Ölkənin azadlıq, müstəqillik, tərəqqi və inkişafını formalaşdıran Lider

 

Böyük dühalar öz ölkəsinin gələcək inkişaf yollarını əvvəlcədən görə bilmiş, xalqını həmin ali məqsədə çatdırmaq üçün mübarizəyə səfərbər etməyi bacarmışlar. Uzaqgörənlik, möhkəm siyasi iradə, aydın milli mövqe və dönməz mübarizə əzmi belə tarixi şəxsiyyətlərin əsas xüsusiyyətlərini təşkil edir. Bu sözləri mənsub olduqları xalqların və ölkələrin tarixində xüsusi xidmətləri olan başqa dövlət xadimləri - Türkiyədə Mustafa Kamal Atatürk, Fransada Şarl de QollFransua Mitteran, Çində Mao Tszedun, Amerikada Corc VaşinqtonEyzenhauer, İngiltərədə Uinston Çörçill və başqaları haqqında da demək olar. Dünya tarixinə dərin izlər salmış belə görkəmli şəxsiyyətlər böyük dövlətçilik istedadına malik olan tarixi simalardır. Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev XX əsrin ikinci yarısından etibarən mənsub olduğu xalqın tarixi müqəddəratında həlledici rol oynamışdır. Dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan xalqı da məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında üzləşdiyi faciələri aradan qaldırmış, suveren, azad dövlət ideyasını uğurla gerçəkləşdirmişdir. Ölməz liderin adı Azərbaycanın tarixinə görkəmli ictimai-siyasi xadim, qüdrətli dövlət adamı, müstəqil dövlətçiliyimizin memarı kimi həkk olunmuşdur.

Dünya şöhrətli siyasət və dövlət xadimi olan ulu öndər öz xalqının çoxminillik tarixinin yüksək zirvəsində özünə əbədi yer qazanmış bənzərsiz şəxsiyyətdir. Heydər Əliyev tariximizdə öz şərəfli yerini tutmuş, milyonlarla insanın qəlbində öz heykəlini ucaltmış və müstəqillik tariximizin əbədiyyət rəmzinə çevrilmiş nadir simalardandır. Ulu öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə vəhdət təşkil edir. Azərbaycanın son 50 illik tarixində və suverenlik dövründə bu fenomenal insanın misilsiz fəaliyyəti təyinedici rol oynamışdır. Onun adı və əməlləri milli dövlətçiliyimizin əbədiyyət zirvəsini təşkil edir. Azərbaycanı sülh, sabitlik, milli-dini tolerantlıq məkanına, fərqli mədəniyyətlərin dialoq meydanına çevirən Heydər Əliyev ölkəmizin demokratik inkişaf yolunu müəyyənləşdirmiş, gənc müstəqil dövlətin siyasi platformasını, iqtisadi əsaslarını, mənəvi və əxlaqi konsepsiyalarını yaratmışdır. Ən əsası isə ulu öndər Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən mükəmməl bir dövlətçilik ideologiyası formalaşdırmışdır. Azərbaycan xalqı hər il öz dahi oğlunun dünyaya göz açdığı 10 may gününü milli tarixinin ən əziz günlərindən biri kimi qeyd edir. Ulu öndərin anadan olmasının 97-ci ildönümü ərəfəsində onun ölməz xatirəsi milyonlarla soydaşımızın duyğu-düşüncülərini yenidən öz nuruna bürüyür. Heydər Əliyev şəxsiyyəti tariximizdə, siyasi təfəkkürümüzdə artıq çoxdan ümummilli məna yükü daşıyan fenomenə çevrilmişdir.

Ümummilli lider Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Ulu öndər həmişə vətəni, xalqı ilə birlikdə olmuşdur. Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, tarix belələrinin əməlləri, fəaliyyəti ilə yaranır. Onun keşməkeşli həyatı, zəngin bioqrafiyası isə bütöv bir epoxanın canlı salnaməsidir. Bu salnamənin nə az, nə çox - düz 50 illik bir dövrünü əhatə edən və xalqımızın qadir, yaradıcı əməyini təcəssüm etdirən səhifələri rəhbərin şərəfli və mənalı ömrünün unudulmaz anlarıdır. Belə bir dühanın Azərbaycan xalqına mənsub olması və özündən sonra bu xalqın tarixində yaradıcı izdaha uzaq gələcəyə hesablanmış siyasi irs qoyması, bütövlükdə, xalqımızın milli uğuruiftixar mənbəyidir.

Heydər Əliyev təkcə gələcəyi görmür, həm də onu yaradırdı. Bu dahi insan sabaha doğru gedən yolu açır və insanları o yolla getməyə səfərbər edirdi. İllər keçdikcə, dönə-dönə görür və yəqin edirik ki, Heydər Əliyev XX əsrin ən böyük liderləri sırasındadır. O, müasir demokratik Azərbaycanın ən yeni tarixinin yaradıcısı və müəllifidir. Tarixi yaradan, onun gedişinə müsbət təsir göstərən, öz dövründə silinməz iz qoyan şəxsiyyətlər yüzilliklər boyu yadda qalır. Heydər Əliyev böyük bir epoxanın mərkəzində olan şəxsiyyət idi, millətinin xilaskarı, dünya üçün sülhsevər insan idi. Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onun dahiliyiböyüklüyü dünya miqyasında tanınıb etiraf olunmuşdur. Onun parlaqdahi şəxsiyyəti, sərhəd bilməyən güclü intellekti Azərbaycandan çox kənara çıxmışdır. Heydər Əliyevin istər Azərbaycan SSR-ə rəhbərlik etdiyi, istərsə də Sovet İttifaqının rəhbərliyində təmsil olunduğu zaman göstərdiyi siyasi əzmkarlıq və yorulmaz siyasi fəaliyyəti ona müasiri olmuş bir çox milli siyasi xadimdən fərqli olaraq, xarizmatik lider imici qazandırmışdır.

Azərbaycana rəhbərliyinin birinci dövründə ulu öndərin həyata keçirdiyi vüsətli quruculuq işləri, sosial-mədəni islahatlar xalqımızın milli mənlik şüurunu oyatmış, totalitar rejimin təzyiqlərinə baxmayaraq, azərbaycançılıq məfkurəsinin milli ideologiyaya çevrilməsinə münbit zəmin yaratmışdır. O illərdə Heydər Əliyev Azərbaycanın malik olduğu bütün imkanları ölkəmizin hərtərəfli yüksəlişi üçün səfərbərliyə almışdır. İcra edilən ardıcıl inkişaf proqramları, yerinə yetirilən kompleks tədbirlər, səmərəli kadr islahatları və idarəçilik metodları hesabına, eləcə də cəmiyyətdəki neqativ halların aradan qaldırılması sayəsində Azərbaycan çox qısa müddət ərzində bütün sahələrdə keçmiş SSRİ-nin qabaqcıl respublikaları sırasına çıxmışdır.

Hadisələrin sonrakı inkişafı da göstərdi ki, sovet liderləri arasında postsovet məkanında müstəqilləşmə epoxasının zərurətlərini duyan və siyasətdə yeni yolun trayektoriyasını dəqiqliklə cıza bilən, yeni dövrün qüsursuz siyasi-ideoloji kursunu ərsəyə gətirən yeganə siyasətçi məhz Heydər Əliyev olmuşdur. Bununla da postsovet məkanında yalnız Heydər Əliyev sovet dövrü ilə müstəqillik mərhələsinin bir-biri ilə toqquşan geosiyasi, hərbi, siyasi, iqtisadi və mədəni ziddiyyətlər xaosundan perspektivli çıxış yolu tapa bilmişdir. Heydər Əliyevin quruculuq fəaliyyəti keçmiş SSRİ miqyasında yüksək qiymətləndirilir, rəğbət doğururdubu, hər bir azərbaycanlını qürurlandırırdı. Məhz elə həmin vaxtdan da Heydər Əliyev öz xalqının lideri, millət fədaisi və öndəri olduğunu əməli fəaliyyəti ilə göstərirdi və Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm bünövrə qoyurdu. Heydər Əliyev ittifaq dövlətinin rəhbərliyində işlədiyi beş il ərzində dünya siyasətinin ən nüfuzlu nümayəndələri sırasında özünə möhkəm yer tutdu, Vətənimizin və xalqımızın şərəfini yüksəklərə qaldırdı.

Ötən əsrin 80-ci illərinin sonlarından başlanan proseslərin məntiqi nəticəsi kimi 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan müstəqilliyin ilk illərində bir sıra ağır problemlərlə üz-üzə qaldı. Ölkənin zəngin təbii sərvətlərindən məqsədyönlü istifadə üçün, ilk növbədə, bu problemlərin bir qismi yoluna qoyulmalı, ən azı, ictimai-siyasi sabitlik təmin olunmalı, xarici təhdidlər neytrallaşdırılmalı, cəmiyyət sabit inkişaf axarına yönləndirilməli idi. Bu tarixi missiyanı 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan böyük dövlət adamı Heydər Əliyev öz üzərinə götürdü. Ulu öndər siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda quruculuq, inkişaf dövrü başlandı. Müstəqil dövlətimizin həqiqi lideri olaraq Heydər Əliyev mürəkkəb geosiyasi vəziyyətdə Azərbaycanın suverenliyinin qorunub saxlanması, siyasi böhranın aradan qaldırılması, sosial-iqtisadi problemlərin həlli, hüquqi dövlət quruculuğu prosesinin həyata keçirilməsi, demokratik islahatların aparılması istiqamətində təxirəsalınmaz tədbirləri misilsiz iradə və məharətlə gerçəkləşdirdi. Sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu, qeyri-qanuni silahlı birləşmələr tərk-silah edildi və ölkəmiz islahatlar yoluna qədəm qoydu.

Ümummilli liderin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyası gerçəkləşdirildi, müasir Azərbaycan dövlətinin qurulması prosesi başlandı və xalqımız həqiqi müstəqillik arzusuna çatdı. Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olanböyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi. Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın xilaskarı kimi Azərbaycanın müstəqillik tarixini yazan ümummilli lider Heydər Əliyev qısa zamanda misilsiz xidmətləri ilə, köklü demokratik hüquqi dövlət quruculuğu, mütərəqqi məhkəmə-hüquq islahatları ilə tariximizin parlaq səhifələrini yazdı. Heydər Əliyevin böyüklüyü, dövlətçilik səriştəsi onda idi ki, o, hüquqi dövlət quruculuğu işində humanizm prinsiplərindən yerində və düzgün istifadə etməyi uzaqgörənliklə, müdrikcəsinə bacarırdı. Böyük rəhbər hər zaman xalqının yanında idi, onu böyük bir izdiham müşayiət edirdi, hər bir vətəndaşa qayğı ilə yanaşırdı. Ömrünün son anınadək xalqının gələcək taleyi haqqında düşünürdü. Dahi şəxsiyyət Vətən üçün, xalq üçün doğulmuşdu, ölkənin tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün cəsarətlə çalışırdı. Bununla da öz xalqının gözündə, qəlbində dağ kimi ucalmışdı. Xalqın sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir. Öyrənildikcə öyrənilən, heç zaman tükənməyən Heydər Əliyev irsi, onun yaradıcı zəkası hələ uzun illər çoxtərəfli araşdırmaların mövzusu olacaq. Və hər zaman bu şəxsiyyətin tarixdə oynadığı əhəmiyyətli rol daha dərin və daha geniş məzmunda, konseptual şəkildə açılacaqdır. Bir həqiqət isə heç zaman dəyişməyəcək: Heydər Əliyev müasir Azərbaycanın qurucusu, ümummilli lideri olmaqla yanaşı, həm də tərəqqi və ədalət, sülhpərvərlik və humanizm ideyalarına, bəşəri dəyərlərə əsaslanan geniş spektrli fəaliyyəti ilə dünya tarixinin yetişdirdiyi nadir şəxsiyyətlərin ön sırasında layiqli yerini qoruyub saxlayacaqdır. Dünya azərbaycanlılarının həqiqi lideri səviyyəsinə yüksəlmiş ümummilli lider Heydər Əliyevin ideyaları, əsasını qoyduğu işlər bu gün də yaşamaqdadır.

Azərbaycanda sahibkarlığın inkişafı və təşəkkül tapması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz azad sahibkarlığın inkişafına daim diqqət göstərib və ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayıb: “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”.

Ulu öndərin çox böyük dəqiqliklə işləyib hazırladığı strateji kursu 2003-cü ilin oktyabrından onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Bu xətt isə Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, ölkənin beynəlxalq aləmdə nüfuzunun durmadan artırılması, ərazi bütövlüyünün bərpası, iqtisadi durumunun yüksəldilməsi, əhalinin rifahının yaxşılaşdırılması, demokratik dəyərlərin dərinləşdirilməsi və s. kimi ümumdövlət və ümumxalq əhəmiyyətli məsələlərdir. Ulu öndərin ən layiqli davamçısı olaraq İlham Əliyevin ölkəmizə böyük istedad və bacarıqla rəhbərlik etməsi, Heydər Əliyev siyasi kursunu, onun Azərbaycan naminə amallarını böyük ustalıqla davam etdirməsi hər birimizin qəlbini iftixarla döyündürür. Hər birimizə böyük örnək olan və fərəh verən digər amil isə dövlət başçısının bütün sahələrdə həyata keçirdiyi strateji əhəmiyyətli islahatların daha çevik və yüksək səmərəliliklə həyata keçirilməsinə böyük töhfələr verən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımızın xoşbəxtliyi, dövlətimizin möhkəmlənməsi və qüdrətlənməsi istiqamətində həyata keçirdiyi görkəmli və bənzərsiz fəaliyyətidir. Ümummilli lider Heydər Əliyev bütün şüurlu fəaliyyəti dövründə həmişə xalqını, Vətənini düşünmüşdür. Onun ürəyi hər an Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Onun əməlləri, ideyaları yaşayır, canından əziz bildiyi Azərbaycanı işıqlı gələcəyə aparır. Prezident İlham Əliyevin dediyi kimi, Heydər Əliyev bizim qəlbimizdə əbədi yaşayacaqdır.

 

Çingiz HƏSƏNOV,

Antaris” şirkətin rəhbəri.

 

Respublika.- 2020.- 8 may.- S.12.