Xalqın milli iftixarı və qürur mənbəyi

 

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.

 

 

 

Ulu öndərin vaxtilə söylədiyi “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” kəlamı bu gün də xalqımız tərəfindən qürurla xatırlanır.

 

Bu gün böyük fəxr hissi ilə qeyd olunmalıdır ki, xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.

 

Məhz Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadihüquqi islahatlar strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Hazırda Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı ümummilli liderin adı ilə bağlı olmasın.

 

Müasir dünya tarixində yaradıcı iz qoymuş tarixi şəxsiyyətlərlə ortaq məziyyətlər daşıdığı üçün və bəzi hallarda isə həmin siyasi xadimləri belə üstələyən keyfiyyətlərə malik olduğu üçün Heydər Əliyev dünya miqyaslı fenomenal şəxsiyyətdir, Azərbaycan xalqının hər zaman fəxr edəcəyi və həyat yolundan ibrət götürəcəyi böyük bir mütəfəkkirdir. Bütün oxşarlıqlarla yanaşı, Heydər Əliyev şəxsiyyətinin özünəməxsusluğu da xüsusi əhəmiyyət kəsb edir. O, bir çox siyasətçi müasirlərindən fərqli olaraq təkcə öz dövrünün deyil, daha geniş zaman çərçivəsində baş verən ictimai-siyasi proseslərin axarını müəyyən edə bilən güclü siyasi iradə sahibi, yeni dünya tarixinin rasional siyasətçisi, uzaqgörən bir dövlət xadimidir.

 

Ümummilli liderimiz, milli dövlətimizin memarı və qurucusu Heydər Əliyevin siyasi və idarəçilik fəaliyyəti tariximizdə müstəsna yer tutur. Ulu öndər Azərbaycan tarixində yeni parlaq səhifə açan nadir şəxsiyyət olmuşdur. 1993-cü ilin yayında xalqımız son ümid yeri kimi ona üz tutanda, Azərbaycan “olum, ya ölüm” qarşısında qalmışdı. Heydər Əliyev Azərbaycanı parçalanıb məhv olmaqdan qurtardı, müstəqilliyimizi dönməz etdi, sabitlik və təhlükəsizliyin qarantı oldu. Azərbaycan inkişafa, firavanlığa doğru addımlayan, dünya birliyində layiqli yerini tutmuş bir dövlətə çevrildi. Ulu öndər Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi üzərinə düşən ən uca missiyanı gerçəkləşdirdi, müasir Azərbaycan dövlətini yaratdı və onun şanlı tarixini öz əlləri ilə yazdı.

 

Ulu öndərin həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və mübaliğəsiz deyə bilərik ki, bu tarixin ən şanlı səhifələrindəndir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaq. Azərbaycanın hər bir bölgəsində Heydər Əliyev quruculuq fəaliyyətinin silinməz izləri var. Ulu öndər həyatı boyu həmişə xalqına arxalanıb və bunu fəxrlə bəyan edib: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə veribbütün uğurlarımı təmin edib”.

 

Müstəqil Azərbaycan dövlətinin üzləşdiyi sınaqlar, dövlətimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdən gerçəkliyi dəfələrlə təsdiqləyib. Ulu öndərin Azərbaycanla, xalqımızla bağlı arzuları bitib - tükənməz, Vətənə, xalqa olan məhəbbəti hədsiz-hüdudsuz idi. O, dünyanın hansı nöqtəsinə gedirdisə, Azərbaycanı, onun problemlərini də ürəyində aparırdı. Bu dahi insan Vətən üçün, xalq üçün doğuldu. Vətəni, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün çalışdı və bu yolda ömrünü şam kimi əritdi. Müqəddəs amalları və fəaliyyəti ilə xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir...

 

Ulu öndərimizin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövr quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olub. Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafındakı xidmətləri özünü hələ sovet dövründə göstərib. Ötən əsrin 70-ci illərində bol neftixam pambığı ilə deyil, soyuducuları və kondisionerləri ilə tanınan Azərbaycan əsrin sonunda Heydər Əliyevin sayəsində ən irimiqyaslı iqtisadi layihələrin mərkəzinə çevrilib. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyiiqtisadi müstəqilliyi hələ 70-80-ci illərdə təməli qoyulmuş potensiala söykənir. Məhz o illərdə ölkəmizin gələcəyi üçün çox mühüm addımlar atılıb. İnfrastruktur yenilənib, neft sənayesi yenidən qurulub, nəhəng kimyaneft- kimya, qara və əlvan metallurgiya, maşınqayırma müəssisələri yaradılıb, elmi-mədəni tərəqqiyə nail olunub, ölkəmizin iqisadi, sosial, elmi-texniki potensialı möhkəmləndirilib.

 

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində xalq üçün, vətən üçün etdiklərini bəzən adi insan təfəkkürünün əhatə dairəsinə sığışdırmaq olmur. Böyük öndərimiz tariximizə xilaskar kimi daxil olub və respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə bu missiyanı çox böyük uğurla yerinə yetirib. Müasir Azərbaycan cəmiyyətinin formalaşması və qurulması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, ümummilli liderimiz azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur, böyük öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir.

 

Heydər Əliyev əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış nadir siyasətçilərdən, dövlət xadimlərindəndir. O, respublikaya rəhbərlik etdiyi illər ərzində gördüyü nəhəng işləri ilə xalqımızın qəlbində özünə əbədi abidə ucaldıb. Ona görə də nə qədər ki müstəqil Azərbaycan dövləti var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Bu isə əbədiyyət deməkdir. Ulu öndərin yolu xalqımızı firavan gələcəyə aparır. Dahi və əzəmətli şəxsiyyətin yolunun davamı müstəqil Azərbaycan dövlətinin gələcəyi, onun daha da güclənməsi, ərazi bütövlüyunun bərpa olunması, hər bir vətəndaşımız üçün firavanrahat həyat şəraitinin yaradılması deməkdir. Heydər Əliyevin başladığı işləri davam etdirmək, qurduğu dövləti yeni-yeni uğurlara çatdırmaq onun ruhu qarşısında ən ümdə borcumuzdur.

 

Müasir Azərbaycanın yaradıcısı, xalqımızın fədakar oğlu öz həyatının mənasını doğma Vətəninə və xalqına xidmətdə görürdü, bu məqsədlə gecə-gündüz çalışırdı. Ulu öndərin mənalı ömür yolu vətənə sədaqət nümunəsidir. Dünyanın ən tanınmış siyasətçiləri bu böyük zəka sahibinin işlərini, Heydər Əliyev irsini örnək kimi qəbul edirlər. Çünki onlar hələ keçmiş SSRİ zamanından Heydər Əliyevin nəyə qadir olduğunun şahidi idilər. Təkrarsız təşkilatçılıq qabiliyyətinə malik olan ulu öndərimiz milli iqtisadiyyatımızın dinamik inkişafından ötrü əlindən gələni edirdi. Xüsusən ən müxtəlif sahələrdə işləyəcək kadr potensialını yaratmaq Heydər Əliyev fəaliyyətinin əsas istiqamətlərindən biri olmuşdu. Ulu öndər müstəqil Azərbaycan dövlətini daxilixarici təhlükələrdən xilas edərək onu inkişaf və tərəqqi yoluna çıxardı. Ölkəmizdə bərqarar olan sabitlik, həyatın bütün sahələrində qazanılan uğurlar Heydər Əliyevin müdrikdahi şəxsiyyət olduğunu göstərdi.

 

Bu sabitlik və əmin - amanlıq nəticəsində nəhəng islahatlar həyata keçirildi. Bu islahatlar respublikanın hərtərəfli inkişafına təkan verdi. Hər bir Azərbaycan vətəndaşı dərin iftixar hissi ilə qeyd edir ki, müstəqil Azərbaycan dövləti ümummilli liderimizin şah əsəri, onun öz xalqı qarşısında tarixi xidmətidir. Məhz buna görə Heydər Əliyevin adı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Ulu öndərin vaxtilə bölgələrə etdiyi səfərlər yaxşı xatirimizdədir. O, pambıq tarlalarında, tikinti meydançalarında tez- tez olur, zəhmətkeşlərlə səmimi görüşlər keçirir, insanların firavan yaşaması üçün yerindəcə tapşırıqlar verirdi. Hakimiyyətdə olduğu 34 illik dövr ərzində rayonlarda yaradılmış istehsal və xidmət müəssisələri onun bilavasitə göstərişləri, layihələri və iradəsi sayəsində meydana gəlmişdir. Böyük öndərin bir diplomat kimi fəaliyyəti də hər birimizin gözləri qarşısındadır.

 

Müstəqil Azərbaycanın inkişafında müstəsna rolu olan Yeni Azərbaycan Partiyasının yaradılması da ümummilli liderimizin xalqı qarşısında əvəzsiz xidmətlərindəndir. Ulu öndərin 1992-ci ildə hələ Naxçıvanda ikən Azərbaycan ziyalılarının böyük bir hissəsinin çağırışına səs verərək Yeni Azərbaycan Partiyasını yaratması zərurətdən doğan bir hadisə kimi ölkəmizin taleyində önəmli rol oynadı.

 

Təsadüfi deyil ki, 1992-ci ilin sonlarında, 1993-cü ilin əvvəllərində o vaxtkı iqtidarın bütün təzyiq və maneələrinə baxmayaraq Bakıda və Azərbaycanın digər bölgələrində YAP-ın ilk təşkilatları formalaşdı. Heç bir il keçmədən Yeni Azərbaycan Partiyası və onun dahi rəhbəri, lideri Heydər Əliyev respublikamızda yaranmış siyasi-iqtisadi, sosial böhranın, vətəndaş müharibəsinin aradan qaldırılması vəzifəsini öz üzərinə götürdü. YAP-ın gücü dünya səviyyəli siyasi-ictimai xadim Heydər Əliyevdə, bu dahi şəxsiyyətə sonsuz ümumxalq məhəbbətində öz təcəssümünü tapmışdı. Odur ki, qısa zamanda onun sıraları mətin, vətənpərvər insanlar hesabına yüz minləri keçdi, monolit və sarsılmaz qüvvəyə çevrildi.

 

Bu gün Yeni Azərbaycan Partiyası regionumuzun yeni praqmatik lideri, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni, daha yüksək zirvələri fəth etməyə doğru inamla irəliləyir. Yeni Azərbaycan Partiyasının rəhbərliyi partiyanın daim yeniləşməsinə və güclənməsinə mühüm önəm verir. Çünki bu partiya, eyni zamanda, Heydər Əliyev siyasi irsinin ideoloji bazasını təşkil edən güc mərkəzidir.

 

Müasir Azərbaycan dövlətinin 1993-cü ildən sonra yazılan tarixi də deyilənlərin aydın təsdiqidir. Dahi və uzaqgörən dövlət rəhbəri kimi məhz ulu öndər Heydər Əliyevin başlatdığı və bu gün adı dünyanın ən nüfuzlu liderləri ilə bir sırada çəkilən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs güclü Azərbaycan dövlətinin qurulmasını, onun yerləşdiyi bölgənin liderinə, dünyada isə söz sahibinə çevrilməsini təmin edib.

 

Bu gün ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi ilə 2004-cü ildə yaradılmış Heydər Əliyev Fondu məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında Azərbaycanın, eləcə də regionun ən böyük ictimai təşkilatına çevrilib. May ayının 10-u ulu öndərimizin doğum günü ilə yanaşı, dahi şəxsiyyətin adını daşıyan Heydər Əliyev Fondunun da yarandığı gündür. 16 il öncə yaranan Heydər Əliyev Fondu da ulu öndərin ideyalarından çıxış edərək fəaliyyəti ilə ölkədə həyata keçirilən siyasi kursun daha böyük uğur qazanmasına layiqli töhfələr verir. İctimai təşkilat olan Heydər Əliyev Fondu qarşıya qoyduğu, reallaşdırdığı məqsəd və vəzifələrin əhəmiyyətinə, miqyasına görə ölkəmizdə analoqu olmayan qurumdur. Bacarıqlı təşkilatçılığı, üzərinə götürdüyü vəzifəyə sadiqliyi, iradəsi, ardıcıl və qətiyyətli fəaliyyəti nəticəsində fond həm respublikamızda, həm də xaricdə, nüfuzlu beynəlxalq qurumlarda böyük hörmət qazanıb. Fondun geniş spektri əhatə edən fəaliyyəti, həyata keçirdiyi çoxşaxəli layihələr hər bir azərbaycanlıya yaxşı məlumdur. Fondun əsas məqsədi Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş layihələrin həyata keçirilməsinə yardımçı olmaq, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqramları gerçəkləşdirmək, milli-mənəvi dəyərlərə sadiq gənclər yetişdirmək və xeyriyyəçilikdir. Hər addımı ilə ölkəmizin inkişafına böyük töhfələr verən Heydər Əliyev Fondunun fəaliyyəti, eyni zamanda, bəşəriyyətin həmrəyliyi üçün sivilizasiyalararası dialoqa yönəlib. Azərbaycanı dünyaya daha yaxından tanıdan, hər zaman köməyə, yardıma ehtiyacı olanların yanında yer alan Heydər Əliyev Fondunun uğurlarının əsasında dayanan əsas amil ona rəhbərlik edən ölkəmizin birinci xanımı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əzmkarlığı və təşəbbüskarlığıdır. Eyni zamanda UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri olan Mehriban Əliyeva sülhə və əmin-amanlığa töhfələr verməyi, insanlara qayğı və təmənnasız xidmət amalını, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını, mədəniyyətimizin, mənəvi dəyərlərimizin təbliğini, milli genefondumuzun qorunmasını və cəmiyyətin diqqətini bu istiqamətlərə cəlb etməyi özünün vətəndaşlıq borcu hesab edir.

 

Mehriban xanım Əliyeva görkəmli siyasi xadimdir, yüksək təşkilatçı, bacarıqlı idarəçidir, ulu öndər Heydər Əliyevin dövlətçilik kursunun ən fəal təmsilçilərindəndir. Ən əsası isə böyük vətənpərvər və qadın hərəkatının lideridir! Ölkənin birinci xanımı istər ictimai, istərsə də siyasi fəaliyyətində daim ulu öndərin amallarını yaşadır və təbliğ edir. Bu amallara tapınan UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva son illərdəki əzmkar fəaliyyəti ilə məhz belə bir ucalığa yüksəlmiş, cəmiyyətdə böyük nüfuz, ən əsası isə insanların sonsuz məhəbbətini, etimadını qazanmışdır. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə ilk günlərdən həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt milli genefondun qorunması, saf duyğuların ictimai şüurda möhkəmlənməsi olmuşdur.

 

Mehriban xanım Azərbaycan Prezidentinin dövlətçilik ideyalarından güc alır. Dövlət rəhbərimizin vətənpərvərliyi, ölkəmizin maraqlarını sədaqətlə, iradə ilə, cəsarətlə qorumağı, xalqımızla sarsılmaz birliyi onun üçünparlaq bir nümunədir. Bu nümunə Mehriban xanımın fəaliyyətini istiqamətləndirir. Ölkəmizdəki müsbət meyillərə, dəyişikliklərə, inkişafa, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına öz töhfələrini verməyə ruhlandırır. Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində də öz fəaliyyətini məhz bu prinsiplər əsasında qurub. Onun bu vəzifədə irəli sürdüyü və icrasına birbaşa rəhbərlik etdiyi layihələrin hər biri sosialyönümlüdür. Hər biri vətəndaşları narahat edən köklü problemlərin həllinə yönəlib. Həm xalqımıza, həm də beynəlxalq ictimaiyyətə məlum olduğu kimi, Mehriban xanım Əliyevanın deputatlıq fəaliyyəti dövründə də ölkə həyatının elə bir sahəsi olmayıb ki, oradakı problemli məsələlər diqqətindən kənarda qalsın. Bütün imkan və bacarığını insanların yüksək rifahı naminə humanitar proqramların reallaşmasına, Azərbaycanın dünyada sivil ölkə kimi tanınmasına yönəldən Birinci vitse-prezident köməyə ehtiyacı olan insanlara hər an yardım etməyə hazır olub. Qarşıya qoyulan növbəti prioritet vəzifə isə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin yüksəldilməsidir. Xalq onu sevirona inanır. Elə buna görə də, Mehriban Əliyevanın sayəsində cəmiyyətin sosial həyatında xeyriyyəçilik ənənələri canlanıb. Birinci vitse-prezident insanlara xeyirxahlığa meyil, başqasının dərdinə şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini uzatmaq kimi hiss və bacarıqları aşılayıb. Mehriban xanım Əliyevanın həyata keçirdiyi böyük missiya Azərbaycanda qadın hüquqlarının yüksək səviyyədə təmin edilməsinə sübutbütün xanımlarımız üçün örnəkdir.

 

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi bütün layihələr xalqa layiqli xidmət prinsipinə söykənir. Onun dövlət idarəçiliyi fəlsəfəsində insanlara yaxşılıq kimi mütərəqqi bir ideya, nəcib amal yenə də ön plandadır. Əminik ki, Mehriban xanım Əliyeva bu xeyirxah, nəcib missiyanı bundan sonra da davam etdirəcək, ulu öndər Heydər Əliyevin ölməz ideyalarına tapınmaqla milli intibah prosesinə layiqli töhfələrini verəcəkdir.

 

Respublikamızın müsir tarixini ümummilli lider Heydər Əliyevin fəaliyyətindən kənar təsəvvür etməyin mümkünsüzlüyü ictimai fikirdə birmənalı şəkildə qəbul edilən real həyat həqiqətidir. Bu həqiqət nəinki Azərbaycanın müasir mövcudluğunda, həm də ona aparan yollarda qarşıya çıxan saysız-hesabsız maneələrin aradan qaldırılmasında ulu öndər Heydər Əliyevin nümayiş etdirdiyi uzaqgörənlikdə, iradə və qətiyyətdə, müdriklik və dərin zəkada təzahür edir.

 

Ümummilli liderimiz bu gün cismən aramızda olmasa da, təsəllimiz odur ki, Heydər Əliyevin sönməz ideyalarının davamçısı olan layiqli siyasi varis, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında gələcəyə addımlayırıq. Bu isə o deməkdir ki, dövlətimiz etibarlı əllərdədir. Təməli hələ 1993-cü ildə ümumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş xaricidaxili siyasət kursumuzun dəyişməz olduğu, bu siyasətin yalnız milli maraqlar çərçivəsində aparıldığı göz qabağındadır. İndi bu siyasət qloballaşan bəşəriyyətin tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.

 

Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyatına qovuşmasına mütləq əminlik yaradır. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlumilli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativhücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi ilə bağlıdır. O, dünya siyasətinə təsir gücünə malik beynəlxalq aktor statusunda dövlət başçısıdır.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan xalqı həyata keçirilən səmərəli, məqsədyönlü daxili siyasətin və müstəqil xarici siyasət kursunun uğurlu nəticələrini yüksək dəyərləndirir. Dövlətimizin başçısı Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə bu məqamlara toxunaraq “...Xalq bizi dəstəkləyir və sonuncu rəy sorğuları onu göstərir. Əhalinin mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir”, - deyə bildirib. Prezident İlham Əliyev əhalinin mütləq əksəriyyətinin iqtidara alternativ görmədiyini də söyləyib.

 

Həqiqətən də, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə alternativ görmür. Tam əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir, Azərbaycan xalqını daha böyük qələbələrə aparır. Bu gün hər bir azərbaycanlının qəlbində Heydər Əliyev sevgisi dünənkindən daha güclüdür, daha parlaqdır. Nə qədər ki bu vətən var, Heydər Əliyev yaşayacaqdır, nə qədər ki Odlar yurdu Azərbaycan var olacaqdır, ürəklərdə Heydər Əliyev məhəbbəti daha da alovlanacaqdır!

 

 

 

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı.

 

Respublika.- 2020.- 13 may.- S.8.