də qlobal tələb və təklifin daralması, beynəlxalq əmtəə və maliyyə bazarlarında yüksək dalğalanmalar koronavirus pandemiyasının neqativ təsirləri ilə bağlı olub. Dünyanın aparıcı iqtisadi güc mərkəzlərində iqtisadi aktivlik kəskin aşağı düşüb, işsizlik əhəmiyyətli artmaqdadır. Nüfuzlu beynəlxalq təşkilatlar 2020-ci ilin qlobal iqtisadi artım proqnozunu azalma istiqamətində əhəmiyyətli təshih edib. Beynəlxalq Valyuta Fondu cari ilə 3 faizlik qlobal ressesiya proqnozlaşdırır.

 

Qlobal tələbin əhəmiyyətli daralması şəraitində enerji bazarlarında yüksək dalğalanmalar müşahidə olunmaqdadır. Aprel ayında yeni “OPEC++” razılaşması əldə olunsa da neft qiymətlərinin aşağı düşməsi davam edib.

 

Qlobal maliyyə bazarlarında, o cümlədən başlıca ticarət tərəfdaşı olan ölkələrin valyuta bazarlarında dəyişkənlik davam edib. Beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələr pandemiya dövründə iqtisadi aktivliyi dəstəkləmək məqsədilə irihəcmli dəstək proqramlarını həyata keçirməyə başlayıb.

 

İnflyasiyanın dinamikası və inflyasiya gözləntiləri

 

O deyib ki, İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya gözlənildiyi kimi bir qədər yüksəlsə də, hədəf diapazonunun mərkəzindən aşağıda qalıb. Rəsmi statistikaya görə, martda illik inflyasiya 3,3 faiz təşkil edib. Son 12 ayda inflyasiya ərzaq məhsulları üzrə 6 faiz, qeyri-ərzaq məhsulları üzrə 1,2 faiz və xidmətlər üzrə 1,2 faiz olub. Ərzaq inflyasiyasının yüksəlməsi əsasən karantin rejiminin sərtləşməsi şəraitində ərzağa tələbin qısamüddətli yüksəlməsi, eləcə də istehsal və daşınma xərclərinin lokal artımı ilə izah edilir.

 

Real sektor müəssisələri üzrə monitorinqə görə, inflyasiya gözləntiləri martda əvvəlki aya nəzərən tikintidə dəyişməz qalıb, ticarətdə azalıb, qeyri-neft sənayesi və xidmətdə artıb. Ev təsərrüfatlarının inflyasiya gözləntilərinin bir qədər artması müvəqqəti xarakter daşıyır.

 

Mövcud makroiqtisadi siyasət çərçivəsi saxlanmaqla son proqnozlar 2020-ci ildə inflyasiyanın hədəf intervalında (42 faiz) qalacağını göstərir.

 

Monetar şərait

 

Mərkəzi Bankın sədri bildirib ki, ötən toplantıdan keçən müddətdə monetar şərait dövlət büdcəsində profisitvalyuta bazarında vəziyyətin stabilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən təsirlənib. Pul bazasının dinamikası valyuta bazarında stabilliyi dəstəkləyən faktordur. Aprel ayı üzrə dinamika göstərir ki, valyuta bazarında vəziyyət normallaşıb.

 

İqtisadiyyatın likvidlik ehtiyaclarının ödənilməsi və valyuta bazarının stabilliyinin təmin olunması üçün Mərkəzi Bank situasiyadan asılı olaraq pul siyasəti alətlərini adekvat tətbiq edir. Pul bazarındakı son meyilləri nəzərə almaqla sterilizasiya alətlərinin müddəti və faizlərinin formalaşması çərçivəsində zəruri dəyişikliklər olunub.

 

Pul bazarının seqmentlərində faiz dərəcələri müxtəlif istiqamətdə dəyişir. Banklararası pul bazarında faiz dərəcələri artmağa meyillidir. Banklararası REPO bazarında orta faiz martdakı 4,5 faizdən aprel ayında 8 faizə yüksəlib. Yeni əmanət və depozitlər, habelə manatla yeni kreditlər üzrə son ayda faiz dərəcələrində əhəmiyyətli dəyişiklik olmayıb.

 

Aşağı inflyasiya şəraitində iqtisadi subyektlər üçün manat aktivlərinin cəlbediciliyi qorunmaqdadır. Birinci rübün son ayında depozitlərin dollarlaşması bir qədər artsa da, apreldə əks proseslər müşahidə edilib. “Əmanətlərin tam sığortalanması haqqında” qanunun vaxtının uzadılması bankların depozit bazasının qorunması ilə yanaşı de-dollarizasiya proseslərinə də dəstək verəcək.

 

Kredit portfelinin başlıca artım mənbəyi biznes kreditləridir. İstehlak kreditləri isə azalma meyilinə malikdir istehlak kreditlərinin kredit portfelində payı azalmaqdadır.

 

Pandemiyadan zərərçəkən əhali biznesin dəstəklənməsi istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən tədbirlər maliyyə sabitliyinin qorunması çərçivəsində kreditləşmə şərtlərinin yumşalmasına imkan verir.

 

İqtisadi aktivlik

 

E.Rüstəmov əlavə edib ki, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyasının iqtisadi aktivliyə neqativ təsirləri müşahidə edilməkdədir. Mərkəzi Bank tərəfindən real sektor müəssisələrinin monitorinqi göstərir ki, qeyri-neft sənayesi, tikinti, ticarət xidmət sahələrindəki müəssisələrdə iqtisadi aktivlik göstəricilərinin yanvar-fevral aylarındakı müsbət dinamikası mart ayından başlayaraq azalma ilə əvəzlənib, ticarətdə aktivliyin daha kəskin enişi qeydə alınıb.

 

Koronavirusun təsirləri nəticəsində 2020-ci ilin ilk 2 ayında iqtisadi artım 2,8 faiz olduğu halda, birinci rübdə 1,1 faizə enib. O cümlədən qeyri-neft sektorunda iqtisadi artım ilk 2 ayda 6,7 faiz, birinci rübün yekunu üzrə isə 3,5 faiz təşkil edib.

 

Hökumət tərəfindən reallaşdırılmaqda olan ÜDM-in 4 faizini üstələyən iqtisadi dəstək paketi sinxronlaşdırılmış makroprudensial tədbirlər tələbin daralmasının səngiməsinə məşğulluğun - yerlərinin qorunmasına imkan verməlidir.

 

İnflyasiya riskləri

 

O deyib ki, inflyasiyanın risklər balansının dəyişim perspektivləri ilə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır. Qlobal iqtisadi aktivlik dünya neft bazarındakı konyunktur ölkəmizə əsasən ixrac gəlirləri gözləntilər kimi kanallarla təsir edir. Digər tərəfdən qlobal miqyasda tətbiq olunan sosial təcrid tədbirlərinin mal xidmət idxalını məhdudlaşdırması tədiyə balansını tarazlaşdıran amildir. Ölkənin yeni reallıqlara uyğun çevik makroiqtisadi manevr imkanlarının mövcudluğu, kifayətlik normalarını əhəmiyyətli üstələyən valyuta ehtiyatları reallaşmaqda olan iqtisadiyyata yardım paketi pandemiyanın neqativ təsirlərini azaltmağa kömək edir. Makroiqtisadi risklərin azalması karantin rejiminin yumşalmasından sonra qlobal iqtisadiyyatın bərpası dünya bazarında neftin qiymətinin məqbul səviyyədə stabilləşməsindən asılı olacaq.

 

İlin qalan dövründə xarici daxili mühitdə gözlənilən proseslər faiz dəhlizinin parametrlərinə dair növbəti qərarların qəbulu zamanı iqtisadi aktivlik məşğulluğun dəstəklənməsi hədəfi ilə makroiqtisadi sabitliyin onun əsas lövbəri olan məzənnə sabitliyinin təmin olunması arasında optimal balansın qorunmasını tələb edir. Bu məqsədlə xarici mühitdə daxili maliyyə bazarlarında gedən proseslər inflyasiya hədəfinə nail olma vəziyyəti davamlı monitorinq olunacaq.

 

Bu qərar 2020-ci il mayın 1-dən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı bu il iyun ayının 19-da ictimaiyyətə açıqlanacaq.

 

 

 

AZƏRTAC

 

Respublika.- 2020.- 2 may.- S.6.