Ordumuz ancaq qələbə əzmi ilə döyüşür

 

Bütün tarix boyu Azərbaycanımız çox böyük ədalətsizliklərlə qarşılaşıb, dağıdıcı müharibələrə, istilalara məruz qalıb. Təbiətən insanpərvər, humanist olan xalqımız olmazın böhtanlar, satqınlıqlarla üzləşib. Bəlkə də, heç bir xalq tarix boyu ermənilərin azərbaycanlılara, ümumilikdə türklərə qarşı qeyri-insani, qeyri-bəşəri haqsızlıqları, faciələri, ədalətsizlikləri yaşamayıb.

 

Həmişə özgə torpaqlarına göz tikən və hər cür alçaqlıqlara əl atan ermənilər I Pyotrun 1722-ci ildən başlayan Azərbaycanın Xəzər sahillərinin işğalından yararlanmağa çalışaraq çara üç dəfə “yalvarmışlar ki, onlara Xəzər dənizi sahillərində daimi yaşamaq üçün yer versin”. Bunu rus tarixçisi P.V.Butkov öz əsərində yazmışdır.

 

Rus çarı böyük “əliaçıqlıq” göstərərək 1724-cü ilin noyabr ayında general-mayor Kropatova xüsusi əmr vermişdir. Əmrdə deyilirdi: “Erməni xalqı bizdən xahiş etmişdir ki, biz onları öz himayəmizə qəbul edib torpaqlar ayıraq, ona görə də sizə tapşırıram ki, əgər erməni xalqı bəyəndiyi yerdə yaşamaq istəsə, ona kömək edib, ləyaqətlə qoruyun... Onları öz himayəmizə götürmüşük”. Bir qədər sonra I Pyotr general-leytenant Matyuşkinə də tapşırmışdır ki, ermənilərə və xristianlara bildirilsin ki, rus ordusunun tutduğu əyalətlərdə - Gilanda, Mazandaranda, Bakıda, Dərbənddə onları mehribanlıqla qarşılayıb, yerləşdirsinlər.

 

Belə də edildi: yeri-yurdu bilinməyən ermənilər istədikləri əyalət və torpaqlarda ruslar tərəfindən yerləşdirildi. Bununla kifayətlənməyən ermənilər bu günöz çirkin əməllərini davam etdirirlər.

 

Qəlbləri kin-küdurətlə dolu olan bu xalq tarix boyu tərkibində yaşadığı ölkələrə satqınlıq edib, yediyi çörəyə qənim kəsilib.

 

Azərbaycan xalqının zaman-zaman rastlaşdığı düşmənlərin arasında ermənilər qədər qəddarı, qansızı olmayıb. Çünki ermənilər öz qarşılarına insanlıq adı ilə bir araya sığmayan çox dəhşətli bir məqsəd qoyublar. Azərbaycan torpaqlarına sahib olmaq, xalqımızı birdəfəlik yer üzündən silmək.

 

Bu gün Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatının qarşısını uğurla alır, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi uğurlar, qələbələr xalqımız tərəfindən böyük sevinclə və ruh yüksəkliyi ilə qarşılanır. Bu məqsədlə Azərbaycan vətəndaşları, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlıqlarını bildirirlər:

 

Bakı şəhərinin sakini, həkim-kardioloq Yusif Allahverdiyev:

 

- Mən bir həkim kimi onu demək istəyirəm ki, artıq xalqımız Ali Baş Komandanın verdiyi əmrə müntəzir olaraq, ordumuzun düşmən üzərində çaldığı qələbənin sevincini yaşayır. Xalqımızı yağı düşmənə layiqli cavab vermək, Qarabağımızı və bütün torpaqlarımızı azad etmək naminə Ali Baş Komandanımızın ətrafında birləşməyə çağırır və rəşadətli ordumuza daha uğurlu qələbələr arzulayıram.

 

Həkim-cərrah İsfəndiyar Ağalarov:

 

- Ermənilər və onların havadarları uzun illər tarixi saxtalaşdırmaqla məşğul olmuş, xalqımıza məxsus yer adlarını, toponimləri dəyişdirmiş, soydaşlarımıza olmazın əzab-əziyyətlər vermişlər. Artıq xalqımızın səbir kasası dolub. Çox şükürlər olsun ki, azğın düşmənə ordumuz cəbhədə layiqli cavablar verməklə torpaqlarımızı azad edirlər. İllər boyu azərbaycanlılar ermənilərlə bir yerdə yaşamış, onları dostluğa, insanpərvərliyə səsləyiblər. İnsanlıqqonşuluq simasını itirən ermənilərlə ancaq hərbi güclə rəftar etmək olar. Onlarla mədəni dildə danışmaq mümkünsüzdür. Azərbaycan ordusuna yeni-yeni qələbələr arzulayıram.

 

Məhəmməd VƏLİYEV

 

Respublika.- 2020.- 2 oktyabr.- S.6.