“Birlikdəyik” layihəsi
COVİD-19 XXI əsr insanının həyatının bir parçasına çevrilib və hər kəsi onun diktə etdiyi şərtlərlə yaşamağa vadar edib: sosial izolyasiya gözləyərək, maska taxaraq, şəxsi gigiyena qaydalarına əməl edərək. Azərbaycanda yeni koronavirus infeksiyasına qarşı görülən sistemli tədbirlər bu gün də davam etdirilir. İnfeksiyanın yayıldığı ilk günlərdən dövlətimizin vəziyyəti nəzarətə götürməsi, genişmiqyaslı tədbirlər həyata keçirməyə başlaması qısa zamanda müsbət nəticələrə nail olmağa rəvac verdi. İstər vətəndaşların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələlər uğurla həll edildi.
Hər zaman olduğu kimi, pandemiya dövründə də Azərbaycan Prezidentinin yürütdüyü siyasətin ana xəttini insan amili, vətəndaşların sağlamlığı, təhlükəsizliyi, ölkəmizin inkişafı və cəmiyyətimizin sosial rifahı təşkil edir. Bu mənada cəmiyyətin bütün üzvlərinin, istər dövlət qurumları, istərsə də digər sektorların iştirakçılarının, o cümlədən özəl sektorun da səyləri məhz bu istiqamətə yönəlməlidir.
“Coca-Cola”
Fondu və ASAN Könüllüləri
təşkilatının
COVİD-lə mübarizəyə
dəstək məqsədilə
həyata keçirdikləri
sosial yardım layihəsi məhz belə səylərdən
biridir, hətta maraqlısıdır. “Coca-Cola” şirkətinin Qafqaz Regionu Direktoru Adrian Çernautan ASAN Könüllüləri
ilə əməkdaşlığın
ölkədə pandemiya
ilə mübarizəyə
töhfə verdiyinə
inandığını bildirmişdir:
“Dünyada yayılmış
məlum pandemiya ilə mübarizədə
“Coca-Cola” olaraq Azərbaycan
cəmiyyəti ilə
birlikdə olmaqla,
COVİD-19 virusunun qarşısının
alınması istiqamətində
görülən vacib
işləri alqışlayırıq.
Şirkətimiz ASAN Könüllülərinin
sosial yardım məqsədilə hazırladıqları
layihəni dəstəkləmək
qərarını verdi. Çox şadıq ki, ASAN Könüllüləri ilə
birgə bu milli mübarizəyə dəstək ola
bildik. Dövlətin, cəmiyyətin və özəl sektorun səylərinin birləşdirilməsi nəticəsində
bu çətinliyin öhdəsindən birgə
gələcəyimizə inanırıq”.
Azərbaycan Respublikası Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) İnsan Resursları və Təlim şöbəsinin müdir
müavini Cahangir Hacıyev “Coca-Cola” Fonduna layihəni həyata keçirməkdə dəstəyə
görə təşəkkürünü
bildirib və könüllülərin epidemiyaya
qarşı mübarizədə
fəallığını vurğulayıb: “ASAN Könüllüləri
artıq neçə
illərdir ki, çoxsaylı layihələr
həyata keçirərək
cəmiyyət üçün,
xalqımız üçün
faydalı olmaq naminə səylərini əsirgəmir. Hazırda ölkəmizin üzləşdiyi
epidemiya ilə mübarizəyə də
könüllülərimiz öz töhfəsini verməkdədir. Təbii ki,
belə layihələr
və təşəbbüslər
tərəfdaşlarsız mümkün olmur. Bu Fondun dəstəyi
ilə bir neçə layihəyə
imza atmışıq.
Çox
sevindirici haldır ki, bu çətin
günlərdə də
“Coca-Cola” Fondu və
ASAN Könüllüləri bir araya gələrək
həkimlərə və
aztəminatlı ailələrə
kömək əlini uzatmaq üçün belə əməkdaşlıq
edirlər”.
Hələ aprel ayının
əvvəlində ölkədə
karantin rejimində çalışan xəstəxanalar
üçün 120,000 su
məhsullarının çatdırılmasını
təşkil etmişdik,
deyən “Coca-Cola” şirkətinin
İctimaiyyətlə Əlaqələr
və Kommunikasiya Meneceri Elşad Fərzəliyev onu da bildirdi ki,
bu yaxınlarda “Birlikdəyik” layihəsi çərçivəsində yüzdən artıq ASAN Könüllüləri və
“Coca-Cola” şirkətinin əməkdaşları,
“Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyi” karantin rejimində çalışan
səhiyyə müəssisələrinə
müvafiq tibbi ləvazimatlar, tibb personalı üçün
min ədəd qoruyucu
eynək, min ədəd
qoruyucu kombinezon, 3 min şəffaf maska, 21 min əlcək, 7 min baxıl
və 20 min respirator maska
yardım olunub.
Əhaliyə yardım məqsədi
ilə COVİD-19 pandemiyası
dövründə ABAD publik
hüquqi şəxs tərəfindən istehsal
olunan 17500 ədəd
antiseptik vasitə könüllülərə, dövlət
xidmətlərinin göstərildiyi
məntəqələrdə və vətəndaşların
toplaşdığı yerlərdə
paylanılmışdır. Hazırda “Birlikdəyik” layihəsi çərçivəsində
həm əhaliyə qida yardımlarının
çatdırılması, o cümlədən 20 min şəxsi
əhatə edən aztəminatlı ailələrə
yardım qutularının
paylanılması, həm
də antiseptik şəxsi gigiyena ləvazimatları vasitələrin
paylanılması, eyni
zamanda sosial şəbəkələr vasitəsilə
maarifləndirilmə işinin
aparılması həyata
keçirilir.
COVİD-19 virusunun qarşısının
alınması istiqamətində
mübarizə dövlətin,
cəmiyyətin və
özəl sektorların
səylərinin birləşdirilməsi
nəticəsində bu
çətinliyin öhdəsindən
tezliklə birgə gələcəyimizə inanırıq. Nəzərə alınmalıdır ki, payız-qış mövsümü
həmçinin digər
xəstəliklərin fəallaşdığı
dövrdür və bu xəstəliklər insan orqanizmi üçün ciddi təhlükədir. Buna görə də koronavirusun yayılmasına,
yeni yoluxma nöqtələrinin yaranmasına
imkan verilməməlidir.
Hər bir vətəndaş qoyulan qərarlara, pandemiyanın tələblərinə
mütləq şəkildə
əməl etməlidir.
Bəybala BƏYBALAYEV
Respublika.- 2020.- 15 noyabr.- S.7.