“ULU ÖNDƏR müasir Azərbaycanın qurucusudurmövzusunda yazı müsabiqəsi

 

Öz fəaliyyətinə, xalqı naminə göstərdiyi xidmətlərinə görə tariximizdə müstəsna yeri olan dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlər birmənalı olaraq böyük quruculuq illəri, Azərbaycanın hərtərəfli və sürətli tərəqqi mərhələsi kimi səciyyələndirilir. Xalqımızın müdrik və əvəzsiz lideri, dünyanın dahi şəxsiyyətlərindən olan Heydər Əliyevin bütün mənalı ömrü və fəaliyyəti doğma xalqına və Vətəninə sədaqətlə xidmətin parlaq nümunəsidir. O, canından çox sevdiyi xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir, müstəqil Azərbaycan bəxş etdi. Azərbaycanın müstəqil bir dövlət kimi formalaşması hər zaman xalqının gələcəyini düşünən, Vətəni və xalqı qarşısında misilsiz xidmətləri olan ulu öndərimizin adı ilə bağlıdır. Heydər Əliyev müasir Azərbaycanın banisi, memarı və qurucusudur.

 

Bu il müasir Azərbaycan dövlətinin qurucusu, müstəqilliyimizin, bütövlüyümüzün əbədi təminatçısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97- ci ildönümünü qeyd edirik. Dahi şəxsiyyət, xalqımızın müdrik liderinin ildönümünü həmişə olduğu kimi, bu il də xalqımız böyük ruh yüksəkliyi ilə qeyd edir.

 

Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ərəfəsində elan etdiyiUlu öndər müasir Azərbaycanın qurucusudur” adlı yazı müsabiqəsi də dahi şəxsiyyət, xalqımızın və dövlətçiliyimizin xilaskarı, şərəfli həyat yolu hər bir azərbaycanlı üçün örnək, istinad yeri olan ulu öndərin əziz xatirəsinə həsr edilmişdi. Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov, YAP Yasamal Rayon Təşkilatı Gənclər Birliyinin sədri, BDU-nun geologiya fakültəsinin dekan müavini İlqar Quliyev, BDU-nun filologiya fakültəsinin dekan müavini Anar Fərəcov, BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Yap Yasamal Rayon Təşkilatının əməkdaşı Aytəkin Əhmədovadan ibarət münsiflər heyəti müsabiqəyə təqdim olunmuş yazıları qiymətləndiriblər.

 

Yalnız Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının üzvlərinin iştirak etdiyi müsabiqədə Yap Yasamal Rayon Təşkilatının Gənclər Birliyi Şurasının üzvü, AZMİU-nun I kurs tələbəsi Suğra Kərimova I yer, BDU-nun III kurs tələbəsi Nigar Əliyeva II yer, BDU-nun tarix fakültəsinin məzunu Rəşadət Xalıqov III yerə layiq görülüblər. Oxucuların maraq auditoriyasını nəzərə alıb müsabiqədə ilk üçlüyə seçilən yazıların hər birindən müəyyən parçaları təqdim edirik.

 

Respublika”.

 

 

 

Azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə Heydər Əliyev xalqının təkidli çağırışı ilə ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsl mənasında, “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib meydana atılan böyük ürəkli vətən oğlunun öz xalqı, öz vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi. Məhz Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində Azərbaycanın bayrağı dünyada tanındı, imzaların içərisində imzamız oldu. Bu gün Azərbaycan dünya səviyyəli beynəlxalq ictimaisiyasi tədbirlərə ev sahibliyi edir.

 

Ulu öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər də xalqın yaddaşında daim qalacaqdır. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün keçmiş SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi. Azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər. Ulu öndərin adını daşıyan Heydər Əliyev Fondu da xeyirxahlıq, sülh, insanpərvərlik kimi bəşəri amallar uğrunda nəcib fəaliyyəti ilə ölkədə həyata keçirilən çoxsaylı islahatlara dəyərli töhfələr verir, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməklə xalqımızın Heydər Əliyev ocağına olan sevgisini daha da gücləndirir.

 

Ümummilli liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanı Heydər Əliyev ideologiyası ilə idarə edir. O siyasi xətt Azərbaycanı daim inkişafa aparır, bayrağımızı zirvədən-zirvəyə daşıyır, himnimizi dünya arenalarında səsləndirir, idmançılarımızı qələbəyə, elm adamlarımızı uğura aparır. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi bundan sonra da, tarixin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələri fəth edəcəkdir.

 

Biz Azərbaycan gəncliyi hər zaman ölkəmizin əsgəri, dövlətimizin və millətimizin inkişafı yolunda dəstək olacağıq.

 

Suğra Kərimova,

 

AzMİU-nun I kurs tələbəsi.

 

 

 

Bu səhər Bakının gözlərində gizlənən günəşi gördüm. Onun hüzurunda baş əyən bu ana təbiət, əslində, necə mürəkkəbdir. Günəş doğdu, sanki təbiət canlandı, mavi səma günəşin işığı ilə qara zülməti əynindən soyundu, günəş qalxdı, elə bil azan səsinə bürünən qoca Bakı al-qırmızı şəfəqlərə boyandı, gözümü mavi səmadan qırmızı üfüqlərə endirdim. Gözlərim bayrağımın yaşılına rast gəldi. Günəşin bu sabah üçün doğduğunu indi gözəl anladım.

 

Günəş doğdu elə bil, harda çəkilir adın,

 

Dosta fəxarət gəlir, gözü kor olur yadın.

 

Sən günəşin övladısan. Bir şam kimi taleyini xalqın üçün işıq etdin. Bu gün sənin sayəndə müstəqil bir dövlətin hürr övladıyam. Mən fəxr edirəm ki, sənin təhsil aldığın Bakı Dövlət Universitetinin tələbəsiyəm. Mən fəxr edirəm ki, səninlə eyni soyadı daşıyıram. mən fəxr edirəm ki, mən azərbaycanlıyam, Heydər Əliyev!

 

Bu gün Azərbaycan əhalisinin böyük bir nəsli Heydər Əliyev hakimiyyətinin iki dövrünün şahididir. Dövr zaman dəyişir, o isə hələ dəyişən dövrün, zamanın fövqündə dayanır.

 

Ümummilli lider Heydər Əliyev olmasaydı, kim bilir, ucsuz-bucaqsız ümmanlarda kimlər yurdumuzu qasırğalara, bataqlıqlara sürükləyəcəkdi. Onun möhkəm iradəsi, dərin zəkası sayəsində gəmimizin sükanı namərd əlinə keçməkdən xilas oldu.

 

Hakimiyyətdə olduğu müddətdə dünyanın 15 ölkəsinin 33 şirkəti ilə 21 neft sazişi imzaladı. Məhz onun uzaqgörən siyasəti nəticəsində ölkəmizə xarici sərmayədarların axını başladı. Memarı olduğu tarixəƏsrin müqaviləsikimi daxil olmuş neft müqavilələrinin imzalanması, Bakı-Tbilisi-Ceyhan neft kəməri Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi bu böyük insanın qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.

 

Heydər Əliyevin rəhbərliyi əsasında hazırlanaraq 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, insanın hüquq azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.

 

Heydər Əliyev yalnız dövləti idarə edən rəhbər deyil, o həm insanları ən ülvi ideallar ətrafında səfərbər edən siyasi xadim, müasir tariximizin memarı idi. Nəsrəddin TusininƏn böyük rəhbər odur ki, ölkədəki insanlar ona inansın, onun ardınca getsin, onun bütün tədbirlərinə şərik olsun ən əsası, onu özünə ata saysın”, - fikri ulu öndərimizə xas olan yüksək, bəşəri keyfiyyətlərdəndir. Bu bəşəri keyfiyyətləri ilə tarixdə iz qoyan Heydər Əliyev üzərinə düşənatalıqmissiyasının öhdəsindən layiqincə gələ bilmişdir.

 

Nigar Əliyeva,

 

BDU-nun III kurs tələbəsi.

 

 

 

Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrü Azərbaycanın ən yeni tarixində dönüş illəri, ictimai-iqtisadi həyatın, elm, mədəniyyət incəsənətin sürətlə tərəqqisi dövrü olmuşdur. Ulu öndər Azərbaycanı Sovetlər Birliyində yaxşı tanınan bir respublikaya çevirdi.

 

1987-1991-ci illərdə Heydər Əliyevi məhz milli dövlətçiliyimizin taleyi narahat edirdi. O, artıq öz siyasi seçimini etmiş Azərbaycanın müstəqilliyi uğrunda gərgin siyasi mübarizəyə başlamışdı. Lakin Azərbaycanda müstəqil milli dövlət quruculuğu prosesi bir çox ciddi əngəllərlə üzləşirdi. 1990-1991-ci illərdə Dağlıq Qarabağda hadisələr gündən-günə gərginləşirdi. Respublikada baş alıb gedən siyasi hərc-mərclik, hakimiyyət uğrunda çəkişmələr dövlətçiliyə ağır zərbələr vururdu.

 

Belə bir şəraitdə dahi şəxsiyyət, bütün həyatını xalqına Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu.

 

İqtisadi inkişafı müstəqilliyin mühüm amili hesab edən ulu öndər Heydər Əliyev iqtisadiyyata sərmayə qoyuluşunun prioritet əhəmiyyət kəsb etdiyini yaxşı bilirdi. 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşənAzəri”, “Çıraqyataqlarının Günəşliyatağının dərinlikdə yerləşən hissəsinin birgə kəşfiyyatı, işlənməsi hasilatın bölgüsü üzrə dünyanın tanınmış neft şirkətlərinin birləşdiyi konsorsiumlaƏsrin müqaviləsiadlandırılan tarixi saziş imzalandı. “Əsrin müqaviləsi”nin imzalanması ilə ardıcıl şəkildə reallaşdırılmağa başlayanneft strategiyasıiqtisadiyyatın kəskin ehtiyac duyduğu xarici investisiya qoyuluşunun dinamik şəkildə artmasına, ölkənin sosial-iqtisadi inkişaf yoluna çıxmasına mühüm təsir göstərmişdir.

 

Qurtuluşun Azərbaycanı yalnız 1995-ci ildən sonra normal inkişaf yoluna düşməyə başladı ki, bunun da ilk rəsmi ifadəsi Azərbaycan Respublikasının Konstitusiyası oldu.

 

Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı dinamik inkişafı üçün möhkəm zəmin yaratdı.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.

 

Rəşadət Xalıqov,

BDU-nun tarix fakültəsinin məzunu.

 

Respublika.- 2020.- 16 may.- S.4.