Ədalətə və hüququn aliliyinə söykənən idarəetmə modeli

 

Hər bir xalqın taleyini müəyyən ziddiyyətli və mürəkkəb mərhələdə edilmiş tarixi seçimin məzmunu şərtləndirir. Məhz bu mərhələdə meydana çıxan fenomen liderlər xalqın əsrlər boyu formalaşanmüasir ümumbəşəri dəyərlərlə çuğlaşan siyasi dünyagörüşü əsasında özlərinin mükəmməl dövlətçilik konsepsiyasını irəli sürür, mütərəqqi siyasi varislik ənənələri formalaşdırırlar. Bu mənada əminliklə demək olar ki, xalqımızın ötən əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət olan Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur.

 

 

Bu günlərdə anadan olmasının 97-ci ildönümünü qeyd etdiyimiz ümummilli lider Heydər Əliyev bütün zəngin və mənalı həyatı boyu daim xalqını, vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox fitri keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını əvvəlcədən müəyyən edə bilmişdir. Azərbaycana birinci rəhbərliyi dövründə böyük təzyiqlərlə üzləşsə də, heç bir riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, milli adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir. Respublikamızın nə zamansa müstəqil dövlət olacağını duyaraq buna zəruri zəmin formalaşdırmaq üçün uzaqgörənliklə fəaliyyət göstərmişdir.

Qədim yunan filosofu Platon yazırdı ki, “Ədalətlə idarə olunan cəmiyyətdə yaxşı vətəndaş olmaq asandır”. Ulu öndər Heydər Əliyev ədalət meyarını daim bütün ölçü və qəliblərin, ideoloji prinsiplərin fövqündə saxlamışdır. Azərbaycana birinci rəhbərliyi ümummilli lider təhsil sistemində özünü qabarıq göstərən neqativ tendensiyalara qarşı amansız mübarizəyə qalxmış, imkansızların, zəhmətkeş övladlarının o zamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmasına imkan yaradan şəffaf mühitin formalaşdırılmasına nail olmuşdur.

Böyük strateq Heydər Əliyev ədalətli rəhbər kimi ilk gündən qanunçuluqhüquq qaydalarının zəifləməsi ilə əlaqədar cəmiyyətdə baş qaldırmış məmur özbaşınalığına, habelə rüşvətxorluq və korrupsiya elementlərinə qarşı kəskin mübarizəyə başlamışdır. 1981-ci ildə “Literaturnaya qazetaya verdiyi məşhur müsahibədə irəli sürdüyüQoy, ədalət zəfər çalsın! - şüarını dövrünün ictimai məramına çevirməyi bacarmışdır. Ulu öndərin şəxsiyyət kimi böyüklüyü həm də onun imperiyanın tüğyan etdiyi bir dövrdə düzgünlük və haqq-ədalət tərəfdarı kimi çıxış etməsində, qanunun aliliyini daim rəhbər tutmasında özünü göstərmişdir.

Fransız mütəfəkkiri Ş.Mönteskyenin fikridir - liderlik lazımi anda cəsarət və qətiyyət nümayiş etdirmək bacarığıdır. Hər bir müstəqil dövlətin yaranmasına, möhkəmləndirilməsinə və qorunub saxlanılmasına doğru uzanan mürəkkəb ictimai-siyasi proseslərin mərkəzində məhz lider və şəxsiyyət amili dayanır. Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev təkamülə əsaslanan tərəqqi yolunun alternativsizliyini sübuta yetirməklə bərabər, dövlətçiliyin ideoloji, siyasi, hüquqiiqtisadi əsaslarını fundamental elmi prinsiplər əsasında müəyyənləşdirmişdir. Dövlət müstəqilliyinin ilk illərində hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda ciddi sınaqlarla üzləşən Azərbaycan Respublikası məhz onun əsasını qoyduğu mütərəqqi islahatlar nəticəsində cəmiyyətin təkamül sistemini, dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsini və təkmilləşdirilməsini davamlı prosesə çevirmişdir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Aparılan məhkəmə-hüquq islahatı nəticəsində Konstitusiya Məhkəməsinin təsis olunması, 2000-ci ildən yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən və insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sisteminin fəaliyyətə başlaması xüsusi vurğulanmalıdır. Həmin vaxtdan keçmiş sovet respublikaları arasında, demək olar ki, ilk dəfə Azərbaycanda həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmişdir.

Ümummilli lider Heydər Əliyev sonrakı mərhələdə də ölkə həyatının bütün sahələrində çevik və işlək mexanizmlər üzərində çoxşaxəli islahatları təmin etmişdir. Hüquqa və ədalətə söykənən mülki cəmiyyətin formalaşdırılması üçün ilk növbədə, milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması prosesi davam etdirilmişdir. İnsan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilmiş, respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşulmuşdur. 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulmuş və 1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edilmişdir.

Ulu öndər Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyü həm də əsasını qoyduğu siyasəti yeni dövrün tələblərinə uyğun davam etdirə biləcək qüdrətli lider və etibarlı davamçını yetişdirməsindədir. Ədalət mühakiməsinin səmərəsinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılmasına xüsusi diqqət yetirən dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə son 17 ildə məhkəmə sisteminin modernləşməsi prosesi cəmiyyətin inkişafına adekvat olaraq ardıcıl şəkildə davam etdirilmişdir.

Ölkəmizin hazırki inkişaf trendinin səciyyəvi cəhətlərindən biri də səmərəli dövlət idarəçiliyi sisteminin yaradılması məqsədilə ictimai həyatın bütün sahələri üzrə islahatların dərinləşdirilməsi, müasir məhkəmə-hüquq sisteminin formalaşdırılmasına xidmət edən ardıcıl tədbirlərin həyata keçirilməsidir. 2019-cu il 20 mart tarixində xalqa ənənəvi müraciətində cənab İlham Əliyev digər sahələrlə yanaşı, məhkəmə-hüquq sistemində də islahatların davam etdiriləcəyini demişdir: “İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır - təhsil, səhiyyə sahələrində, hər bir sahədə Azərbaycan yeni dövrə qədəm qoyub”.

2020-ci ilin martında yaranmasının 15-ci ildönümü tamam olmuş Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının məqsədyönlü fəaliyyəti nəticəsində ötən illərdə məhkəmə infrastrukturunun müasirləşdirilməsi, yeni regional məhkəmələrin yaradılması, habelə hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məsələləri xüsusi diqqət mərkəzində olmuşdur. Məhkəmələrə müraciət imkanlarının yaxşılaşdırılması məqsədilə 20-dək yeni məhkəmələr, o cümlədən regional apelyasiya, ağır cinayətlər məhkəmələri, habelə dövlət orqanları tərəfindən vətəndaşların pozulmuş hüquqlarının bərpası məqsədilə 7 inzibati-iqtisadi məhkəmələr yaradılaraq fəaliyyətə başlamışdır.

Məhkəmələrdə yükünün çoxluğu nəzərə alınaraq, Məhkəmə-Hüquq Şurasının təklifi ilə hakimlərin sayı 50 faiz, məhkəmə aparatı işçilərinin sayı 75 faizədək artırılmış, hər bir hakim üçün əlavə köməkçi ştatı təsis olunmuşdur. Hakimlərin seçiminə diqqət gücləndirilmiş, 2 çoxmərhələli, şəffaf və obyektiv imtahanlar nəticəsində uğur qazanmış 400-dək namizəd hakim vəzifəsinə təyin olunmuşdur. Məhkəmə islahatları nəticəsində hakimlərin ən yüksək həddədək - müddətsiz təyinatı müəyyən olunmuş, habelə seçim prosedurları təkmilləşdirilmişdir. Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) Azərbaycanda hakimlərin seçimi prosesini bilavasitə izləməklə, ölkəmizin təcrübəsini digər Avropa dövlətlərinə nümunə göstərmişdir.

Son illər məhkəmələrin fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi - “Elektron məhkəmə informasiya sisteminin yaradılması, məhkəmələr üçün yeni inzibati binaların inşası, mövcud binaların əsaslı təmir olunması, ölkədə ədalət mühakiməsinin səmərəliliyinin daha da yüksəldilməsinə xidmət etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı keyfiyyətcə yeni mərhələdə məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin müstəqilliyinin daha da möhkəmləndirilməsi ilə bağlı yeni hədəflər müəyyənləşdirmişdir. Məhkəmə-hüquq orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması üçünyol xəritəsi” olan fərman qısa zamanda kompleks qanunvericilik, institusionalpraktiki tədbirlərin reallaşdırılmasını təmin etmişdir.

Fərmanla həmçinin, Ali Məhkəməyə, Məhkəmə-Hüquq Şurasına və Ədliyyə Nazirliyinə sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə sahibkarlıq fəaliyyəti ilə əlaqədar məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması tapşırılmışdır. Bununla əlaqədar hazırda Məhkəmə-Hüquq Şurası tərəfindən kommersiya məhkəmələrinin formalaşdırılması təmin edilmişdir.

Fərmanda “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılması, mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərinin həyata keçirilməsi, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturununmaddi-texniki təchizatının yaxşılaşdırılması, birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi və digər məsələlərlə bağlı tövsiyə və tapşırıqlar verilmiş, məhkəmə hakimlərinin ümumi sayının 200 nəfər artırılması təmin edilmişdir.

Azərbaycanda vətəndaşların mənafeləri əsas götürülməklə həyata keçirilən məhkəmə-hüquq islahatları hər zaman zamanın aktual çağırışlarına adekvat olması ilə diqqəti cəlb etmişdir. Koronavirus pandemiyasının bəşəriyyəti ciddi şəkildə təhdid etdiyi, dünyanın ən inkişaf etmiş ölkələrini ciddi sınaqla üz-üzə qoyduğu bir zamanda biz növbəti dəfə bu reallığın əyani şahidi oluruq. Xalqın genefondunun qorunması, insanların sağlamlığının təmini, ümumən ölkəmizin milli təhlükəsizliyinin gücləndirilməsi məramı önə çəkilməklə həyata keçirilən qabaqlayıcı tədbirlər digər əhəmiyyətli sahələr kimi, məhkəmə-hüquq sferasını əhatə edir. Məqsəd, ilk növbədə, xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən sosial təcrid tədbirlərinin səmərəliliyini təmin etmək, bununla bağlı cəmiyyətdə nizam-intizamın, hüquqi qaydalarının daha da gücləndirilməsinə nail olmaqdır.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, eləcə də Cinayət Məcəlləsinə Milli Məclisdə edilmiş son əlavə və dəyişikliklər bu baxımdan aktuallığı ilə diqqəti cəlb etməklə pandemiyaya qarşı tədbirlərə ciddi töhfə sayıla bilər. İnzibati Xətalar Məcəlləsinin “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyenakarantin rejimlərinin pozulması”na dair 211-ci maddəsinə edilən dəyişikliyə əsasən inzibati məsuliyyəti nəzərdə tutaraq müvafiq cərimələrin məbləği artırılmışdır.

Cinayət Məcəlləsinə əlavə olunanEpidemiya əleyhinə rejimin, sanitariya-gigiyenaya karantin rejimlərinin pozulması”na dair 139-1.1-ci maddəyə görə 2500 manatdan 5000 manatadək cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası müəyyən edilmişdir. Karantin rejiminin pozulması insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzasının tətbiqi nəzərdə tutulmuşdur.

Ali Məhkəmənin Plenumunun 19 mart və 23 aprel 2020-ci il tarixli “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” qərarları isə xüsusi karantin dövründə məhkəmələrinin rejiminin tənzimlənməsi, vətəndaşların sıx müraciət etdiyi məhkəmə orqanlarında sosial təcrid qaydalarına düzgün riayət olunmasına xidmət edir.

23 aprel tarixli Qərarla bütün məhkəmələrə 20 aprel 2020-ci il tarixdən 04 may 2020-ci il tarixədək təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmünya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılmasını müvəqqəti olaraq təxirə salmaq tövsiyə edilmişdir.

Qərarın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınaraq inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilməsi tövsiyə edilmişdir. Qərarda, həmçinin Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınaraq mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə məsləhət görülmüşdür. Məhkəməyədək icraat zamanı barələrində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxslər haqqında cinayət işlərinin məhkəmələrin icraatına qəbul edilməsi; hakimlərin və məhkəmə aparatı işçilərinin rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlərin həlli tövsiyə edilmişdir.

Ali Məhkəmənin Plenumu məhkəmələrdə vətəndaşların qəbulunu dayandırmağı, qəbulu yalnız telefon, mobilinternet rabitəsi vasitəsi ilə həyata keçirilməyi, habelə fizikihüquqi şəxslərə ərizələrini, apelyasiyakassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərməyi tövsiyə etmişdir.

Yaşı 65-i ötmüş koronavirusa yoluxması ciddi fəsadlar verə biləcək məhkumların əfv edilməsi də dövlətimizin başçısı cənab İlham Əliyevin son aylarda həyata keçirdiyi müdrik və uzaqgörən addımlar sırasındadır. Belə ki, 6 aprel 2020-ci il tarixli əfv fərmanı ilə yaşı 65-i keçmiş məhkumların azad edilməsi pandemiya dövründə humanist və insanpərvər addımlardan olmuşdur. Sərəncamla yaşı 65-dən yuxarı olan 176 nəfər məhkumun cəzalarının çəkilməmiş hissəsindən azad olunması onların mümkün risklərdən qorunması, sağlamlığı və ailə qayğısı ilə əhatə olunmaları baxımından humanist addım kimi qiymətləndirilir.

Pandemiya dövründə dövlətimizin humanist siyasətinin təzahürü olan məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi üzrə tədbirlər də davam etdirilmiş, növbətçi hakimlər tərəfindən həmin işlərə təxirəsalınmadan baxılaraq ümumilikdə 400-dək məhkum azadlığa buraxılmışdır.

Onu da bildirmək istərdik ki, hüquq ictimaiyyəti koronavirusla mübarizə tədbirlərinə fəal dəstək göstərərək Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianələr etmişdir. Məhkəmə-Hüquq Şurası, hakimlərin assosiasiyaları, apelyasiyabirinci instansiya məhkəmələrinin hakimləri Koronavirusla Mübarizəyə Dəstək Fonduna əmək haqlarından 550 min manat məbləğində vəsaitin köçürülməsini təmin etmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pandemiyanın qarşısının alınması məqsədilə həyata keçirdiyi sosial-iqtisadihüquqi tədbirlər qısa zamanda yüksək səmərə verərək ölkəmizin bu sosial bəladan maksimum az itki ilə çıxmasını, 2020-ci il 27 aprel və 4 may tarixlərindən başlayaraq xüsusi karantin rejiminin əhəmiyyətli dərəcədə yumşalmasını təmin etmişdir. Görülən tədbirləri böyük razılıq hissi ilə qarşılayan xalqımız bu gün cənab İlham Əliyevi milli intibahın, siyasi sabitliyin, əmin-amanlığın, iqtisadi tərəqqinin və həmrəyliyin təminatçısı hesab edir, ona tam güvənir. İnsanlar həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, bizi Azərbaycanın parlaq, firavan sabahına aparan siyasi kursun alternativsizliyini yaxşı dərk edirbu siyasəti birmənalı dəstəkləyir.

 

Abbas RZAYEV,

Binəqədi Rayon Məhkəməsinin hakimi.

 

Respublika.- 2020.- 8 may.- S.13.