ALİ BAŞ KOMANDAN, VAR OL, MİN YAŞA!

 

Sən göyün oğlusan, sən yerin oğlu,

Xoş xəbər gətirən səhərin oğlu.

Sınmaz Ulu Öndər Heydərin oğlu,

Ali Baş Komandan, var ol, min yaşa!

 

 

 

Qalmasın bu döyüş, bu cəng yarıda,

Bədxahlar boylanır, baxır barıdan.

Vətən savaşını sevir Tanrı da,

Ali Baş Komandan, var ol, min yaşa!

 

 

 

Nikolu sürüyüb, yıxmağın aləm,

Tutub boğazından sıxmağın aləm.

Müjdəylə ekrana çıxmağın aləm,

Ali Baş Komandan, var ol, min yaşa!

 

 

 

Əsgərə dedin ki, vur-vur düşməni,

Tufan ol, külək ol, sovur düşməni.

İti qovan kimi sən qov düşməni,

Ali Baş Komandan, var ol, min yaşa!

 

 

 

Haqqın üstündədir bünövrə, təməl,

Tarixdi gördüyün hər , hər əməl.

İndi bir zindana vurur milyon əl,

Ali Baş Komandan, var ol, min yaşa!

 

 

 

Xalqınla bölüşdün dərdi, sərini,

Sözün itirməsin öz kəsərini.

Yazdın Qarabağda şah əsərini,

Ali Baş Komandan, var ol, min yaşa!

 

 

 

İnamım, güvəncim, hər an ərkimsən,

Döyüş meydanında dizi bərkimsən.

Heç vaxt yenilməyən Ulu Türkümsən,

Ali Baş Komandan, var ol, min yaşa!

 

 

 

Nərsən, kim deyər ki, nər axtarıram,

Pirsən, heç kəs deməz pir axtarıram.

Sənin heykəlinə yer axtarıram,

Ali Baş Komandan, var ol, min yaşa!

 

Fəxrəddin TEYYUB.

 

Respublika.- 2020.- 5 noyabr.- S.6.