Əziz Şuşa, sən azadsan!..

 

(Bu tarixi sözləri eşidəndə ürəyimdə tüğyan edən minnətdarlıq duyğularım).

 

 

 

Möhtərəm cənab Prezident!

 

2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə yüksək tribunadan Cavanşir cəsarəti göstərməyiniz ümumilikdə bütün türk dünyası insanlarında yüksək əhval-ruhiyyə yaratdı. Həmin gündən mən sizin cəsarətinizə vurulmuşam.

 

Aqillər demişkən! “Hökmdar o insan ola bilər ki, dünya xəstələnəndə onu müalicə edə bilsin.” Siz bütün dünya azərbaycanlılarının uzun illərdi düçar olduğu, sağalmaz bir yaranın dərmanını tapdınız.

 

Hazırda Azərbaycan dilində 70 minə yaxın söz olduğu halda, o sözlərin içərisindən, Sizin, cəsarətinizi, humanistliyinizi, hünərinizi, zəkanızı, idarəçilik məharətinizi, siyasi iradənizi əks etdirən dəyərli söz tapa bilmirəm.

 

Bunun üçün Ulu yaradandan yeni söz istəyirəm. Qoy Zəngəzur dağlarının ab-havası, sizi daha da ucalara qaldırsın. Sizin Qarabağ uğrunda apardığınız haqlı mübarizə tarixə qızıl həriflərlə yazılacaq.

 

Cənab Ali Baş Komandan!

 

Siz əzəmətli Murov dağının yamaclarından çıxan bulaqların, dağın ətəyində birləşərək, əmələ gətirdikləri çayın qabağını, düşmənin qoruduğu ağır-möhtəşəm bir divarı dağıtmaqla açdınız. O, çayın suyundan bu gün bütünlükdə, Tərtər, Mil-Muğan çölləri bəhrələnir.

 

Siz ümumilikdə yüz minlərlə insanın üzərindən qaçqın-didərgin ünvanını götürdünüz.

 

Siz 520-dən artıq Qarabağ hadisələri ilə əlaqədar olan nəticəsiz görüşlərə, danışıqlara son qoydunuz.

 

Siz bu gün insanlıq simalarını itirmiş, tülkü qiyafəsində, şər gücündə olanlara layiqli cavab verirsiniz.

 

Siz şəhid ata-analarının, göz yaşlarını, sevinc yaşı ilə əvəz etdiniz.

 

Siz Kəlbəcərin İstisuyunu, yer altı-yer üstü sərvətlərinin bəhrəsini kəlbəcərlilərin özlərinə qaytardınız.

 

Siz ümumilikdə 180-dan artıq xarici qurumun işğal altında olan regionlarda qanunsuz qurub-yaratdıqları müəsisələri yerlə yeksan etdiniz.

 

Siz insanlar arasında təsadüf olunan biganəliyə, ehtinasızlığa, hörmətsizliyə son qoydunuz.

 

Siz öz yaraşığı, füsunkarlığı ilə dünyada məşhur olan Zəngilanın çinar meşəsini, Xüdafərin körpüsünü bizlərə qaytardınız.

 

Bu gün bizi istəyən bütün dünya xalqları əllərində Milli bayraq, gözlərində sevinc duyğuları ilə Uca tanrıdan sizə dualar oxuyurlar.

 

Cənab Prezident!

 

Siz öz mənbəyini Zəngəzur dağlarından götürüb, coşqun nəşəsilə axıb gələn Həkəri, Bərgüşad çaylarını Qubadlı camaatına  qaytardınız.

 

Bir vaxtlar Yunan sərkərdəsi, İskəndərin atası Filipp üçün bağışlanmış ata heç kəs minə bilməmişdir. Bu gün sizBukefali”- nəslindən olan ata minərək, İskəndər təki nərə çəkib, Qarabağ ormanlarını siyasi müdrikliksiyasi iradə ilə yağı düşmənlərdən təmizləyirsiniz!

 

Qədim yunan sərkərdəsi İrana yürüşü vaxtı-yolda qalın ipdən hazırlanmış bir düyünə rast gəlir-heç kəsin aça bilmədiyi bu düyünü, İskəndər bir qılıncla açır. Siz uzun illər bağlı qalmış on minlərlə qapını açaraq, içəri şadlıq hissləri doldurdunuz. Siz yüz minlərlə düşmənin xarabaya çevirdiyi kəndlərimizi cənnətə çevirmək əzmindəsiniz.

 

Hazırda dünyanın  mürəkkəb və  təzadlı qayğılarla  yüklənmiş bir vaxtında Sizin müdrik siyasətiniz  nəticəsində bu gün dünya ölkələrinə nümunə olan türk dünyasının lideri - cənab Ərdoğanın sizə dost-qardaş deməsi hazırda bütün yer üzündən türk soylu  azərbaycanlılarının sevinc və fərəhinə səbəb olmuşdur.

 

Siz dünyada alternativi olmayan təbiətin möcüzəsi - “Xarı bülbülü, Şuşanın əzəmətli dağlarını, şır-şır axan soyuq bulaqlarını, füsunkar gözəlliyini onun əsl sahiblərinə qaytardınız.

 

Dünya   media işçilərinə verdiyiniz dəyərli, müdrik, həqiqəti əks etdirən tutarlı diplomatik cavablar dünya azərbaycanlılarının ürəyincədi.

 

Polad biləyinizdəki  5 barmağı bir yerə yığıb, onu xalqımızın birliyinin, Azərbaycanın sarsılmaz gücünün rəmzinə çevirdiniz.

 

Bu gün bütün dünya azərbaycanlıları sizinlədi.

 

Ulu yaradan Sizi qorusun!

 

Türkiyə və Azərbaycan birliyi əbədi olacaqdır!..

 

 

 

Mais YANARDAĞ.

 

Respublika.- 2020.- 18 noyabr.- S.9.