Mənalı həyat yolu

 

Biz onu tələbəlik çağlarından, nə az, nə çox, düz 60 il bundan əvvəl tanıyırıq. O vaxtdan başlanan tanışlığımız sonradan dostluğa, yoldaşlığa çevrilmişdir. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin politologiyasosiologiya kafedrasının dosenti İsmayıl Əhməd oğlu Eyyubov 1940-cı il mayın 25-də Qəbələ (keçmiş Qutqaşen) rayonunun Vəndam kəndində dünyaya göz açmışdır. Orta təhsilini indi 138 yaşı olan Vəndam orta məktəbində almışdır.

Orta məktəbi bitirdikdən sonra, 1958-ci ildə Bakıya gəlmiş, Azərbaycan KP MK-nın Qəzet-Jurnal Birləşmiş Nəşriyyatında işə düzəlmişdir. Əvvəlcə şagirdlikdən başlayan İsmayıl sonra bacarıqlı mürəttib, linotipçi olmuşdur.

Xarici dilə, kitaba, qəzetə olan böyük marağı, məhəbbəti onu 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə gətirib çıxarmışdır. Fars dili şöbəsinə imtahan vermiş, lakin yer olmadığına görə onu fakültənin kitabxanaçılıq şöbəsinə keçirmişlər. Tələbə ikən o, universitetin ictimai işlərində yaxından iştirak etmişdir. Tez- tez universitet qəzetinə maraqlı məqalələr yazırdı. Sonradan bu qəzetin xüsusi müxbiri kimi bu mətbu orqanla əməkdaşlıq etmişdir. O, 1960-cı ildən Dövlət TeleviziyaRadio Verilişləri Komitəsinin ştatdankənar müxbiri olmuşdur.

1964-cü ildə tələbə istehsalat təcrübəsini Moskvada keçirən gənc İsmayıl Moskva Dövlət Universitetinin rektoru, məşhur riyaziyyatçı alim, SSRİ Elmlər Akademiyasının akademiki İvan Georgiyeviç Petrovski ilə görüşür. Petrovski ilə olan söhbəti onda elmə marağı birə-beş artırır.

1965-ci ildə universiteti bitirən İsmayılı təyinatıla Azərbaycan Elmlər Akademiyasının Elmi Kitabxanasına göndərirlər. Lakin o, doğma universitetindən ayrılmır. Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında biblioqraf vəzifəsində işə başlayır. İlk gündən kitabxana həmkarlar təşkilatının sədri seçilir.

Universitet həmkarlar bürosunun üzvü olur, işlə bərabər yazıları ilə qəzet və jurnallarda, Azərbaycan radiosunda çıxışlar edir.

İsmayıl Eyyubov 1970-ci ildə universitetin elmi kommunizm kafedrasına baş laborant keçirilir. Sonra müəllim, baş müəllim kimi fəaliyyət göstərir. Elmi məqalələrlə Universitetin Elmi ƏsərlərininDil ədəbiyyat”, “Tarix fəlsəfəseriyalarında, “Azərbaycan məktəbi”, “Təşviqatçı”, “Azərbaycan kommunisti”, “Mədəni-maarif işi başqa jurnallarda dərc olunur. Fəlsəfə elmi kommunizm sahələrini dərindən öyrənmək üçün universitet onu 1970-ci ildə Bakı Axşam Marksizm- Leninizm Universitetinə göndərir. O, bu universitetin fəlsəfə fakültəsini fərqlənmə diplomu ilə bitirir.

İsmayıl müəllim 1968-ci ildə keçmiş SSRİ Jurnalistlər İttifaqının üzvlüyünə qəbul olunmuşdur. O, eyni zamanda SSRİ fəlsəfə cəmiyyətinin Azərbaycan şöbəsinin, Azərbaycan SSRİ “Bilikcəmiyyətinin üzvü olmuşdur.

İsmayıl müəllimin universitet qəzetində Bakıaxşam qəzetindəDəymə mənə, dəyməyim sənə”, “Qara volqa”, “Atamın səsi digər maraqlı hekayələri dərc olunmuşdur.

İsmayıl EyyubovMəişətdə keçmişin qalıqları onların aradan qaldırılması yolları vəsaitlərimövzusunda yazdığı namizədlik işini uğurla mıüdafiə etmişdir. Onun elmi rəhbəri fəlsəfə elmləri doktoru, professor, Əməkdar elm xadimi Həsən Şirəliyev olmuşdur. Elmi işin opponenti fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov bu işə yüksək qiymət vermişdir. Ali Attestasiya Komissiyası Moskvada 40 gün ərzində bu işi təsdiq edərək ona fəlsəfə elmləri üzrə alimlik dərəcəsi adı vermişdir.

1983-cü ildə Daşkənd şəhərində İxtisasartırma İnstitutunda olarkənGəncliknəşriyyatı onunVətənin igid övladları” (Y.Məlikovla birlikdə) oçerklər kitabını çapdan buraxmışdır. Bu kitabda Böyük Vətən müharibəsində iştirak edən həmyerlilərimiz haqqında oçerklər toplanmışdır.

1989-cu ildə Minsk şəhərində İxtisasartırma İnstitutunda olarkən yazdığıSağlam məişət sosial nailiyyətdiradlı monoqrafiyasını 1990-cı ildə Azərbaycan Dövlət Nəşriyyatı çapdan buraxmışdır.

1991-ci ildə Moskvadan onun adına daha bir diplom - “Dosentlikdiplomu gəldi.

İsmayıl müəllim Müstəqil Azərbaycan Respublikasının uğurlarına çox sevinənlərdən biridir. Onun bu mövzuda qələmə aldığı yazılarıAzərbaycan”, “Xalq”, “Respublika”, “Azərbaycan müəllimi”, “Naxçıvanqəzetlərində dərc olunmuşdur.

İsmayıl müəllim universitetdə işə başladığı ilk günlərdən müxtəlif ictimai işlərdə çalışmışdır. 70-ci illərdə o, universitetin ictimai elmlər üzrə ilk partiya təşkilatının katib müavini olmuş, bu sahədə uzun müddət işləmişdir. Eyni zamanda dəfələrlə tələbə elmi işlərinin rəhbəri olmuş, nazirliyin universitetin fəxri fərmanları ilə təltif olunmuşdur. Ümumiyyətlə, universitet haqqında İsmayıl müəllimin dövri mətbuatda 100-dən çox məqaləsi oçerki dərc olunmuşdur.Əməkdar kitabxanaçı” (Kiçikxanım Zeynalova), “Mənalı həyat yolu” (professor Fərhad Zeynalov), “Kimyaçı gənc alim” (Fikrət Babayev), “Bizim Bəxtiyar” (hüquqşünas Bəxtiyar Əkbərov), “Tibb bacısı” (Sona Ağayeva), “Xoşbəxt bağban” (Seyfulla Əliyev) məqalələri, oçerkləri işıq üzü gördüyü vaxtlardan ictimai mühitdə böyük əks-səda doğurmuşdu.

İsmayıl müəllimin indiyə kimi mətbuatda 90 çap vərəqi həcmində elmi məqalələri çap olunmuşdur.

O, Bakı Dövlət Universitetinin 50, 60, 65, 75, 80, 85, 90, 95, 100 illik yubileyləri haqqında geniş həcmli tarixi məqalələrləRespublika”, “Azərbaycan” “Azərbaycan gəncləri”, “Azərbaycan müəllimi”, “Xalq qəzetikimi qəzet jurnallarda çıxış etmişdir.

Onun universitet haqqında yazdığı bir sıra məqalələri efir vasitəsi ilə ərəb, fars, türk dillərinə tərcümə olunaraq xarici ölkələrə yayımlanmışdır. Məsələn, universitetin rektoru F.Bağırzadə haqqında yazdığı oçerk ərəb ölkələrində maraqla qarşılanmışdır.

1996-cı ildə universitet nəşriyyatında İsmayıl müəllimin “XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda siyasi fikir” (N.İbadovla birlikdə) adlı metodik dərs vəsaiti çapdan çıxmışdır. Bu əsər siyasətşünaslıq üzrə təhsil alan tələbələrin böyük marağına səbəb olmuşdur.

2007-ci ildəNurlannəşriyyatı onun tərtib etdiyiÖlüm sevinməsin qoyadlı xatirələr kitabını çapdan buraxmışdır. Bu kitabı o, elmi rəhbəri olmuş professor, Əməkdar elm xadimi Həsən Şirəliyevə həsr etmişdir.

10 may 2006-cı ildə İsmayıl müəllim sosial elmlər psixologiya fakültəsində işlədiyi zaman Politologiya ixtisası alan tələbələrin hər hansı bir kursundaHeydər Əliyev irsinin öyrənilməsimövzusunda tədris proqramına dərs yükü salınması üçün BDU-nun rektorunaMüraciətməktubu yazmışdır. Məktub Təhsil Nazirliyində müzakirə olunaraq Nazirlik tərəfindən universitetə göndərilərək, “Heydər Əliyevin Politoloji irsimövzusunda tədris yükünə daxil edilmişdir. İndi həmin fənn Beynəlxalq münasibətlər iqtisadiyyat fakültəsinin politologiya qrupunda tədris olunur.

İsmayıl müəllimin 2011-ci ildəAzərbaycanın siyasi təlimlər tarixiadlı kitabı Təhsil Nazirliyinin qrifi ilə dərslik kimi ali məktəblər üçün çap olunmuşdur. Həmin dərslik əlavələrlə 2017-ci ildə yenidən çap olunmuşdur. Bu dərslikdəHeydər Əliyevin ictimai-siyasi görüşləriİlham Əliyevin ictimai-siyasi görüşləribölmələri verilmişdir. Adıçəkilən dərslik Azərbaycanın 7 universiteti ali məktəbində tədris olunur.

İsmayıl Eyyubov 2009-cu ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqınınQızıl Qələmmükafatına, 2010-cu ildə isəXalqın nüfuzlu ziyalısıfəxri diplomuna layiq görülmüşdür.

İsmayıl müəllim respublikamızda gedən ictimai-siyasi prosesləri dərindən izləyən bir ziyalıdır. İndiyə kimi onun ulu öndərimiz Heydər Əliyev İlham Əliyevin apardığı uğurlu dövlət siyasəti haqqında 20-yə yaxın irihəcmli məqaləsi qəzet jurnallarda çap olunmuşdur.

O, 2014-cü ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Azərbaycan RespublikasınınQabaqcıl Təhsil işçisidöş nişanı ilə təltif olunmuşdur. Burda onu da qeyd edək ki, İsmayıl müəllim universitetdə keçirilən yazılı imtahanlarda 31 semestr koordinator baş koordinator olmuşdur. Hazırda bu sahədə səmərəli fəaliyyət göstərir.

İsmayıl müəllimin Təhsil Nazirliyinin qrifi iləDemoqrafik siyasətdərsliyi (V.Orucovla birlikdə) 2019-cu ildə çapdan çıxmışdır. Dərslik BDU-nun 100 illiyinə həsr olunmuşdur. İsmayıl müəllimMüstəqil Azərbaycan Dövlətinin inkişafında Heydər Əliyevin roluadlı monoqrafiyanı yazıb başa çatdırmışdır.

Doğru deyirlər ki, müəllim əməyi heç vaxt hədər getmir, yaddan çıxmır, unudulmur. Hər zaman yetirmələrinin xoş sorağını eşidəndə İsmayıl müəllimin qəlbi fərəhlə döyünür. Müxtəlif fakültələrdə dərs dediyi tələbələrdən 180 nəfərdən çoxu indi onunla yanaşı öz ixtisasları üzrə BDU-da dərs deyirlər.

İsmayıl müəllim Bakı Dövlət Universitetinin bir çox fakültələrində dərs demişdir. Bu gündə o, müxtəlif fakültələrdəPolitologiya”, “Sosiologiya”, “Azərbaycanın siyasi təlimlər tarixi”, “Demoqrafik siyasət”, “Strategiya milli təhlükəsizlik”, “Dini münaqişələr başqa fənləri tədris edir.

Ömrünün müdrik çağlarını yaşayan İsmayıl müəllimə bundan sonra da elmi-pedaqoji jurnalistlik fəaliyyətində müvəffəqiyyətlər cansağlığı arzulayırıq.

80 yaşın mübarək, əziz dostum.

 

Fazil VAHİDOV,

BDU-nun beynəlxalq münasibətlər iqtisadiyyat fakültəsinin politologiya

sosiologiya kafedrasının dosenti.

 

Respublika.- 2020.- 17 may.- S.6.