İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir

 

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdandan sonra digər sahələrdə olduğu kimi, iqtisadiyyatın inkişafı istiqamətində də geniş və hərtərəfli islahatlar aparılmasına start verildi. Azərbaycanda milli iqtisadiyyatın inkişafı və dünya arenasına inteqrasiyası, ölkəmizə investisiyaların cəlb edilməsi, iqtisadi fəallığın bərpası və həyat səviyyəsinin yüksəldilməsi məqsədi başlanmış islahatların əsasını təşkil etdi və ölkəmizin sosial-iqtisadi inkişafında uzunmüddətli dövrə hesablandı. Ulu öndərin təşəbbüsü ilə respublikamızda yeni istehsal sahələri quruldu, bir sıra böyük sənaye müəssisələrin məhz Azərbaycanda inşasına nail olundu, “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin regiondadünyada mövqeyini möhkəmləndirməklə iqtisadiyyatın bütün sahələrinin tərəqqisinə zəmin yaratdı. Heydər Əliyev zamanın yeni çağırışlarını nəzərə almaqla həyata keçirdiyi islahatlar həm də liberal iqtisadiyyatın, biznesinvestisiya mühitinin formalaşdırılmasını, sahibkarlığın inkişafını təmin etdi. Azərbaycan beynəlxalq arenada yerini daha da möhkəmləndirdi, ölkəmizin gələcək tərəqqisi üçün möhkəm təməl yaradıldı. Ulu öndərin sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi taleyüklü qərarlar özəl bölmənin formalaşmasında mühüm rol oynadı. Ümummilli liderin 2002-ci ilin 25 aprelində ölkə sahibkarları ilə keçirdiyi görüş sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olduğundan Prezident İlham Əliyevin 21 aprel 2016-cı il tarixli sərəncamı ilə 25 aprel Azərbaycanda “Sahibkarlar Günükimi təsis edildi.

 

Ulu öndərin başladığı inkişaf strategiyasının 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz siyasi, iqtisadi və mədəni sahələrdə böyük nailiyyətlərə imza atdı. Sahibkarlıq isə iqtisadiyyatın aparıcı qüvvəsinə çevrildi. Səmərəli dövlət dəstəyi, o cümlədən vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, layihələrin güzəştli şərtlərlə kreditləşdirilməsi, sənaye parklarının və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, maarifləndirmə, biznes forum və sərgilərinin təşkili və digər tədbirlər nəticəsində Ümumi Daxili Məhsulda (ÜDM) özəl bölmənin payı 80 faiz civarında, məşğulluqda isə 74 faizdən çox olub. Ümumiyyətlə neftdən asılılığın azaldılması üçün ölkə iqtisadiyyatı şaxələndirilmiş, özünüməşğulluq səviyyəsi yüksəldilmişdir.

 

Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan iqtisadi baxımdan regional liderə, AvropaAsiya arasında əsas nəqliyyat-loqistik mərkəzlərdən birinə çevrilmişdir. Son illər dünyanı bürümüş qlobal maliyyə və iqtisadi böhrandan az itkilərlə çıxmaq, milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavab verilməsini təmin etmək məqsdilə dövlət başçımız tərəfindən qarşıya yeni vəzifələr qoyulub. Bunlar makroiqtisadi və maliyyə sabitliyinin qorunması, iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün yeni mexanizmlərin formalaşdırılması, daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılması, xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlb olunması, qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsi və sairlərdən ibarətdir. Bir sözlə, dövlət investisiyalarına paralel olaraq özəl yerlixarici investisiyaların cəlbi yeni dövr iqtisadi siyasətin əsas istiqaməti olmalı, özəl sektorun aparıcı rolu təmin edilməli, investisiya mühitinin yaxşılaşdırılması üçün ciddiradikal addımlar atılmalıdır. Son illər iqtisadi artım tempinə görə Azərbaycan həm regionda, həm də dünyada lider ölkələr sırasında inamla addımlayır. Təsadüfi deyildir ki, ötən ilin yanvarında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyiQlobal Rəqabətlilik İndeksi”nə görə Azərbaycan dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 141 ölkə arasında 11-ci, hava nəqliyyatı xidmətləri üzrə 12-ci, dəniz xidmətləri limanı üzrə 25-ci, yol infrastrukturunun keyfiyyətinə görə isə 27-ci yerdə qərarlaşmışdır. Ölkəmiz xarici investorlar üçün ən cəlbedici ölkəyə çevrilmişdir. Bunun nəticəsidir ki, Azərbaycana yatırılan xarici sərmayələrin həcmi ildən-ilə artır.

 

Məlum olduğu kimi, sentyabrın 9-da Prezidentin fərmanı ilə iqtisadi Şura yaradılmışdır. Şura qarşısında Azərbaycan iqtisadiyyatının yaxın 10 il ərzində 2 dəfəyə qədər artıma nail olunması qarşıya qoyulmuşdur. Mütəxəssislərin fikrincə, 2021-ci ildə ölkəmizdə 2,8-3,4 faiz iqtisadi artım proqnozlaşdırılır.

 

Bir məsələni də qeyd edim ki, dünyanı bürüyən COVİD-19 pandemiyasının yaratdığı fəsadlar Azərbaycandan da yan keçməmişdir. Pandemiyanın yayılmasına qarşı Azərbaycanda müxtəlif istiqamətlərdə dövlət tərəfindən tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu pandemiyaya qarşı mübarizədə uğurlar qazanılmış və bu, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət dəyərləndirilmişdir. Həyata keçirilən tədbirlərin nəticəsində iqtisadiyyatımızda azalma aşağı səviyyədə olub. Məsələn, bu ilin 7 ayı ərzində Ümumi Daxili Məhsul 2,8 faiz azalsa da, qeyri-neft sektorunda 1,6 faiz artım olub. Bu, digər ölkələrlə müqayisədə çox yaxşı göstəricidir. Lakin pandemiya dövründə bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10, 15, 20, 25 faizə çatmışdır. Azərbaycan Prezidenti pandemiya ilə bağlı məsələyə münasibət bildirərkən belə deyib: “Təbii ki, pandemiya həm ölkə iqtisadiyyatına, həm də insanların sosial vəziyyətinə mənfi təsir göstərmişdir. Bu təsirin fəsadlarını azaltmaq üçün praktiki addımlar atılır. Beş milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Həm dövlət sektorunda, həm özəl sektorda işləyənlər, eyni zamanda işsizlər, o cümlədən qeyri-formal formada işləyənlər, aztəminatlı təbəqəyə aid olanlar, bütün bu kateqoriyadan olan insanlar dövlət tərəfindən maddi dəstəklə təmin edilib. Bu, bir daha onu göstərir ki, insanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı bizim üçün əsas məsələdir.

 

Aztəminatlı ailələrə minimum yaşayış həddində - 190 manatın verilməsi, pandemiyanın iqtisadiyyata təsirinin azaldılması ilə bağlı COVİD-19-dan zərər çəkmiş iqtisadi subyektlərə, sahibkarlara dövlət tərəfindən dəstək göstərilməsi deyilənlərin sübutudur. Xüsusilə pandemiya dövründə sahibkarlara dəstəyin artırılması, həm iqtisadi paket, həm təşviq tədbirləri ilə sahibkarların dəstəklənməsi ən həssas dönəmlərdə belə, dövlətimizin, ölkə rəhbəri cənab İlham Əliyevin adamlarının yanında olmasını təqdir edir. Eyni zamanda, koronavirusun ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı işçi qrupu yaradılmış və fəaliyyət göstərir. Bir sözlə, pandemiya dövründə dövlət başçısının qəbul etdiyi operativ qərarlar və imzaladığı sərəncamlar “Biz birlikdə güclüyük” şüarı ətrafında yaranan güclü həmrəylik hərəkatı Azərbaycanın bu qlobal böhrandan uğurla çıxacağına inam yaradır.

 

Azərbaycan regionun davamlı inkişafa nail olmasında göstərdiyi səylərə və əldə etdiyi mühüm uğurlara baxmayaraq, Ermənistan ölkəmizə qarşı 30 ilə yaxındır ki, yürütdüyü işğalçılıq siyasəti iqtisadi inkişafımıza ciddi maneələr yaratmış, iqtisadi potensialımızdan və mövcud resurslardan tam istifadə olunmasını məhdudlaşdırmışdır.

 

Birmənalı olaraq belə deyə bilərik ki, güclü ordu ilə güclü dövlət anlayışı bir vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə ölçülür. Nizami Azərbaycan Ordusunun təməlinin qoyulduğu 1993-cü ilin payızından sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa vaxtda qütün qoşun növlərinin mövcud olduğu, müasir döyüş imkanlarına malik Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılmasına start verilmişdir. 2003-cü ildən etibarən ordu quruculuğu sahəsində həyata keçirilən davamlı tədbirlər, aparılan geniş islahatlar ölkəmizin müdafiə qüdrətini qat-qat artırmış, əldə olunan nailiyyətlərin miqyası daha da genişləndirilmişdir. Bu baxımdan son illərin təcrübəsini yüksək qiymətləndirən Ali Baş Komandan İlham Əliyev hərbi potensialımızın gücləndirilməsi məsələsini gündəlik həyatımızın ən mühüm sahəsi kimi xarakterizə etmişdir.

 

Məlumdur ki, 30 ilə yaxın idi müstəqil Azərbaycan Ermənistanın işğalından və təcavüzündən əziyyət çəkirdi. Bir milyondan çox məcburi köçkünümüz öz doğma yurdlarının həsrəti ilə yaşayır, evlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirdi. Nəhayət, xalqımızın 30 illik Vətən həsrətinə son qoyuldu. Sentyabrın 27-də Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribatlardan sonra Şanlı Ordumuzun əks-hücum əməliyyatları - xalqımız və dövlətimiz üçün Vətən müharibəsi başladı. Qüdrətli Ordumuzun döyüş meydanlarında qəhrəmanlıqları sayəsində 44 gün ərzində 300-ə yaxın yaşayış məntəqəsi, 5 şəhər (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa şəhərləri) və 4 qəsəbə işğaldan azad edildi. Möhtərəm Prezidentimiz xalqa müraciətində Şuşanın azad edilməsi ilə bağlı deyib: “Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”.

 

44 günlük Vətən müharibəsi dövlətimizin Qələbəsi, Ermənistanın isə faktiki olaraq məğlubiyyəti ilə başa çatdı. Bu fakt noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziriRusiya Federasiyasının Prezidenti arasında imzalanan bəyanatda bir daha öz təsdiqini tapdı.

 

Böyük Qələbəmiz, Azərbaycan Ordusunun regionun ən güclü ordusu olması barədə deyilənlər bir daha təsdiqləndi. Azərbaycan Prezidentinin “Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu vardır” sözlərinin reallığa əsaslandığı bir daha əyani olaraq sübut olundu. Yeri gəlmişkən, ölkələrin hərbi potensialını qiymətləndirən qurumlar Azərbaycan Ordusunun dünyanın aparıcı 50 ordusu sırasında olduğunu bildirmişlər. Ordumuzla fəxr edən hər bir ölkə vətəndaşı böyük ruh yüksəkliyi, vətənpərvərlik nümayiş etdirərək Vətən uğrunda döyüşməyə hazır olduğunu hər an dilə gətirdi. Bu xalq-ordu birliyinin nümayişi idi.

 

Vətən müharibəsində öz qanı, canı bahasına torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə Allahdan rəhmət, yaralı hərbçilərimizə şəfa diləyirik.

 

Yusif NƏSİBOV,

“Nəzər” kənd təsərrüfatı

məhsullarının istehsalı və emalı

müəssisəsinin direktoru,

sahibkar.

 

Respublika.- 2020.- 15 noyabr.- S.6.