QARABAĞ: 200 İLLİK ƏDALƏT UĞRUNDA GEDƏN MÜHARİBƏDƏ BÖYÜK QALİBİYYƏTƏ DOĞRU ADDIMLARKƏN

 

Əgər siyasi tarix min il sonra da yazılmış olsa, şübhəsiz ki, onun XIX, XX, XXI əsrləri əhatə edən hadisəni “200 illik müharibə” adlandırmaq olar. Çünki müasir dövrdə bitməyən müharibələrin kökü ən azı 200 il bundan əvvəlki hadisə və konfliktlərin davamıdır. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda nə I, nə də II Dünya müharibələrinin bitdiyini söyləmək olmaz.

Dünyada əhalinin sayının yüksəlməsi, demokratiyainsan hüquqlarının əhəmiyyətinin artması, nadir hallarda olsa belə bir sıra dövlətlərin öz tarixi yeri ilə vidalaşması, yeni dövlətlərin yaranması, texnologiyanın inkişafı, sənayenin yüksələn tempi, bununla bağlı enerji ehtiyaclarının da artması və nəhayət, pandemiya kimi xəstəliyin ortaya çıxmasına səbəb olan bir çox keçici xəstəliklərə yeni dəlillərin əlavə olunmasından başqa cəmiyyətə bir şey qazandırmamış, müharibələr daha da artmış və bir çox ölkələrdə hələ də davam etməkdədir. Xüsusilə də qədim xalqların yaşadıqları coğrafi məkanlarda qədimdən bəri davam etməkdə olan problemlər bitmək əvəzinə daha da artaraq güclənir. Bəlkə də XIV əsr mütəfəkkiri, iqtisad və sosiologiyanın banilərindən olan İbn Xaldununcoğrafiyalar bütün cəmiyyətlərin qədərinə çevrilir” ifadəsində bir həqiqət vardır. Çünki bütün dünyada baş verən dəyişikliklərə baxmayaraq, ən ümdə məsələlər çox vaxt dəyişilməz qalır. Bu mənada Orta Şərq, Qafqaz, Balkan ölkələri və eləcə də Aralıq dənizi hövzəsi ölkələrində tarixən baş vermiş konfliktlərə nəzər saldıqda dünyanın digər ölkələrinə nisbətən həmin ölkələrin daha qabarıq şəkildə önə çıxdığı diqqətdən yayınmır. Ən başlıcası isə həmin ölkələrdə problem və konfliktlərin səciyyəvi cəhəti eyni problemin bilavasitə vəziyyət və böyük güclərin təsiri ilə vaxtaşırı alovlanması və soyuması kimi müşahidə olunmasıdır. Elə bu səbəbdən də, məsələnin həlli mümkün deyilproblem artıq xroniki hal almışdır.

Qarabağ məsələsi belə problemlərin əyani nümunəsidir. Lakin hazırda bu məsələnin həll olunacağı ilə bağlı prosesin əvvəlki mərhələlərə nisbətən daha ümidverici olduğu göz qabağındadır. Çünki Azərbaycan rəhbərliyi bu dəfə tarixdən aldığı dərsləri və beynəlxalq hüquq qarşısında haqlı olduğunu, ordusunun imkandöyüş qabiliyyətiylə ahəngdar şəkildə nümayiş etdirdi. Azərbaycanın Qarabağda bütünlüklə qələbə qazandıqdan sonra dünyanın bir çox böhran regionlarına da nümunə olacağı aşıq-aşkar məlumdur.

Müasir dünyada damğasını vurmuş problemlərin dərinliyinə endikdə ilk növbədə qarşıya iqtisadi səbəblər çıxır. Xüsusilə də XV əsrdən sonra dünya ticarətinin qarşılıqlı münasibətlərə sürətli və qlobal şəkildə təzyiqi, dövlətləri hakimiyyət uğrunda mübarizədə əvvəlki mərhələlərə nəzərən daha sürətli hərəkət etməyə təhrik etmişdir. Bir sıra dövlətlər üçün öz birliklərini yaratmaq prosesinin aktivləşməsinə səbəb olmuşdur. Bunun timsalında Almaniya və İtaliyanın öz birliklərini qurmasını və həmin inkişafda bir sıra dövlətlərin də öz mənfəətləri istiqamətində formalaşmağa cəhd etdiyini nümunə göstərə bilərik.

Bu məqalədə rus çarizminin XVIII əsrdən sonra yürütdüyü əhalinin tərkibinin, sayının dəyişdirilməsi və köçürülməsi məsələləri ilə bağlı siyasəti təhlil edilmişdir. Qarabağ həmin siyasətlərdən öz payını almış ölkələr sırasında birinci yeri tutur.

Tarixi baxımdan rus çarlığına aid bütün rəsmi mənbələr və əhalinin siyahıyaalınması ilə bağlı sənədlər də Qarabağın əhalisinin çox hissəsini Azərbaycan türklərinin təşkil etdiyi coğrafi məkan olduğunu təsdiq edir.

Dövrün Qarabağ xanlığına dair bütün sənədlər də bunun gerçək olduğunu göstərir. Belə ki, 1800-cü illərdən əhalinin köçürülməsi siyasətinin güclü şəkildə tətbiq edilməsinə baxmayaraq, azərbaycanlı əhalinin regiona sonradan köçürülərək yerləşdirilən ermənilərdən qat-qat artıq olduğu, faiz nisbətini də çoxluq baxımından azərbaycanlıların təşkil etdiyi müəyyənləşdirilmişdir.

Regionda rus çarizminin tarixən yerli əhalinin taleyi ilə oynayaraq Qarabağın müstəqilliyinə uzun illər davam etməkdə olan təsirinin dəlili olan ilk beynəlxalq sənədlər 1813-cü ildə bağlanmış Gülüstan və 1828-ci ildə bağlanmış Türkmənçay müqavilələridir. Həmin müqavilələrin əsli sonralar 1829-cu ildə Osmanlı dövlətinə də təsdiq etdirilmişdir. Osmanlı dövləti o vaxtlar xüsusilə Balkanlarda separatistlərin müstəqillik hərəkatı ilə bağlı olaraq öz ərazi bütövlüklərini qorumaq üçün bütün qüvvəsini sərf etdiyindən və tənəzzülə uğradığından Azərbaycanın məsələsində fəal rol oynaması mümkün deyildi. Lakin buna baxmayaraq, I Dünya müharibəsində Osmanlı ordusunun dünyanın ən güclü ordularının qarşısında nümayiş etdirdiyi qələbə əzmi dünya müharibə tarixində heç nə ilə müqayisə olunmayacaq səviyyədə yerini tutmasına, Çanaqqala zəfəri isə II Nikolayın (Nikolay Aleksandroviç Romanovun) - rus çarizmininsüqutunun sürətləndiyi təəssüratının yaranmasına səbəb olmuşdu.

Beləliklə, xüsusilə də Türkmənçay müqaviləsinə əsasən bölünən Azərbaycanın taleyini çarizmin süquta uğraması da dəyişməmişdir. Heç kim Azərbaycan türklərinin zərərinə olanları xeyrinə çevirmək arzusunda və fikrində olmamışdır. Yenə də həmin müqaviləyə əsasən köçürmələrə məruz qalan azərbaycanlılar və Azərbaycan torpaqlarına sanki qırmızı xalı üzərinə dəvət edilirmiş kimi dəvət edilən ermənilər, ondan sonra baş verəcək xoşagəlməz hadisələrin bünövrəsini atmağa başlamışlar.

Regionda baş verən xoşagəlməz hadisələr buna qarşı əks-təsirin də oyanmasına səbəb olmuşdur. Ermənilərin bu ərazilərə yerləşdirilməsinə və həmin prosesin sürətlə reallaşmasına təşkilati cəhətdən yardım göstərilmişdir. 1890-cı ildə təşkil olunan Daşnaksütyun Partiyası regionda etnik konfliktləri qızışdıran təşkilati struktur olaraq diqqəti cəlb etmişdir. Daşnakların SSRİ-dən kənarda milliyyətçilik ideyalarını daha fəal şəkildə həyata keçirdikləri bir vaxtda, SSRİ-də bolşevik inqilabı öz ideologiyasına hörmət əlaməti olaraq ölkə daxilində millətçilik fəaliyyətlərə son qoymuş kimi görünsə də, bu, Azərbaycan torpaqlarını işğal etmək düşüncəsini dəyişdirməmişdir. Belə ki, 1920-ci il dekabrın 1-də sovet hakimiyyətini qəbul edən Ermənistana SSRİ tərəfindən hələ əvvəldə Azərbaycanın işğal edilmiş Göyçə və Zəngəzur rayonları, demək olar ki, hədiyyə edilmişdir. Bu vəziyyət yalnız azərbaycanlılar tərəfindən deyil, bir qrup erməni tərəfindən də doğru addım kimi qiymətləndirilməmiş, həmin rayonların Azərbaycan torpağı olduğu qeyd olunmuşdur.

Konkret şəkildə qeyd edək ki, aktual məsələ olan Qarabağı bir tərəfə qoyaq, Ermənistanın nəzarəti altındakı Qarabağdan kənarda qalan Göyçə və Zəngəzur rayonlarının da Azərbaycanın işğal edilən torpaqları olması reallığı açıq-aydın ortadadır. Bu məsələ ilə maraqlananlara hər ikisi erməni olan, 1946-cı ildə Baş nazir müavini vəzifəsinə qədər yüksələn Anastas Mikoyan və Hərbi İşlər üzrə Xalq Komissarı Avis Nuricanyanın məsələ ilə bağlı Çiçerin və Orconikidzeyə göndərdikləri sənədləri tədqiq etməyi məsləhət görürəm. Həmin yazışmalarda hər iki erməni yüksək vəzifəli rəhbər işçinin Göyçə və Zəngəzur rayonlarının Azərbaycanın torpaqları olduğunu və Azərbaycana qaytarılmaması haqqında açıq bəyanatları ortadadır. Belə haqsızlıqlar 1920-ci aprel ayının 27-də SSRİ tərəfindən işğal edilən Azərbaycanın ərazisi 114.000 km2 torpağı olduğu halda, SSRİ dağıldıqdan sonra yenidən müstəqillik əldə etdiyi zaman 86.600 km2 torpağa sahib olmasında açıq-aydın özünü göstərir.

Yeri gəlmişkən, 1947 və 1948-ci illərdə Ermənistandan da 150.000-ə yaxın Azərbaycan türkünün hüququ baxımdan normativ sənədlər tərtib edilərək planlı və sistematik şəkildə köçürülməsi, bəşəri meyarlarla izah oluna bilmədiyi kimi, SSRİ-nin “əhalinin inteqrasiyası” ideyasına da ziddir. Bu halda Ermənistana süni şəkildə yeni torpaq sahəsi verildiyi halda, azərbaycanlılara edilənlər ədalətsizliyi ideologiya deyil, tam mənası ilə bəşəriyyət üçün ən böyük günah sayılan, ayrı-seçkilik, diskriminasiya adlandırmaq olar.

SSRİ dağılmamışdan bir qədər əvvəl isə, yəni 1980-ci illərdə Ermənistan qanuna məhəl qoymadan öz tələblərini daha aktiv şəkildə irəli sürdü. Həmin vaxtlarda məqsədləri əvvəlcə Qarabağın müstəqilliyini təmin etmək, sonra isə onu Ermənistana birləşdirmək idi. Bu taktikaya Adolf Hitler Avstriyanın ilhaqı zamanı istifadə etdiyi strategiya da demək olar. Hitler əvvəlcə nasist təşkilatını Avstriyada yerləşdirdikdən sonra Almaniyaya birləşdirə bilmişdi. Lakin bu bir faktdır ki, Hitlerin cəsədinin belə dəqiq olaraq tapılmaması tarixin belə planlar hazırlayan liderləri o dünyaya necə yola saldığını bir daha bizə xatırladır.

25-26 fevral 1992-ci ildə baş vermiş Xocalı soyqırımında erməni hakim dairələrin tətbiq etdikləri metodun faşist/nasist Adolf Hitlerin tətbiq etdiyi Holokost metodu ilə eyni olduğu dəlillərə əsasən ortaya çıxır.

Çəkinmədən deyə bilərəm ki, Xocalı soyqırımının insan hüquqları və demokratiya haqqındakı qərarların kobud şəkildə pozulması və haqsızlıqların inkişaf etmiş dövlətlərin gözü önündə baş verməsi və bunun nəticələrindən Ermənistanın sanki mükafatlandırılmış kimi istifadə etməsi tarixə insanlığın üz qarası kimi düşmüşdür.

2005-ci ildə Avropa Şurasının, 2008-ci ildə isə BMT-nin Ermənistanın işğalçı mövqeyi ilə bağlı qərar qəbul etməsinə baxmayaraq, nəticədə Qarabağın işğaldan azad olunmasına təsirini göstərə bilməmişdir.

Əgər müasir nöqteyi-nəzərdən yanaşsaq, hər şeydən əvvəl onu qeyd etməliyik ki, beynəlxalq hüquq silahdan istifadə üçün iki halda icazə verir: bunlardan biri humanitar müdaxilə, ikincisi isə özünümüdafiədir.

Ermənistanın Qarabağda keçmişdən bu günə kimi etdiyi insanlıqdan uzaq hərəkətləri, hətta Xocalıdakı soyqırıma baxmayaraq, dünyanın baş verənləri, demək olar ki, seyirçi kimi izləməsi, regionla bağlı humanitar müdaxilə şansını heçə endirmişdir.

1992-ci ildən bu tərəfə ATƏT-in Minsk qrupu Qarabağ probleminin həlli ilə əlaqədar ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə dəfələrlə toplanmalarına baxmayaraq, keçən müddət ərzində problemin həllindən çox illeqal işğalın problemin sabitləşməsinə nail olmamış, əksinə, keçən bu uzun müddət ərzində vəziyyətin yerindən tərpənməz hala gəlməsinə səbəb olmuşlar.

Özünümüdafiə isə Birləşmiş Millətlər Təşkilatının sənədlərində Birləşmiş Millətlər Təşkilatının Müqaviləsinin 51-ci maddəsində qeyd olunduğu kimi, “Bu müqavilənin heç bir maddəsi Birləşmiş Millətlər Təşkilatının üzvlərindən birinin silahlı hücuma məruz qaldığı halda, Təhlükəsizlik Şurası beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün lazımi tədbirlər görənə kimi, həmin üzvün təbii və ya fərdi və yaxud da özünümüdafiə haqqına xələl gətirməz” qərarı ilə işğala uğrayan dövlətə silahdan istifadə etmə hüququ vermişdir.

Azərbaycanın beynəlxalq hüquq və beynəlxalq ictimaiyyətdən hər vaxt sülhün bərqərar olunması üçün gözlədiyi addımlar 30 il gecikməsinə baxmayaraq, atılmamışdır. Bu müddət problemin həlli üçün ağıla gələ bilən ən çox gözləmə müddətindən belə çox hesab edilə bilər. Bu halda məsələnin həllinin mümkünlüyü yalnız konkret olaraq Ermənistanın qeyd-şərtsiz işğal etdiyi torpaqlardan çıxması, keçən müddət ərzində verdiyi bütün maddi və mənəvi ziyanlar üçün çox böyük məbləğdə təzminat ödəməsi, başda Göyçə və Zəngəzur rayonlarına yeni statuslar verilməklə Qarabağ xaricindəki Azərbaycan torpaqları üçün də təcili olaraq danışıqlar masasına oturması halında çox yaxın zamanlarda sülhün bərqərar olması imkan yaradacaq addım ola bilər.

Azərbaycanın torpaqlarında davam edən və işğala son qoyulmasına çalışıldığı bu prosesin üstünlükləri də vardır. Onu da qeyd etməliyik ki, İlham Əliyevin prosesin əvvəlindən nümayiş etdirdiyi yüksək liderlik məharəti dərsliklərdə öz əksini tapmalıdır. Azərbaycan xalqını öz ədalətli mübarizəsində uğurla birləşdirməyə nail olan İlham Əliyevin digər tərəfdən beynəlxalq hüquq çərçivəsində hərəkət edərək və diplomatiyanı davam etdirməklə illərdir qanayan yaranı sağalda biləcəyi də göz önündədir. Bu prosesdə Ermənistanın dinc əhalisinə heç bir zərər verilməyəcəyini başda Ermənistan olmaqla bütün dünyaya məharət və bütün bəşəri əxlaq dəyərləri çərçivəsində nümayiş etdirən İlham Əliyev deyə bilərəm ki, “Qafqazda Azərbaycanın yeni xoşməramlı super gücünü yaratmaq üzrədir”. Nikol Paşinyanın qeyri-qanuni, insan haqlarının pozulmasıyla dolu siyasətlərinin önündə hüququinsan haqlarını qorumağı bacarmaq dövlət adamı olmağın necə bir sənət olduğunu bir daha sübut edir. Digər tərəfdən Türkiyə Respublikası ilə Azərbaycan arasındakı qədim dostluq və həmrəylik prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyətli və xaricdən olunan hər cür təzyiqlərə baxmayaraq, qətiyyətli mövqeyi bundan sonrakı proseslərdə də Azərbaycan və Türkiyənin regionda bütün siyasi dövlətlərin mütləq hesablaşmaq məcburiyyətində olacaqları gücə çevrilməsinə imkan yaradacaq. Bu hadisələr Qara dənizdən Aralıq dənizinə, Xəzərdən Egeyə qədər uzanan coğrafi məkanda kimoyun oynayarsa, oynasın-oyunun qaydalarını Azərbaycan və Türkiyənin müəyyənləşdirəcəyini göstərən son konkret hadisə olaraq tarixdə yerini müəyyənləşdirmişdir.

 

Ülviyyə Sanılı Aydın,

fəlsəfə elmləri doktoru,

Manisa Cəlal Bayar Universiteti,

Beynəlxalq Multikultural Şəbəkənin Türkiyə nümayəndəsi.

 

 

Ahmet Nazmi Üstə,

fəlsəfə elmləri doktoru,

Doqquz Eylül Universiteti.

 

 

 

Kubra QULİYEVA,

Azərbaycan türkcəsinə

uyğunlaşdıran.

 

Respublika.- 2020.- 5 noyabr.- S.6.