Azərbaycan bayrağı həm də Lider-xalq vəhdətinin rəmzidir
XVIII əsrin II yarısı Azərbaycanın siyasi-coğrafi tarixində xüsusi bir dövrdür. Bu dövrdə Azərbaycan ərazisinin ümumi sahəsi, təxmini hesablamalara görə, 380 min kvadratkilometr idi. Azərbaycanın orta əsrlərdəki vahid ərazisində Qacar dövləti ilə Çar Rusiyası arasındakı müharibədə Rusiya qalib gəlir və 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri nəticəsində Araz çayının şimal hissəsi Qacar dövlətindən alınaraq Rusiyaya birləşdirilir.
1918-ci il
mayın 28-də Azərbaycan öz
dövlət müstəqilliyini bərpa etdi
və müstəqil Azərbaycan Xalq
Cümhuriyyəti elan edildi.
23 ay yaşadıqdan
sonra bu respublika 1920-ci il aprelin 28-də süqut etdi. 1922-ci il dekabrın ayından Azərbaycan dövlət atributlarına malik - konstitusiyalı, bayraqlı, himn və gerbli müttəfiq respublika kimi SSRİ-nin tərkibinə daxil edildi. 1991-ci
ildə isə yenidən Azərbaycanın
dövlət müstəqilliyi
bərpa edildi və dövlət müstəqilliyi barədə
konstitusiya aktı qəbul olundu.
1995-ci il noyabrın
12-də müstəqil Azərbaycan
Respublikasının bütün
xalq tərəfindən
bəyənilmiş Konstitusiyası
qəbul edildi. Bu hadisə Azərbaycan
xalqının tarixində
yeni mərhələnin
- tərəqqi və
demokratiya əsrinin başlanması ilə əlamətdardır. Müstəqil Azərbaycan dövlətinin
qurulması bizim həyatımızda mühüm
tarixi hadisədir.
Doğrudur, müstəqillik yolu bizim üçün
hamar olmayıb və biz ağır sınaqlara məruz qalmışıq. Ermənistanın
Azərbaycana qarşı
hərbi təcavüzü,
erməni qəsbkarlarının
ərazimizin 20 faizini işğal etməsi, bir milyondan çox
həmvətənimizi doğma
yurd-yuvasından didərgin
salaraq qaçqın və köçkünə
çevrilməsi... Bəli,
Dağlıq Qarabağın
işğalı
...Dağlıq Qarabağ
Azərbaycanın əzəli
tarixi torpağıdır. Bütün dünya
da bu bölgəni
Azərbaycanın ayrılmaz
hissəsi kimi tanıyır. Beynəlxalq təşkilatlar
tərəfindən qəbul
edilən qərar və qətnamələr
də Dağlıq Qarabağın ölkəmizə
məxsus olduğunu təsdiqləyir. BMT Təhlükəsizlik Şurasının
dörd qətnaməsində
də deyilir ki, erməni silahlı qüvvələri
dərhal, tam və qeyd-şərtsiz işğal
edilmiş torpaqlardan çıxarılmalıdır. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı,
Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq
Təşkilatı, digər
təşkilatlar qətnamə
qəbul etdi, sərhədlərimizin toxunulmazlığını,
suverenliyimizi və Azərbaycanın ərazi
bütövlüyünü NATO-nun müvafiq sammitlərində
də birmənalı
şəkildə dəstəklənib.
Lakin 30 ilə yaxındır ki, həmin qətnamələr kağız
üzərində qalıb.
İndiyə qədər beynəlxalq təşkilatlar tərəfindən
Dağlıq Qarabağ
münaqişəsinin həlli
ilə bağlı çox önəmli qərarlar qəbul olunub. BMT Təhlükəsizlik
Şurasının 7 bəyanatında
və 4 qətnaməsində
(822, 853, 874, 884 nömrəli qətnamələr) Ermənistan
dövlətinin işğalçı
olduğu açıq
şəkildə göstərilib.
Torpaqların azad edilməsi,
qaçqınların öz
yurdlarına qayıtması
tələb olunub.
1996-cı il dekabrın
2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında ulu öndər Heydər Əliyevin siyasi qətiyyəti və diplomatik prinsipiallığı
nəticəsində, Ermənistan
istisna olmaqla, 54 üzv dövlət tərəfindən Azərbaycanın
haqlı mövqeyini müdafiə edən xüsusi sənəd imzalanıb.
Bu gün Azərbaycan
Ordusu hünər meydanında torpaqlarımızı
işğaldan azad etmək üçün
BMT Təhlükəsizlik Şurasının,
ATƏT-in Minsk qrupunun illərdir
təmin edə bilmədiyi tarixi ədaləti təkbaşına
icra edir. Nəhayət, sentyabrın 27-dən başlanan
ikinci Qarabağ müharibəsində rəşadətli
Azərbaycan Ordusu işğal olunmuş rayonlarımızı bir-birinin
ardınca azad etməklə, müstəqillik
tariximizin ən şərəfli səhifəsini
yazır.
Dünyanın ən güclü orduları sırasında
olan, ən müasir silahlarla, hərbi texnika və müdafiə təyinatlı qurğularla
tam təchiz edilən
ordumuzun hərbi-texniki
və döyüş
hazırlığının yüksək səviyyədə
olduğunu da bu gün artıq
döyüş meydanında
özünü təsdiq
edir. Qeyd edək ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusundan biridir. Sözsüz ki, bütün
bu uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü
ordu quruculuğu siyasəti sayəsində
mümkün olub.
Uzun illərdən sonra rəşadətli Azərbaycan
Ordusu şanlı qələbələrlə dədə-baba
torpaqlarımızı işğaldan
azad edərək itirilmiş ərazilərimizi
bərpa edir. O cümlədən Füzuli,
Cəbrayıl, Zəngilan,
Qubadlı şəhərləri,
Hadrut, Ağbənd, Mincivan qəsəbələrində,
200-dən çox yaşayış
məntəqəsində, milli
kimliyimizin rəmzlərindən
olan Xudafərin körpüsündə 27 ildən
sonra Azərbaycan bayrağı dalğalanmağa
başladı. Ard-arda gələn
qalibiyyət xəbərləri,
kəndlərimizin bir-bir
düşmən tapdağından
azad edilməsi, tezliklə Qarabağa qayıdacağımızla bağlı
qələbə mesajları
xalqımızın hər
bir övladının
qəlbində qürur,
sevinc hayqırtısına
çevrildi.
28 illik həsrətdən sonra on milyonluq Azərbaycan vətəndaşları,
dünyada yaşayan bütün soydaşlarımız
dövlətimizin başçısına
məxsus “Qarabağ Azərbaycandır!” qələbə
çağırışını, Azərbaycan xalqı üçün böyük
əhəmiyyət kəsb
edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan
azad edildiyi 8 noyabr tarixini boyük sevinclə qeyd etdilər. Şuşa azad edildikdən bir gün sonra, noyabrın 9-da Prezident İlham Əliyev daha 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan
azad olunması barədə ölkə ictimaiyyətini məlumatlandırdı.
Beləliklə, hərbi əməliyyatlar
zamanı döyüş
meydanında darmadağın
edilən düşmənin
çıxış yolu
Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri
qəbul etmək oldu.
Noyabrın 10-da atəşkəs elan edərək Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanatda Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdakı 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Nəticə etibarilə, dekabradək qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız azad olunacaq. Həmçinin bölgədə sülhyaratma prosesi Rusiya və Türkiyənin birgə iştirakı sülhməramlıların əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə təmin ediləcək.
Prezident, Ali Baş Komandan İlham Əliyevin ötən gecə xalqa müraciət edərək şanlı qələbəmizin müjdəsini verməsi uzun illərdir həsrətində olduğu tarixi qələbəni Azərbaycan xalqı böyük coşqu, sevinc və qürur hissi ilə qeyd edir. Prezidentin müraciətindən sonra insanlar bu tarixi zəfərin sevincini paylaşmaq üçün paytaxtın küçələrinə axışdılar. Bütün ölkəni qələbə əhval-ruhiyyəsi; küçələr, binalar, avtomobillər Azərbaycan və qardaş Türkiyənin ay-ulduzlu qoşa bayraqlarıyla bəzəndi. Bir andaca əlləri üçrəngli bayraqlı, dilləri zəfər nəğməli insanlar küçələrdə selə döndü, aşdı-daşdı, haqq nidaları dünyanı lərzəyə saldı. Əllərində Azərbaycanın bayrağı və Ali Baş Komandanın portretləri olan insanlar şanlı qələbənin sevincini yaşayırlar. Bu sevinc və qürur hisslərini onlara yaşatdığına görə dövlətimizin başçısına minnətdarlıq edirlər. Bu bir daha onu göstərir ki, Azərbaycan xalqı həmişə olduğu kimi Lideri ilə bir yerdədir, həm də Azərbaycan bayrağı Lider-xalq vəhdətinin rəmzidir. Hər tərəfi “Yaşasın Ali Baş Komandan!”, “Qarabağ!”, “Qarabağ Azərbaycandır!”, “Azərbaycan Ordusuna eşq olsun!” “Qələbə bizimdir” kimi şüarlar bürüyüb. Bu inam, bu güvən Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətinin uzaqgörənliyindən, qətiyyətindən, qüdrətli Azərbaycan Ordusunun qələbə əzmindən doğur.
Yaşadığımız bu tarixi günü, bu qüruru Ali Baş Komandanımız müzəffər ordumuzun sayəsində nail olub böyük qələbəni xalqımıza bəxş etdi.
Kamaləddin MƏNSİMOV,
“Nabucco Architecture and Construction” şirkətinin
direktoru.
Respublika.- 2020.- 13 noyabr.- S.9.