ZƏFƏR BAYRAMI: VƏTƏN ANDI,
OĞUL ANDI
30 ildir ki, ana torpaqlarımız daşnak tör-töküntüləri
olan ermənilərin işğalı altında
idi. Bu 30 ili bütün xalqımız
dərd yükü, ürəkağrısı, üz-gözünün
kədəri, gərilmiş
əsəbləri ilə
yaşayıb. Amma həm
də ötən illərin təcrübəsinə
əsaslanaraq yetişəcək
məqamı gözləmək
məcburiyyətində idi.
Ən əsas məqam isə xalq, dövlət, ordu birliyinə inanmaq, bir olmaq, birlikdə
olmaq idi.
Budur, o məqam
yetişdi. 2020-ci il
sentyabrın 27-dən noyabrın
10-na kimi - 44 günlük
ağır İkinci Qarabağ müharibəsi
günlərini yaşadıq.
İgid əsgərlərimiz Qarabağ
torpaqlarında Vətən
müharibəsində son damla
qanlarına qədər
vuruşmağa and içdilər
və bu savaşda şərəfli
döyüşlərini başa
vurdular. Vətənimin hər bölgəsindən
Qarabağa yollanan oğullar Ali Baş Komandanın rəhbərliyi
altında Zəfər
qazandılar. İşğalda olan torpaqlarımızın
böyük bir hissəsini ağır hərb yolu ilə düşmən tapdağından qurtardılar,
qalan hissə isə noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı
Bəyanata əsasən
qeyd olunan müddətə işğaldan
azad olunacaq. Bəyanatın beşinci maddəsində
göstərildiyi kimi,
“münaqişə tərəflərinin
razılaşmalara əməl
etməsinə nəzarətin
səmərəliliyinin artırılması
məqsədilə atəşkəsə
nəzarət üzrə
yaradılmış sülhməramlı
mərkəz”in tərəfdaşları
Rusiya-Türkiyə arasında
bağlanmış Müqavilə
bu məsələnin
ədalətlə nizamlanacağına
böyük ümid yaradır.
Torpaq, Vətən
namusu bizi 44 günlük tarixi gündə bir xalq olaraq doğmalaşdırdı. Sevincimizi
də, kədərimizi
də birgə bölüşdük. Müharibənin ilk günündən bu birlik özünü göstərdi.
11 noyabrda, Zəfər
Qələbəmizin səhəri
Ali Baş Komandan İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə yaralı hərbçilərlə
görüşdü.
Ali Baş Komandan
həmin görüşdə
bildirdi ki, Zəfərdən sonrakı
ilk görüşü onlarladır. Dövlət başçımız Qələbə
sevincini yaralılarla bölüşdü. “Qələbə bizim hərbçilərimizin peşəkarlığı,
qəhrəmanlığı hesabına qazanılıb.
Onlar torpağımızı düşməndən
qarış-qarış azad
edib, bu zəfəri xalqımıza
nəsib ediblər.
Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz.
Bizim qəhrəman döyüşçülərimiz
gələcək həyatda
da daim mənim
nəzarətimdə olacaqlar”.
Ali Baş Komandanın
qələbəni qazanan
şəhidlərimizin ruhu
qarşısında, onları
böyüdən valideynlər
haqqında dedikləri
hamının qəlbindən
keçən sözlər
idi.
Azərbaycan əsgəri ötən
44 günlük müharibə
ərzində 5 şəhər,
4 qəsəbə, 300-ə yaxın kənd, onlarla strateji yüksəkliyi düşmən
tapdağından azad etdi, Ermənistan faktiki məğlubiyyətə
düçar edildi.
Vətən müharibəsi günlərində
sanki bir xalq olaraq yenidən,
öz içimizdən
doğulduq, vüqarımız,
qürurumuzla birgə
böyüdük.
Qədim Şuşanın - Qala Şuşanın düşməndən
azad edilməsindən
(8 noyabr) sonra Ali Baş Komandanın Şəhidlər Xiyabanından
xalqa etdiyi müraciəti bizi duyğulandırdı, sabaha
inamımızı tam dirçəltdi. Həmin
gün Prezident ulu öndərin vəsiyyətinə əməl
etdiyindən mənəvi
rahatlıqla söz açdı: “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini
yerinə yetirdim. Şuşanı azad etdik! Bu böyük Qələbədir! Bu gün
Şəhidlərimizin, Ulu
Öndərin ruhu şaddır! Gözün aydın olsun,
Azərbaycan!”
İlham Əliyevin bu etirafı övladın ata vəsiyyətinə əməli cavabı idi. Bununla cənab Prezident
ulu öndərin də ruhunu şad etmiş oldu.
Bu müharibədə biz Ali Baş Komandanı qüdrətli sərkərdə
kimi gördük. Onu yaşadığımız
çətinliklər, ağrılar
zamanı da yenilməz, inamlı gördük. Bu böyük bir tale qismətidir, bu bir alın yazısıdır.
Biz gənclər bu dövrü yaşadıq, baş verənlərin şahidi olduq. Allah türkü
qorusun. Sözümü
bitirdiyim məqamda vaxtilə ümummilli lider Heydər Əliyevin bu sözlərini xatırladım:
“Şuşasız Qarabağ,
Qarabağsız isə,
ümumiyyətlə, Azərbaycan
yoxdur!”
Bu gün Şuşanın yerləşdiyi Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Atilla SÜLEYMANLI
Respublika.- 2020.- 15 noyabr.- S.7.