Narkomanlığa qarşı mübarizə hər kəsin borcudur

 

Sirr deyil ki, 18 oktyabr 1991-ci il tarixdə dövlətimiz müstəqillik əldə etsə də, ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdanadək ölkə olduqca çətin durumda idi və bütün sahələr üzrə köklü islahatlara ehtiyac duyulurdu. Xalqın israrlı tələbi ilə 15 iyun 1993-cü il tarixdə yenidən siyasi hakimiyyətə qayıtmaqla millətini böyük bəlalardan, dövləti parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən məharətlə qoruyan bu böyük şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə ölkədə hərtərəfli islahatlar başladı. Ulu öndərin müdrik siyasətinin mərkəzində insan amili dayandığından, vətəndaşların hüquqlarının təmin edilməsi, rifahının yaxşılaşdırılması və sağlamlıqlarının qorunması prioritet istiqamət idi. Ona görə də, hər üç istiqamət üzrə uğurlar əldə edilməsinə əngəl yaradan faktorlardan biri olan narkomanlığa qarşı mübarizənin vacibliyi ön plana çəkildi.

 

Ümummilli lider Heydər Əliyevin imzaladığı narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 26 avqust 1996-cı il tarixli Fərman bu böyük problemin həlli istiqamətində həyata keçirilən tədbirlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Bundan sonra, sözügedən fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlandı, ardınca əsas məqsədi bu sahədə dövlət orqanlarının ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ibarət olan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı və narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində dövlətin strateji kursunun əsasları müəyyən edildi. 18 iyun 1999-cu il tarixdə isə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” qanun qəbul olundu. Vurğulanmalıdır ki, dünyanı cənginə alan bu problemlə mübarizədə ulu öndər Heydər Əliyevin 15 iyul 2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmişNarkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Milli Proqram (2000-2006-cı illər)” və onun tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə yaradılmış xüsusi Dövlət Komissiyasının fəaliyyəti müstəsna əhəmiyyət kəsb etmişdir.

 

Göründüyü kimi, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dövlət quruculuğu, siyasi, iqtisadisosial sahələrdə aparılan islahatlar və vüsət alan inkişaf narkomanlığa qarşı mübarizə problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizənin aparılmasını da zəruri etmişdir. Bununla əlaqədar, dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların və cəmiyyət üzvlərinin bu işdə yüksək fəallığı müsbət nəticələrin əldə olunmasına stimul vermişdir.

 

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniya bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bu problemin vurduğu zərərin həcmi çox böyük olmaqla həm narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyasına, həm də onun müxtəlif cinayətlər törətməsinə, həmçinin cəmiyyətin maddi-texnikiintellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox digər mənfi hallara gətirib çıxarır. Eyni zamanda, cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. Bu baxımdan, dünya dövlətləri narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını daha da təkmilləşdirir, habelə beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiqi sahəsində səylərini artırırlar. Bundan başqa, dünyada transmilli narkoqruplaşmaların fəaliyyətinin genişlənməsinin ciddi təhlükə yaratması, narkotiklərin daşınma marşrutunun, tutulan şəxslərin vətəndaşlığının, narkoqaçaqmalçılıq hallarının bir neçə dövlətin ərazisini əhatə etməsi və digər hallar bu cinayətlərə qarşı beynəlxalq mübarizənin zəruriliyini şərtləndirmişdir. Sirr deyil ki, AvropaAsiya qitələrinin qovşağında yerləşən Azərbaycanın coğrafi-strateji mövqeyi onun ərazisindən narkotiklərin tranzit daşınması üçün əlverişli olduğundan, təbii olaraq bu marşrutdan istifadə olunmasına mütəmadi cəhdlər göstərilir. Fəqət onların cəhdlərinin qarşısı qətiyyətlə alınır və alınacaqdır. Ümumbəşəri bəla olan narkomaniyanın sərhəd tanımadan yayılması ölkəmiz üçün həlli vacib məsələlərdən birinə çevrildiyindən, dövlətimiz bütün qüvvə və imkanlarını səfərbər edərək bu bəlanın kökünün kəsilməsi istiqamətində aparılan beynəlxalq mübarizəyə qoşulmuş, bu sahədə həyata keçirilən işlər çərçivəsində zəruri qanunvericilik bazası yaradılmış və institusional islahatlar həyata keçirilmişdir. Bir sıra təşkilati-hüquqi, institusional və əməli-praktiki tədbirlər həyata keçirilməklə bərabər, həmçinin qlobal bəla ilə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirak da intensiv xarakter almışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək, Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulmuşdur. Ölkəmizdə beynəlxalq standartlara uyğun milli normativ-hüquqi baza yaradılmış və qanunvericilik sistemi təkmilləşdirilmiş və bu istiqamətdə xeyli işlər görülmüşdür. Təsadüfi deyil ki, ölkəmiz 1998-ci ildə BMT-ninNarkotik vasitələr haqqında” 1961-ci il və “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyalarına qoşulmuşdur. Azərbaycan BMT-nin narkotik vasitələr və psixotrop maddələrlə mübarizə ilə əlaqədar konvensiyalara qoşulduqdan sonra da bu sahədə çoxsaylı qanunvericilik aktları qəbul olunmuşdur. BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, 26 iyunNarkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya Mübarizə Günükimi qeyd olunduğu üçün hər il həmin gün ayrı-ayrı dövlətlərin bu sahədə müsbət nəticələrə nail olması, ümumbəşəri problemlə mübarizə üsulları və narkomanlığın müalicə metodlarının təkmilləşdirilməsi barədə beynəlxalq fikir mübadiləsi aparılır. Azərbaycan tərəfinin bir sıra dövlətlər və beynəlxalq qurumlarla birgə fəaliyyəti və sıx əməkdaşlığı da uğurla həyata keçirilir. Bu dəhşətli bəlaya qarşı dövlətlərin birgə mübarizəsində Azərbaycanın mühüm rol oynamasının göstəricilərindən biri də məhz sözügedən mövzuda beynəlxalq konfranslara ev sahibliyi etməklə hər bir dövlətin malik olduğu imkanların təqdimatına, təcrübənin bölüşdürülməsinə və birləşdirməsinə yol açmasıdır. Bakıda baş tutan tədbirlər iştirakçı dövlətlərin hüquq-mühafizə orqanları, regional və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə doğru atılan mühüm addımlar olmaqla, beynəlxalq problemə çevrilmiş narkotiklərin qanunsuz yayılmasının qarşısının alınmasında maraqlı tərəflərin qətiyyətini daha da artırır. 2004-cü ilin yanvar ayında Bakıda keçirilmişBöyük İpək Yolu dövlətlərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusundakı beynəlxalq konfransın iştirakçılarına müraciətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vurğulamışdır: “...Coğrafi mövqeyindən, ictimai-siyasi quruluşundan, inkişaf səviyyəsindən, iqtisadi vəziyyətindən, mədəni və tarixi əlaqələrindən asılı olmayaraq elə bir ölkə yoxdur ki, dövrümüzün qlobal problemlərindən biri olan narkotiklərin qanunsuz dövriyyəsi ilə qarşılaşmasın. Bu, bir daha göstərir ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin səmərəliliyi üçün birgə səylərlə ciddi, kəskin, barışmaz və ardıcıl tədbirlərin həyata keçirilməsi olduqca zəruridir...”. Ölkə başçısı cənab İlham Əliyev İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin 2009-cu il aprel ayının 21-də Bakıda keçirilən konfransının iştirakçılarına ünvanladığı təbrik məktubunda beynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha xüsusi vurğulayaraq demişdir: “... Terrorizm, separatizm, silahların və narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin leqallaşdırılması kimi cinayətlər transmilli xarakter daşıdığından dövlətlərin birgə dinc yanaşı yaşamasına ciddi təhlükə yaradır. Ona görə də xalqlarımızın ümumi rifahına nail olmaq, təhlükəsizliyi təmin etmək məqsədi ilə sosial-iqtisadi, siyasi tədbirlərlə yanaşı, cinayətkarlığa qarşı mübarizənin səmərəli şəkildə həyata keçirilməsi də vacibdir...”.

 

Qeyd olunmalıdır ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini dövrün tələblərinə uyğun yeni müstəvidə müvəffəqiyyətlə davam etdirən dövlət başçısı cənab İlham Əliyevin yüksək elmi təfəkkürünün, müdrikliyinin, uzaqgörənliyinin, yenilməz iradəsinin və gərgin fəaliyyətinin xalqın mübarizliyi ilə sıx vəhdəti nəticəsində ildən-ilə daha da qüdrətlənən dövlətimiz narkomanlığa, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı bu günuğurlu mübarizə aparır. Bu mübarizədə möhtərəm cənab Prezidentin 2007-ci il 28 iyun tarixli Sərəncamı ilə təsdiq edilmişNarkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı”nın, 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmişNarkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın uğurla həyata keçirilməsinin əvəzsiz rolu olmuşdur. Xüsusi vurğulanmalıdır ki, ölkəmizdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı tədbirlərin icrası məqsədilə hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuşNarkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın müvəffəqiyyətlə icra olunması bu sahədə uğurlu nəticələrin əldə edilməsində müstəsna əhəmiyyət kəsb etməkdədir.

 

Qeyd edilməlidir ki, 2005-ci ildə qəbul olunmuşNarkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə”, eləcə də “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahılarının təsdiq edilməsi haqqında qanunlar sözügedən məsələlərlə əlaqədar dövlət orqanlarının, fizikihüquqi şəxslərin hüquq və vəzifələrini daha dəqiq müəyyənləşdirməklə, bununla əlaqədar mövcud ictimai münasibətlərin hüquqi tənzimlənmə mexanizminin səmərəliliyini artırdı və beləliklə, əvvəlki dövrlərdə təcrübədə yaranmış problemlər birdəfəlik öz həllini tapdı.

 

Hər kəsə məlumdur ki, insan amili dövlət siyasətinin əsasını təşkil edir. Cənab Prezident İlham Əliyev həyata keçirilən siyasətin mərkəzində vətəndaşın dayandığını hər zaman xüsusi vurğulayır. Azərbaycanın gələcəyi olan gənclərimizə isə diqqət və qayğı daha qabarıq sezilir. Ardıcıl şəkildə qəbul olunan Dövlət proqramları gəncliyin inkişafına, onların potensial imkanlarının genişləndirilməsinə öz müsbət təsirini göstərmişdir. Gənclərin hərtərəfli püxtələşməsi məqsədilə onlarda idmana olan marağın artırılmasında, mədəni-kütləvi tədbirlərin sayının artırılmasında, bununla əlaqədar müxtəlif komplekslərin, o cümlədən olimpiya idman komplekslərinin inşa olunmasında məqsəd sağlamlığın təmin edilməsi ilə yanaşı, insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır.

 

Bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gənc nəslin sağlamlığının qorunması və onların hərtərəfli inkişafı istiqamətində həyata keçirilən tədbirlərin də olduqca əhəmiyyətli olması xüsusi vurğulanmalıdır.

 

Narkotik asılılıq dünyada müxtəlif əhali qrupları arasında geniş yayıldığına görə sırf tibbi problemdən sosial problemə çevrilmişdir. Problemin həllinə xidmət edən mühüm addımlardan biri hər zaman qeyd edildiyi kimi, preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır. Əsas məqsəd yeniyetmələrimizin və gənclərimizin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaqdır. Zənnimcə, narkomaniyanın profilaktikası ailə və məktəbdən başlanmalıdır. Təbii ki, əsas məqamlardan biri valideynlərin düzgün həyat tərzi keçirməklə övlada örnək olmasıdır. Valideynlərin uşaqlarının narkomaniyadan qorunmasında bu profilaktikanın müstəsna rolu vardır. Bununla bərabər, valideynlə övlad arasında qarşılıqlı inamın olması da vacib şərtdir. Təcrübədə yeniyetmələrin və gənclərin pis vərdişlərə və təhlükəli işlərə daha çox meyilli olmalarını nəzərə alaraq, hesab edirəm ki, narkomaniyanın qarşısını almağın digər əlverişli yolu təhsil müəssisələrində, xüsusən də, məktəblərdə onun profilaktikasının aparılmasıdır. Belə ki, elm ocaqlarında azyaşlılar, yeniyetmələr və gənclər arasında narkomaniyanın profilaktikası mütləq və aydın başa düşüləcək tərzdə həyata keçirilməli, görülən tədbirlər onlar tərəfindən çox ciddi qəbul olunmalı və birmənalı olaraq onlarda narkotiklərdən uzaq durma mövqeyinin formalaşdırılması ilə nəticələnməlidir. Narkomaniyaya qarşı profilaktika sistematik olmalı və kütləvi xarakter daşımalıdır. Uğurlu profilaktika mühazirələr söylənilməsi, müsahibə aparılması, sair yollarla mümkündür.

 

Sevindirici haldır ki, bu gün hər bir dövlət orqanı və qurumu, həmçinin müvafiq təşkilatlar üzərinə düşən vəzifələri tələb edilən səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə tam nail olmağa töhfələr verməyə çalışırlar ki, bu da təbii olaraq öz müsbət nəticələrini göstərməkdədir.

 

Hərbi Prokurorluq orqanlarının fəaliyyəti də aidiyyəti dövlət qurumları ilə birlikdə səmərəli işgüzar əlaqələr yaratmaqla Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığının təmin edilməsinə, qanunçuluğunhüquq qaydasının möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının qorunmasına, cinayətkarlığa, eləcə də digər qanunazidd əməllərə, o cümlədən sözügedən ümumbəşəri problemə qarşı mübarizəyə yönəlmişdir.

 

Hesab edirəm ki, bu bəla ilə mübarizədə vətəndaşlar da əllərindən gələni əsirgəməməli, xüsusən də ictimai qınaq mexanizminin daim işlək vəziyyətdə olması üçün ciddi səy göstərməlidirlər. Sağlam düşüncəli insanlar dərk edirlər ki, narkomaniya cinayət, ailələrin dağılması, çarəsiz xəstəlik, ölümsair bu kimi digər ağır nəticələrə gedən yolun başlanğıcı olmaqla təkcə hər hansı bir fərd üçün deyil, eyni zamanda bütün cəmiyyət üçün böyük təhlükədir.

 

Odur ki, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə, həyatı iflic edən narkomanlığa münasibətdə hər birimiz barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyyətli mübarizə aparmalıyıq.

 

 

 

Firad ƏLİYEV,

 

Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Azərbaycan Respublikası

 

Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri, hüquq üzrə magistr.

 

Respublika.- 2020.- 22 may.- S.5.