Ölkəmiz tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir

 

Bu gün cəbhədən aldığımız xoş qələbələr kiçikdən böyüyə hər birimizi sevindirir. Hər kəs Ali Baş Komandanın işğaldan azad edilmiş torpaqlarla bağlı tvitini, xalqa müraciətini həyəcanla gözləyir. Hər açıqlanan kənd, şəhər, qəsəbə, yüksəklik təkcə torpağından didərgin düşmüş məcburi köçkünün gözündən yaş axıtmır, bu amil hər bir azərbaycanlını duyğulandırır. Çünki Qarabağ müharibəsi bizim üçün Vətən müharibəsidir. Azərbaycan əsgəri öz torpağında döyüşürxilaskar əsgər missiyasını həyata keçirir. Müzəffər Ordumuz Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı düşməndən azad edir. Bu, əsgərimiz üçün müqəddəs missiyadır. Bu günQarabağ Azərbaycandır” şüarı hamımızın dillər əzbərinə çevrilib. Azərbaycanın ürəyi dünyanın hər yerində döyünür. Bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin şahididir. Döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər, bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. İşğal altındakı Dağlıq Qarabağın və ona bitişik rayonların ən yaxın zamanda və mütləq azad olunacağına inanırıq. Azərbaycanda qaçqın və məcburi köçkün vəziyyətinə düşən bir milyona yaxın soydaşlarımız da evlərinə, öz doğma yurd-yuvalarına qayıdacaq. Hamımızın birlikdə şahidi olacağımız o günlər bizim üçün xoşbəxtlik, sevinc və ədalətin bərqərar edildiyi günlər olacaqdır.

 

 

Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi altında uğurlu döyüş əməliyyatları keçirərək qısa vaxt ərzində böyük uğurlara imza atmışdır. Çox böyük ruh yüksəkliyi ilə aparılan bu uğurlu döyüş əməliyyatları öz nəticəsini verməkdədir. Haqq, ədalət bərpa olunur. Möhtərəm Prezidentimiz xalqımıza arxalanaraq qətiyyətli və lazımi qərarlar verməklə ümumi qələbəmizi təmin edir. Bu hadisələr “El bir olsa dağ oynadar yerindən” kəlamını bir daha sübut edir. Torpaqları azad etməyin və xəstə təfəkkürə malik olan ermənilərin təcavüzünə son qoymağın əsl zamanıdır. Səbrin də bir həddi var. Dünyanın bir çox dövlətlərinin erməniləri müdafiə etmələrinə baxmayaraq, təcavüzkar Ermənistan öz layiqli cavabını alır. Şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz işğaldan azad olunduqca, xalqımızın birliyi daha da möhkəmlənir. Azərbaycan üçün vətən müharibəsi kimi xüsusi bir dönəmdə qardaş ölkənin açıq dəstəyi, çox qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var. Bu dəstək hər birimizi ruhlandırır, bizə əlavə güc verireyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün önəmli rol oynayır.

 

Ali Baş Komandan İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazanmaqdadır. Azərbaycanın regiondünyada xüsusi əhəmiyyət və sürətlə artan nüfuzu, beynəlxalq təşkilatlarda həmsədrlik, söz haqqının olması, həyata keçirilən strateji layihələrlə ölkəmizin dünya iqtisadiyyatına verdiyi töhfələr düşməndə qıcıq və qısqanclıq yaratması, özünün müqayisəolunmaz dərəcədə bütün sahələrdə geriləməsinin nəticəsidir və təzahürüdür. Milli Ordumuz sahib olduğu qətiyyət sayəsində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatı başlaması ordumuzun çeviklik və peşəkarlıq səviyyəsinin çox yüksək olmasını nəinki düşmənə, bütün dünyaya nümayiş etdirdi. Qısa zamanda əldə olunan nailiyyətlər peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi-vətənpərvərlik ruhunun daima yüksək olması şəxsi heyətin uğurla irəliləyərək Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikalarının aşkar edilərək məhv edilməsi və onların hərəkət trayektoriyasına nəzarət aparılmasına imkan verir. Azərbaycanın dünya miqyasında 50 ən güclü orduya sahib dövlətlərin siyahısında olması bizi çox qürurlandırır və yalnız qələbə ümidlərini yaşadır. Hər bir Azərbaycan vətəndaşı artıq əmindir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası cənab Ali Baş Komandanın güclü siyasəti və iradəsi, ordumuzun əzmi və qətiyyəti, xalqımızın həmrəyliyi sayəsində mümkündür.

 

Ölkəmiz üçüncü dəfə də vasitəçilərin humanitar atəşkəsə çağırışına biganə qalmadı, Ermənistan bu dəfə də razılığı pozaraq mülki əhalimizə və yaşayış məntəqələrinə hücumlar edib və hazırda da atəşkəsi pozmaqda davam edir. Dinc əhaliyə atəşin açılması beynəlxalq hüquq normalarının kobudcasına pozulması deməkdir. Ermənistan tərəfi istər birinci Qarabağ müharibəsində, istərsə də indiki müharibədə atəşkəs rejiminə əməl etməmişdir. Bununla da regionda təxribatçılıq, terror ilə məşğul olan ermənilər bir daha bütün dünya üçün təhlükə mənbəyi olduqlarını sübut edirlər. Beynəlxalq təşkilatlar regionda sülh və sabitliyə ciddi təhlükə yaradan erməni hakimiyyətinin təxribatçı əməllərinə qarşı mənfur düşmənin işğalçılıq siyasətini kəskin şəkildə qınamalı, işğalçını hüquqa, humanitar öhdəliklərə əməl etməyə məcbur etməlidir. Əks halda Azərbaycanın şücaətli, yenilməz ordusu öz gücünü göstərərək hərb meydanında düşməni ağır məğlubiyyətə düçar edəcək. Ali Baş Komandanın hər zaman səsləndirdiyi kimi: “Bizim işimiz haqq işidir. Azərbaycan Ordusu hazırda öz torpaqları uğrunda döyüşür”. Vətən müharibəsi Azərbaycan Ordusunun uğurları və şücayiəti ilə davam edir. Hər gün cəbhədən aldığımız sevindirici xəbərlərlə, beynəlxalq KİV rəhbərlərinə verdiyi səlist və qətiyyətli müsahibələri ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev işğalçı Ermənistanı siyasi-diplomatik sferada da məğlubiyyətə uğradır.

 

“Ermənistan Azərbaycanın torpaqlarını işğal edib, 30 il keçib. Buna baxmayaraq, ATƏT-in Minsk qrupu həmsədrləri deyilən ABŞ, FransaRusiya problemi həll edə bilmədi. Hər toplantıda oturub müzakirə etdilər, sonra dağılışdılar. Liderlərlə görüşlərimiz oldu. Hörmətli Rusiya Prezidenti Vladimir Putinlə müzakirələrimiz baş tutdu. Azərbaycanla bağlı prosesi dəyərləndirdik”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Putinlə telefon danışığından da bəhs edib: “Dedik ki, bu işə Qafqazda son verək. İstəyirsənsə, birlikdə problemi həll edək. Siz Paşinyan, mən isə İlham Əliyev qardaşımla müzakirə aparaq, işi həll edək. Bir qərar verək, problemi həll edək. Həll edə bilmərik? Səmimi bir addım ataq. Biz problemi həll etmək məcburiyyətindəyik, səmimiyik. Sizin də səmimi olduğunuza inanıram. Gözəl görüşümüz oldu. Ümid edirəm, nəticəsi olacaq. Qırmızı xəttimizi də söylədik. Bildirdik ki, bu xətlərdən keçilsə, kimsə inciməsin, atamızın oğlu belə olsa, gözünə baxmarıq”. Azərbaycanlı qardaşlarım itirilmiş torpaqlarının çox hissəsini geri aldılar. İnanıram ki, hamısını tezliklə geri alacaqlarını vurğulayıb. Rusiya Cənubi Qafqazda bir-birinə qarşı duran, təəssüf ki, hələ də pulemyotların, tüfənglərin mənzərələrində bir-birini görən və bir-birinə qarşı silah istifadə edən insanların həyatını xilas etmək üçün münaqişənin tez bir zamanda bitməyi prosesində ondan asılı olan hər şeyi edir deyən Rusiya Prezidenti Vladimir Putin münaqişə tərəflərinin hədəflərinin sülh danışıqları prosesi zamanı əldə oluna biləcəyinə inandığını bildirib. Hər halda, həm Ermənistan, həm də Azərbaycanla təmasda olduğunu qeyd edən Rusiya lideri bölgədə yaşayan bütün insanlara uyğun bir nəticə əldə edə biləcəyinə ümid etdiyini vurğulayıb. Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qayser Milli Məclisin sədrinə ünvanladığı məktubda Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin məqsədli şəkildə pozulması və Azərbaycanın mülki şəxslərinin atəşə tutulması pislənilir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini hədəfə alması ciddi narahatlıq doğurur. Belə hərəkətlər BMT Nizamnaməsinin və beynəlxalq humanitar hüququn pozulması faktıdır. Pakistan Ermənistanı dövlət kimi tanımır və Pakistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda təhlükəsizlik sahəsində vəziyyətin gərginləşməsi barədə narahatlığını ifadə edib. Pakistan Milli Assambleyasının sədri məktubunda Ermənistanın qardaş Azərbaycan xalqına qarşı təcavüzünü pisləyir və bildirir ki, Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatları dayandırmalıdır. Pakistanın Parlamenti, Hökuməti və xalqı qardaş Azərbaycan xalqının özünümüdafiə hüququnu dəstəkləyir. Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan mövqeyində bundan sonra da onun yanındadır. İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi açıqlamasında bildirib ki, İran İslam Respublikası uzun illərdən bəri mövcud olan Dağlıq Qarabağ münaqişəsi barədə davamlı və sabit mövqeyə malik olub. Bizim mövqeyimiz beynəlxalq aləmin qəbul etdiyi prinsiplərə əsaslanır. Və bu mövqeyimiz işğalın sona çatması, ölkələrin ərazi bütövlüyünün tanınması və separatizmin məhkum edilməsi prinsiplərinə əsaslanır.

 

28 il müddətində aparılan danışıqlar nəticəsində əldə edilməyən tarixi ədalət məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qısa zamanda bərpa olundubu proses inamla davam edir. Cənab İlham Əliyev müdrik rəhbər və professional strateq kimi bu ədalətli savaşın hazırlığına, mübaliğəsiz deyərdim ki, 17 il öncədən, Prezident fəaliyyətinin ilk günlərindən başlayıb. Bu gün hərb sahəsindəki zəfərlərimizdə xalqın İlham Əliyevə olan inamı, güvəni və dəstəyi hiss olunur. Prezident dəfələrlə çıxışlarında bildirib ki, işğal altında olan torpaqların azad edilməsi Azərbaycan xalqının iradəsinin bariz nümunəsidir. Ölkə ictimaiyyəti və bütün vətəndaşlar son 17 ildə olduğu kimi, bu gün də, bundan sonra da İlham Əliyevə dəstəyini ifadə edəcək. Möhtərəm Prezidentimizin fəxrlə söylədiyi “Mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır. Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir. Əlbəttə ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir. Biz buna nail olmaq üçün böyük səy göstərdik - siyasi, iqtisadi, diplomatik, hərbi. Bizim ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir. Mənə verilən məlumata görə, inkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Mən əminəm ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq. Ona görə atamın yoluna sadiq qalaraq bu şərəfli missiyanı icra edirik. İnşallah, sona qədər başa çatdıracağıq” fikirləri xalqın bu barədə ümumi düşüncələrini ifadə edir.

 

Hazırda cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü açıq-aydın nümayiş etdirir. Bizim kəndlərimiz, şəhərlərimiz azad olunur. Döyüş meydanındakı bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib. İşğal altında olan digər rayonların da tezliklə işğaldan azad ediləcəyinə əminik. Ölkə başçısının da bəyan etdiyi kimi, biz nəinki öz torpaqlarımızı düşməndən azad edirik, biz region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq və bunu davam etdirəcəyik. Heç kim bizim qabağımızda dura bilməz, heç kim bizi bu yoldan çəkindirə bilməz. Müzəffər ordumuzun əldə etdiyi qələbələrdən sonsuz qürur duyan hər bir azərbaycanlının qəlbində möhtəşəm üçrəngli bayrağımızı Azərbaycanın işğal altında olan yaşayış məntəqələri üzərində ucaltmaq kimi müqəddəs arzusu var. İnanırıq ki, ərazilərimizin bütövlüyünü bəyan edən bayrağımız doğma Qarabağımızın hər guşəsində dalğalanacaq. Eşq olsun müzəffər Azərbaycan Ordusuna! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

 

Yusif ƏLƏKBƏROV,

 

Prantşirkətinin prezidenti,

 

Beynəlxalq mükafatlar laureatı,

 

Beynəlxalq Elmlər Akademiyasının

 

fəxri üzvü.

 

Respublika.- 2020.- 8 noyabr.- S.6.