Yumruq kimi birləşən
Azərbaycan qalib gələcək!
Bizim Qarabağı azad edirsən,
Sevincdən az qalır qələmim çaşa,
Sağ ol, bundan artıq
nə deyim sənə,
Cənab
Baş Komandan səni yüz yaşa!
Göründüyü kimi, bu bir
bənd şeir ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə ünvanlanıb. Bu günlər ölkəmizdə
misilsiz coşqu var. Hamı otuz ilə yaxın Ermənistanın quldur dəstələri tərəfindən
təcavüzə məruz
qalmış torpaqlarımızın
nəhayət, işğaldan
azad edilməsini bayram əhval-ruhiyyəsi ilə qarşılayır.
Buna tamamilə haqqımız var. Mən də Vətənin bir övladı kimi belə gözəl bayramı bizə bəxş edən ölkə Prezidenti cənab İlham Əliyevi, müzəffər Azərbaycan
Ordusunu və xalqımızı ürəkdən
təbrik edirəm.
Bildiyimiz kimi, rəşadətli ordumuz hər gün erməni quldurlarının xarabazara
çevirdiyi kənd və şəhərlərimizi
yağı düşmən
tapdağından qurtarır. Təəssüflə qeyd edirəm ki, iki yüz
ildən bəri ermənilər tərəfindən
ələ keçirilmiş
ərazilərimiz geri
qaytarılmayıb və
bundan ruhlanan hibrid dövlətin rəhbərləri işğalı
davam etdirmək, yeni ərazilərimizi zəbt etmək iştahasına düşmüşdülər.
Ermənistanın baş
naziri Nikol Paşinyanın “Azərbaycana
bir qarış da olsa torpaq
qaytarmayacağıq” və
müdafiə naziri
David Tonoyanın “yeni ərazilər üçün
yeni müharibə” kimi həyasız bəyanat və hədələri onların
xəbis niyyətlərini
açıq göstərdi.
Ancaq bu dəfə hər şey onların düşündüyü
kimi olmadı. 1988-ci ildən başlayan
erməni təcavüzü
nəhayət, məntiqi
sonluğuna yaxınlaşır,
yəni qoşunlarımızın
uğurlu döyüş
əməliyyatları nəticəsində
artıq Cəbrayıl,
Füzuli, Qubadlı və Zəngilan rayonları murdar ermənilərdən təmizlənib
və qalibiyyətli hücumlarımız davam
edir.
Azərbaycan Prezidenti, Ali Baş
Komandan İlham Əliyev hər dəfə yeni ərazilərin azad edilməsi müjdəsini
verəndə və
“twitter” yazılarında bir
fikri xüsusi vurğulayır. Prezidentimiz xalqla iqtidarın,
ordunun birliyini və bu birliyin
sarsılmaz olduğunu
məmnunluqla qeyd edir. Əlbəttə, keçən iki
yüz ildə düşmənlərimiz birliyimizə
əngəllər törətsə
də, bu dəfə bacarmadı.
Təcavüzkar Ermənistan istər
siyasətdə, istər
beynəlxalq arenada, istərsə də döyüş meydanında
bu birlik qarşısında tab gətirmədi.
Hamımız şahidik ki,
bu gün hər bir Azərbaycan
vətəndaşı və
xaricdə yaşayan həmvətənlərimiz Prezident
İlham Əliyevə
haqq işimizdə onun yanında olduğunu, ətrafında
sıx birləşdiyini
bildirir. Hətta
döyüşlərdə bir oğlu şəhid
olan ata-analar “təki Vətən sağ olsun” deyir, ikinci, üçüncü oğullarını
da ordu sıralarına
göndərirlər. Qısaca deyək
ki, qələbə qazanılması üçün
heç kəs əlindən gələni
əsirgəmir. Mübaliğədən tamamilə kənardır ki, indi Azərbaycan
xalqının ürəyi
öz ordusunun ürəyi ilə birgə döyünür.
Məğlubiyyətdən daha da azğınlaşan Ermənistanın hərbi
rəhbərliyi döyüş
zonasından on kilometrlərlə
aralı Bərdə,
Yevlax, Goranboy, Ağcabədi rayonlarına,
Mingəçevir və
Gəncə şəhərlərinə,
hətta Bakı yaxınlığındakı Xızı
rayonuna raket zərbələri endirir.
Tərtər rayonunun mərkəzi
və yaşayış
məntəqələri düşmənin
artilleriya atəşləri
ilə ciddi dağıntılara məruz
qalsa da, heç bir ailə öz evini tərk etmir, düşmənlərə
öz qəzəb və nifrətlərini bildirir, mərdlik nümayiş etdirirlər.
ABŞ Müdafiə Nazirliyi Baş Qərargahının
rəisi, general Mak Konvill Azərbaycanın apardığı azadlıq
mübarizəsini yüksək
qiymətləndirərək bildirib ki, biz dronlarla müharibə aparmağı Azərbaycandan
öyrənməli və
öz oprdumuza tətbiq etməliyik, Azərbaycan az itki verməklə qələbə qazanan bir müasir müharibə aparır. Bu sözlər bizim
qəlbimizi qürur hissi ilə doldurur və gücümüzün nəyə
qadir olduğunun göstəricilərindən biridir.
Biz qürurla deyə
bilərik ki, ermənilərin əsrlərlə
davam edən işğalına layiqli cavab veririk. Gücümüzün nüvəsində isə
dediyimiz kimi, Azərbaycan xalqının
sarsılmaz birliyi dayanır. Şübhəsizdir ki, şanlı
Ordumuz terrorçu Ermənistanı diz çökdürəcək, torpaqlarımızı
erməni quldurlarından
təmizləyəcək. Əminliklə demək olar
ki, yaxın müddətdə Laçınımız,
Şuşamız, Xocalımız,
Kəlbəcərimiz və
o cümlədən, bütün
torpaqlarımız azad
ediləcək. Biz tezliklə qalib gələcəyik. Erməni işğalçılarını
qovub çıxaracağıq,
Qarabağ torpağı
da su kimi
murdarlıq götürməyəcək.
Zəhra MURADOVA,
pedaqogika üzrə elmlər doktoru.
Respublika.- 2020.- 1 noyabr.- S.7.