Qürbətdə qələbə sevinci

 

Biz Azərbaycandan çox-çox uzaqlarda, dost Ukraynada yaşayırıq. Xeyli vaxtdır ki, xalqımız işğal altında olan torpaqlarımızın faşist xislətli, vəhşi ermənilərdən azad olunması uğrunda ölüm-dirim savaşına qoşulmuşdur.

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində bir aydan artıq bir müddətdə nankor düşmənin, demək olar ki, bütün texnikası məhv edilmiş, düşmən qüdrətli Azərbaycan ordusunun sarsıdıcı zərbəsinə məruz qalmış, işğalda olan rayon, qəsəbə, kəndlər, yüksəkliklər ermənilərdən təmizlənmiş, onların 30 il ərzində qurulmuş istehkamları darmadağın edilmiş, Nikol Paşinyanın ürəyində qalmış, reallığa çevrilməmiş, o erməni xalqına kömək məqsədilə dilənçi kimi hamıya ağız açmışdı, ancaqfayda? Ermənilər döyüş meydanında duruş gətirə bilmədilər, qəddarlıq edərək ballistik raketlərlə Azərbaycanın mülki vətəndaşlarına atəş açdılar. Əlbəttə, bu, hərbi cinayətdir. Erməni daşnakları bu hərbi cinayətə görə cavab verəcəklər. Ermənilərin “yenilməz” ordusu Azərbaycan ordusu tərəfindən məhv oldu. Ermənilər arasında fərarilik başladı, xunta başçısı Dağlıq Qarabağda əmr verdi ki, kim oradan qaçacaq, o, məsuliyyətə cəlb olunacaq.

 

Azərbaycanın dilbər guşələrindən olan, romantik mənzərəsi ilə insanları heyran qoyan qədim Şuşa şəhəri 28 il yarım idi ki, ermənilərin işğalı altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu müstəqil Azərbaycanın qədim tarixi şəhəridir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub-yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur erməni quldurları Şuşanı işğal altında saxlamaqla xalqımızın mədəni irsinə böyük zərbə vurdu, Azəbaycanın tarixi abidələrini dağıtdı.

 

Biz işğaldan azad olunmuş Şuşaya qayıdırıq, artıq Şuşa azaddır. Burada çox tezliklə tarixi abidələrimiz bərpa ediləcək, neçə deyərlər hər yer gülüstana çevriləcək, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcək, Cıdır düzündə “Cəngi” səslənəcək, İsa bulağı ətrafında çal-çağırlı günlər başlanacaqdır.

 

Sentyabrın 27-dən bu günə qədər 200-dən çox şəhər, kənd, qəsəbə işğaldan azad edilmişdir. O cümlədən Füzuli şəhəri tamamilə darmadağın edilmiş, yaşayış məskənləri yararsız hala düşmüş, düşmən Cəbrayılı da tamam məhv etmiş, Qubadlı, Zəngilan tamamilə dağıdılmış, bizim qədim torpaqlarda ermənilər insanlığa yaraşmayan vəhşiliklər törətmişlər.

 

Müharibə gedən kəndlərdə bütün dünya azərbaycanlılarının ürəyi Vətən, Azərbaycan eşqi ilə döyündü. Bu çətin anlarda Ukraynada yaşayan həmvətənlərimiz Azərbaycan xalqının birliyini gördü. Bütün bölgələrdən ordumuza dəstək gəldi. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin belə bir fikrini xatırlamaq yerinə düşərdi:

 

Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradə, müzəffər xalq, müzəffər ordu olduğunu göstərdi. Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir”.

 

Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Şuşanın işğaldan azad olunması xəbəri isə Ukraynadakı həmvətənlərimizi qat-qat sevindirdi. Çoxsaylı azərbaycanlılar qələbə sevinci ilə küçələrə axışdılar, hər yerdə üçrəngli bayrağımız dalğalandırıldı, bizim bayram tədbirində azsaylı xalqların nümayəndələri də coşqu ilə iştirak edirdi. Fəxarətlə iştirak etdi.

 

Azərbaycan əsrlər boyu davam edən münaqişədə qalib tərəfə çevrildi, ərazi bütövlüyü təsdiqləndi. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

 

 

Əfqan SALMANOV,

 

Azərbaycanın Xarkovdakı Fəxri Konsulu, “III dərəcəli Vətənə Xidmət” Ordenli.

 

Respublika.- 2020.- 13 noyabr.- S.7.