AZƏRBAYCANIN İNKİŞAFINA HƏSR OLUNMUŞ HƏYAT

 

Azərbaycanın tarixində hər birinin öz yeri olan dahi şəxsiyyətlərimiz dövlətçilik ənənələrimizin yaşamasında, ölkəmizin intibahında misilsiz xidmətlər göstərmişlər. Bu sırada ümummilli liderlik zirvəsinə ucalan yalnız Heydər Əliyev olmuşdur. Qüdrətli, dahi şəxsiyyət Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən canlı təcəssümüdür. Ötən əsrin 60-cı illərinin sonunda ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə irəli çəkilməsi xalqda özünün zəngin dövlətçilik ənənələri əsasında gələcək müstəqilliyinə etibarlı zəmin formalaşdırdı. 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıdan dahi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi, tarixi uzaqgörənliyi ilə milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail oldu.

 

1993-cü ildə xalqın istəyi və təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev o dövrdə Azərbaycanda baş alıb gedən böhranın, siyasi hakimiyyətsizliyin, vətəndaş qarşıdurması və digər xoşagəlməz ünsürlərin qarşısını aldı, Azərbaycanı bir dövlət kimi məhv olmaqdan, dünya xəritəsindən silinməyin real təhlükəsindən xilas etdi. Ulu öndər qısa müddətdə sabitliyi bərpa etdi, cəbhə bölgəsində uzunmüddətli atəşkəsə nail oldu, siyasi-iqtisadi böhran aradan qalxdı. Ölkədə mütərəqqi dövlət quruculuğuiqtisadi islahatların aparılması işləri sürətlə həyata keçirilməyə başladı. O dövrdə çoxşaxəli iqtisadiyyatın yaradılması, özəlləşdirmə və torpaq islahatı, maliyyə-vergi və idarəetmə sistemlərinin islahatı, bazar münasibətlərinin genişlənməsi - bütün bu tədbirlər Heydər Əliyevin gərgin əməyi və müstəsna şəxsi rolu sayəsində mümkün olmuşdur.

 

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli sərvətlərimizdən xalqın mənafeyinə uyğun istifadə olunmasında Heydər Əliyevin uğurlu neft strategiyası xüsusi əhəmiyyət kəsb etdi. 1994-cü il sentyabrın 20-də dünyanın ən iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi”, 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul zirvə toplantısında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşa olunmasına dair bağlanmış saziş Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rol oynamışdır. Bu gün Azərbaycana böyük uğurlar gətirən neft strategiyasının əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə uğurlu şəkildə istifadəyə əsaslanır.

 

Ümummilli liderimizin dövlət quruculuğundakı xidmətləri də əvəzsizdir. Heydər Əliyev demokratikhüquqi islahatları ardıcıl olaraq həyata keçirdi. O, hər şeydən öncə, insan hüquq və azadlıqlarının təminatı məsələlərinə xüsusi diqqət yetirirdi.

 

Ulu öndərin rəhbərliyi ilə hazırlanaraq, dünyada mövcud olan ən mütərəqqi hüquqi normaları özündə əks etdirən, 1995-ci ilin 12 noyabrında ümumxalq referendumu yolu ilə qəbul olunmuş Azərbaycanın ilk Milli Konstitusiyası ölkəmizin gələcək inkişaf yolu və istiqamətlərini müəyyən etmiş, siyasiiqtisadi islahatların möhkəm bazisinə çevrilmişdir. Yeni Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm, söz azadlığı bərqərar olmuş, məhkəmə-hüquq islahatları davam etdirilmişdir. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması və digər mühüm işlər ölkəmizin demokratik inkişaf yolunda əldə etdiyi ən böyük dəyərlərdəndir. Azərbaycanın ilk Milli Konstitusiyasında mənəvi sərvətlərimizə, dinimizə, tarixi irsimizə hörmət dövlət səviyyəsinə qaldırıldı. Bununla da milli dövlətçilik, demokratiya və dünyəvilik kimi ümumbəşəri dəyərləri özündə ehtiva edən yeni milli ideologiyanın əsası qoyuldu.

 

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və böyük dövlət xadimi kimi ən mühüm missiyanı gerçəkləşdirərək yeni tariximizi öz əlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və ən şanlı səhifələrindəndir. Heydər Əliyev özünün şərəfli fəaliyyətində xalqına arxalandığı kimi, xalq da öz taleyini ona etibar edir, ulu öndərə arxalanırdı. Bu inamın, etibarın nəticəsidir ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra ən ağır günlərində xalq yalnız onu axtarmış, ona pənah aparmışdı. Böhranlı məqamda xalqının səsinə səs vermiş, ölkəni müstəqilliyini yenidən itirmək təhlükəsindən xilas edərək Azərbaycanı sabitinkişaf edən dövlətə çevirmişdir.

 

Ulu öndərimizin titanik fəaliyyətinin digər nəticəsi Azərbaycanın beynəlxalq aləmdə özünəlayiq yer tutması, dünyanın ən inkişaf etmiş dövlətləri ilə ikitərəfli əlaqələr çərçivəsində bərabərhüquqlu əməkdaşlığa nail olmasıdır. Ardıcıl, düşünülmüş xarici siyasət kursu Azərbaycan dövlətinə demokratik dəyərləri hər şeydən uca tutan, dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quran, qonşuları ilə dinc şəraitdə yaşamağa üstünlük verən sülhsevər ölkə imicini qazandırmışdır. Məhz ümummilli liderimizin gərgin səyləri və yenilməz iradəsi nəticəsində Azərbaycan bu gün dünya birliyi tərəfindən iqtisadi gücü və imkanları ilə yanaşı, mədəni, elmi, intellektual potensiala malik ölkə kimi qəbul olunur. İndi dünyanın böyük və qüdrətli dövlətləri regionla bağlı bir çox məsələlərin həllində Azərbaycanın dəstəyinə arxalanır, onunla etibarlı tərəfdaş kimi hesablaşırlar. Təsadüfi deyil ki, bu gün müstəqil ölkəmiz BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların üzvüdür. NATO və Avropa Birliyi ilə səmərəli və işgüzar əlaqələr qurub. O inkişafın davamıdır ki, bu gün müstəqil Azərbaycan dünya miqyasında qüdrətli, etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imici qazanıb.

 

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında inkişaf edən sahələrdən biri də Azərbaycan səhiyyəsidir. Ölkə səhiyyə sisteminin ən müasir tələblər səviyyəsində olmasına xüsusi diqqət və qayğı göstərən və xalqın sağlamlığının təmin olunmasını ən əsas məsələ hesab edən ulu öndər bu sahədə islahatların aparılması, onun maddi-texniki bazasının möhkəmləndirilməsini əsas prioritet kimi qarşıya qoydu. Çünki Heydər Əliyev insanların sağlamlığını dövlətin və cəmiyyətin sağlamlığı hesab edirdi. Bu barədə ulu öndər deyib: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.

 

Əbədiyaşar liderimiz Heydər Əli

 

yev səhiyyə sisteminin inkişafı ilə bağlı mühüm tədbirlərin həyata keçirilməsinə, yeni səhiyyə müəssisələrinin tikintisi və onların ən müasir tibbi texniki ləvazimatlarla təminatına xüsusi önəm verib; həkimlərin səmərəli işinin təşkili, əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi üçün şərait yaradıb. Ölkədə sağlamlıq zonaları və istirahət evlərinin yaradılmasına, mövcud səhiyyə ocaqlarının profilinin genişləndirilməsinə ciddi əhəmiyyət verirdi. Görkəmli dövlət xadimi Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə səhiyyə sahəsində tanınmış xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli kadrlar arasında əlaqə yaratmağa önəm verirbunun üçün çalışırdı. Həmin illərdə ölkəmizdə tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların keçirilməsini təşkil edən ulu öndər səhiyyə işçilərinin, tibb alimlərinin beynəlxalq arenaya çıxmalarına şərait yaratdı. O dövrdə Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə hər il yüzlərlə gənc keçmiş sovetlər birliyinin ən mötəbər ali məktəblərinə müxtəlif peşələr və ixtisaslar üzrə təhsil almağa göndərildi. Bunlar ölkəmizin gələcəyi üçün tibbi kadrlar hazırlığına istiqamətlənmiş uzaqgörən siyasət idi. Təməli həmin dövrdə qoyulan işlərin nəticəsidir ki, indi Azərbaycanın milli tibbi kadrları nəinki ölkəmizdə, eləcə də dünyanın bir sıra ən inkişaf etmiş dövlətlərinin ən tanınmış səhiyyə müəssisələrində uğurla fəaliyyət göstərirlər.

 

Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də yenidən Azərbaycana ölkə rəhbərliyinə qayıdışından sonra ölkə səhiyyəsində, həmçinin Azərbaycan tibb elmi və təhsil sisteminin inkişafının yeni mərhələsi başlandı. Müstəqilliyimizin ilk illərində bu sahədə yaranmış tənəzzülün qarşısı alındı. Az bir zaman kəsiyində ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün oldu. İlk növbədə səhiyyənin hüquqi-normativ bazası təkmilləşdirildi və səhiyyəmizin dünya səhiyyə sisteminə inteqrasiyası sürətləndirildi. Həmin məqsədlə ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra mühüm qanunlar, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qanonun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqanya toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” və digər vacib qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi. Azərbaycan ərazisində QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar qəbul olundu. Heydər Əliyevin Azərbaycan səhiyyəsi qarşısındakı xidmətlərindən danışarkən səhiyyə islahatları proqramının hazırlanması və icrasını da xüsusi qeyd etmək lazımdır. Onun “Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması barədə” 13 mart 1998-ci il tarixli Sərəncamı səhiyyənin bütün sahələrini əhatə edən islahatların daha geniş miqyasda və sürətlə aparılması üçün münbit şərait yaratdı.

 

Dahi Heydər Əliyevin öz xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri də müəyyənləşdirdiyi inkişaf kursunu, milli inkişaf strategiyasını və siyasi kursunu özündən sonra inam və ardıcıllıqla davam etdirə biləcək layiqli siyasi varis yetişdirməsidir. Heydər Əliyev 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün qürurla deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndərin siyasi kursunu qloballaşan dünyanın tələblərinə uyğun olaraq uğurla davam etdirir. Cənab Prezident öz çıxışlarında dəfələrlə vurğulayıb Azərbaycanda Heydər Əliyev siyasi-iqtisadi inkişaf kursu davam etdiriləcək, bu kursa alternativ yoxdur. Çünki bu kurs inkişaf və tərəqqi yoludur. Bu siyasi kurs Azərbaycanın əbədi müstəqilliyinə təminat verir.

 

Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu səhiyyə islahatları bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Bu gün bu sahəyə göstərilən diqqətin bariz göstəricisidir ki, səhiyyə sahəsi ən müasir tələblərə cavab verir, bu sahədə inkişaf etmiş ölkələrin ön sırasında dayanır. Son illər istər paytaxt Bakıda, istərsə də regionlarımızda yeni-yeni xəstəxanalar tikilir, ehtiyacı olan müəssisələr əsaslı şəkildə təmir olunur, avadanlıqlarla təchiz olunurlar. Qeyd edim ki, rəhbərlik etdiyim Respublika Klinik Xəstəxanası da bu diqqətdən kənarda qalmamış, əsaslı şəkildə təmir olunmuşdur. Müraciət edənlərin müalicə və müayinəsi üçün xəstəxanada lazımi şərait yaradılıb. Bu işlərin görülməsində səhiyyə naziri Oqtay Şirəliyevin xəstəxanamıza göstərdiyi diqqəti də xüsusi qeyd etmək istəyirəm.

 

Bildiyimiz kimi, bu gün bütün dünya dövlətlərində olduğu kimi koronavirus pandemiyası Azərbaycanda da özünü göstərmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə bu virusun geniş şəkildə yayılmasının qarşısı alınmışdır, görülən tədbirlər bu bəladan xalqımızı qoruyur. Ölkəmiz belə bir çətin dövrdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həmişə olduğu kimi öz xalqının yanında olmasını təqdir edir, əhalinin sağlamlığının qorunması üçün apardıqları tədbirlərə görə dərin minnətdarlıqlarını bildirirlər. Keçirilən tədbirlər nəticəsində xəstəliyə yoluxanların sayında azalma dinamikası özünü göstərir. Belə bir dövrdə xəstəxanamızın həkimləri də var gücü ilə çalışır, bütün lazımi tədbirləri görürlər.

 

Ölkə başçısı qeyd etmişdir ki, Azərbaycan sosial dövlətdir və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün koronavirus dövründə bizim əsas amalımız Azərbaycan xalqını bu bəladan qorumaqdır. İnanırıq ki, Azərbaycan dövlətinin pandemiyaya qarşı apardığı məqsədyönlü tədbirlər sayəsində bu bəladan az itkilərlə çıxacaq, normal həyat fəaliyyəti öz axarına düşəcəkdir.

 

 

 

Telman İBADOV,

Akademik Mirqasımov adına

Respublika Klinik Xəstəxanasının

baş həkimi.

 

Respublika.- 2020.- 9 may.- S.3.