Zəfər Yolu
Xalqın milli lider ətrafında
sıx birliyi
Erməniliyin qaynağı faşizm ideologiyasıdır. XIX əsrin axırlarında yaranan daşnak millətçi terror təşkilatlarından bir alət kimi istifadə edən imperialist dövlətlər hər zaman xristian təəssübkeşliyi ilə erməniləri himayə etmişlər. Çar Rusiyası Cənubi Qafqazı işğal etdikdən sonra bu regionda hakimiyyətini möhkəmləndirmək məqsədilə etnik təmizləmə, ruslaşdırma siyasəti apardığı şəraitdə xarici ölkələrdən erməni ailələrinin kütləvi köçürülməsinə rəvac vermişdi. Zaqafqaziyaya XIX əsrdən başlanan köçürülmə axını sovet hakimiyyəti illərində də davam etdirildi. Daşnak hərbi birləşmələri 1905, 1918-1919-cu illərdə Cənubi Qafqazda geniş miqyasda milli qırğın törətməyə başladılar: Bakı, Şamaxı, Quba, Təbriz al qana boyandı, aləm od tutub yandı. Daşnak hərbi xuntasının Cənubi Qafqazda müsəlmanlara qarşı soyqırımı törətməkdə məqsədləri onların cənnət məkan məskənlərini zəbt etmək idi.
Rusiya hakim dairələri erməni daşnak xuntasını himayə edirdi. Çar imperiyasının dağılması ayrı-ayrı xalqların öz müqəddəratını təyin etməsinə şərait yaratdığı zaman 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti təsis edildi. Xalq Cümhuriyyətinin rəhbərliyi Türkiyə ilə məsləhətləşmədən sonra o zaman millitarist xristian dövlətlərinin himayəsində maddi və mənəvi dəstəyi ilə Cənubi Qafqazda qudurğanlıq edən daşnak liderlərinə Azərbaycanın İrəvan xanlığı ərazisini güzəştə getməli oldular. Bir şərtlə ki, daşnaklar Türkiyənin Anadolu, Azərbaycanın Naxçıvan, Qarabağ, Zəngəzur, Dərələyəz, Basarkeçər və ətraf ərazilərinə iddiadan əl çəksinlər.
Lakin Ermənistanda Sovet hakimiyyəti yaradılmasının ilk aylarından daşnak liderləri sovet məmuru paltarında öz düşmənçilik əməllərini davam etdirdilər: sovet Ermənistanı ərazisindən silahlı quldur dəstələri yerli müsəlman əhalisinin yaşayış məntəqələrini dağıtdılar, hamını ata-baba ocağından qovdular, varidatını taladılar.
Moskva liderlərinə - Çiçerinə, Orconikidzeyə, Mikoyan və Mirzoyana arxalanan Sovet Ermənistanı azərbaycanlıların qədim ərazisi Zəngəzuru və Dərələyəzi işğal etdi, Anadolu, Naxçıvan və Qarabağ iddialarından əl çəkmədi.
(Aspiranturada təhsil illəri ictimai-siyasi xadim, yazıçı, alim Şıxəli Qurbanov məndən soruşdu ki, Ermənistan Sovet Respublikasının dövlət gerbində Ağrı dağlarının təsvirini niyə həkk edirlər? Axı bu dağlar erməni ərazisində deyil? Mən dedim: ermənilər Türkiyənin torpaqlarına iddialı olduqlarını bildirməkdən çəkinmirlər. O qoşa dağın adını dəyişdirmişəm: “Göz dağıdır”. Türkiyənin Anadolu torpaqları - bu yerlər ermənilərə nəsilbənəsil “Göz dağı” olacaqdır).
Lakin 1990-cı illərdə sovet Ermənistanı liderləri Sovet dövlətinin başçısı Mixail Qorbaçovun ermənipərəstliyindən məharətlə istifadə edib rus-erməni hərbi birləşmələrinin köməyi ilə bəşəri faciə törətdilər - Dağlıq Qarabağı, onun ətrafında 7 rayonu işğal etdilər, Xocalı soyqırımı törətdilər.
Dünyanın xristian dövlət başçıları - 1990-cı illərdən 2020-ci ilədək Ermənistan dövlətinin Azərbaycana qarşı törətdiyi cinayətlərə siyasi qiymət verməyib. Ermənistanın işğalçı siyasətini beynəlxalq qınaq hədəfi etməmişlər. Lakin cidanı çuvalda gizlətmək olmaz. Son 30 ildə Ermənistanın siyasi liderləri faşist xislətini gizlədə bilmədilər. Dünya əfkar ümumiyyəsi, həqiqətpərəst, ədalətli dünya Azərbaycan xalqını dəstəkləyir.
Sovet imperiyası ictimai-siyasi sarsıntı keçirdiyi 1980-1990-cı illərdə Ermənistan sovet dövlət başçıları ölkə daxilində milli ixtilaf törətməklə sovet qoşunları komandanı general Samsonovun köməyi ilə müsəlman əhalisini qədim ata-baba ocağından didərgin saldılar. Ölkənin ictimai-siyasi həyatında böhranın güclənməsi, Mixail Qorbaçov hakimiyyətində idarəetmə nizamının pozulduğu şəraitdə sovet Ermənistanı erməni-rus hərbi birləşmələrinin köməyi ilə Dağlıq Qarabağda bütün azərbaycanlılara qarşı etnik təmizləmə apardı. Münaqişə dövrü on minlərlə insan həyatını itirdi. Azərbaycan rəhbərliyi ardıcıl inadlı mübarizə apararaq Ermənistan-Azərbaycan münaqişəsini beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həll etməyə çalışırdı.
2020-ci ilin iyulunda Ermənistan silahlı qüvvələri beynəlxalq hüququ kobud şəkildə pozaraq artilleriya və minomyotlardan istifadə etməklə, Azərbaycanın əhalisi sıx olan rayonlarını bilavasitə hədəfə alaraq hücuma başlayıbdır. Nəticədə Azərbaycanın 76 yaşlı dinc sakini, Azərbaycan Silahlı Qüvvələrinin 12 zabiti və əsgəri həlak olub, çoxsaylı insanlar yaralanıb, bu rayondakı mülki obyektlərə ciddi ziyan vurulub.
Ermənistanın Azərbaycana qarşı silahlı təxribat həyata keçirməsinə hətta COVİD-19 pandemiyasının dağıdıcı təsiri də mane olmayıb. Tamamilə aşkardır ki, Ermənistan BMT Baş katibinin qlobal atəşkəs barədə çağırışını dəstəkləməyib, əksinə özünün təcavüzkarlıq siyasətini genişləndirməyə və möhkəmlətməyə çalışıb.
Azərbaycanın öz silahlı qüvvələri heç vaxt mülki obyektlərə hücum etməyib və beynəlxalq humanitar hüquq normalarına ciddi riayət edib. Ermənistandan fərqli olaraq, Azərbaycan yalnız Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüquq çərçivəsində hərəkət edib.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə yekdilliklə qəbul edilmiş 822, 853, 874 və 884 nömrəli qətnamələrində Azərbaycana qarşı güc tətbiq edilməsi və onun ərazilərinin işğal olunması pislənilib, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, onun beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət etməyin vacibliyi, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiqlənib, işğalçı qüvvələrin Azərbaycanın işğal altında olan bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilib.
Son 27 ildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasətinin ortaya qoyduğu həqiqət, reallıq sayəsində ermənilərin dünya ölkələri, Beynəlxalq təşkilatlar qarşısında Azərbaycana-Qarabağa qarşı erməni lobbisinin və havadarlarının vasitəsilə formalaşdırdıqları böhtan, qərəz, kin-küdurət ləkəsinin uydurma olduğunu göstərdi. Bir sıra dövlətlərin ikilistandart münasibətinə, erməni təəssübkeşliyinə baxmayaraq, indi dünya ölkələri kimin kim olduğunu bilir. Bundan başqa, Qarabağ probleminin həllində Azərbaycanı dəstəkləyən, səsimizə səs verən beynəlxalq təşkilatların, ölkələrin sayı artır.
Həqiqət naminə demək olar ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmadı. Qarabağ torpaqlarını əbədi işğal altında saxlamaq niyyətində olan erməni rəhbərliyi sülh danışıqlarını dəfələrlə pozmaqla, status-kvonu saxlamağa çalışdılar. On il bundan əvvəl Minsk qrupunun həmsədrləri, onların prezidentləri səviyyəsində açıqlama vermişdi ki, status-kvo qəbuledilməzdir. Buna da mane olurdular.
Ölkə başçısı xalqın etimadına arxalanaraq inamla, səbirlə, inadla çalışırdı ki, münaqişə beynəlxalq qanun çərçivəsində həll olunsun. Çünki bütün aparıcı beynəlxalq təşkilatlarla sıx qarşılıqlı əlaqə yaradılması bu münaqişənin həlli üçün əsas, geniş baza yaradılmasına imkan verir. Buna nail olmaq üçün yüksək siyasi erudisiya, müdriklik, uzaqgörənlik və bacarıq vacibdir.
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyir: “BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamə qəbul etdi. Avropa İttifaqı ilə bizim aramızda paraflanmış sənəddə də sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Yəni, budur bu münaqişənin həlli üçün əsas”.
Ermənistan Cənubi Qafqazda insan haqları və demokratiya məsələsinə təhlükə mənbəyi olmuşdur. Müstəqillik əldə edən Ermənistanın ilk gündən regional və beynəlxalq sülhə, təhlükəsizliyə və sabitliyə ciddi təhdid etməsi beynəlxalq birliyin diqqətindən kənarda qalmışdır. Ölkə daxilində də beynəlxalq hüquq normaları pozulmuşdu. Zorakı yolla hakimiyyətə gələn Nikol Paşinyan idarəçilikdə ən qəddar metodlardan istifadə edirdi. Ölkə daxilində müxalifətin boğulması, siyasi motivlər əsasında həbslər, qətllər, kütləvi informasiya vasitələrinin azadlığının məhdudlaşdırılması, məhkəmə sisteminə müdaxilə, Azərbaycana və digər ölkələrə nifrət, uyuşmazlıq tədbirlərinin həyata keçirilməsi onun faşist xislətinin təzahürü idi.
Baş nazir Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində görülən iyirmi altı illik ümidverici tədbirlərin-sülh sazişinin reallaşmasına imkan vermədi, sülh danışıqlarını pozdu.
Ermənistan rəhbərliyi qondarma “Dağlıq Qarabağ Respublikası”nda işğal olunmuş ərazilərdə möhkəmlənmək üçün müdafiə istehkamları yaradılması, yollar çəkilməsi, tarixi abidələrin özəlləşdirilməsi, məscidlərin dağıdılması və s. istiqamətdə işlərin görülməsinə rəvac verdi.
Onlar nəşr etdikləri qondarma “Dağlıq Qarabağ Respublikası”nın xəritəsində “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda olan yeddi rayonun hamısını da daxil ediblər”. Həmin xəritədə toponimləri - şəhər, kənd, yer adlarını erməniləşdiriblər. Qarabağın işğal olunmuş ərazilərində Suriya və Livandan yüzlərlə erməni ailələrini köçürüb məskunlaşdırmışlar. Beləliklə, xaricdən minlərlə terrorçu muzdlu döyüşçü gətirilməsini təşkil etmişlər.
Ermənistan müharibəyə hazırlaşırdı. Paşinyan Qarabağ məsələsində marağı olan Rusiya hökumətindən pulsuz silah-sursatlar da alırdı. Rusiya ilə hərbi müqavilə Paşinyanın daxilində vahiməni, qorxunu yox etmişdi. Ona görə, Azərbaycan sərhədi ilə Tovuz təmas xəttində erməni əsgərləri tez-tez təxribat törədirdilər. Paşinyan Azərbaycana bircə qarış da torpaq verməyəcəyini demişdi. O, tam əminliklə bu fikrini bəyan etmişdi. Onun aqressivliyi və təcavüzkarlıq ehtirası alman faşist millətçiliyindən qaynaqlanırdı.
Nikol Paşinyanın gənclik dövründən alman nasist ordusunun erməni legionunda SSRİ-yə qarşı vuruşmuş general Qaregin Njdehə sevgisi, onun ata-babası - Nikol Paşinyanın İkinci Dünya müharibəsində regionda “vətən uğrunda” vuruşması ilə bağlı idi. O, Hitlerin “Mayn Kamp” ana yasasından bəhrələnmişdi. Bütün bunlar onun xarakterinə təsirsiz qalmamışdır.
Nikol Paşinyanın universitetdən jurnalist fakültəsində təhsilini başa vurmamış qovulması, jurnalistik fəaliyyəti dövründə böhtan məqalələrinə görə həbs olunması, cərimələnməsi, hətta döyülməsi, Anna Akopyanla ailə qurub (övladları olsa da) Hitler kimi nikahsız yaşaması, siyasətlə məşğul olanda anlaşılmaz davranışı, çılğınlığı, opponentlərinə qarşı qəddarlığı və s. təsadüfi deyildi.
Paşinyanın ermənilik ideologiyasından bəhrələnməsi onda insanlığa qarşı faşizm duyğuları oyatmışdı. Əks halda döyüş meydanından uzaqlarda olan Gəncə, Goranboy, Bərdə, Tərtər və s. kənd və qəsəbələrində mülki şəxsləri kasetli raket, artilleriya atəşinə tutulmasına hökm verməzdi.
Ehtimal ki, nasist ideologiyasından qaynaqlanırdı. Ermənistanın
baş naziri kimi məsul dövlət vəzifəsində səriştəsiz
fəaliyyəti, heç bir etikaya sığmayan davranışı
onun dövlət xadiminə uyuşmayan diplomatik
savadsızlığını və
bacarıqsızlığını göstərirdi.
Baş
nazir Paşinyan Valday klubunun iclasında çıxış
edərkən bəyanat verdi: “Qarabağ
Ermənistandır. Nöqtə”. Ondan sonra
çıxış edən Azərbaycan Prezidenti İlham
Əliyev qətiyyətlə dedi: “Qarabağ Azərbaycandır!
Nida”.
“Valday” iclasında bu hadisənin şahidi olan Rusiya
Prezidenti Putin öz münasibətini bildirmədi.
Tovuz təmas xəttində Ermənistan ordusu Azərbaycana
hücum ərəfəsində İran, Rusiya, Orta Asiyadan Ermənistana
silah, sursat daşındı.
Paşinyan yuxuda gördüyü kimi Gəncəni, hətta
Bakını işğal etməklə Qarabağ problemini həll
edəcəyinə əminliklə, Azərbaycan kənd və
qəsəbələrini artilleriya atəşinə tutdurdu,
Ermənistanın ordusu 2020-ci ilin 27 sentyabrında qəflətən
Azərbaycan sərhədini pozdu. Bir aydır ki, Azərbaycanın
müzəffər ordusu Qarabağda Ermənistan hərbi birləşmələrini
darmadağın edir, torpaqlar işğaldan azad olunur. Müharibənin gedişində Putinin
döyüşü dayandırmaq, hər iki tərəfi
sülh danışıqlarına cəlb etmək istəyi
baş tutmadı. Bu günlərdə “Valday” klubunda
keçirilən iclasında Rusiya Prezidenti Putin deyib:
“Biz bir çox illər ərzində vəziyyəti
uzun tarixi perspektiv üçün sabitləşdirmək məqsədilə
bu böhranın həlli üçün müxtəlif
variantlar təklif etmişik. İnanın, bu gərgin iş idi.
Hansısa məqamlarda elə gəlirdi ki, daha bir az, daha bir addım və biz həll yolunu
tapacağıq. Təəssüf ki, bu, baş
vermədi və bu gün biz ən pis formada olan bir
qarşıdurma ilə üz-üzəyik. Faciə də ondan ibarətdir ki, insanlar həlak
olur”.
Putin hər
iki ölkənin xarici işlər nazirlərinin növbəti
dəfə Moskvada, oktyabrın 23-də Vaşinqtonda
olduqlarını xatırladır, sonra deyir:
“Mən çox ümid edirəm ki, amerikalı tərəfdaşlarımız
bizimlə birgə fəaliyyət göstərəcək,
nizamlanmaya kömək edəcəklər. Ən
yaxşısına ümid edək”.
Dövlət başçısının sözlərinə
görə, Rusiya Qarabağdakı vəziyyət
üçün xüsusi məsuliyyət hiss edir,
münaqişənin hər iki tərəfi üçün
məqbul kompromislər tapmağın lazım olduğunu
düşünür.
Göründüyü kimi, Vladimir Putin 30 ildən sonra
Azərbaycan torpaqlarının “itirilməsi vəziyyətinə
narahat olmuşdur. Bu gün Azərbaycanın qüdrətli
ordusunun Qarabağ torpağını işğaldan azad etməsinə
“... bu gün biz ən pis formada olan bir qarşıdurma ilə
üz-üzəyik - deyir - faciə də ondan ibarətdir ki,
insanlar həlak olur”. (Zənnimcə, müharibədə
hər iki tərəfdən insanların həlak olmasına
böyük humanist, müdrik dövlət xadimi kimi öz
vassalı Paşinyan hökumətinə deyə bilərdi ki,
sən işğalçı qoşununu geri çək, dinc
əhaliyə qarşı terrorundan əl çək). Putin
“amerikalı tərəfdaşlarının köməyi ilə”
“birgə fəaliyyət göstərib” münaqişəni
nizamlamağa ümid bəsləyir: “Rusiya Qarabağdakı vəziyyət
üçün xüsusi məsuliyyət hiss edir”. Putin ümid edir ki, amerikalı tərəfdaşlarının
köməyi ilə müharibəni dayandırsın, atəşkəs
baş tutsun. Beləliklə, ölkə
başçılarını sülh
danışıqlarına cəlb etsin: əsas məqsədi:
“münaqişənin hər iki tərəfi üçün
məqbul kompromislər tapmaq lazımdır”.
Baş nazir, onun havadarları bəhanə gətirir ki,
Qarabağda yaşayacaq erməniləri sülhməramlılar
qorumalıdır. Azərbaycan Prezidenti deyib: Dağlıq Qarabağda
yaşayan ermənilər Azərbaycan vətəndaşıdırlar.
Bu o deməkdir ki, Dağlıq Qarabağda
münaqişədən əvvəl yaşayan erməni və
azərbaycanlılar orada dinc şəraitdə yaşayacaqlar.
Dağlıq Qarabağ Azərbaycan torpağıdır, onun
sülhməramlı qoşunla qorunmasına ehtiyac yoxdur!
Amma zənnimcə, Suriya, Livan terrorçularının
ailəsinin və 1990-cı illərədək Qarabağda
yaşayış qeydiyyatı olmayan ermənilərin
Dağlıq Qarabağda da yaşamasına icazə verilməməlidir. Çünki
ermənilik ideologiyası ilə zəhərlənmiş
ünsürlər dinc şəraitdə yaşayan əhali
üçün təhlükədir.
Şanlı Azərbaycan ordusu ayağa qalxmış, səbri
tükənmiş Azərbaycan xalqının həsrətli
arzusunu şərəflə yerinə yetirir. Onlar
böyük inamla Ali Baş Komandan, Prezident İlham
Əliyevin ətrafında sıx birləşmişlər,
doğma ata-baba ocaqlarında yaşamaq istəyirlər.
Qarabağ
Azərbaycandır. Bütöv Azərbaycan
torpağının bir qarışı da düşmənə
güzəşt edilməyəcək. Rusiya prezidentinin mətbuat
katibi Peskov deyir: Kremldə əvvəlki kimi əmindirlər
ki, bu məsələnin digər həll yolu mövcud deyil:
“Rusiya vəziyyətin tənzimləməsini siyasi-diplomatik
müstəviyə qaytarmaq üçün əlindən gələni
edir. Biz bundan sonra da sülh yolu ilə tənzimləmə
üçün səy göstərməklə davam edəcəyik.
Paşinyan hökumətinin humanitar sülh şəraitini
pozaraq cəbhəboyu və cəbhədən uzaq şəhər
və kəndlərimizi aramsız atəşə tutması
şəraitində Peskovun hər iki tərəfi siyasi
diplomatik müstəviyə qaytarmaq mövqeyi xülyadır.
Türkiyənin
müdafiə naziri Hulusi Akar növbəti dəfə Azərbaycanın
öz torpaqlarını işğaldan qurtarmaq
üçün apardığı mübarizəyə dəstək
verib və işğalçı Ermənistana, onu himayə
edənlərə sərt, birmənalı mesaj göndərib
deyir: “Ermənistan işğal etdiyi əraziləri tərk
etməlidir, vəssalam!”.
Türkiyə mətbuatında deyilir: Hulusi Akar Türkiyə jurnalistləri ilə görüşündə Qarabağ münaqişəsinin nizamlanması haqda danışarkən bildirib: “30 ildə nə etdilər? Böyük bir heç. Nə zaman ki, azərbaycanlı qardaşlarımız Ermənistanın hücumlarının artmasının ardınca öz torpaqlarını geri almaq üçün fəaliyyətə keçdilər, 30 ildən bəri susanlar sülhdən, atəşkəsdən, danışıqlardan, müzakirələrdən bəhs etməyə başladılar. Bu, heç səmimi deyil, heç kimi qane edə bilməz. Bu işin çox sadə yolu var. Ermənistan işğal etdiyi əraziləri tərk edəcək, muzdluları oradan çıxaracaq, terrorçuları bölgədən geri göndərəcək və məsələni bitirəcək. Bu qədər sadə.
Biz Azərbaycanın haqlı mübarizəsini sonuna qədər dəstəklədiyimizi ən yüksək səviyyədə, Prezidentimizdən başlamış hər səviyyədə söylədik.
Türkiyə Cümhuriyyəti dövləti və Türk milləti olaraq azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu ifadə etdik, bundan sonra da ifadə edəcəyik”.
Zamanın diktə etdiyi, yeganə doğru-dürüst məsələnin həlli yolu “çibanı dibindən kəsib atmaq”, Qarabağa siraət etmiş ermənilik xəstəliyinin kökünü kəsməkdir.
Tarixən müqəddəs ata-baba nəfəsi ilə süslənmiş, Qarabağ - Azərbaycan torpağı əzəli büllur saflığına, əbədi müstəqilliyinə, azad və məsud xoşbəxtliyinə qovuşacaq, əzəlki cənnətməkan halına gətiriləcəkdir.
Azərbaycan xalqının milli lideri ətrafında yumruq kimi sıx birliyi onun yenilməz, güclü - hər şeyə qadir olduğuna şəhadət verir.
Teymur
ƏHMƏDOV
Respublika.- 2020.- 4 noyabr.- S.6.