Qələbə soraqlı ömür
yolu
Qələbə Azərbaycan xalqına asan başa gəlməyib. İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Bu müharibə sözün əsl mənasında bəşəriyyət üçün ən ağır və dəhşətli dövr idi. Faşizm bütün ölkələri bürümüşdü. Müharibədə iştirak edən soydaşlarımız amansız döyüş meydanlarında fədakarcasına vuruşaraq doğma Vətənimizi faşizmdən qoruyurdular. Arxa cəbhədə isə xalqımız ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz çalışır, misilsiz əmək hünərləri göstərirdilər. Xalqımızın, neft Bakısının Böyük Qələbəyə töhfəsi əvəzsiz idi... Həmsöhbətim Abdulla İbrahimov idi. Sinəsi orden və medallarla dolu, müharibə illərindən danısmaqdan yorulmayan, o illərin bir anını belə yaddan çıxarmamağa çalışan Abdulla müəllimlə illər öncəsi görüşmüşdüm.
O danışdıqca yaşarmış gözlərini bir nöqtəyə zilləyərək keçdiyi o dəhşətli həyat yolundan addım-addım bir də keçirdi. Və hər addımında da sanki o amansız döyüş səhnələri ilə üzbəüz dayanırdı.
“1918-ci ildə Qafan
rayonunda anadan olmuşam. Bizim yerlər başqa
idi. O yerləri təsvir etmək üçün söz tapmaqda çətinlik çəkirəm bəzən.
Uca Tanrı xoş vaxtında, xoş saatında yaratmışdı
o yerləri. Füsunkar
təbiəti, buz bulaqları, yaşıl düzləri, uca, vüqarlı dağları
gözümün önündən
bir an belə
çəkilmir. Ancaq mən
bu dünyaya gözümü açar-açmaz
nədənsə müharibələr,
savaşlar yazıldı
taleyimə. Hələ uşaq
ikən dədə-baba,
yurd yerlərinə nankor qonşularımızın
göz dikdiyini, el-obanın qaçqın düşdüyünü, əsrlərlə
ürəklərində xalqımıza
qarşı kin-küdurət,
nifrət bəsləyən
ermənilərin haqsızlıqlarını,
elan olunmamış müharibə planlarını
gördüm, yaşadım.
Lakin təhsil almaq üçün Bakıya
üz tutanda arzularıma arzu caladım. Müəllim olacağım, doğma
kəndimə qayıdıb
işləyəcəyim günlərin
xəyalını qurdum.
Amma necə deyərlər sən saydığını say,
gör fələk nə sayır. Texnikumun II kursunu bitirəndə arzularımı alt-üst
edən xəbər eşitdim. Avropanın kiçik dövlətlərini
özünə tabe edən alman faşizmi bütün dünyaya ağalıq etmək iddiasına düşmüşdü. 1939-cu ilin sentyabrında Almaniya Polşanı işğal etdikdən sonra 1941-ci il
iyunun 22-də SSRİ-yə
hucum etdi. SSRİ-yə qarşı
müharibənin başlaması
sovet dövləti üçün böyük
zərbə idi.
Artıq
Azərbaycanda hərbi
səfərbərlik elan
olunmuşdu. O dönəmlərdə
Bakı Maarif Texnikumunu təzəcə
bitirib dogma kəndimizə
- Yuxarı Çirətağa
qayıdıb vaxtilə
oxuduğum məktəbdə
ibtidai sinif müəllimi işləyirdim.
Lakin elə müharibənin
ilk günlərindən səfərbərliyə
alınaraq yenicə təşkil olunmuş hərbi hissəyə göndərildim. Qısa müddətdən
sonra Dağıstana yola düşdük.
1942-ci ildə Stalinqrad
cəbhəsində sovet
ordusunun həlledici döyüşü müharibənin
gedişində böyük
bir dönüş yaratdı. Bu döyüşlərdən
sonra isə hərbi hissəmiz Ukraynaya göndərildi.
Almanlar məğlubiyyətdən sonra
hələ də özlərinə gəlməmişdilər.
1943-cü ildə Poltava istiqamətində, Rumıniyada,
III Ukrayna cəbhəsinin
tərkibində Bolqarıstan
və Yuqoslaviyanın
azad olunması uğrunda gedən döyüşlərdə cox
böyük şücaətlər
göstərdik. Macarıstanda Balaton gölünün sahillərinə
çatanda vəziyyət
bir qədər çətinləşmişdi. Artıq irəliləmək mümkün
deyildi, panton körpülərlə Dunaydan
keçməli olduq.
Artıq sovet ordusu sürətlə
irəliləyir, düşməni
hər tərəfdən
sıxışdırırdı. Avstriyanın Kimberk şəhərinə
girəndə isə baharın isti nəfəsı duyulurdu.
Sanki bahar öz gəlişi ilə xoş müjdələr gətirəcəkdi...
1946-cı ildə ordudan
tərxis olunduqdan sonra yenə də dogma el-obama qayıtdım. O vaxtdan çox illər keçsə də hər il may ayı gələndə qeyri-ixtiyari xoş müjdəli o günləri
xatırlayıram”.
O vaxt Abdulla müəllimin səsi qəhərdən
titrəsə də, bu səsdə qələbə ümidi,
qələbə sorağı
var idi. Uşaqlığını, gəncliyini, acılı-şırınli
xoş xatirələrini
qoyub gəldiyi el-obasının, yurd yerinin azad olunacağı,
düşmən üzərində
qələbəmizin sorağı.
Kim bilir, bəlkə
biz də Qələbə
müjdəmizi elə
gözəl bir bahar günündə alacağıq. O gün bizim də səsimiz
qəhərdən titrəyəcək,
gözlərimizdən sevinc
yaşları axacaq....
O günlər çox
yaxında. Ruhun şad olsun,
Abdulla müəllim.
Mehparə ƏLİYEVA
Respublika.- 2020.- 9 may.- S.6.