Qələbə sevinci
nisgilə, həsrətə son qoyur
İnsan həyatında sevincli günlər çox olur. Dünyaya təzə körpə
gələndə, övladın
toy günündə, qazana
bildiyin hər hansı bir müvəffəqiyyətdə sevinir, qürur hissi keçirir, şadyanalıq edirsən.
Artıq bir aydan çoxdur ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında
şanlı Ordumuzun möhtəşəm uğurları,
30 ildən artıq müddət ərzində
işğal altında
qalan torpaqlarımızın
azad edilməsi barədə böyük həyəcanla eşitdiyimiz
qələbə xəbərləri
indiyə qədər
ürəyimizə hakim kəsilən
bütün sevinc əhval-ruhiyyəsini üstələyir.
Azərbaycan Ordusu bizə qürur hissi yaşadır. Qəhrəman keçmişimiz göz önünə gəlir. Ata-babalarımızın miras
qoyduğu dönməzlik,
əyilməzlik duyğuları
yenidən ürəklərə
hakim kəsilir. Mən, uzun
müddət müxtəlif
sahələrdə rəhbər
vəzifədə çalışmışam.
İşimlə əlaqədar bir
sıra xarici və MDB şəhərlərində
ezamiyyətdə olmuşam.
Açığını deyim ki, təkcə ermənilərin
yox, başqa millətlərin nümayəndələrinin
də bizə necə üstdən aşağı, hətta həqarətlə baxdıqlarının
şahidi olmuşam.
Görüşlərdə, məclislərdə erməni kimi mənfur bir millətin xalqımız üzərində çaldığı
qələbə ironiya
ilə xatırlanıb.
Cürbəcür atmacalara cavab
tapa bilməyəndə
daxilən sındırılmışam.
Amma inam hissimi itirməmişəm.
Bütün bu həqarətlərə
zamanın hansı vaxt kəsiyindəsə
son qoyulacağı ümidi
ilə yaşamışam.
Budur, artıq həmin vaxt gəlib çatıb. Ali Baş Komandan öz Tvitter səhifəsində işğaldan
azad olunan yurd yerlərimizin adını çəkəndə
ürəyimiz dağa
dönür. Şanlı Ordumuzun
döyüş taktikası
dünyanın ən aparıcı ölkələri
tərəfindən təqdir
olunur. Dünya bizim döyüş
şücaətimizi örnək
hesab edir, döyüş ustalığımızdan
misallar gətirir.
Otuz il bundan
əvvəl indi işğaldan azad olunan kənd və şəhərlərimizin
bir çoxuna etdiyim səfərləri yaxşı xatırlayıram.
Ağdam, Füzuli, Cəbrayıl, digər yaşayış məkanları
əsl cənnəti xatırladırdı. İndi isə...
o yerlər xarabazarlığa
çevrilib. Erməni xisləti
ilə bu canlılar arasında heç bir fərq yoxdur. Yalnız və yalnız uçurub-dağıtmaq,
adamların illər uzunu qurduğunu, tikdiyini yox etmək...
Müharibənin getdiyi indiki
günlərdə səngərlərdə
uduzan erməni “qisasını” günahsız
insanlardan almağa çalışır. Kəndlərə, şəhərlərə bombalar
yağdırır, soy-kökündən
xarakterinə hakim kəsilən
idbar niyyətindən
əl çəkə
bilmir.
Amma artıq
gecdir. Yurd yerlərimizin və
torpaqlarımızın zəngin
yeraltı-yerüstü sərvətləri
şanlı Ordumuzun müzəffər yürüşü
sayəsində yenidən
özümüzə qayıdır.
Sirr deyil ki, qlobal
təbiət istiləşməsindən
sonra əksər aran rayonlarında, o cümlədən Saatlıda
insanlar suvarma suyu sarıdan illər uzunu korluq çəkiblər.
Tərtərdə, Yevlaxda,
Bərdədə də
belə olub. Mənfur ermənilər nağıllarda
deyilən əjdaha xisləti ilə işğal altında olan ərazilərdə çayların qabağını
kəsib topaqlarımızı
su üzünə həsrət qoymağa çalışıblar. Buna
oxşar həsrətimiz,
nisgilimiz çoxdur.
El arasında deyildiyi kimi “keçmiş olsun”.
Bu gün biz, bütün varlığımızla
şanlı Ordumuza köklənmişik. “Qarabağ Azərbaycandır”
şüarı altında
bütün qüvvəmizlə
Ordumuza kömək etməyə çalışırıq.
Saatlı şəhər Bələdiyyəsi
igid əsgərlərimizin
heç nədən korluq çəkməməsi
üçün bütün
imkanlardan istifadə edir. Ali Baş
Komandanın rəhbərliyi
altında şücaətlər
göstərən şanlı
Ordumuz dövlətimiz
tərəfindən mükəmməl
şəkildə təchiz
olunub. Bu günlərdə biz də
dövlətimizin yanında
dayanıb birlik göstərməyi özümüzə
şərəf işi
hesab edirik.
Şakir HƏSƏNOV,
Saatlı şəhər Bələdiyyəsinin
sədri.
Respublika.- 2020.- 6 noyabr.- S.6.