Nəriman Nərimanov

 

Nəriman Nərimanovun adı öz parlaq və qəhrəman həyatını xalq işi uğrunda, Şərq xalqlarının feodal zülmündən azad olması yolunda fəda etmiş, oyanan Şərqin ən görkəmli xadimi kimi tarixə düşmüşdür. Nəriman Nərimanov öz ictimai və ədəbi fəaliyyətilə Azərbaycan xalqının azadlıq mübarizəsi tarixində yeni səhifə açmışdır. Nəriman Nərimanov XX əsrin əvvəlləri Azərbaycanın böyük yazıçısı, dramaturqu, nasiri, publisistidironun əsərləri “orta əsrlər durğunluğunda yüz milyonlarla məzlum, nadan əhalinin yeni həyata, insan hüquqları, demokratiyanın ibtidai ünsürləri uğrunda mübarizəyə qalxdığı zamanda Asiyanın qəti oyanışının parlaq ifadəsi olmuşdur”.

 

 

Hələ yeniyetmə yaşlarından Nərimanovda humanizm özünü büruzə verirdi. Deyilənlərə görə yaşıdları arasında o həmişə güclülərə qarşı incidilənlər tərəfində olurdu. Xarakterindəki bu xüsusiyyət feodal-patriarxal Azərbaycan gerçəkliyinin sosial bəlaları, eybəcərlikləri və ziddiyyətlərilə sıx rastlaşdığı yetkin çağlarında xüsusilə aydın görünürdü.

1881-ci ildə on iki yaşlı oğlan böyük çətinliklə Qori Müəllimlər Seminariyasına daxil ola bildi. Nərimanovun təhsili sərt pansion rejimi şəraitində davam edirdi. O pedaqoji elmləri öyrənir, psixologiyayla maraqlanır, Nərimanovun yeniyetmə düşüncəsinin formalaşmasına böyük təsiri olmuş rus ədəbiyyatı ilə ilk dəfə dərindən və ciddi tanış olur.

Zaqafqaziyada kapitalizm sürətlə inkişaf edir, fəhlə və kəndlilərin vəhşicəsinə istismarı güclənir, milli-müstəmləkə zülmü şiddətlənirdi. Fəhlə hərəkatı güclənir, inqilabi dərnəklər yaradılırdı. Nərimanovun xatirələrindən göründüyü kimi o, ictimai hadisələrlə çox erkən maraqlanmağa başlamışdır. Hələ 1881-ci ildə narodovolçu Qrinevitskinin partlatdığı bomba onda böyük təəssürat yaratmışdı. İkinci Aleksandrın öldürülməsi yeniyetmədə xalq kütlələrinin çar rejimindən narazılığı barədə düşüncələr yaratmışdı. Bu hadisələr Nərimanovun sonrakı ideya-siyasi inkişafına əhəmiyyətli dərəcədə təsir etmişdir. O, qeyri-iradi Aleksandrın qətlinin səbəbləri üzərində düşünüronu çarı öldürmə fikri uzun zaman tərk etmirdi. O yuxarı siniflərdə oxuyarkən yaxın dostlarından biri - gürcü ona xalqa çağırış vərəqəsi verdi. Nərimanov uzun müddət onun diqqətini məşğul edən və cavabını tapa bilmədiyi hər şeyin mənasını anlamağa bağlamışdı.

Nərimanovun tədricən mövcud olan mütləqiyyət quruluşuna tənqidi münasibəti formalaşır, doğma Azərbaycan xalqının taleyi onu düşündürürdü. Nərimanovun ictimai maraqlarının inkişafında klassik rus ədəbiyyatı xüsusi rol oynamışdır. O hələ seminariyada olarkən onda rus xalqına böyük məhəbbət oyatmış A.S.Puşkin, N.V.Qoqol, M.J.Lermontov, M.F.Dostoyevski və digər rus yazıçılarının yaradıcılığına maraq göstərirdi.

Hələ Qori semiyariyasında ikən Nərimanovda dramaturgiyaya böyük həvəs oyanır, dünya dramaturgiyasının klassik əsərlərilə maraqlanırdı. Onun yazacağı ilk “Nadanlıq” dramı burada, seminariyada düşünülmüşdü.

Nərimanov seminariyanı bitirdikdən sonra öz təhsilini davam etdirmək istəyirdi, lakin atasının ölümü onun bütün planlarını pozdu. Bu hadisə barədə Nərimanov sonralar öz tərcümeyi-halında yazırdı, - mən təhsilimi davam etdirmək arzumdan əl çəkdim, atamdan sonra həyatda hər şeyini itirmiş ailəm haqda düşünməyə başladım...

Qori seminariyasını bitirdikdən sonra Nərimanov özünü tamamilə maarifçiliyə həsr edir. O, həyatını doğma xalqına həsr etməyi, onu savadlandırmağı, onda azad və xoşbəxt həyata həvəs oyatmağı qərara alır.

Nərimanov xalq maarifçiliyi işinə Tiflis quberniyasının kiçik Qızıl Hacılı Azərbaycan kəndində başlayır. Və onun bura gəlişi gələcək yazıçı üçün kifayət qədər faydalı alınır. Onun qarşısında ilk dəfə olaraq xalq həyatının bütün eybəcərlikləri - gerilik, fanatizm, nadanlıq, kəndlilərin ağır vəziyyəti, o dövr Azərbaycan gerçəkliyindəki kədər, qüssə bütün çılpaqlığıyla açılır. Həyatın diqqətli öyrənilməsi, silinməz təəssüratlar, ictimai ədalətsizlik Nərimanovda qarşısıalınmaz surətdə ədəbiyyatla məşğul olmaq həvəsi onun görüşlərində təbəddülat yaratdı.

Tezliklə Nərimanov Bakıya köçüröz pedaqoji fəaliyyətini orada davam etdirir. N.V.Qoqolun “Müfəttiş” komediyasını Azərbaycan dilinə tərcümə edir, o qədər də yüksək səviyyədə olmayan şəhərin ictimai, mədəni və ədəbi həyatına fəal surətdə qatılır, özünün ilk dramını, “Nadanlığ”ı bitirir. Neft sənayesinin sürətli inkişafına əhalinin görünməmiş artımına baxmayaraq (iyirmi il ərzində şəhərin əhalisi altı dəfə çoxalmışdı), Bakının çox zəngin ticarət mərkəzlərindən birinə çevrilməsinə rəğmən şəhər Azərbaycanın digər əyalət şəhərlərindən çox az fərqlənirdi.

Ağır ümidsiz şəraitdə Nərimanov həqiqətən qəhrəmancasına aparır, var gücüylə doğma xalqının mədəni səviyyəsinin yüksəlməsinə təkan verirdi. O, xalqını maarifləndirməyə çalışaraq Azərbaycanda azsaylı teatrsevənlərə kömək edir - pyeslər yazır, rus klassiklərini tərcümə edir, özü tamaşalar qoyurbu tamaşalar da aktyor kimi iştirak edirdi (N.Nərimanov müasirlərinin rəyinə görə “Müfəttiş”də şəhər rəisini çox parlaq oynamışdır). Sadə dildə tərcümə edilmiş və Azərbaycan aktyorları tərəfindən tamaşaya qoyulmuş Qoqolun komediyası XIX əsrin axırlarında Bakının teatr həyatında əlamətdar hadisə olmuşdur. Nərimanovun teatr sənətinə marağı bütün xalq kütlələri üçün böyük tərbiyəvi əhəmiyyətini dərindən anlamasından irəli gəlirdi.

1899-cu ilin yanvarında Gəncədə M.F.Axundovun komediyasının səhnəyə qoyulmasıyla əlaqədar nitqində Nərimanov teatrı coşquyla təbliğ edir, bir sıra dəyərli fikirlər söyləyir. O deyir: “Komediya, yunan sözüdür. Qədim zamanlarda yunanlar komediyanı yalnız əyləncə üçün təsəvvür edirdilər. İndi isə komediyalar tərbiyəvi əhəmiyyətə malikdirlər. İnsan öz həyatında çox vaxt özünün, yaxud özgələrinin çatışmazlıqlarını fərq etmir və hətta bəlkə də onları hiss etmir, lakin komediyalarda insan özünün bütün çatışmazlıqlarını və yaxşı cəhətlərini görür”.

Nərimanov teatr sənətinə baxışlarını ciddi maarifçi vəzifələrlə, məktəbin, elmin və mədəniyyətin inkişafıyla əlaqələndirir. Gəncə tamaşasından toplanan bütün pullar Gəncədə açılacaq rus-Azərbaycan məktəbi üçün nəzərdə tutulmuşdu. Nərimanov bununla bağlı xalq maarifçiliyi haqda bir sıra maraqlı fikirlər söylədi: “Deməyi borc bilirəm ki, bir zamanlar müsəlman dünyasında dünyəvi elmlər çox böyük uğurlara malik idi. Lakin sonralar, bəzi səbəblərə görə, müsəlmanlar bu cəhətdən geri qaldılar... və elmləri sevən xalqlar bunun ardınca getdilər, firavanlığa çatdılar və çatırlar...

Beləliklə, biz uşaqları elə tərbiyələndirməliyik ki, onlar gələcəkdə cəmiyyətin və dövlətin faydalı ünsürləri olsunlar.

Düzgün tərbiyə yalnız elmin köməyi ilə ola bilər, elmin bizim tatarlar arasında yayılması üçün isə məktəblər zəruridir”.

Həmin illər Nərimanov mədəniyyət məsələlərinə böyük əhəmiyyət verirdi. Məktəb, teatr, mətbuat, elm müəyyən zamana qədər doğma xalqının keçmişin ağır mirasından, feodal-patriarxal və müstəmləkə zülmündən azad olması uğrunda mübarizəsinin leqal və yeganə mümkün vasitələri idi. Nərimanov buna görə xalq kütlələrinin əsrlik yuxudan və nadanlıqdan oyadılması işinə belə xüsusi qüvvə, enerjiehtirasla qoşulmuşdu. XIX əsrin sonunda Nərimanovun simasında nəinki yorulmaz, ardıcıl maarifçi, həm də qarşısında xalq kütlələri üçün gələcəyə hesablanmış əhəmiyyətli vəzifələr qoyan inqilabçı demokrat obrazı aydın görünürdü.

Nərimanov inqilaba ədəbiyyat, maarifçilik təbliğatı vasitəsilə gedirdi. O, öz maarifçilik, teatr və ədəbi fəaliyyətilə Azərbaycanın xalq kütlələrini inqilabi ideyaları qavramağa hazırlayırdı. Nərimanov deyirdi: “Müsəlman kütlələrinin cəhaləti və geriliyi qarşımda öz ədəbi və ictimai işimlə xalqı oyatmaqinqilaba hazırlamaq vəzifəsi qoyur”.

Nərimanov görkəmli demokratmaarifçi kimi qarşısında böyük ictimai vəzifələr qoyurdu. O, artıq 1899-cu ildə Azərbaycan dilində özü jurnal buraxmaq yolunda ilk ciddi addımlara təşəbbüs edir. Həmin zaman o Bakı oğlan gimnaziyasında sinif rəhbəri köməkçisi işləyirdi, lakin qəlbi geniş ictimai fəaliyyətlə, doğma xalqının azadlığı və xoşbəxtliyi uğrunda mübarizəylə çırpınırdı. Nərimanov “Tazə xəbərlər” adı altında jurnal buraxmağı düşünürdü, lakin onun çar hökumətinin icazəsini almaq üçün bütün cəhdləri uğursuzluqla nəticələnirdi. 1901-ci ildə o yenidən “Məktəb” elmi hazırlıq jurnalının nəşrinə icazə almağa cəhd göstərdi, lakin buna da rədd cavabı aldı.

Müasirlərinin söylədiklərinə görə artıq o illərdə Nərimanov irticaçı burjuaziya ilə cəsarət və igidliklə “ölüm-dirim mübarizəsinə” qalxmış inqilabi düşüncəli azərbaycanlıların sırasında idi.

Xalqın maraqları büsbütün Nərimanova hakim kəsilmişdi. Onu təkcə teatr və ədəbiyyat deyil, həm də Azərbaycan həyatının bir çox sərt və mühüm problemləri cəlb edirdi; Nərimanov əhalinin geriliyinin səbəbləri, müstəmləkə və feodal-patriarxal gerçəkliyin qaranlığı şəraitində hansısa müsbət nəticələrə gətirib çıxara biləcək radikal vasitələr üzərində düşünür. Məsələn, onu xüsusilə, öz vaxtında böyük Azərbaycan maarifçisi Mirzə Fətəli Axundovun irəli sürdüyü yeni əlifba məsələsi maraqlandırır. Nərimanov hesab edirdi ki, ərəb əlifbası savadın mənimsənilməsini xeyli dərəcədə çətinləşdirir.

Nərimanov fəal ictimai-maarifçilik işini inkişaf etdirir, Bakıda azərbaycanlılar üçün ilk kitabxana-qiraətxana təşkil edir, dərsliklər, lüğətlər tərtib edir, Bakı qəzetində əməkdaşlıq edir, öz ədəbi taleyini sıx surətdə teatr dünyasıyla bağlayır, özünü tamamilə sevimli işinə - ədəbiyyata həsr edir.

“Nadanlıq” Nərimanovun ilk böyük bədii əsəridir. Artıq bu əsərində Nərimanov yaradıcılığındakı əsas, aparıcı istiqamət - patriarxal Azərbaycan həyatının bəzi geriqalmış, qaranlıq səhnələrinə qarşı yönəlmiş, yazıçı istedadının dəqiq, aydın ifadəedilmiş ifşaedici xarakteri özünü göstərir... Yazıçı heç nə qondarmır, özündən heçuydurmur, həyat haqqında sadə həqiqi, açıq söhbət aparır, sərt ifşaedici lövhələr canlı və güclü xarakterlər çəkir. Nərimanov xalqın faciəsinin səbəblərinin izahını həyat qanunlarının özündə axtarırdı. Öz əsərlərini bilərəkdən kəskinləşdirərək, hərdən bu əsərlərin ideyalarını nəzərəçarpdırıcı qərəzlə açaraq, Nərimanov xalq həyatının mühüm problemlərini ortaya qoyur, bütün məsələləri xalqın marağı, onun mədəni və iqtisadi inkişafı çərçivəsində həll edirdi. Bu mənada o əsl xalq rəssamı, böyük ifşaedici həqiqət yazıçısı idi.

Azərbaycan teatr sənətinin inkişafında görkəmli rol oynamış “Nadir şahtarixi dramı Nərimanov tərəfindən böyük bədii qüvvə ilə yazılmışdır.

Pyes ciddi tarixi materialların öyrənilməsi əsasında yazılmışdır və dramaturji vaqeənin dərindən açılması ustalığına yiyələnmənin nəticəsidir. Tamaşaçının gözləri önündən faciə ilə dolu saray intriqaları və qanlı sui-qəsdlərin parlaq lövhələri keçir. Nərimanov İran hökmdarlarının bacarıqsızlığını, feodalların satqınlığını və hakimiyyətpərəstliyini addım-addım ifşa edir, feodal cəmiyyəti üçün xarakter olan çəkişmə, iğtişaş, qarətlərdən üzülmüş, müstəbid şahların istibdadı altında inləyən əzabkeş xalq kütlələrinin taleyini göstərir.

Uzun illər xalqının fərəhsiz, qaranlıq həyatını müşahidə edərək ona can-dildən xidmət göstərmək istəyilə alışıb-yanan otuz iki yaşlı Nərimanov 1902-ci ildə Odessa (Novorossiysk) Universitetinin tibb fakültəsinə daxil olur. Tibbi təhsil ona sonralar vərəm, vəba, traxoma, hamiləlik haqda çoxsaylı məqalə və broşürlərlə çıxış etmək imkanı vermişbu, şübhəsiz, Azərbaycan xalqı arasında sanitariya haqda ibtidai məlumatların kütləviləşməsində böyük əhəmiyyət daşımış, əsrlərlə mədəniyyətdənkənar, cəhalət şəraitində yaşayan cahil kütlələr arasında ümumi gigiyena işinə kömək göstərmişdir.

Rus inqilabının təlatümlü günlərində Nərimanov xalqların səadəti və azadlığı uğrunda döyüşənlər sırasına daxil olur. O, Odessa Universitetində tələbə tətillərinə rəhbərlik edir. Onunla oxumuş keçmiş Odessa tələbələri hətta Böyük Oktyabr inqilabından sonra Nərimanovun çara qarşı tələbə hərəkatı başçısı kimi inqilabi fəaliyyətini yaxşı xatırlayırdılar.

Nərimanovun şüurlu və fəal inqilabi işə gəlişi onun xalq azadlığına xidmətin düzgün yolu axtarışlarının təbii yekunu və nəticəsi idi.

...Vətənə qayıdan Nərimanov Azərbaycan müəllimlərini xalq-azadlıq mübarizəsinə cəlb etmək üzrə fəal fəaliyyətə başlayır.

Nərimanov geniş ictimai fəaliyyətini inkişaf etdirir, qəzetlərdə məqalələrlə çıxış edir, öz yazılarını Türkiyəyə, İrana, Hindistana göndərir, Kəlküttə qəzetində əməkdaşlıq edir. O, eyni zamanda böyük inqilabi aparır, qısa müddət ərzində zəhmətkeş kütlələr arasında böyük nüfuz qazanan, böyük Səttarxanın başçılıq etdiyi İranın inqilabixalq azadlığı hərəkatında rəhbər rol oynayanİctimaiyyun-amiyyunsosial-demokrat partiyasını yaradır. Bu, Nəriman Nərimanovun həyat və fəaliyyətinin qızğın qəhrəmanlıq çağı idi.

1905-ci il birinci rus xalq inqilabı dünya inqilabi hərəkatı tarixində yeni səhifə, dərin siyasi sarsıntı və inqilabi fırtınalar dövrünü açdı. 1905-ci il Avropa ölkələrində fəhlə hərəkatının və istismar edilən Asiya xalqlarının milli-azadlıq hərəkatının yüksəlişinin başlanğıcını qoydu.

1905-ci il inqilabı dünya azadlıq hərəkatının nəhəng demokratik yüksəlişinə və güclü inkişafına səbəb oldu.

Qeyri-adi inqilabi oyanış Azərbaycanda da müşahidə olunurdu. 1904-cü il 13 dekabrda Bakıda nəhəng ümumi tətil başlandı.

Rus inqilabı Asiya xalqlarını qəti oyatdı. İnqilab Zaqafqaziyada milli-azadlıq hərəkatının yüksəlişinə böyük təsir göstərdi. İnqilabi proletariat xalq kütlələrinin hərəkatına başçılıq etdi. İnqilabın ümumxalq xarakteri geniş kəndli hərəkatı yaratdı. İnqilabi əhval-ruhiyyə Azərbaycan ziyalılarını və təhsil alan gəncləri bürüdü. Bakı proletariatının qəhrəman mübarizəsi, inqilabi hərəkatın sürətli yüksəlişi yeni demokratik qüvvələri həyata gətirdi. Ədəbiyyat xalq işi uğrunda amansız döyüşlərin meydanı oldu. Burjuaziya və mülkədarların irticaçı ittifaqının ideoloqları inqilabi hərəkatın yüksəlişinə dəhşətlə baxır, hiddətlə qarşılayırdılar.

Azərbaycanın demokrat yazıçıları yüksələn inqilabi hərəkata hüsn-rəğbət göstərərək çoxmilyonlu kütlələrə sadə xalq dilində müraciət edir, ruhanilərin satqınlığını və çarizmin riyakar müstəmləkə siyasətinin metodlarını, şahsultan hakimiyyətinin xalqa zidd üsullarını, onların Avropanın imperialist dövlətləri qarşısında quyruq bulamasını amansızlıqla ifşa edirdilər. Bəzi ideya-siyasi məhdudluğuna, tərəddüdünə, səhvlərinə baxmayaraq demokratik ədəbiyyat kütlələrin inqilabiləşməsində, Azərbaycan xalqının milli özünüdərkinin möhkəmlənməsində böyük rol oynamışdır. Demokrat yazıçı Cəlil Məmmədquluzadə tərəfindən nəşr edilən “Molla Nəsrəddin” jurnalı kütlələrin inqilabi tərbiyəsinin silahı, demokratiya və tərəqqinin bayrağı olmuşdu. “Molla Nəsrəddin” öz səhifələrində köhnə dünyaya amansız müharibə elan etmişdi: onun səhifələrində xalqın şairi Sabir çıxışlar edir. Sabir tufeyliləri, müftəxorları, istismarçıları sərt ifşa edirdi. Bolşeviklər bu demokratik hərəkatı dəstəkləyir, Sabirin inqilabi satirasını mütləqiyyət və kapitalizmə qarşı mübarizədə istifadə edirdilər. Sabir poeziyasının gücü onun xəlqiliyində, doğruçuluğunda, realizmində, yüksək ideyalılığında idi. Sabir feodal Şərqin xalqlarının milli-azadlıq hərəkatının tərənnümçüsü olmuşdu.

XX əsrin əvvəllərinin mütərəqqi Azərbaycan ədəbiyyatı güclü inqilabi yüksəliş şəraitində inkişaf ediröz demokratikrealist mövqelərini möhkəmləndirirdi.

1905-ci il inqilabı Sabirin, Cəlil Məmmədquluzadənin, Ordubadinin, Qəmküsarın yaradıcılığını zənginləşdirmişdir... Elə bu dövrdəcə proletar ədəbiyyatı yaranır. İnqilabi mətbuat səhifələrində ilk fəhlə şairlərinin kiçik əsərləri görünməyə başlayır. Nərimanovun alovlu məqalələri və əsərləri Azərbaycan xalqının azadlığı və səadəti uğrunda böyük mübarizə işinə töhfəsi olur.

...Nərimanovun yaradıcılığı xalq kütlələrini bəşəriyyəti mütləqiyyət və kapitalizm istibdadından azad olunması ideyalarının qavranmasına hazırlamaq işinə xidmət edirdi.

Nərimanov burjua millətçilərinə qarşı ünvanlanmış çoxsaylı məqalələrlə çıxış edirdi. O, İran inqilab hərəkatına yardım təşkilatına rəhbərlik edir, İran və Azərbaycan xalqlarının öz azadlığı uğrunda mübarizəsində fəal iştirak edən onlarla inqilabçının işinə başçılıq edir, təlimatlandırırdı. Şərq ölkələrinin özünəməxsus şəraitini nəzərə almaqla din məsələlərində maksimal ehtiyatlılıq tələb olunurdu. Partiyanın etimadını qazanan, Şərqdə öz tarixi-inqilabi missiyasını müdrikliklə və nəzakət dairəsində icra edən Nərimanov bütün məsələlərdə uzaqgörən, həssas və ehtiyatlı inqilabçı olmuşdur.

Nərimanov Bakı fəhlələri - azərbaycanlı və iranlılar arasında böyük aparırdı. Nərimanov təhsilini davam etdirmək üçün Odessaya qayıdarkən siyasi fəaliyyətinə ara vermirdi. O, universitetin qaragüruhçu professorlarıyla mübarizə aparır, öz elmi-kütləvi əsərləri üzərində işləməyə davam edirdi. 1908-ci ildə Odessa Universitetini bitirərək Nərimanov yenidən Bakıya qayıdır.

Lakin ictimaiinqilabi fəaliyyətini davam etdirmək məqsədilə Tiflisə köçür və 1909-cu ilin dekabrınadək orada şəhər xəstəxanasında işləyir. Bir aydan sonra o həbs olunur, Metex qəsrinə salınır. Axtarış vaxtı ondan çarizmə qarşı inqilabi sənədlər tapılmışdı. Nərimanov yeddi ay Metex qəsrində əzab çəkmiş, sonra isə beş illiyə Həştərxan diyarına göndərilmişdir.

Həştərxan mərhələsi - Nərimanovun həyatının daha məhsuldar mərhələlərindəndir. Sürgün edilmiş inqilabçı vəziyyətinə baxmayaraq, o öz siyasi və ədəbi işini davam edirir, “Bürhani-tərəqqi” qəzetində fəal iştirak edir, “Həştərxan diyarı” qəzetində əməkdaşlıq edir, “Vəba haqqında”, “Vərəm haqqında”, “Qadın məsələsi haqqında” və s. Elmi-kütləvi kitabçalar dərc etdirir... Nərimanov geniş siyasi fəaliyyətlə məşğul olur. O, sürətlə yerli əhali arasında etimad qazanır. Həştərxan qubernatorun istəyinin əksinə olaraq o, Şəhər Dumasına qlasnı seçilir. Nərimanov beş il sürgündə oldu, lakin bu illər hədər keçmir. Nərimanovun cəfakeş ictimai fəaliyyəti onu minnətdarlıqla Bakıya yola salan həştərxanlıların xatirində dərin iz buraxmışdı.

1913-cü ildə Nərimanov Bakıya qayıdır. O, yerli qəzetlərdə inqilabi məqalələrlə çıxış edir, gizli inqilabi aparır, “Hümmət” sosial-demokrat partiyasına rəhbərlik edir, inqilabi hərəkatda bilavasitə iştirak edirdi.

Birinci Dünya müharibəsində Nərimanov tədricən bolşeviklərə qoşulur, Nərimanov yazır: “İmperialist müharibəsinə qədər mən qatı sosial-demokrat, solçu idim. Sosial-demokratlar tərəfindən bu müharibəyə münasibət məndə şübhə və tərəddüdlər yaratdı.

Mən, sonraolsun, çıxış yolu hardadır sualı qarşısında qaldım. Kommunist partiyasının köhnə dünyayla amansız mübarizə çağırışı mənə bu çıxış yolunu söylədi və mən tərəddüdsüz “Hümmət”lə birlikdə kommunist partiyasına keçdim. Mən bununla, çıxış yolu axtaran və 20 il onu tapmayan adi işçinin vəziyyətinin faciəliliyinin altını cızmaq istəyirəm. Bunu indi, bəlkə tərəddüd edən gənclər yadda saxlamalıdır: bizim üçün artıq tərəddüd yoxdur”.

Böyük Oktyabr sosialist inqilabı Nərimanovu inqilab işionun böyük nailiyyətlərinin möhkəmləndirilməsi uğrunda fəal mübarizlərin ilk sıralarına irəli çəkdi...

“...Mən həyatımın ən yaxşı illərini Zaqafqaziyaya, xüsusən Bakıya vermişəm, - yazırdı Nərimanov məktubunda Usubbəyova, - 25 illik ictimai ədəbi-siyasi işdən sonra, mən tamamilə üzgün halda bir ayağım qəbirdə dayanmışam. Tam düşüncəylə söyləyirəm: bəşəriyyətin xilası kapitalın məhvində və əməyin təntənəsindədir. Buna daha çox təbiətlə mübarizədə daha çox əzilən və daha geri qalmış ünsürləri olan müsəlmanların ehtiyacı var...”.

“...Bütün dünya iki sinfə bölünüb, - yazırdı Nərimanov o illərdə. - Dinləri əqidəni, insanlığı, vicdanı satınalan, xalqlar arasında əbədi qanlı intiqamlara səbəb olan kapital, qızıl, o biri tərəfdən - xalqları dostluq bağlarıyla birləşdirən, insan ruhunu yüksəldən, insanları təbiətlə mübarizəyə yönəldən və onun gizli xəzinələrini üzə çıxaran, əmək”.

Biz əsl əmək epoxası yaratmağı düşünürük. Bizə görə yalnız zəhmətkeş yaşamaq hüququna malikdir! İşləyən yeyər. Biz nəyə əmək deyirik? Biz o işi əmək adlandırırıq ki, insan öz əliylə öz ağlıyla yaradır və bu insanlara fayda gətirir...”

“Mülkədarlar, fabrik sahibləri, alverçilər heç bir hüquqa malik olmamalıdırlar: budur tələblərimiz, budur gələcək kommunizmin əsasları. Xalqı, dövləti, bütün bəşəriyyəti səadətə aparacaq olan budur”.

“Bizə insanların səadəti, xalqların birliyi, əsl qarşılıqlı sevgi, qardaşlıq və yoldaşlıq lazımdır.

Bu məhəbbəti, bu insanlığı, bu qardaşlığı və yoldaşlığı yalnız kommunizmin irəli sürdüyü qanunlar verə bilər, bu qanunları isə yalnız sovet hökuməti qoruya və həyata keçirə bilər”.

1920-ci ildə Nərimanov Şimali Qafqaz İnqilab Komitəsinin üzvü təyin edilir, lakin artıq yolda ikən partiya ona Bakıya getməyi təklif ediro burada tezliklə Azərbaycan İnqilab Komitəsinə, sonra isə gənc Azərbaycan Sovet Respublikasının ilk Xalq Komissarları Şurasına da rəhbərlik edir.

Azərbaycan xalqının həyatında yeni era belə başlamışdır və bu böyük eranın başlanğıcı xalqın şanlı oğlu, görkəmli yazıçı və inqilabçı Nəriman Nərimanovun adıyla bağlıdır.

 

Mikayıl Rəfili:

 

 

Ruscadan tərcümə

Ülfət KürÇaylınındır.

 

Respublika.- 2020.- 4 oktyabr.- S.9.