Müasir Azərbaycanın xilaskarı və qurucusu

 

Türk dünyasının fəxri, dünya miqyasında fenomen siyasətçi, dahi insan Heydər Əliyev ömrünü Azərbaycanın inkişafına, rifahına və tərəqqisinə həsr etmişdir. Hələ sovetlər birliyi dönəmində dahi lider bir çox təzyiqlərə baxmayaraq, Azərbaycanın rifahı naminə saysız-hesabsız işlər görmüşdür. Sirr deyil ki, ulu öndərin rəhbərliyi dövründə ölkədə bütün sahələrdə irimiqyaslı sahələr həyata keçirilmişdir. Respublikada düşünülmüş şəkildə kadr islahatları aparılmış, savadlı gənclərin dünyanın bir sıra ali təhsil ocaqlarında dövlət hesabına oxuyaraq vətəndə fəaliyyətlərini davam etdirməklərinə münbit şərait yaradılmışdır. Məlumdur ki, ötən əsrin sonlarında respublikamız çox əzab-əziyyətlə ikinci dəfə öz müstəqilliyini əldə etdi. Lakin elə müstəqilliyin ilk illərindəcə bu şirin nemətin itirilməsi hər an gözlənilirdi. Daxildə gedən çəkişmələri, ziddiyətləri ölkəyə rəhbərlik edən təcrübəsiz insanlar həll etmək iqtidarında deyildilər. Respublikada qeyri-qanuni silahlı dəstələr yaranmış və xaos hökm sürürdü. Belə olan halda mənfur ermənilər öz havadarlarının birbaşa dəstəyi ilə Azərbaycan torpaqlarının işğalını davam etdirirlər. Ölkədə vəziyyətin belə çətin zamanında xalqın müdrik, respublikanı məhv olmaqdan xilas edə bilən bir insana böyük ehtiyacı yaranmışdı.

Hər kəs bu vəziyyətdən çıxış yolunu yalnız Heydər Əliyevin respublikaya rəhbərliyində görürdü. Qədirbilən Azərbaycan xalqının israrlı tələbi və xahişi ilə 1993-cü ildə xalqın xilaskarı müdrik insan — Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. O zamanlar Azərbaycan çox ağır durumda idi. Azərbaycan adlı məmləkət dünyanın siyasi xəritəsindən tamamilə silinmə təhlükəsi ilə üz-üzə qalmışdı. Vətəndaş müharibəsində və siyasi hakimiyyət böhranından yenicə müstəqillik qazanmış bir ölkəni yalnız Heydər Əliyev zəkası və uzaqgörənliyi xilas edə bilərdi. Dahi liderin Bakıya gəlişindən sonra Azərbaycan dünya xəritəsindən silinməsindən, xanlıqlara bölünməsindən, bütövlükdə məhv olunmasından xilas oldu. Çox qısa müddətdə vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısı alındı. Ölkədə yaranmış silahlı dəstələr ləğv edildi. Əhalidən qeyri-qanuni yolla əldə edilmiş silahlar yığıldı. Müharibədə atəşkəs rejiminə nail olundu. Xalq öz rəhbərinin ətrafında sıx birləşdi. Tamamilə iflic vəziyyətinə düşmüş ölkə iqtisadiyyatı dirçəlməyə başladı. Azərbaycan dünya ölkələri arasında öz layiqli yerini tutdu. 1994-cü ildə ulu öndərin səyi nəticəsində “Əsrin Müqaviləsi” adı altında strateji neft kontraktı imzalandı. Qısa müddət ərzində Azərbaycan bir sıra beynəlxalq təşkilatların üzvü oldu. Ümummilli lider BMT-dəki çıxışında Azərbaycanın xarici siyasətinin prioritetlərini ifadə etdi.

 

Bir sıra dövlət başçıları Heydər Əliyevə olan heyranlıqlarını gizlətmirdilər. ABŞ-ın keçmiş prezidentlərindən olan Corc Buş demişdir: “Dünyada tanınmış, görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünya görüşünə və nadir natiqlik istedadına valehəm”. Heydər Əliyev eyni zamanda milli-mənəvi dəyərləri qoruyub saxlamağayaşatmağa qadir olan ölkə qurmuşdur. Ulu öndər Azərbaycanın bir dövlət kimi daim mövcud olması, əldə olunan müstəqilliyin qoruyub saxlanması, ölkənin təbii sərvətlərindən səmərəli istifadə edilməsi bu sərvətlərdən xalqın rifahı naminə istifadə olunması üçün tarazlı beynəlxalq siyasətə nail oldu. Uzaqgörən siyasətçi Azərbaycanın iqtisadisiyasi maraqlarını qoruyaraq Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi ilə Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına nail olmuşdur. 2006-cı ildə bu strateji əhəmiyyətli kəmər işə başladı. Dövlətimizin başçısı cənab İlham Əliyev bu kəmərin çəkilişinə yüksək qiymət verir, kəmərin Azərbaycanın iqtisadi müstəqilliyinin gücləndirilməsində müstəsna rol oynadığını qeyd edir. Ulu öndər ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün hər cür şərait yaratmışdır. O, yerlixarici sahibkarlarla görüşlər keçirir, onların rəylərini öyrənirdi. Regionlarda davamlı inkişafı təmin etmək üçün mövcud potensiallardan səmərəli istifadəyə daha çox üstünlük verirdi. 1995-2003-cü illər regionların sosial-iqtisadi inkişafına hazırlıq mərhələsi oldu. Ölkədə bütün sahələrdə olduğu kimi, meliorasiya sisteminin inkişaf etdirilməsi istiqamətində də misilsiz layihələr həyata keçirildi. Ulu öndərin istər birinci, istərsə də ikinci dəfə Azərbaycana rəhbərliyi dönəmində irihəcmli su anbarları tikilib istifadəyə verildi. Minlərlə hektar sahələrdə meliorativ tədbirlər həyata keçirilərək yararsız torpaqlar əkin dövriyyəsinə qaytarıldı.

 

Bu gün ulu öndərin siyası kursunun layiqli davamçısı, Respublika Prezidenti İlham Əliyevin atdığı qətiyyətli addımlar nəticəsində ölkəmiz tərəqqi və inkişaf dövrünü yaşayır. Sirr deyil ki, Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Azərbaycanın iştirakı olmadan heç bir beynəlxalq layihənin həyata keçirilməsindən söhbət gedə bilməz. Ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlət başçısının siyasətinin əsasını təşkil edir. Eyni zamanda aparılan dövlət siyasətində insan amili daim ön planda durur. Bir faktı xüsusilə qeyd etmək lazımdır ki, son zamanlarda bəşəriyyəti vahiməyə salan, dünyanın bir sıra ölkələrində çoxsaylı insan ölümünə səbəb olan koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmaması üçün dövlətimizin başçısı İlham Əliyevin atdığı çevik düşünülmüş addım nəticəsində respublikada bu qorxunc xəstəliyə tutulanların xəstəlikdən ölənlərin sayı digər ölkələrlə müqayisədə azlıq təşkil edir. Dövlət başçısının çağırışına cavab olaraq imkanlı şəxslərin aztəminatlı ailələrə ərzaq yardımları, eləcə dövlət tərəfindən işsiz insanlara birdəfəlik maddi yardımlar humanizm prinsipinə söykənən digər əməllər bir daha dövlətin daim öz vətəndaşının yanında olmasını sübut etdi.

 

Hər bir Azərbaycan vətəndaşı kimi qəhrəman tərtərlilər ulu öndərin siyasi varisi cənab İlham Əliyev siyasətini dəstəkləyir onun ətrafında sıx birliklərini nümayiş etdirirlər.

 

 

 

Zahid İBRAHİMOV,

Tərtər Suvarma Sistemləri İdarəsinin rəisi.

 

Respublika.- 2020.- 13 may.- S.8.