Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş rifahı dayanır

 

Bu ilin əvvəlində Çin Xalq Respublikasında yeni növ koronavirus (COVİD-19) infeksiyasının aşkarlanması, yüksək sürətlə yayılması və pandemiyaya çevrilməsi istisnasız olaraq bütün dünya dövlətlərini, o cümlədən Azərbaycan Respublikasını tədqiq olunmamış təhlükə ilə üz-üzə, insanların ənənəvi həyat tərzini pozaraq səhiyyə sistemlərini xəstə axını qarşısında aciz qoyub. Eyni zamanda, iqtisadiyyatın bir çox sahələrini qeyri-müəyyən müddətdə iflic edib,  nəticədə dünya iqtisadiyyatına ağır zərbə vurulub, qlobal iqtisadi böhranın ilkin əlamətləri yaranıb. Bu virusla əlaqədar  yaranmış mürəkkəb şəraitdə Azərbaycan Respublikasının Prezidentinin bir çox dövlətlərə örnək olmuş erkən və qətiyyətli qərarları xəstəliyin ölkəmizdə yayılma sürətinin azaldılmasına, səhiyyə sistemimizin xəstəliklə mübarizə imkanlarının artırılmasına, bununla da insan həyatının qorunmasına yönəldilib. Qərarların həyata keçirilməsi üçün zəruri kadr, inzibati və maliyyə resursları səfərbər olunub. Möhtərəm  PrezidentimizinBiz birlikdə güclüyük!” çağırışı xalqımızın milli birliyinə güclü stimul oldupandemiyaya qarşı mübarizədə hər birimizi həmrəyliyə səslədi. Bu olduqca təhlükəli infeksiyanın ölkəmizdə geniş yayılmasının qarşısının alınması üçün  Azərbaycan hökuməti tərəfindən həyata keçirilən operativ və qabaqlayıcı tədbirlər nəticəsində uğurlu nəticələrə nail olunmuşdur ki, bu da dünyanın ən inkişaf etmiş ölkələri üçün nümunədir. Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizəyə verdiyi qlobal töhfəni yüksək qiymətləndirən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus  bu yaxınlarda Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən videokonfrans formatında toplantıda koronavirusa qarşı mübarizə barədə müzakirələr aparıldığını, özünün də həmin toplantıda iştirak etdiyini, bu kimi addımları vacib hesab etdiyini vurğulayıb. ÜST-nin Baş direktoru Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizəyə verdiyi qlobal töhfəni yüksək qiymətləndirib. Bu xəstəliyin yayılması ilə əlaqədar bütün ölkələrin, o cümlədən dövlətimizin də maliyyə itkilərinə məruz qalmasına baxmayaraq, hər zaman olduğu kimi, bu ağır günlərdə də  Azərbaycan vətəndaşına, Azərbaycan sahibkarlarına göstərilən diqqət və qayğı bir daha təsdiqlədi ki, ümummilli liderimiz Heydər Əliyev dühasının layiqli davamçısı olaraq ölkə başçısı cənab İlham Əliyevin əsas məramı  yalnız Azərbaycan dövlətinin və onun vətəndaşının mənafeyinin qorunmasıdır.

 

Dünya ölkərinin kabusuna çevrilən  pandemiyaya qarşı mübarizə tədbirləri ilə bağlı dəstək fondunun yaradılması, mövcud tibb müəssisələrinin qısa müddətdə beynəlxalq standartlara uyğunlaşdırılması, tezliklə modul tipli müasir xəstəxanaların istifadəyə veriləcəyi, müasir tibbi avadanlıq və ləvazimatların alınması, fədakar və qəhrəman səhiyyə işçilərinin əməkhaqlarının artırılması, pandemiya ilə əlaqədar işə gedə bilməyən əməkdaşların əməkhaqlarının saxlanılması, ölkə üzrə imkansız ailə və şəxslərə yardımların göstərilməsi, sahibkarlara dövlət dəstəyinin verilməsi, möhtərəm Prezidentimizin müntəzəm olaraq xalqa müraciət və çağırışları insanlar tərəfindən çox böyük rəğbət, əsl humanizm nümunəsi kimi qarşılanır. Bütün bunlar çətin zamanlarda sosial həmrəyliyin cəmiyyət üçün nə qədər böyük əhəmiyyət daşıdığını bir daha təsdiq edir. Bu cənab İlham Əliyevin 2003-cü ildə prezident seçkiləri ərəfəsində söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” bəyanatının  tam mənası ilə sübutudur. Xalqın mütləq əksəriyyətinin etimadı ilə 2003-cü ildə prezident seçilmiş İlham Əliyev “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” deyərkən sadə bir vəd vermirdi, xalqa xidmət missiyasının strateji hədəfini göstərir, ana xəttini ortaya qoyurdu. Azərbaycana rəhbərlik etdiyi ötən dövr ərzində İlham Əliyev verdiyi vədə, seçdiyi strateji xəttə sadiq qalaraq dini, etnik, sosial mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın prezidenti olduğunu nümayiş etdirmişdir. O, hər zaman xalqının maraqları, rifahı, xoşbəxt gələcəyi üçün əzmlə çalışmış, milli mənafelərimizin müdafiəsi naminə beynəlxalq platformalarda ən ağır şərtlər altında belə öz mübarizəsindən, prinsipial mövqeyindən geri çəkilməmişdir. Dövlətimizin suverenliyi, müstəqilliyi naminə aparılan bütün mübarizələrin önündə dayanmışdır.

 

Pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinə gəlincə bunun qaçılmaz olduğunu bildirən  ölkə başçısı demişdir: “Artıq aparıcı beynəlxalq maliyyə qurumları qeyd edir ki, bu pandemiyadan yarana biləcək və yaranmaqda olan böhran 2008-2009-cu ilin böhranından daha da ağır olacaq. Bunu Beynəlxalq Valyuta Fondunun rəhbərliyi bildirmişdir. Eyni zamanda, biz bilirik ki, Beynəlxalq Valyuta FondunaDünya Bankına 150-dən çox ölkə yardım üçün müraciət etmişdir. Yəni, dünya birliyinin mütləq əksəriyyəti artıq yardıma ehtiyac duyurbuna görə müraciət edibdir. Azərbaycanın adı bu siyahıda yoxdur. Hesab edirəm ki, bu vəziyyətdən şərəflə çıxmağımız, - mən buna əminəm, - bir daha göstərəcək ki, bizim bütün addımlarımız düşünülmüş addımlardır və xalqımızın, dövlətimizin maraqlarına uyğun şəkildə atılan addımlardır”. 2020-ci ilinçox dərin və geniş islahatlar ili olacağını bəyan edən cənab   İlham Əliyev ötən ildə islahatların böyük hissəsinin icra edildiyini vurğulayır.

 

Siyasi islahatlar, struktur, kadr islahatları aparılıb nəticələrini hamımz görür və təqdir edirik. İdarəetmə mexanizminin daha da təkmilləşdirilməsi, gəncləşmə siyasətinin aparılması, önəmli vəzifələrə peşəkar kadrların  gətirilməsi ümumiyyətlə, bütün hakimiyyət qollarında aparılan islahatların bir məqsədi var.  Ölkə başçısının sözü ilə əməli arasında hər zaman olduğu kimi, bu dəfə də vəhdət var və nəyi bəyan edirsə o da təmin olunur. Aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur və idarəetmədə təkmilləşmə göz qabağındadır. Eyni zamanda, yerli icra orqanlarında aparılan kadr islahatları, xüsusilə, xoşagəlməz hallara qarşı ciddi mübarizə də göz qabağındadır. İslahatların məntiqi davamı parlament seçkiləri oldu. Bu ilin fevral ayında keçirilən  Parlament seçkiləri bütövlükdə xalqımızın iradəsini ifadə etdibir daha göstərdi ki, aparılan siyasətin Azərbaycan vətəndaşları tərəfindən bəyənildiyini, dəstəkləndiyini, parlament seçkilərinin demokratik inkişaf istiqamətində atılmış növbəti uğurlu addım olduğunu parlaq nümayiş etdirdi. Hazırda koronavirus pandemiyası ilə əlaqədar dünyanın çətin durumda olmasına baxmayaraq, ölkəmizdə 2018-ci ildən bütün sahələrdə - sosial, iqtisadi, siyasi, kadrstruktur islahatlarının bu gün də ardıcıl və davamlı strategiya və fəaliyyət planı üzrə davam etməsi Prezident İlham Əliyevin qəti siyasi iradəsinin nəticəsidir. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, qətiyyətli siyasəti nəticəsində reallaşan strukturkadr islahatları, korrupsiyaya qarşı aparılan mübarizə, ədalətlilik, qanunun aliliyi və insanların qanun qarşısında bərabərliyinin təmin olunması bu məsələlərin Onun əsas fəaliyyət prinsipi olmasından xəbər verir. Kadr islahatları çərçivəsində nəzərdə tutulan təxirə salınmaz tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadisiyasi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında da  mühüm rol oynayır.

 

Bu gün hər kəs bir amal, bir məqsəd ətrafında birləşməlidir.  Ən başlıca məsələ insanlarımızın sağlamlığının qorunmasıdır.  Təəssüf ki, ümummilli məsələlərdə hər zaman antidövlət, antimillət mövqeyi nümayiş etdirən özlərini müxalifət adlandıran  səriştəsiz, riyakar qüvvələr yenə də öz amplualarındadırlar. İnsanlar arasında çaşqınlıq yaratmağa, dövlətin təhlükəsizliyin, iqtisadi dayanıqlılığın təmini yönündə apardığı siyasətə qara yaxmağa çalışan bu şəxslər hətta pandemiyadan belə öz çirkin siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Hər yerdə həmrəylik çağırışlarının səsləndirildiyi, insanların bu problemə qarşı mübarizəyə qoşulduğu bir zamanda yalanböhtanlarla  sosial şəbəkələrdə iftiralar səsləndirmələri onların bir daha hansı simaya malik olduqlarını üzə çıxardı. Bu qüvvələrin əsl sifətlərini 1990-cı illərin əvvəllərində görüb, nəyə qadir olduqlarını şahidi olmuşuq. O vaxt ölkəmizi, dövləti ağır vəziyyətə salıb, xəyanət ediblər, torpaqlarımızın işğalını şərtləndiriblər. Onlar Azərbaycana böyük zərbə vurmuşlar, vətəndaş müharibəsinə start vermişlər. Torpaqlarımız işğala düşən zaman burada qardaş qanı axıdıldı. Bu qruplaşma ölkəmizdə xaos, anarxiya yaratdı, korrupsiya dövlət siyasətinə çevrilmişdi. AXC-Müsavat hakimiyyəti, bu  hakimiyyəti təmsil edən adamların yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkə faktiki olaraq dağılma ərəfəsində idi. Ölkə Prezidentinin çağırışı ilə koronavirusla mübarizədə həmrəylik nümayiş etdirən vətəndaşlarımız radikal müxalifətin yalanlarına inanmır, onların çirkin iftiralarına qarşı iradə nümayiş etdirirlər. Əminəm ki, xalq-iqtidar birliyi bu cür qüvvələrin arzularının yerinə yetməsinə imkan verməyəcək... Bu gün Azərbaycan dövləti hər bir kateqoriyadan olan vətəndaşının iqtisadi problemlərinin həlli uğrunda var gücü ilə səy göstərir. İqtisadi fəallığın artırılması, sosial rifahın yüksəldilməsi yönündə görülən tədbirlər ölkəmizdəki vətəndaş-dövlət tandeminin gücünü bir daha nümayiş etdirdi. Vətəndaşlarımızın hər biri atılan addımların, təhlükəsizlik tədbirlərinin onların sağlamlığının qorunmasına yönəldiyini anlayır.

 

Hazırda əsas məsələ bir olmaq, dövlətimizin başçısının ətrafında daha da sıx birləşməkdir. Çünki Prezidentimizindediyi kimi, biz birlikdə güclüyük. Həm iqtisadi, həm də sosial sahələrdə dövlət tərəfindən həyata keçirilən düşünülmüş, ardıcıl və sistemli tədbirlər Azərbaycanda makroiqtisadi sabitliyin qorunmasına, vətəndaşların sosial müdafiəsinin təmin olunmasına hesablanıb. Məlumdur ki, tətbiq olunan xüsusi karantin rejimi, nəticə etibarilə, iqtisadi risklər yaradır. Yəni, biz iki risk qarşısındayıq: insanların sağlamlığı və iqtisadi itkilər. Dövlət başçısı qeyd edir ki, onun seçimi məhz insanların sağlamlığını qorumaqdır. Bu, bir daha Prezidentinonun şəxsində Azərbaycan dövlətinin öz vətəndaşına nə qədər yüksək dəyər verdiyinin daha bir ifadəsidir. Azərbaycan dövlətinin gücü də elə bundadır. Dünya ölkələrinin koronavirus pandemiyasının yaratdığı böyük çətinliklərdən əziyyət çəkdikləri bir vaxtda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır. Dövlətimizin başçısının tapşırıqları ilə həyata keçirilən bu mühüm tədbirlər ölkə vətəndaşları tərəfindən böyük razılıqla qarşılanır.

 

Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verməkdədir. Bu tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur. Rəsmi məlumatlara nəzər salaq. Dövlətimizin başçısının 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə tədbirlər əksini tapıb. Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. İnsanların sosial müdafiəsi getdikcə daha da gücləndirilir. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır və bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Beləliklə, yalnız bu kateqoriyaya aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir. Bu, dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstərir. Bütün bu tədbirlər bir tərəfdən Prezidentimizin siyasi iradəsi, digər tərəfdən dövlətin iqtisadi gücü sayəsində mümkün olur. Mövcud reallıq Azərbaycan dövlətinin neqativ tendensiyaları layiqli qarşılamaq, zamanın istənilən çağırışına cavab vermək iqtidarında və əzmində olduğunu nümayiş etdirir. Dövlətimiz məhz zəruri iqtisadi və maliyyə imkanlarına arxalanaraq daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib və göstərməkdədir. Ölkə başçısının müvafiq Sərəncamı ilə  yaradılmış işçi qrupun hazırladığı tədbirlər planının məşğulluq, sosial məsələləri əhatə edən hissəsi, ümumilikdə, dörd istiqaməti əhatə edir və özündə on tədbiri ehtiva edir. Bu on tədbir üzrə 394 milyon manat vəsait ayrılıb. Yəni, pandemiya əleyhinə mübarizə çərçivəsində görüləcək işlərə 400 milyon manatlıq bir paket ayrılıb. Bu 400 milyon manatın 100 milyon manatı dövlət büdcəsindən ayrılan vəsaitlərdir.

 

Koronavirus pandemiyası şəraitində reallaşdırılan bənzərsiz sosial müdafiə tədbirləri Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikirlərinin bariz təzahürüdür və əməli işlərlə tamamlanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyan edir: “Biz heç bir sosial layihəni dayandırmayacağıq, heç bir sosial proqramı ixtisar etməyəcəyik. Azərbaycan sosial dövlətdir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün koronavirus dövründə bizim əsas amalımız Azərbaycan xalqını bu bəladan qorumaqdır. Bizim qəbul etdiyimiz qərarlar, atdığımız addımlar həm ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, - mənə minlərlə təşəkkür məktubları gəlir, - həm də beynəlxalq təşkilatlar Azərbaycanı bu sahədə nümunəvi ölkə kimi göstərir”. Onun Azərbaycan xalqının sağlamlığını, təhlükəsizliyini hər şeydən üstün tutmağı, bu istiqamətdə vaxtında qəbul etdiyi qərarlar sayəsində xalqımız bu bəladan qurtulmaqdadır. Özünütəcrid dövründə verdiyi hər bir qərar, imzaladığı hər bir Sərəncam ilə sadə Azərbaycan vətəndaşlarının yanında olduğunu, əsl rəhbər, lider kimi cəmiyyətin hər bir üzvünü düşündüyünü, onun qayğısına qaldığını sübut edir. Belə ki, aztəminatlı ailələrə birdəfəlik müavinətin verilməsi, əhalinin həssas qrupuna aid olan tələbələrin təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi, elektrik enerjisinə tələbatın artdığı bir dövrdə güzəştli limitin artırılması, kommunal ödənişlərə edilən güzəştlər, kənd təsərrüfatı ilə məşğul olanlara güzəştli subsidiyaların ayrılması, habelə koronavirus xəstələrinin müalicəsinin dövlət hesabına aparılması Prezidentimizə, dövlətimizə güvənimizi artırdı. Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində apardığı siyasətə və ayırdığı diqqətə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarıq. Hər bir vətəndaş onun dəstəyini hiss edir. Hər bir göstərişinin arxasında  müstəqil Azərbaycan Respublikası vətəndaşının sosial rifahı dayanan cənab İlham Əliyevin  rəhbərliyi  altında  aparılan daxilixarici siyasət dövlətin və xalqın birbaşa marağına xidmət göstərir.

 

Məzahir  ƏHMƏDOV,

Yeni Azərbaycan Partiyası Binəqədi

Ağsaqqallar Şurasının üzvü.

 

Respublika.- 2020.- 13 may.- S.11.