Torpaqlarımızın yaralarına məlhəm
qoyacağıq
Şanlı
Azərbaycan ordusu Yuxarı Qarabağda torpaqlarımızı
30 ilə yaxın bir müddətdə işğal altında
saxlayan Ermənistanın quldur rejiminin silahlı qüvvələrinə
qarşı əks-hücum əməliyyatlarını
uğurla davam etdirir. Ağır və sarsıdıcı zərbələr
alan düşmən son çarəsini dinc əhalini hədəfə
almaqda görür və öz çirkin simasını bir
daha bütün dünyaya göstərdi.
On gün ərzində rəşadətli ordu hissələri düşmən işğalından onlarla kəndi, strateji yüksəklikləri və Cəbrayıl şəhərini azad edərək qətiyyətlə irəliləyir. Qorxaq düşmən əsgərləri silah-sursatını, döyüş bayrağını, hərbi texnikanı ataraq qaçırlar.
Yalan, saxtakarlıq, riyakarlıq, təxribat və nəhayət, müharibə cinayətləri üzərində küçədən tapılan baş nazir Paşinyanın əlləri dinc azərbaycanlı insanların qanına batıb və çox yəqin ki, bu quldur rejim yaxın vaxtlarda öz layiqli cəzasını alacaq. Evləri dağıtmaq, azərbaycanlıları qətlə yetirmək, uşaqları öldürmək erməni faşizminin alçaqlığı, şərəfsizliyi və murdarlığıdır.
Xalqımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin düşmən qüvvələrə qarşı göstərdiyi qətiyyətli mövqeyini inamla dəstəkləyir və ordumuzun qalibiyyətini sevinclə qaşılayır, döyüşən orduya mənəvi dəstək göstərir. Cəbhə bölgəsində mərmi atəşi altında yaşayan və gündəlik qayğıları ilə nəfəs alan Ağdam rayonunun sakinləri əks-hücum başlayan gündən həmrəylik və misilsiz dözüm nümayiş etdirirlər.
Xain ermənilərin atdığı top və raket mərmisindən 8 nəfər dinc sakin həyatını itirib, onlarla ev dağılıb, infrastruktura ciddi ziyan dəyib, yaralılar var. Buna baxmayaraq, ağdamlılar həm ön cəbhədə igidliklə döyüşürlər, həm də arxa cəbhədə ruh yüksəkliyi ilə çalışırlar. Mərmilərin yağış kimi yağdığı kəndlərdə heç kəs öz evini tərk etmir, gündəlik təsərrüfat işləri ilə məşğul olurlar.
Oktyabrın 4-də Quzanlı qəsəbəsində öz həmyerliləri ilə birlikdə müharibə şəraitinə uyğun olaraq rayon icra hakimiyyətinin fəaliyyət göstərdiyi bunkerdə icra başçısı Vaqif Həsənovla görüşdük. Burada Bakıdan və digər şəhərlərdən döyüşən orduya yardım gətirən yüzlərlə insan var idi. İcra başçısı qəlbi Vətən eşqi ilə çırpınan insanlara dövlətimizin başçısı İlham Əliyevin adından təşəkkür bildirərək qeyd etdi ki, silahlı qüvvələrimizin ərzaq və geyim təchizatı çox yüksək səviyyədədir, dövlət lazım olan hər şeyi edir.
Gün ərzində müşahidə etdik ki, adamlar axın-axın qərargaha gəlirdilər. Quzanlıya təkcə Bakı şəhərindən Azərbaycanın və qardaş Türkiyənin bayraqları ilə bəzədilmiş yüzlərlə maşın gəldi. Doğrudan da xalqımızın həmrəyliyinin bir coşquya, bir qələbə təşnəsinə çevrildiyinin şahidi olduq. Təqaüddə olan general Yaşar Aydəmirovun köməkçisi, iş adamları, imkanlı şəxslər, ayrı-ayrı sadə vətəndaşlar gətirdikləri yardımları hərbi hissəyə təhvil verirdilər. Ağdam rayonunun Seyidli kəndindən məcburi köçkün Tahir Əliyev ailəsinin məskunlaşdığı Bakı şəhərindən gücü çatan qədər zəruri məmulatlar gətirmişdi.
Söhbət zamanı Tahir deyir:
- Ermənistan öz havadarlarına arxalanaraq 27 ildir doğulub boya-başa çatdığım yurdu işğal edib və məcburi köçkün həyatı yaşayırıq. Ordumuzun əks-hücum əməliyyatları hər birimizdə dərin inam yaradıb ki, biz öz torpaqlarımıza qayıdacağıq. Yenidən ev tikəcəyik, bağlar salacağıq, düşmən tapdağı altında inləmiş torpaqlarımızın yaralarına məlhəm qoyacağıq. Ailəmiz adından Ali Baş Komandanımız İlham Əliyevə dərin minnətdarlığımızı bildirirəm, bütün məcburi köçkünlər Prezidentimizin mübarizliyini, qətiyyətini, düşməni istər siyasi sahədə, istərsə də hərbi sahədə ağır məğlubiyyətə uğratmasını yüksək qiymətləndiririk.
Güllücə kəndindən məcburi köçkün Əli Əliyev deyir:
- Ordumuzun cəbhədə qazandığı uğurlar hamımızda qürur və sevinc yaradıb. İnanırıq ki, tezliklə torpaqlarımız işğalçılardan təmizlənəcək və bütün məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıdacaqlar.
Cəbhə bölgəsində, mərmi atəşi altında yaşayan əhali ilə görüşdüyümüz zaman erməni hərbi qüvvələrinin atdığı top mərmisi dayandığımız yerin lap yaxınlığında partladı, “Vətən səsi” qəzetinin Baş redaktoru Elşən Əliyevi, hərbi ekspert Mahir Cavadlını və bu sətirlərin müəllifini top mərmisindən yaxınlıqdakı çinar ağacı xilas etdi. Buna baxmayaraq, iki nəfər dinc sakin yaralandı. Onları təcili yardım maşını ilə yaxınlıqdakı hərbi hospitala yola saldıq.
Sözün əsl mənasında, Ağdam döyüşür, sadə insanlar orduya kömək etmək arzusundadır, döyüşə atılmaq istəyənlərin sayı-hesabı yoxdur.
Düşmənin hədəfə aldığı yaşayış məntəqələrindən biri də Xındırıstan kəndidir. Erməni faşistlərinin artilleriya atəşi nəticəsində kənddə sakinlərə məxsus 1 yaşayış evi dağılıb, 16 evə, yardımçı binalara, təsərrüfatlara ziyan dəyib. Lakin bunlara baxmayaraq, kənd əhalisinin əhval-ruhiyyəsi yüksəkdir. Sakinlər Azərbaycan Ordusuna güvənərək öz doğma kəndlərini tərk etmir, gündəlik işləri ilə məşğul olurlar.
Kənd
sakini Taleh Allahverdiyev deyir:
- Düşmən rayonun digər kəndləri kimi, bizim kəndimizi
də atəşə
tutur. Dünən atılan mərmilərdən
biri də mənim evimi dağıdıb. Həyət-bacaya, meyvə ağaclarına ziyan dəyib. Ancaq buna baxmayaraq, evimi, kəndimi tərk etməmişəm.
Ordumuzun cəbhədəki uğurları
bizi ruhlandırır.
Əminik ki, tezliklə
qələbə qazanacağıq”.
Kəndin digər sakini Yafəs Eyvazov bildirir ki, düşmənin
təxribatları, yaşayış
məntəqələrini atəşə
tutması onları ruhdan salmır. Düşmənin kəndi artilleriya atəşinə tutması
bizi narahat etmir. Görürsünüz, əkdiyim tərəvəzə
qulluq edirəm. Tərəvəzin bəzilərini kənd
atəşə tutulan
vaxt əkmişəm.
Kənddə hamı öz
işindədir. Çünki ordumuza güvənirik.
Xındırıstan kəndində əhalinin əsas məşğuliyyəti
əkinçilik və
heyvandarlıqdır. Hazırda kənd
sakinləri mal-qaranın
qış mövsümü
üçün yem təminatı ilə məşğuldurlar. Hüseynovlar ailəsinin də dolanışığı heyvandarlıqdan
çıxır. Almaz Hüseynova
ilə söhbət zamanı deyir ki, düşmənin məqsədi sakinləri qorxutmaq, ruh düşkünlüyü yaratmaqdır.
Lakin buna nail ola bilməyəcək.
Kənd hər gün artilleriya atəşinə
məruz qalsa da, sakinlər evlərindədirlər. Hamıda yüksək
əhval-ruhiyyə, qələbəyə
böyük inam var.
Ermənistan silahlı qüvvələri
cəbhəyanı ərazilərdəki
yaşayış məntəqələrini,
mülki infrastruktur obyektlərini ağır artilleriya qurğularından
intensiv atəşə
tutmaqda davam edir.
Həmin gün düşmənin növbəti hədəfi
Ağcabədi rayonunun
Sarıcalı və Taynaq kəndləri olub. Artilleriya atəşi
nəticəsində Sarıcalı
kəndində bir ev tamamilə
yanıb. Taynaq kəndi ərazisindəki
yeməkxanaya top mərmisinin
düşməsi nəticəsində
2006-cı il təvəllüdlü İsgəndərov
Fərid Dilafətoğlu
dağıntılar altında
qalaraq həlak olub, mülki infrastruktur obyektlərə
ziyan dəyib.
Ermənistanın silahlı qüvvələri
beynəlxalq hüququn
norma və
prinsiplərini kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı terror əməllərini
davam etdirərək Ağcabədi şəhərini
raket atəşinə
tutub. Şəhərə atılan raketlərdən
biri partlamayıb.
Qalan iki raketdən biri həyətyanı sahəyə düşərək
evdə dağıntılara
səbəb olub, digəri isə başqa bir evə düşüb.
Yaşadıqları evə
raket düşməsi
nəticəsində şəhər
sakinləri 1994-cü il təvəllüdlü
İbrahimov Elşən
Mehdi oğlu və qardaşı qızı 2015-ci il təvəllüdlü İbrahimova
Ayan Rövşən qızı müxtəlif
bədən xəsarətləri
alaraq xəstəxanaya
yerləşdiriliblər. Eyni zamanda,
evə külli miqdarda ziyan dəyib.
Cəbhə bölgəsində insanların
əhval- ruhiyyəsi çox yüksəkdir, adamlar ordumuzun qələbəsinə inanırlar,
fəal vətəndaş
mövqeyi nümayiş
etdirirlər və deyirlər ki, ermənilər işğal
etdikləri torpaqlardan
it kimi qovulacaqlar.
Mərmidən, güllədən qorxmayaraq
öz evlərində
yaşayan adamların
və xalqımızın
inamı Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin oktyabrın 4-də “Əl-Ərəbiyə”
televiziya kanalına verdiyi müsahibədəki
fikirlərlə üst-üstə
düşür.
“Biz öz ləyaqətimizi müdafiə edirik, biz öz müstəqilliyimizi müdafiə edirik. Dünyada heç bir ölkənin bizim işlərimizə müdaxilə etməyə haqqı yoxdur və onlar bunu başa düşməlidirlər. Öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın maraqlarına xidmət edir. Azərbaycanın bir milyon insanı öz doğma torpaqlarına qayıdacağı vaxtı gözləyir və biz hökumət olaraq bunu təmin edəcəyik. Biz insanlarımızı öz vətəninə qaytaracağıq, şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik. Biz işğal olunmuş bütün ərazilərdə Azərbaycan bayrağını qaldıracağıq”.
Salman ALIOĞLU
Respublika.- 2020.- 7 oktyabr.- S.10.