Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi” fundamental tədqiqat əsəri

 

Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif tərəfləri ilə bağlı çoxsaylı kitablar, məqalələr, bədii əsərlər, sənədli oçerklər yazılmasına və filmlər çəkilməsinə baxmayaraq, onun inkişaf strategiyasının sosial-iqtisadi və demoqrafik nəticələrini özündə tam şəkildə əks etdirən kompleks xarakter daşıyan tədqiqat əsəri yoxdur. Bu baxımdan, tanınmış iqtisadçı alim, AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradovun ulu öndər Heydər Əliyevin əziz xatirəsinə və onun Azərbaycan Respublikasının rəhbəri vəzifəsinə birinci dəfə gəlməsinin 50 illiyinə həsr edilmişUlu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri (1969-2019-cu illər)” (Bakı, “Avrora” nəşriyyatı, 2019; 594 səhifə) adlı kitabı xüsusi maraq doğururelmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

Şahbaz Muradov həmin əsərində dahi şəxsiyyət Heydər Əliyevin tükənməz və əvəzsiz xidmətləri, reallıqları əks etdirən zəngin rəsmi statistik məlumatların toplanması və təhlil edilib ümumiləşdirilməsi və şəxsi müşahidələri əsasında respublikada ilk dəfə olaraq son 50 il ərzində ölkə iqtisadiyyatında və onun mühüm sahələrinin inkişafında, o cümlədən əhalinin təkrar istehsalı, miqrasiya prosesləri, yaş-cins tərkibi, etno-demoqrafik quruluşu, ömür uzunluğu, sağlamlığı, demoqrafik inkişaf göstəriciləri, məşğulluq və işsizlik səviyyəsi, elm və təhsilin inkişafı və əhalinin yaşayış səviyyəsi və həyat keyfiyyətində baş vermiş köklü inqilabi dəyişikliklərdə ulu öndər Heydər Əliyevin inkişaf strategiyası və siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən yeganə doğru və müstəqil siyasətin rol və əhəmiyyəti kompleks halında tədqiq edilib aşkara çıxarılaraq elmi ictimaiyyətin, dövlət və hakimiyyət orqanlarında çalışanların və geniş oxucu kütləsinin diqqətinə çatdırmışdır. Prof. Şahbaz Muradov kitabın əvvəlində Prezident İlham Əliyevin qeyd etdiyi: “Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur. Bu, onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq Heydər Əliyev həmişə ən düzgün siyasət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir” - sözlərini əsas tutaraq apardığı araşdırmalarını həmin istiqamətə yönəltmiş və kitabın təsnifatını ona uyğunlaşdırmışdır. Kitabda qeyd olunur ki, ulu öndərin Azərbaycana rəhbərliyə gəldiyi hər iki dövr ölkənin ən ağır və böhran keçirdiyi illərə təsadüf etmişdir. Onun Azərbaycana rəhbərliyə gəldiyi birinci dövr (1969-1982-ci illər) respublika iqtisadiyyatının bərpası və dinamik inkişaf dövrü, ikinci dövr (1993-2003-cü illər) isə Azərbaycanın “ÖLÜM, ya OLUM” dilemmasından xilas edilməsi və onun qurtuluşu kimi tarixin yaddaşına həkk olunmuşdur. Müəllif xüsusi olaraq qeyd edir ki: “Müstəqil Azərbaycan dövlətinin memarı, yeni Azərbaycanın qurucusu olan və xalqından heç nəyi əsirgəməyən bu böyük insan sözün əsl mənasında ömrünü öz xalqının yolunda şam kimi əritdi, demək olar ki, şəhid oldu”. Müəllif kitabda xalqımızın arzusunu reallığa çevirmiş ulu öndərin Azərbaycana rəhbərlik etdiyi iki dövrün təsnifatını verərək qeyd edir ki, onun Azərbaycana bilavasitə rəhbərlik etdiyi 23 ilin 13 ili (1969-1982-ci illər) Sovet hakimiyyəti, 10 ili (1993-2003-cü illər) isə Azərbaycanın müstəqillik illərinin payına düşür. Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbərlik etməyə başladığı vaxtdan keçən 50 ilin 16 ili isə (2003-2019-cu illər) cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdür. Ümumiyyətlə, götürüldükdə isə bu 50 illik dövrün 22 ili (1969-1991-ci illər) ölkədə Sovet hakimiyyəti, 28 ili isə müstəqillik illərinə təsadüf edir. Ümummilli liderin respublikamıza rəhbərlik etdiyi hər iki dövr Azərbaycanda inkişafın yeni mərhələləri-bərpa və dinamik inkişaf mərhələləri; cənab İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi dövr isə ölkə inkişafının keyfiyyətcə yeni mərhələsi kimi tarixə düşmüşdür. Beləliklə, Azərbaycanın müasir tarixi dahi şəxsiyyət olan - ümummilli liderimiz Heydər Əliyev və onun layiqli davamçısı, dünyanın ən islahatçı Prezidenti İlham Əliyevin adları və fəaliyyətləri ilə bağlıdır.

Kitabda diqqətçəkən ən mühüm məsələlərdən birionun araşdırmasının kompleks xarakter daşıması və ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının nəinki sosial-iqtisadi və həm də sosial-demoqrafik nəticələrinin dərindən tədqiq edilib öyrənilməsindən ibarətdir. Kitabda öncə ulu öndər Heydər Əliyevin həm birinci dəfə (14 iyul 1969-cu il) Azərbaycan Respublikasının rəhbəri vəzifəsinə gəlişi ərəfəsində respublika iqtisadiyyatının bütünlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoyması; ölkəmizin ictimai-siyasi, iqtisadi, sosial-demoqrafik, mədəniyyət, təhsil, elm, mənəvi-psixoloji və sair sahələrini əhatə edən çətinliklər və problemlərlə üz-üzə qalması və sosial-iqtisadi inkişafın bir çox mühüm göstəriciləri səviyyəsinə görə keçmiş ittifaq respublikaları arasında sonuncu yerlərdən birini və həm də ikinci dəfə rəhbərliyə gəlişi dövründə (15 iyun 1993-cü il) Azərbaycanın tarixdə düşdüyü ən ağır və fəlakətli “ÖLÜM, ya OLUM” dilemması ilə üz-üzə qalmasının yaranması səbəbləri dərindən və hərtərəfli təhlil edilib aşkara çıxarılaraq qiymətləndirilmiş və ulu öndərimizin hər iki dəfə Azərbaycanımızı həmin ağır və böhranlı vəziyyətlərdən necə qəhrəmanlıqla çıxardığını ətraflı şərh etmişdir. Müəllif qeyd edir ki, respublika iqtisadiyyatının bütövlükdə, dərin və uzunmüddətli böhran vəziyyətinə qədəm qoyduğusosial-iqtisadi həyatın bütün sahələrində geridə qalaraq iqtisadi inkişafın bir çox mühüm göstəriciləri səviyyəsinə görə keçmiş ittifaq respublikaları arasında axırıncı yerlərdən birini tutduğu şəraitdə - 14 iyul 1969-cu ildə Azərbaycan KP MK-nın Birinci katibi vəzifəsinə seçilərkən Heydər Əliyev çox gözəl başa düşürdü ki, millətin siyasi müstəqilliyi onun iqtisadi azadlığından keçir. Nəzərə alaq ki, həmin illərdə respublikamızı düşdüyü ağır vəziyyətdən çıxarmağın yollarının axtarılıb tapılmasını, prinsipcə yeni konseptual səviyyə əsasında ölkənin inkişaf planlarının işlənib hazırlanmasına, xalq təsərrüfatında köklü struktur dəyişikliklərinin aparılmasına, təsərrüfatçılıqda və iqtisadi həvəsləndirmədə yeni metodların tətbiq edilməsinə böyük ehtiyac var, onda ulu öndər özünün rəhbərliyi və bilavasitə iştirakı ilə uzun müddətə Azərbaycanın sosial-iqtisadi inkişafı konsepsiyasının hazırlanmasına qərar verdi. 1969-cu ilin 14 iyulunda respublikanın rəhbəri vəzifəsinə gəlmiş Heydər Əliyev cəmi 21 gün sonra onun təşəbbüsü və rəhbərliyi ilə 5-12 avqust 1969-cu il tarixlərində Azərbaycan KP MK-nın Plenumu keçirildi. Azərbaycan tarixinə “1969-cu ilin məşhur avqust plenumukimi düşmüş plenumundakı məruzəsində Heydər Əliyev Azərbaycanın xalq təsərrüfatında yaranmış böhran vəziyyəti və onun uzun illər ərzində geridə qalması səbəbləri hərtərəfli təhlil edilib aşkara çıxarılmış və həmin vəziyyətdən çıxmağın yolları müəyyənləşdirilmişdir.

Ulu öndər yenidən respublikamızın rəhbəri vəzifəsinə qayıtdıqdan sonra bir daha Azərbaycanda həyata keçirilən bütün iqtisadi islahatların və köklü dəyişikliklərin təşkilatçısı və ilhamvericisi olmuşdur. Ulu öndərin gərgin əməyi, səriştəsi, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörən daxilixarici siyasəti nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik bərpa edilmiş, ölkəmiz Avropa Şurasının tam üzvlüyünə qəbul edilmiş; məşhur “Əsrin müqaviləsi” imzalanmış və neft strategiyası işlənib hazırlanmış, dünyanın bir çox super dövlətləri ilə neft kontraktları bağlanmış, qədim İpək yolu bərpa olunmağabu məqsədlə TRASEKA proqramı həyata keçirilməyə başlamış, dünyanın 65-dən çox ölkəsi ilə iqtisadi əlaqələrimiz möhkəmlənmişdir. 1993-cü ildə ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi ilə ölkəmizdə aparılan iqtisadi islahatlar öz bəhrəsini verdi. 1994-cü il sentyabr ayının 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni bir mərhələ başladı. “Əsrin müqaviləsi” nəinki neft sektorunun inkişafına təkan verdi. Aparılan islahatlar əhalinin ümumi vəziyyətinə də müsbət təsir etməyə başladı. Belə ki, 1993-2003-cü illərdə əhalinin pul gəlirləri 17,9 dəfə artdı. Kitabda qeyd edilir ki, Heydər Əliyevin ən böyük xidmətlərindən birionun Azərbaycan elminin məbədgahı sayılan Azərbaycan Elmlər Akademiyasına daim hamilik etməsi, keçən əsrin 70-ci illərində bu elm ocağına dünya şöhrəti qazandırması, 90-cı illərin əvvəllərində isə onun bağlanmasının qarşısını alıb yenidən dirçəldilməsinə nail olmasıdır. Onun 15 may 2001-ci il tarixli “Azərbaycan Milli Elmlər Akademiyası haqqında” Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına ən yüksək ali dövlət elm təşkilatı statusu verilmişdir. Ulu öndərimizin “Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir, onu qoruyub saxlamaq lazımdır... Biz Akademiyanın hörmətini qoruyub saxlamalıyıq. Heç vaxt imkan vermək olmaz ki, Akademiyamız, yüksək səviyyəli elmi-tədqiqat institutlarımız yaranan cürbəcür özəl elmi müəssisələr arasında ərisin, itsin” - deməsi Milli Elmlər Akademiyamızın hələ uzun illər bundan sonra da yaşayıb fəaliyyət göstərəcəyinə bizdə əminlik yaradır. Ona görə də müəllif haqlı olaraq yazır ki, bu gün Akademiyamızın yaşayıb fəaliyyət göstərməsi üçün biz ulu öndərimiz Heydər Əliyevə və onun yolunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyevə minnətdar olmalıyıq. Kitabda müəllifin diqqət yetirdiyi ən mühüm məsələlərdən biri də ölkənin demoqrafik vəziyyətində baş vermiş müsbət dəyişikliklərdə əhalinin səmərəli məşğulluğunun təmin edilməsi, işsizlik səviyyəsinin azaldılması, elmin, təhsilin, səhiyyənin inkişafında əhalinin həyat səviyyəsi və keyfiyyətinin yüksəldilməsində ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin rolunun dərindən təhlil edilib öyrənilməsi və qiymətləndirilməsindən, habelə bu məsələ ilə bağlı elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələrin verilməsindən ibarətdir. Buna görə bizim elmi rəhbərliyimiz və bilavasitə iştirakımızla ulu öndər Heydər Əliyevin 28 dekabr 1998-ci il və 24 iyun 2003-cü il tarixli Sərəncamları ilə ilk dəfə olaraq “Azərbaycan Respublikasının demoqrafik inkişaf Konsepsiyası” (1999-cu il) və “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” (2004-2008-ci illər), habelə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Məşğulluq strategiyası” (2006-2015-ci illər) işlənib hazırlanmışdır. Professor Şahbaz Muradov yazır ki: “Atası ulu öndər Heydər Əliyevin yolunu yaradıcılıqla davam etdirən oğul cənab İlham Əliyev 2003-cü ildə ölkə Prezidenti seçilərkən - öz xalqı və ölkə qarşısında üzərinə götürdüyü çox şərəfli, şərəfli olduğu qədər də ağır vəzifənin öhdəsindən bacarıqla gələrək sahib olduğu siyasi kursu ləyaqətlə yerinə yetirməklə malik olduğu bütün keyfiyyətlərinə görə xalqımızın LİDERİ səviyyəsinə yüksəlmişdir.

Professor Şahbaz MuradovunUlu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri (1969-2019-cu illər)” adlı kitabının məzmunu ilə dərindən və ətraflı tanışlıq onu deməyə əsas verir ki, bu kitab ulu öndərimizin əvəzsiz xidmətlərinin mahiyyət və məzmununu: Azərbaycan xalqının xoşbəxtliyinin və Azərbaycanın müstəqilliyinin əbədiliyinin, dönməzliyinin təmin edilməsi yolunda onun gördüyü böyük işləri və bu gün bu kursun ulu öndərin layiqli varisi Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini özündə əks etdirən real faktların əsasında yüksək elmi səviyyədə yazılmış fundamental tədqiqat əsəri olub, ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş dəyərli töhfə kimi qiymətləndirilə bilər. Bu kitab bütövlükdə dövlətçiliyimizə, ümummilli lider Heydər Əliyevə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yeritdiyi müstəqil siyasətinə müəllifin dərin ehtiramının, inamının, verdiyi yüksək alimlik-ziyalılıq qiymətinin təzahürüdür. Bu kitab həm iqtisadi, həm də siyasi baxımdan çox qiymətli tədqiqat əsəri kimi ümummilli liderimiz Heydər Əliyevin zəngin irsinin davamlı surətdə öyrənilib tətbiq və təbliğ edilməsində həm bu gün və həm də gələcək günlər üçün xüsusi əhəmiyyət kəsb edən əyani vəsait və elmi mənbə kimiçox dəyərli və əhəmiyyətlidir.

Bir sözlə, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor, “Şöhrət” ordenli Şahbaz Muradovun geniş oxucu kütləsinə təqdim edilmişUlu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri (1969-2019-cu illər)” adlı kitabı yüksək elmi səviyyədə yazılmış fundamental tədqiqat əsəri kimi qiymətləndirilərək AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi Şurasının yekdil qərarı ilə Elm üzrə Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim olunmuşdur. Müəllifi ürəkdən təbrik edirelmi yaradıcılığında ona bundan sonra da yeni-yeni uğurlar diləyirik.

 

Tofiq HÜSEYNOV,

İqtisad elmləri doktoru, professor,

Əməkdar iqtisadçı.

 

Respublika.- 2020.- 20 may.- S.5.