Sağlam həyat xoş gələcəyin təminatıdır

 

Qloballaşan dünyada yeni bir xəstəliyin yaranması və bu xəstəliyin müalicə yollarının araşdırılması dövrün, zamanın qaçılmaz tələbinə çevrilib. Lakin uzun illər, əsrlər öncə yaranmış xəstəliklər də var ki, elmin, tibbin sürətli inkişafına baxmayaraq, hələ bu günə qədər də tam müalicəsi mümkün olmayıb. Bu gün ölkəmizdə milli səhiyyəmizin dünya standartları səviyyəsində yenidən qurulması, dünya səhiyyə sisteminə inteqrasiya olunması istiqamətində çoxsaylı məqsədyönlü layihələr həyata keçirilir. Səhiyyə sahəsində aparılan islahatlar tibbi xidmətin səviyyəsinin yüksəldilməsinə, insanların xəstələnmə faizinin aşağı düşməsinə və həyat keyfiyyətinin yaxşılaşmasına zəmin yaradır.

 

 

2000-ci ildən etibarən fəaliyyət göstərən Azərbaycan Diabet Liqası (ADL) şəkərli diabetlə xəstə olan vətəndaşlarımızın həyat keyfiyyətini yüksəltmək, hüquqlarını müdafiə etmək və əhalinin sağlamlığının mühafizəsində yaxından iştirak etmək missiyasını daşıyır. Bu günlərdə Ümumdünya Diabet Günü ərəfəsində ADL-in təsisçisi və sədri, Respublika Endokrinoloji Mərkəzinin aparıcı endokrinoloqu Yeganə Sultanova ilə görüşüb Azərbaycan Diabet Liqasının yaranma zərurəti, 20 illik fəaliyyətində XXI əsrin ən geniş yayılmış xəstəliklərindən olan şəkərli diabetlə mübarizə istiqamətində görülən işlər barəsində söhbət etdik. O dedi:

Tarix boyu insanlar müxtəlif xəstəliklərlə mübarizə aparıblar. Yayılmış təhlükəli xəstəliklər, epidemiyalar minlərlə insanın həyatına son qoyub. Zaman keçdikcə tibb elminin, səhiyyənin inkişafı nəticəsində bu xəstəliklərin əksəriyyətinin tamamilə müalicəsi tapılsa da, bəzi xəstəliklər də var ki, onların tam sağaldılması hələ mümkün olmayıb. Belə xəstəliklərdən biri də şəkərli diabet xəstəliyidir. Lakin bütün xəstəliklərin, o cümlədən də şəkərli diabetin insan həyatı üçün təhlükəli olmasının qarşısını almaq mümkündür. Bunun üçün diabeti nəzarətdə saxlamaqsağlam həyat tərzi keçirmək kifayətdir. Doğrudur, bu gün XXI əsrin ən geniş yayılmış xəstəliklərindən biri, endokrin sisteminin xroniki xəstəliyi olan şəkərli diabetlə ilkin aşkarlanmaların sayı durmadan artır. Lakin bu o demək deyil ki, diabetli insan normal həyat sürə bilməz. Sadəcə olaraq həyat tərzini dəyişməklə bir çox hallarda xəstəliyin qarşısını almaq mümkündür. Ən əsası isə şəkərli diabeti vaxtında müəyyənləşdirib onunla mübarizə aparsaq, diabetin fəsadları ilə qarşılaşmarıq. Bu gün milli səhiyyəmiz davamlı inkişaf edir. Azərbaycanda əhalinin sağlamlığının qorunmasına səhiyyə xidmətlərinin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatdırılmasına yönələn dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm sahələrindən biridir. 2000- ci ildə təsis etdiyimiz Azərbaycan Diabet Liqası yarandığı gündən tibbi, hüquqi, sosial humanitar, fiziki psixoloji yardım proqramları çərçivəsində fəaliyyət göstərərək saysız-hesabsız müxtəlif layihələr, tədbirlər aksiyalar həyata keçirmişdir. ADL- tibbi proqram çərçivəsində şəkərli diabetlə bağlı müxtəlif mövzularda elmi-praktik seminarlar, konfranslar təşkil edilir, şəkərli diabet xəstəliyinin terapevtik təlimi proqramı hazırlanır tətbiq edilir, müxtəlif tibbi-maarifləndirici broşürlər, kitablar nəşr olunur, əhali arasında maarifləndirmə işi aparılır, yoxsul, kimsəsiz üzvlərinə pulsuz tibbi xidmətlər təşkil edilir.

Şəkərli diabetin erkən aşkarlanması üçün skrininq layihələri həyata keçirilir. İSİM ilə birgə tibb bacılarına Pasiyentlərin Terapevtik Təlimi üzrə təlimçilər hazırlanır.

Hüquqi, sosial humanitar yardım proqramı çərçivəsində isə adından da göründüyü kimi, 3 istiqamətdə aparılır: Belə ki, liqada hüquqi yardım məqsədiləQaynar xətttelefon əlaqəsi (4980071) yaradılmış, hüquqi maarifləndirmə məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Onu da qeyd edim ki, ADL şəkərli diabetlə bağlı qanunvericilikdə aparılan dəyişikliklərlə əlaqədar (“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısıhaqqında qanunun, “Şəkərli diabet üzrə Dövlət Proqramı”nın hazırlanması üçün) təşkil edilmiş işçi qrupuna daxil olmuş, “2005-2009-cu illər üçün Şəkərli diabetlə bağlı Dövlət Proqramı”nın icrası ilə əlaqədar monitorinqində iştirak etmişdir. 2 il öncə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimai Şuranın üzvü olan ADL hazırda Səhiyyə Nazirliyində İctimai Şuranın üzvüdür.

Sosial humanitar yardım məqsədilə təşkilatın könüllüləri müxtəlif layihələr daxilində tam sərbəst olaraq kimsəsiz köməksiz əlillərə, ağır yataq xəstələrinə, qocalara, ehtiyacı olanlara evlərində yardım göstərir. Bu proqram daxilində diabetli gənc insanların cəmiyyətə inteqrasiyasını sürətləndirmək məqsədilə pulsuz ya böyük güzəştlə peşə kurslarında iştirakları təşkil edilir, mümkün qədər onların işlə təmin olunmalarına yardım göstərilir. Xarici yerli təşkilatların köməkliyi ilə ehtiyacı olan üzvlərimizə, eyni zamanda, qocalar evində yaşayan şəkərli diabet xəstələrinə dərman, qida digər ləvazimatlarla humanitar yardımlar verilir.

Fiziki psixoloji yardım proqramı çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ADL-a şəxsi yardım göstərmişdir. Bu maliyyə yardımı, eləcə Gənclər İdman Nazirliyinin, farmoseptik şirkətlərin, digər təşkilatların dəstəyi ilə hər il ADL şəkərli diabetlə xəstə olan uşaq yeniyetmələr üçün xüsusi yay düşərgələri təşkil edir. Yaşlı diabetli üzvlər üçün Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin köməkliyi ilə Nabranda 10-15 günlük istirahətləri təşkil edilir. Psixoloji reabilitasiya məqsədilə müxtəlif layihələr maraqlı görüşlər təşkil edilir.

ADL-nin 3000-dən çox üzvü, 7 regionda nümayəndəliyi var. Öz fəaliyyəti dövründə dövlət strukturları ilə, xüsusilə, Gənclər İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək Əhalinin Sosial Müdafiə Nazirliyi, Ombudsman aparatı, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Milli QHT Forum, Əlil Təşkilatlar İttifaqı, AGTMŞ, Uşaq hüquqları üzrə QHT Alyansı s. kimi ictimai qurumlarla, Sanofi-Aventis, Serevye, Novo Nordisk s. müxtəlif farmokoloji şirkətlərlə, BDF, UNİCEF, Dünya Bankı s. beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri saxlayır.

Milli QHT Forumun, Uşaq hüquqları üzrə QHT Alyansın, Azərbaycan Respublikası Gənclər Təşkilatının Milli Şurasının, Əlil Təşkilatlar İttifaqının idarə heyətinin üzvü olan ADL ölkəmizin ictimai həyatında da aktiv fəaliyyət göstərir. Liqa Ombudsman aparatında əlillik üzrə sosial proqramlarda dəfələrlə ekspert kimi iştirak edib.

Bu il biz Azərbaycan Diabet Liqası olaraq fəaliyyətimizin 20 ilini qeyd edirik. Bu, bizim üçün çox sevindirici haldır. Çünki qürurla deyə bilərəm ki, 20 ildir ki, biz ADL ailəsi olaraq şəkərli diabetlə xəstə olan saysız-hesabsız insanlara tibbieyni zamanda mənəvi dəstək göstərmişik. 2020-ci ilin əvvəlindən COVİD-19 virus pandemiyası bütün dünyada olduğu kimi, Azərbaycanda da öz bəd fəsadları ilə cəmiyyətin fəaliyyətini iflic vəziyyətinə saldı. İlin sonunda isə bədnam düşmənlərimizin əməlləri nəticəsində Azərbaycanda Vətən müharibəsi başladı. Qarabağ uğrunda gedən müharibə 44 gün ərzində Azərbaycanın qələbəsi ilə başa çatdı. Bu tarixi Qələbə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı düzgün siyasəti, qüdrətli ordumuzun, Vətən sevdalı əsgərlərimizin qəhrəmanlığı, xalq, iqtidar, ordu birliyi sayəsində qazanıldı. İşğalda olan torpaqlarımız azad olundu. “Qarabağ Azərbaycandır!”. ADL-nin yubileyi üçün bundan gözəl hədiyyə ola bilməz. 14 Noyabr - Ümumdünya Diabet Günündə 12 nəfərdən ibarət bir qrup üzvümüzlə ADL adından ulu öndər, ümummilli lider Heydər Əliyevin və Şəhidlər Xiyabanında uyuyan vətən yolunda canlarını fəda etmiş şəhidlərimizin məzarları önünə gül çələngi qoyaraq, doğma Vətənimizə aydın səma, xoş gələcək, xalqımıza sağlam həyat arzuladıq. Qoy Azərbaycanın başı üstündə həmişə Günəş doğsun, bayrağımız daim ucalarda dalğalansın.

 

Söhbəti yazdı:

Mehparə ƏLİYEVA

 

Respublika.- 2020.- 17 noyabr.- S.8.