O GÜN
GƏLDİ...
Ulu öndər Heydər Əliyevin “Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik”, sözləri 30 il əvvəl deyilmişdir. Ötən müddət ərzində söylənilmiş bu fıkir həmişə məni düşündürüb. Düşünmüşəm ki, ulu öndərin düşmənlərimizə qarşı bu çağırışı doğurdanmı nə vaxtsa bizi ayağa qaldırmayacaq? Bir çox suallar cavabsız qalıb mənə mənəvi üzüntü versə də, ulu öndərin o zaman İlham Əliyev haqqında “Mən ona özüm kimi inanıram” deyimi iri, qırmızı hərflərlə yazılaraq təskinlik, sakitlik yaradırdı. “Yəqin ki, bir gün gələcək ki”... Axı atalar tarixən başa çatdıra bilmədikləri mühüm işləri nəsihət, tövsiyə kimi özlərindən sonra övladlarına həvalə edirlər. Amma unutmayaq ki, ata da öz tarixi missiyasını, sonu bilinməyən hərc-mərcliyi müvəffəqiyyətlə sona yetirdi və yenicə müstəqilliyə qədəm qoymuş bir dövləti çətinliklə də olsa, öz real səmtinə yönəldə bildi. Nikkolo Makoavelli yazırdı: ...”Hansı yaxşıdır? Hökmdarı sevmək, ya ondan qorxmaq? Deyirlər ki, ən yaxşısı hökmdarı həm sevmək, həm də ondan qorxmaqdır: lakin məhəbbətlə qorxu bir araya sığmır. Buna görə də seçim qarşısında qalanlar qorxuya üstünlük verməyi lazım bilirlər, çünki qorxu üzərində qurulmuş hakimiyyət daha da güclü, etibarlı olur”. Yəqin ki oxucular məni düzgün başa düşərlər. Belə ki, 1990-cı illin əvvəllərində, ulu öndər hakimiyyətə gələnə qədər hakimiyyət uğrunda gedən savaşlar, hərc-mərclik, Azərbaycanın gələcək taleyi hamımıza məlum idi. Liderlik iddiasında olanların bir-birinə nə hörməti, nə sevgisi, nə də kimdənsə qorxusu vardı. Heydər Əliyev hakimiyyətə gələndən sonra dövlətçilik naminə hər kəsə öz yerini göstərdi. Buna görə xalqdan sevgi umdu, ona arxalandı.
17 il əvvəl İlham Əliyev Prezident seçiləndə, xalqa və müəyyən dairələrə sərbəstlik verdi. Seçkilərdən sonra: “mən hər bir vətəndaşın prezidentiyəm”, deməsi elə-belə gəlişigözəl söz olmadı. O sözləri sübuta yetirmək üçün ona vaxt və zaman lazım idi. O vaxt və zaman daxilində öz dədə-baba yurdlarından qovulan insanların həyat şəraitini yaxşılaşdırmaq, Dağlıq Qarabağ problemini həll etmək məsələsi qarşıda durdu. Zahirən sakit, lakin öz daxili aləmində ona rahatlıq verməyən, düşmən qarşısında heç vaxt əyilməyən (atası kimi) İlham Əliyev öz sözünü unutmadı. “BMT-nin 4 qətnaməsi qeyri-şərtsiz yerinə yetirilməlidir” - dedi. 1990-cı ilin əvvəlində qəbul edilmiş bu qətnamələr təxminən 30 il vərəq üzərində qalmışdı. Ulu öndər demişkən: “biz dözümlü xalqıq”, dözdük. Dərdimizi ən yüksək kürsülərdən, dünyanın ən mötəbər başçılarına çatdırdıq. Nə fayda, üzdə dərdimizə təəssüflənən, şərik olanlar olsa da, arxada erməni havadarları bizə gülürdülər. Bunu, bu gün dünyaya meydan oxuyanların simasında Prezident İlham Əliyev açıq-aydın görürdü. Prezident İlham Əliyev Ali Baş Komandan kimi öz qətiyyətini beynəlxalq aləmə 27 sentyabrda göstərdi. Doğrudur, həmin dövrə qədər də susmurdu, sözünü deyirdi. Müdrikcəsinə son sözünü məhz vaxtında dünyaya bəyan etdi...
Mən hər səhər yuxudan oyananda, birinci televizoru işə salardım, aparıcı - diktorun ilk sözu: “düşmən bu gecə də atəşkəs rejimini pozub”, xəbəri mənə mənəvi üzüntü verir, qəlbimə kədər aşılayırdı. Lakin az keçmiş daxilimə, qəlbimə günəş şüası işıq salırdı, bu işıq seli sanki mənə təlqin edirdi: “döz, arzuladığın gün gələcək”. Yaşadım, dözümlə, ümidlə yaşadım və ... adətkar kimi 27 sentyabr günü də səhər tezdən televizoru işə saldım, diktor-aparıcının sevincək səsi qəlbimə sığal çəkdi, sevincdən qeyri-ixtiyarı kövrəlib ağladım. Ali Baş Komandan, Prezident İlham Əliyev beynəlxalq aləmdə bir kimsə ilə hesablaşmadan yağı düşmənin tapdağı altında olan Qarabağ torpaqlarımızın azad edilməsi barədə əmr vermişdi... Bəli, bu xəbər, bu gün, nəvəmin doğum gününə, xalqımıza böyük hədiyyə idi, həmin arzuladığımız gün gəlmişdi. Yaşasın Ali Baş Komandan. Yaşasın qorxmaz, şücaətli ordumuz... İrəli, yalnız irəli!..
Düşmən başa düşməmişdir ki, böyük bir tarixi olan xalqın, millətin mənliyini təhqir etmək olmaz. Cıdır düzündə keflənib şingilavız xanımlarla yallı gedən Paşinyan bunun xalqımız üçün necə qəbuledilməz təhqir olduğunu dərk etmədi. O bilmədi ki, anadan olanda bizlərə Böyük Yaradan, Allah tərəfindən cəsur olmaq vəhy edilib. Ona görə də faşist xislətli ermənilər, belə deyək, 30 yox, 50, 100 il də Qarabağı işğal altında saxlasaydılar belə, bilirdilər ki, bu torpaqlar azərbaycanlıların əzəli və əbədi torpağıdır, qanla da olsa, geri alınacaq. Bütün dünya dövlətləri artıq yaxşı bilirlər ki, bu faşist xislətlilər haradan, kimlərin vasitəsi ilə Azərbaycanın Qarabağ bölgəsinə necə gəliblər. Cəsur Azərbaycan Ordusunun birinci həmləsi qarşısında ermənilər duruş gətirə bilmədilər. Çünki Azərbaycan əsgərlərinin ayağı altındakı doğma torpaq onlara güc, qüvvət, coşqu verir. Ali Baş Komandan İlham Əliyev birbaşa xalqımıza müraciətində dönə-dönə bəyan edir ki, biz azərbaycanlı olaraq tarixi torpaqlarımızı bu nankorlardan azad etməklə şərəfli iş görürük.
Mən siyasətçi deyiləm, amma faşist xislətli Paşinyandan soruşuram: “Qarabağ Ermənistandır” deyəndə nə düşünürdün? Niyə bu illər ərzində işğal etdiyin kəndləri, qəsəbə-şəhərləri xarabaya döndərmisən, mülki evləri, obyektləri də dağıtmısan, nadir ağacları doğratmısan, tarixi abidələri məhv etmisən? Deməli, şəxsi ambisiya ilə çərənlədiyinə, qisasçılıqla bəyan etdiyin gülünc sözlərinə özün də inanmamısan. Bilmisən ki, dözənlərin səbri tükənən vaxtı da gəlir, belə ki, “dağıt, yandır, talan et”, əmri vermisən. Sənin xalqın insanpərvər xalq olsa, bizlərdən və Allahdan qabaq onlar səni cəzalandırar və deyərlər, “donuz kimi burnunu ora-bura soxma, it kimi qonşu qapısında sümsünmə. Şükürlü ol, şükürlü ol ki, bir vaxtlar sizlərə verilən torpaqla kifayətlənəsən”... Xalqından da qorx... ayağa qalxsalar, sənə cəhənnəmi göstərərlər... İnanıram ki, elə bir vaxt yaxın zamanlarda gələcək...
Paşinyan, sən faşist xislətlisən... Allaha asi olansan... Amma utanmadan, özün kimilərinin şeytan yığıncağı olan kilsəyə gedir, Allaha dua ilə yalvarırsan ki, bu torpaq uğrunda haqlı olan Azərbaycan xalqından səni qorusun, sağ qalasan ki, havadarlarından birinə sığınasan və sonra uzaqdan-uzağa olsa da, öz çirkin, faşist xəyallarına rəvac verəsən...keçməz... Bil, bu heç Hitlerə də qismət olmadı. Qarabağda olan Allahın evini, məscidini özün kimi donuzların saxlanılan tövləsinə çevirmisən. Bil, Allah görəndir, biləndir, bir az da səbirlidir, amma vaxtında bağışlamayandır, belə ki, istədiyi kimi cəzalandırandır. Allahdan, hə, bir də Azərbaycan xalqından, onun Ali Baş Komandanından, şanlı, hər an zəfərlə yürüş edən ordumuzdan qorx, qorx və bil, donuz tövləsinə soxulmağına çox az qalıb, yuxunu qarışdırsan da, bil, bu qaçılmazdır... Onu da bil ki, o tərəfli, bu tərəfli şəhidlərin ruhu, şəhid analarının ahı səni bağışlamayacaq... Çərənlədiyin, beynəlxalq aləmi aldatdığın yetər, gec deyil, Azərbaycan xalqı, ordusu, onun Ali Baş Komandanı qarşısında acizliklə diz çök, baş əy, bəyan et ki, Qarabağ, hətta İrəvan da Azərbaycandır.... ayıl... Qarabağ, hətta indiki şeytan yuvası olan Ermənistan da Azərbaycandır... Bunu mən, Hitlerin beşiyinə, vətəninə soxulub yetim qoyduğu 27 ilə yaxın Cəbrayıl rayonunun Soltanlı kəndindən didərgin düşən, hə, mən Tahir Kazımov deyirəm... və sənə əmr edirəm, xalqımdan üzr istə...
Böyük sərkərdə, Türk dövlətinin qurucusu Mustafa Kamal Atatürk demişdir: “Ordunun dəyəri zabit və komanda heyətinin dəyəri ilə ölçülür və ölməz o adamdır ki, ondan sonra vətən üçün böyük, həm də faydalı yadigarlar qalır”. Bu baxımdan Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyev Prezidentliyi dövründə 3 əsas məsələyə: dövlətlərarası münasibətdə müdrikliyə, daxili və xarici siyasətin, iş birliklərinin formalaşdırılmasında və idarə edilməsində, onun yüksək səviyyədə qurulmasında böyük müdrikliyinə yiyələnib. Bu gün bu 3 məsələnin hər biri Qarabağın erməni faşizminin işğalından azad olunmasında əsas və həlledici rol oynayır.
Ötən illər ərzində ölkəmiz, yuxarıda göstərdiyim istiqamətlər üzrə böyük inkişaf yolu keçmişdir. Cənab İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycan BMT Təhlükəsizlik şurasının üzvü seçilib, beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyıb.
“ Mən bir yazıçı olaraq ötən 30 il ərzində dünya tarixçilərinin, elm və ədəbiyyat xadimlərinin, siyasətçilərin, sanballı jurnalistlərin erməni xalqı barəsində müsbət fıkir söylədiklərinə rast gəlməmişəm. Ermənilər barədə onlardan bəzilərinin yazdıqlarına diqqət yetirək:
Adam Mets (İsveçrə şərqşünası): - “Ermənilər ağdərili qulların ən pisidir, onların abırları yoxdur, onlar yalnız dəyənəklə qorxu altında yaxşı işləyirlər”.
Adam Mixnik (Məşhur Polyak tarixçisi və hüquqşünası): - ... “Keçmişdə Azərbaycan torpaqlarının qoparılması uğrunda mübarizədə olduğu kimi siyasi yalan, böhtan, ikiüzlülük, yaltaqlıq, alçaqlıq və məkirə əl atan erməni şovinistləri elə indi də himayədarlarına arxalanaraq tarixin yeni mərhələsində köhnə naftalin iyi verən səbəblərdən Azərbaycana qarşı misli görünməmiş münaqişəni genişləndirmişlər”.
A.S.Qriboyedovun rus imperatoruna məktubundan: “Əlahəzrət, ermənilərin mərkəzi rus torpaqlarında məskunlaşmasına imkan, icazə verməyin! Onlar elə tayfadırlar ki, həmin yerlərdə bir neçə 10 il yaşadıqdan sonra dünyaya hay-küy salaraq bura bizim qədim dədə-baba torpaqlarımızdır, deyəcəklər”.
Belə bir deyim də var: Əgər ağır xəstə öz xəstəliyinin ağrılarını hiss etmirsə, deməli o ruhi xəstədir. Deməli, ermənilər düşdükləri vəziyyətin ağrılarını hiss etmirlərsə, duymurlarsa, onlar elə anadan olandan ruhi xəstə doğulurlar. Çünki onların eşitdikləri ilk söz - “Türklər sənin düşmənindir”-olur. İnsanın qəlbi qaralanda heç bir qılınc, heç bir dərman, söz belə ona təsir etmir. Bu mütrüflər 200 ildir ki, türklərə, azərbaycanlılara qarşı “səlib” müharibəsi aparırlar. Son 30 il onların yalançı, bədbəxt, riyakar millət olduqlarını tam açıqladı.
Ovanes Tumanyan xalqının daxili xislətini bildiyinə görə yazırdı ki: “həqiqi qurtuluş daxildən başlamalıdır, biz isə daxilən xəstəyik”. Bu daxilən xəstə olan millətin qayğısına qalan II Yekaterina 1783-cü ilin aprel ayında belə bir göstəriş vermişdir: “İbrahim xanı devirməli və Qarabağda müstəqil erməni əyaləti təsis edilməlidir”.
Knyaz Q.A. Potyomkin 19 may 1783-cü ildə erməniləri dəstəkləyir, Yekaterinaya yazırdı: “fürsət düşən kimi Qarabağda hakimiyyəti ermənilərə verəcəyik və onların vasitəsi ilə Asiyada xristian dövləti yaradacağıq. Bu barədə erməni məlikləri ilə danışmışam”.
Çar I Aleksandr 1802-ci il sentyabr ayının 26-da çar generalı Sisyanova yazırdı: “Nəyin bahasına olursa olsun, Azərbaycanın bu və ya digər xanlıqlarına hücumda ermənilərdən geniş istifadə etmək lazımdır. Xüsusilə bu adam Rusiyaya sədaqətli şəxs, erməni keşişi Danil ola bilər”.
P.D.Sisyanov erməni Arxiyepiskopu Ohana yazırdı: “çoxlu boş qalmış evlər var, azərbaycanlılar buranı tərk edib getmişlər. Sizdən İrəvan ermənilərinin təcili buraya köçürülməsini xahiş edirəm. Mən hər bir ailəyə ev, bağ və həyət verilməsini əmr edəcəyəm. 3 il müddətində ermənilərdən tövcü güzəştlə yığılacaq, onlar heç bir mükəlləfıyyət daşımayacaqlar”.
Gevok Aslan, erməni tarixçisi “Ermənilərdə heç vaxt dövlətçilik olmamışdır, onlarda vətən hissi və vətənə bağlılıq olmamışdır, nə də siyasi bağlarla vətənə bağlı deyillər. Erməni vətənpərvərliyi yalnız yaşadıqları yerlə bağlı olmuşdur”.
Erməni keşişi Davudyan 1796-cı ildə may ayının 2-də rus qoşununun Dərbəndə girməsi münasibəti ilə soydaşlarına bəyan etmişdir: “Ali Baş Komandanı Allah özü göndərmişdir, biz onun vasitəsi ilə, ona sədaqətimizlə Qafqazı azərbaycanlılardan təmizləyə bilərik”, bu siyahını artırmaq da olar.
Həqiqətən də, 200 ildən sonra öz havadarlarının köməkliyi və ikiüzlü, riyakar, yaltaq olduqlarına görə Şimali Azərbaycanı, eyni vaxtda Qarabağı azərbaycanlılardan təmizlədilər. Amma düşünmədilər ki, hər bir xalqın tarixində özünüdərketmə prosesi olur. Bu proses daha qabarıq formada son 30 ildə özünü göstərdi.
Qarabağ Azərbaycandır! Bu fıkir vətənə məhəbbətin ən yüksək zirvəsidir. Bu zirvədən bütöv Azərbaycan görünür. O zirvəni fəth etmək üçün nəhayət o gün gəldi. Ali Baş Komandan o zirvədə dayanıb bəyan etdi: “Mən Prezident kimi, Ali Baş Komandan kimi xalqımla güclüyəm”. Güclü və müdrik insan üçün keçilməz yol yoxdur. Belə insan göydə ulduzları da idarə etməyə qadirdir.
XII əsrdə yaşamış məşhur türk təbibinin sözləri: “Əgər istəyirsən ürəyin güzgü kimi saf və təmiz, işıqlı olsun, o zaman ikiüzlülüyü, paxıllığı, qəzəbi, qanunsuzluğu, kini və yalanı ürəyindən çıxar at”. Çox təəssüf ki, ermənilər anadan olanda bu dumanlı hisslərlə bir doğulurlar. Ona görə də əyrini düzəltmək mümkün olmadığı kimi onları, erməniləri də düz yola dəvət etmək sadəlövhlükdür. Bu baxımdan hər biri 500 səhifədən çox, 6 cildlik “Talelərini özləri yazanlar” roman epopeyamda qələmə aldığım hadisələr ermənilərin ilk dəfə yumurtadan çıxdıqları gündən bu günə qədər türklərə və azərbaycanlılara qarşı açıq və gizli nifrətdən, xəyanətdən bəhs edir.
Və sonda:
Çox hörmətli əsgər və zabit anaları!
Azərbaycanımızın bütövlüyü naminə Sizlərə cansağlığı, səbir, dözüm və qələbə gününü sevinclə qarşılamağınızı arzulayıram!
Yaşasın mərd oğullar anaları!
Vətənimiz Azərbaycanın uzun illərdən sonra yeni tarixini mərdliklə yazan Azərbaycan əsgər və zabitləri! Əzizlərim!
Sizlərə Qarabağ müharibəsi veteranı, oğul atası kimi Azərbaycanımızın bütövlüyü uğrunda qətiyyətli, qorxmaz, döyüşkən, ruhlu olmağınızı ürəkdən arzulayıram.
Bilin, mənfur düşmən Sizlərdən, igidlərimizdən qorxur Onları iti qovan kimi qovun, onlara zaman, tarix dərsi verin ki, bir də Azərbaycan torpaqlarına göz tikməsinlər. Bilin, xalq, bütün atalar qarışıq mən ahıl ata da Sizlərə hər gün dua edirik. Allahdan Sizlərə cansağlığı, dözüm, mərdlik, mətanət arzulayırıq, sizlərə mənəvi dayaq olmaqla güvənirik. Bilin, Azərbaycan Prezidenti, möhtərəm İlham Əliyev demişkən, Qarabağ Azərbaycandır! Qarabağı, Azərbaycanın bütövlüyü, onu erməni faşistlərindən azad etmək naminə irəli, irəli! Mənfur düşmənə güzəşt yoxdur! İrəli! Qələbə naminə irəli, irəli.
Əziz televiziya və mətbuat işçiləri! Bu gün mən və Azərbaycan ictimaiyyəti Sizləri döyüşkən, mübariz əsgərlərimizdən ayırmırıq, hər birinizi onlardan biri sayırıq. Sizlər düşmənin müxtəlif növ silahlarından açılan atəşlərindən, çovuyan qəlpə və avtomat güllərindən, Azərbaycan əsgəri kimi qorxmadan cəbhənin ən qaynar hissələrində olub düzgün, real məlumatları Azərbaycan və xarici ictimaiyyətinə çatdırmaqla əsgər və zabitlərimizi, bizləri qələbəyə ruhlandırır, düşmənə isə nifrət hissi aşılayırsınız. Var olun!
Yaşasın qətiyyətli Ali Baş Komandan, möhtərəm Prezident!
Yaşasın rəşadətli Azərbaycan əsgər və zabitləri!
Qarabağ Azərbaycandır!
Azərbaycanın bütövlüyü və qələbə naminə irəli, irəli, irəli!
Tahir KAZIMOV,
yazıçı,
dramaturq,
Əməkdar mədəniyyət
işçisi,
I Qarabağ
müharibəsi veteranı,
təqaüddə
olan polis-polkovniki.
Respublika.- 2020.- 7 noyabr.- S.7.