Fəxrimiz, şəhidimiz kiçik
çavuş Rahib Hüseynov
Bu dünyada hər kəsin bir müqəddəs yolu var, yarımçıq arzuların dildə bitən yolu var. Torpağında, daşında yaşayan şəhidlərin qanlı azadlıq yolu, bir də Vətən yolu var. Şanlı Azərbaycan ordusu məqsədinə,
məramına doğru inamında israrlıdır, əqidə-sinə inamlıdır. Ali Baş Komandan İlham Əliyev cəsarəti və iradəsi, diplomatik gücü ilə şər qüvvələrə sinə gərib öz ordusu ilə Azərbaycan həqiqətləri uğrunda vuruşur.
Bu amal uğrunda erməni işğalçılarına qarşı son damla qanına qədər vuruşub canını fəda edən igidlərimizdən biri də 20yaşlı (02.04.2000 - 29.10.2020) kiçik çavuş Hüseynov Rahib İlham oğludur. O, Füzuli rayonunun Merdinli, Qaraxanbəyli və Seyidəhmədli istiqamətində qəhrəmancasına vuruşub, qanı ilə doğma torpağında iz qoymuşdur. Onun bu fədakarlığı və doğma torpağına sədaqəti həmkarlarının ruh yüksəkliyinə səbəb olmuş, göstərdiyi igidlik döyüşçülərimizin qələbə əzmini daha da artırmışdır. Bu səmimi duyğular vətən uğrunda şəhid olan nakam bir gəncin alova dönmüş arzularının Vətən, Xalq, Azərbaycan, Qarabağ, dövlətçiliyimizə sədaqət amalı ilə düşünən hər bir insanda qürur hissi doğurur və Vətənin bütövlüyü uğrunda mübarizəyə səsləyirdi. Erməni faşizmi özünün bütün çılpaqlığı ilə göz qabağındadır. Düşmən çox məkrli, əsilsiz, nəsilsiz, sifətsiz gerçəkliyi ilə özünü kəndlərimizin viran edilməsində, apardığı antimilli şovinizm siyasətində erməni-daşnak toplumunu heyvaniləşdirir.
Erməni faşizmi özünün təbiətini dinc yaşayış ərazilərini Gəncəni, Bərdəni, Tərtəri, Ağcabədini, Goranboyu, Mingəçeviri raket atəşinə tutmaqla bir daha bəyan edir. Düşmən mərmiləri Xızıya, Siyəzənə, Qəbələyə və digər ərazilərimizə qədər gəlib çatırdı.
Erməni-daşnak düşüncəsi başa düşə bilmir ki, Azərbaycan xalqı və onun Ali Baş Komandanlığının rəhbəri İlham Əliyevin sərəncamında olan Ordusu keçən əsrin 90-cı illərdəki tələm-tələsik yaradılan Ordu deyildir. Hazırkı Ordumuz ən möhtəşəm, nizamlı və fədakar ordularından biri, bəlkə də birincisidir. Bu Ordu ona görə güclüdür ki, Vətən müharibəsi aparır, əzəli Azərbaycan torpağında dövlətçilik siyasətimizin strategiya və taktikasının ana xəttinə daxil olan mühüm strukturları bərpa edir. Bu Ordu ona görə güclüdür ki, onun başında Ali Baş Komandan İlham Əliyev durur və erməni faşizminə meydan savaşında öz gücünü göstərir.
Eşq olsun qüdrətli Azərbaycan Ordusuna! Eşq olsun Azərbaycan Əsgərinə
və Zabitinə!
Bizim xalq həmişə Vətənini,
millətini, xalqını
sevən gənclərimizlə
fəxr edib. Bu gün Vətənin ağır günündə
cəbhədə olmasam
da, Sizin qələbə ruhu ilə çırpınan
ürəyinizi, ölümün
üstünə gedən
cəsarətinizi gördüm
və bir daha sizlərlə qürur duydum.
1993-cü ildən düşmən
tərəfindən işğal
olunmuş kəndimizi
görmək həsrəti
ilə yaşayırdım,
yuxularımda görürdüm.
Azərbaycan əsgəri cəsarəti
və hünəri ilə tarix yazdı. Torpağını erməni işğalçılarından
qorudu. Düşmən məhvə məhkum
olduğunu bir daha gördü. Azərbaycan Əsgərinin qarşısında
bir daha aciz qaldı. Qarabağda gedən döyüşlər
onu da göstərdi
ki, qüdrətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı
erməni qəsbkarlarından
azad etməyə qadir və hazırdır.
Eşq olsun Qəhrəman Azərbaycan Əsgərinə
və Zabitinə! Eşq olsun qüdrətli Azərbaycan
Ordusuna!
On minlərlə gənc
Qarabağ çağırışı
ilə Ali Baş Komandanın ətrafında
birləşərək bütün
dünyaya nümayiş
etdirdi.
Torpaq uğrunda ölən varsa, Vətəndir! Deyib canını fəda etdilər, Şəhid oldular.
Allah bütün Şəhidlərə
rəhmət etsin.
Azərbaycan Əsgəri, haqq
yolunun sonunda ümid var, işıq var. Bu qələbəni
bizə
böyük sərkərdəmiz,
Ali Baş Komandan İlham Əliyevin müdrik zəkası və təşkilatçılığı
bəxş etmişdir.
Onun Azərbaycan Xalqı qarşısında
hesabat verməsi, fəxrlə atasına
onun vəsiyyətinin
yerinə yetirdiyini bəyan etməsi, millətin birliyini, bütövlüyünü daha
da möhkəmləndirdi
və mənfur düşmənə qarşı
amansız olmağa istiqamət verdi.
Mən Merdinli kəndinin bir ziyalısı kimi doğma yurdumuzun erməni faşist işğalndan
azad edilməsini böyük qürur hissi ilə yaşayıram, kəndimizin
yenidən dirçəlməsi
üçün
əlimdən gələni
edəcəyəm. Bu zəfər
yolunda zəhməti olan, özünün canı və qanı ilə yeni tarix yazan
şəhidlərimizin xatirəsini
əbədiləşdirmək məqsədi ilə azad edilən hər bir kəndə
onların adına
küçələr, məktəblər,
mədəniyyət evləri
və xiyabanlar salınsın. Rayonun ən görkəmli yerində isə Ali
Baş Komandan İlham Heydər oğlu Əliyevin möhtəşəm abidəsi
ucaldılsın, indiki
və gələcək
nəsil yeni tarixin yaradıcısı
İlham Heydər oğlu Əliyevi tanısın.
Var olsun müstəqil dövlətimiz! Var olsun Ali Baş Komandan İlham Əliyev! Var olsun fədakar Azərbaycan Ordusu!
Şahvələd Əliyev
Biologiya üzrə fəlsəfə
doktoru
Respublika.- 2020.- 25 noyabr.- S.8.