Şuşam, xoş gördük!
Şuşam!..
Səcdənə gəlmişəm
Adım-sanım, şöhrətim,
Sənsən dünyam, qüdrətim.
Xoş gördük!
Qarabağ Azərbaycandır!
Zirvəsi xan qalasıdır.
Hamı bir ağızdan deyir:
Şuşa başımın tacıdır.
Xoş gördük, Şuşam!..
Cıdır düzü büsat qurub
Üç rəng bayraq dalğalanır.
Topxanada məşəl yanır.
Qarabağ nura boyanır.
Nər igidlər əldə silah
Cəbhə boyu səf-səf durub
Xoş gördük, Şuşam!..
Öz oduna
alış-yan!
Baş nazir Nikol dərdə düşüb.
İndi bilmir başını harda girləsin.
Gizlənib bunkerdə, qaşına-qaşına
İki əllə
vurur küt başına.
Zarıyır: “Ay... Asdvas...”
***
Bir də gördü: babası Paşinyan Nikol*
Nijdehlə Hitlerin yanında söhbət eləyir.
Düşündü: yəqin nəvəsinə nicat diləyir.
Sevindi:
“Ay... Asdvas...”
***
Qəşş etdi, titrədi,
birdən oyandı:
Gördü yuxudu, od
tutub yandı.
Qapaz vurdu küt başına, qaşına-qaşına.
Zarıdı: Bədbəxt, küt
Paşinyan.
Bir səs gəldi, bunkerdə nagahan:
“Erməni dığası
Paşinyan,
Öz oduna alış-yan”.
Didərgin.
* II Dünya müharibəsində
general Nijdehin rəhbərlik
etdiyi erməni legionerlərində Nikol Paşinyan faşist əsgəri idi.
1943-cü ildə döyüş
zamanı öldürülmüşdü.
Respublika.- 2020.- 13 noyabr.- S.9.